Dayım vəfat etdiyinə görə toy etmək üçün nə qədər müddət gözləməliyəm?
Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.