xurafat

"Bu iş düzələrsə namaz qılacam" - deyib nəzir etmək olarmı?

    21.11.2017
Sual: 
Salam.sizden cox xahis edirem menim sualimi cavablandirasiz indiden tesekkurler.usaqlarimin qan analizinin cavabini gozluyurduk mirmohsun aganin ziyaretgahina getmisdik orada agliyirdim ve qorxurdum ki pis netice ola biler ve men orda dedim ki analizlerin cavabi temiz olsun men namaz qilacam .ve sukur temizde cixdi 6aydi namaz qiliram bu ne derecede duzdu
Cavab: 
Va aleykum Salam. Pirlərə getmək, orada dua etmək, nəzir demək, qurban kəsmək, onlardan yardım istəmək və s. ibadətləri onlara sərf etmək Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır. Nəzirə gəlincə isə namaz qılmaq kimi fərz əməlləri nəzir etmək olmaz.

Dayım vəfat etdiyinə görə toy etmək üçün nə qədər müddət gözləməliyəm?

    15.11.2017
Sual: 
40 yasinda Dayim rehmete gedib.. toy elemek ucun ne qeder muddet gozlemeliyem..?
Cavab: 

Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.

"Ləbbeyk, ya Əli" demək olarmı?

    14.11.2017
Sual: 
Salam. “Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” “Allah, Muhəmməd ya Əli!” demək şirkə yol açır? Bu kimi şüarlar ALLAHA şərik qoşmaq deməkdir? Əvvəlcədən təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Bəli, bu sözlər şirk olan kəlmələrdir. "Ləbbeyk, ya Əli!" dedikdə, Ey Əli, hüzurunda müntəzirəm" deməkdir. Bu da, yalnız Allah Təalaya şamil olunan və həcc mərasimində deyilən sözlərdir.

Pages