xurafat

Babam öldükdən sonra onun qəza namazlarını biz qıla bilərikmi?

    15.10.2017
Sual: 
Salam aleykum ilk önce bilmek isderdim bu suallara kim cavab verir? Mümkün qədər isderdim hacı cavab versin, 45gundu babam rəhmətə gedib. Mənim 16 yaşım var mən, 10 yaşlı bacim 43yasli anam 50 yaşlı xalam 46 yaşlı dayım öz namazlarimiz ilə birlikdə babamın qəza namazlarını qılıriq bu babam üçün sayilirmı? Xahiw edirəm cavab verin çünki bu bizim aile üçün çox vacibdir
Cavab: 
Və aleykum Salam. Ölən insanın əvəzinə heç kəs namaz qıla bilməz, amma siz babanız üçün digər xeyirli əməllər edə bilərsiniz. Daha ətraflı: 

Allahın adları ilə necə dua etmək olar?

    08.10.2017
Sual: 
Salam Aleykum. Men bir dileyimle bagli coxlu dua edirem. Allahin bezi adlarini coxlu zikr edirem. ALLAHİN her bir adinin bir emele xeyri oldugunu oxumusam. Lakin teessuf ki bu mesele ile bagli istixare acdirmisam Quranla. Alinmayacagi deyilib. Yeni istixare duz olurmu? duz bele bilmis olsa menfi gorsense o istediyim sey dualarim sayesinde qebul ola bilermi? Xahis edirem etrafli cavab veresiniz. Allah razi olsun.
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin.

Üç dəfə dəstəmaz almaq haramdırmı?

    19.08.2017
Sual: 
Salam 3 defe destemaz almaq deyiller haramdi bes 2 defe meselen destamaz aldiq pozuldu yeniden ala bilerik ? Almasaq namazi nece qila bilerik
Cavab: 
Va aleykum Salam. Dəstəmazın neçə dəfə alınmasına heç bir məhdudiyyət yoxdur. Dəstəmazı xəstəlik səbəbilə tez-tez pozulan adam üzrlü sayılır və bir dəfə dəstəmaz alaraq pozulmasına fikir vermədən namazı qıla bilər. Həmçinin oxuyun:

İmamlarımızın mövludu və ya vəfat etdikləri günlərdə nə etmək lazımdır?

    05.08.2017
Sual: 
Salam eleykum.Bilmek isterdim ki Imamlarimizin movludu ve ya vefati gunlerinde ne etmeliyik Movludu olduqda nece bayram kecirmeli Vefati olduqda nece matem saxlamaliyiq Onceden Allah razi olsun
Cavab: 
Va aleykum Salam. Dinimizdə peyğəmbərlərin, səhabələrin, imamların və ya digər şəxslərin doğum və ya vəfat günündə hansısa xüsusi əməllərin edilməsi buyurulmayıb. Bu kimi fikirlərin hamısı dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdəndir.

Anamın adından çərəkə kitabı alıb paylasam ona savab olarmı?

    24.07.2017
Sual: 
Salam.Menim anam rehmete gedibdi.men cereke kitabi alib paylamisam ve niyyetim bele olubki o kitablar oxunduqca anamada savabi yazilsin sizce bu duzgundurmu.Eger duzgun doyluse anama savab yazilsin deye ne ede bilerem ovladi olaraq.Evvelceden tesekkurler
Cavab: 
Va aleykum Salam. Uca Allahdan ananızın günahlarının bağışlanmasını istəyirik. "Çərəkə" adlı kitabda olan duaların isnadı yoxdur və əksəriyyətinin hədislərdə təsdiqi mövcud deyil.

Pages