təbabət

Övladın xəstə doğulması yuxuda deyilən adı qoymamaqla əlaqəli ola bilərmi?

    04.07.2015
Sual: 
Salam menim ovladim dunyaya qelmezden evvel mene yuxuda ad verildi. Amma qaynanam qil qoymadilar o adi. Qunah sayilirmi bu? Ovladimiz saglamliginda biraz az problemi var.ve buna qore men hemise qaynanami qunahkar sayiram.dusunuremki yuxuda verilen ad qoyulsaydi belkede balam saglam olardi. Axi balamin bir qunahi yoxdu sadece adi qoymadilar.
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, övladınız sağlam və saleh olsun. Şəriətdə yuxularla hərəkət etmək, onları mütləq yozmaq və onlardan nəticə çıxarmaq vacib buyurulmayıb. Həmçinin yuxuda sizə deyilən adı uşağa qoymaq da vacib deyil.

Xəstəliyə görə namazı tərk etmişdim, indi başlaya bilmirəm...

    04.07.2015
Sual: 
Salam sualimi cavablandirsaniz cox sevinerem Men namaz qilirdim indi hamileliyin 4cu ayindayam hamilelik vaxti cox agridim xestexanaya dusdum ona göre nece vaxti namaz qilmiram Amma özümü cox günahkar hiss edirem indi yene namazimi qilmaq isteyirem amma ele bil şeytan qoymur ne olar ele bir dua varmi men oxuyum şeytani özümden uzaqlasdirim Buna göre cox depressiyaya düşürəm Gece yatanda deyirem özümeki seher sübh namazina qalxacam seher ele bil şeytan qoymur meni sizden sebrsizlikle cavab gözleyirem
Cavab: 

Aleykum salam. Heç bir səbəbə görə namazı tərk etmək olmaz, bu ən böyük günahlardandır. Xəstə vaxtı necə namaz qılmaq barədə: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Cinsi həvəsi artıran preparatlardan istifadə etmək olarmı?

    26.06.2015
Sual: 
Salam.uzur istirem sualima gore .indiki zemaneda cinsi hevesi artiran pereparatlar vardir ve erle arvadin bu derman pereparatlarindan istifade etmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Sağlamlığa zərər verməmək şərtilə ər-arvad cütlüyü cinsi həvəsi artıran vasitələrdən istifadə edə bilərlər. Təbii vasitələr daha zərərsizdir. Bu vasitər barədə həm İslam alimləri, həm də tibb alimləri ətraflı məlumatlar vermişlər.

Saçımı daraya bilməyəcək qədər şiddətli baş ağrılarım olur...

    12.06.2015
Sual: 
basda cox agrilar olur hec basa el vurmaq olmur ele bil yaradir hetta saci daramaq da olmur zehmet olmasa bu ciddidi?
Cavab: 

Salam aleykum. Allah şəfa versin və günahlarınıza kəffarə olsun! Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) xəstəni ziyarət edərkən deyərdi: "Lə bə'sə tahuruun inşəAllah" (Eybi yoxdur, inşallah (günahların) tə­mizlənir!)" (Fəthul-Bari, 10/118).

Su çiçəyi xəstəliyi səbəbindən dəstəmaz ala bilmirəm, necə namaz qılım?

    27.05.2015
Sual: 
Salam su ciceyi caxartmisam uzum ve bedenim tamam sepib ona gore ne destamaz nede tayammum ala bilirem namazlarim qezaya qalib ne etmeliyem?! Allah razi olsun
Cavab: 

Aleykum salam. Allah şəfa versin və günahlarınıza kəffarə olsun! Xəstəliyiniz sağalana qədər torpaq, daş və ya tozla təyəmmüm alıb namaz qıla bilərsiniz. Həmçinin oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Sudoroqadan ölən insan şəhid sayılırmı?

    18.05.2015
Sual: 
Əs sələmu aleykum və rahmətullahi və bərakətuh.Men bir hedis oxumusdum, texminen beledir:Resulallah sallallahu aleyhi və səlləmin yanina bir qadin gelir ve "Ya Resulallah men ozumden getdikde(sudurqa olanda)menim ustum basim acilir ve meni namehremler gorurler.Allaha dua et mene sefa versin" deyir.Ve Resulallah sallallahu aleyhi və səlləm"eger sebr etsen Cenneti qazanacaqsan,yox eger isteyirsense Allaha dua edim sene sefa versin"deyir.Ve qadin sebr ederem deyir.Sehv etmiremse nese bele bir hedisidi.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumən müsibət və xəstəliklərə səbr edənlər, Allaha şükr edənlər Allahın izni ilə Cənnətə daxil ola bilərlər. Amma sudoroqa xəstəliyindən ölənin, taun xəstəliyindən ölənlər kimi Cənnətə daxil olacağı hədislərdə açıq-aydın bildirilməmişdir.

İynə vurdurduqda, yaxud qan aldırdıqda spirtdən istifadə etmək olarmı?

    15.04.2015
Sual: 
salam aleykum.iyne vurdurduqda yaxud qan aldirdiqda spirtden istifade edirler bu dogrudurmu.dogru deyilse nece cekinek bundan.birdeki spirti iylemek olarmi.meselen qrip olduqda insanin nefesi acilir
Cavab: 

Aleykum salam. Spirti daxilə, orqanizmə qəbul etməmək şərti ilə qeyd etdiyiniz şəkildə təmizləyici kimi istifadə etmək olar. İyləmək isə şübhəlidir, çəkinmək daha yaxşıdır.

Nevroz, həyəcan və ölümdən çox qorxmaq barədə

    07.04.2015
Sual: 
salam aleykum necesiz sualim beledi mene tez tez heyecen qorxu gelir ureyime ele bilirem indi olecem hekime getdim qorxu nevrozusan dedi nevroz deyilen bir sey var yoxsa yoxdu xais edirem cavablandirasiz allah razi Olson.
Cavab: 

Aleykum salam. Tibbdə buna müxtəlif adlar verilsə də, bu hal şeytanın vəsvəsəsi ilə bağlıdır. Gün ərzində çoxlu Quran dinləmək, bildiyiniz surələri bərkdən oxumaq, namaz qılmaq, Allahı çoxlu zikr etmək və digər şeylər vasitəsilə Allahın izni ilə keçib gedə bilər.

Pages