xurafat

Peyğəmbərin səhabələrinin içində sünni və ya şiə olubmu?

    16.02.2018
Sual: 
Eslam eleykum ve rehmetullahi ve betakatuh. Size sual vermek isteyirdim sadece eşdiyime göre peyğemberin sünüsude ayrı olub şie side bu duzdur yoxsa yox
Cavab: 
Va aleykumus-Sələm və rahmətullah va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə, səhabələr (Allah onlardan razı olsun) -- heç biri hansısa firqəyə mənsub olmayıblar.

Niyyət edərkən "cənabət qüslu" əvəzinə "cünub qüslu" dedikdə qüsl batil olurmu?

    16.02.2018
Sual: 
Salam.Mən bir neçə dəfə yalnışlıqla qüsla alarken cənabet əvəzinə cünub demişəm.bu quslu batil edir?
Cavab: 
Va aleykum Salam. Əgər bununla siz niyyət etməyi nəzərdə tutursunuzsa, niyyəti dil ilə tələffüz etmək olmaz, sadəcə qəlbinizdə qüsl almaq məqsədinin olması artıq niyyət sayılır. Hər bir halda bu, qüslu batil etmir. Daha ətraflı:

İslam bayramlarını qeyd etmək ibadət sayılırmı?

    16.02.2018
Sual: 
Salam, 1) İslamda bayram qeyd etmek ibadet sayılır? 2) Xristianların 31 Dekabr keçirdikleri noel bayramlarını ve ateşperestlerin novruz bayramını qeyd etmeyin dinimize ziddiliyi var? Xaiş edirem etraflı yazın Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Müsəlmanların Ramazan və Qurban kimi iki bayramı vardır və bu bayramları qeyd etmək ibadət sayılır. Ancaq qeyd etdiyiniz kimi Yeni il, Novruz bayramları dinimizdə yoxdur və bunlar müsəlman bayramları deyil. Həmçinin oxuyun:

Qaynatamın təkidi ilə şiə namazına keçə bilərəmmi?

    16.02.2018
Sual: 
Salam Aleykum, sualima cavab yazsaniz cox cox sevinerem cunki coox vacibdi. Men evliyem, yoldawimin ailesi şiədir, qaynatam bilende ki namaza başladim özdə sünni namazı əsəbləşdi və dedi ki gelin hansi evə gəlirsə həmin namazi qilmalıdır, bawqa sohbet ola bilmez. Sözün acigi mene ferq etmir sunni ya wie men sadece Allaha yaxin olmaqcun Allah xatrine qiliram, belelikle bawladim wie namazina. Amma her yerde yazilib ki möhürle namaz qilmaq gunahdir. Men ne edim?(
Cavab: 
Va aleykum Salam. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) öyrətdiyi qaydada qılınmalıdır.

İçki və musiqi məclislərində iştirak etmək günahdırmı?

    09.02.2018
Sual: 
Salamelkum namaz qilan içki içilen yere ve kanserte getmesi oynaması gunahdrmi xayis cvb verin
Cavab: 
Va aleykum Salam. Müsəlman mümkün qədər belə yerlərdən çəkinməlidir, çünki spirtli içkilər və musiqi olan məclislərdə iştirak etmək, musiqi sədaları altında rəqs etmək dinimizə görə günahdır. Həmçinin oxuyun:

"Cövşənul-Kəbir" və "Əsmaül-hüsna" nədir?

    09.02.2018
Sual: 
Salam. Cox sag olun cavablara göre. sizin sayenizde bilmediyimizve axtardigimiz suallari cavablandirdiginiz ücün tesekkürem edirem. 1."Cevsenül-Kebir" nedir? Edn cenneti,Firdovs cenneti haqqinda melumat vererdiz zehmet deyilse. 2."Esmaül-Hüsna"ne demekdir?menasini aciqlayardiz ALLAH xatirine. 3.Siz suallari niye bele gec cavablandirirsiz.Sual sayini 5-e qeder artirmaq mümkün deyil?
Cavab: 
Və aleykum Salam.
1. "Cövşənul-Kəbir" dində əsli olmayan xüsusi duadır və bidət sayılır. 
 

Türkiyədə oxuyuram, namazı dəyişərək onlar kimi qıla bilərmi?

    07.02.2018
Sual: 
Salam men turkiyede erdeysem onlar suni namzi asılırlar men ise siy namazi qiliram ancaq onlar deyir ki gerek bizim kimi namaz qilasan mende suni namazi qila bilmirem bu nece olar sizce
Cavab: 
Va aleykum Salam. Tək azərbaycanda deyil, bütün dünyada ən doğru yol və namaz Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolu və onun qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də siə qadağan edirsə, onda

Dua edərkən gülmək nədən ola bilər?

    02.02.2018
Sual: 
Niyyeti ürerde demek günah sayılarmı? Birde ki menim ozumden asılı olmayaraq dua ederken ya dinle bagli dusunerken gulurem.gulmek deyende gulumsemek yox.qehqehe de deyil.Sadece sifetimde pis bir gulmek olur.O nedendi?
Cavab: 
Salam aleykum.
1. Niyyət deyilmir, qəlbdə məqsədin olması artıq niyyətdir. Niyyəti dil ilə tələffüz etmək isə bidət (dində yenilik) sayılır. Daha ətraflı: Niyyət etmək bidətdirmi?

Pages