xurafat
Ölən körpə sağ olan insanları görürmü?
Sual:
Salam.men daha evvelde sual vermisdim.oglum rehmete getmisdi 3 yas yarimda.xerceng xestesi idi.men onu her defe ziyarete getdikde o meni gorur?hiss edir?yeniki o getdikden sonra darixir orda?qebrde usuyur?biz bilmeden bizi gormeye gelir?men evvel tez tez gedirdim qebr ustune.ama artig gec gedirem bezi sebeblere gore.inciyer menim onu tez tez ziyaret etmediyim ucun?menim bele fikirlesmeyim gunahdirmi?o son nefesini verende men donub qaldim.aglaya bilmedim.gozlerim dolmusdu ureyin qan aglayirdi ama o yas axmirdi gozumden.ssadece diyirdimki o bir gunahsiz melek olub getdi en gozel yere.niye gore
Cavab:
Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari,
"Bu iş düzələrsə namaz qılacam" - deyib nəzir etmək olarmı?
Sual:
Salam.sizden cox xahis edirem menim sualimi cavablandirasiz indiden tesekkurler.usaqlarimin qan analizinin cavabini gozluyurduk mirmohsun aganin ziyaretgahina getmisdik orada agliyirdim ve qorxurdum ki pis netice ola biler ve men orda dedim ki analizlerin cavabi temiz olsun men namaz qilacam .ve sukur temizde cixdi 6aydi namaz qiliram bu ne derecede duzdu
Cavab:
Va aleykum Salam. Pirlərə getmək, orada dua etmək, nəzir demək, qurban kəsmək, onlardan yardım istəmək və s. ibadətləri onlara sərf etmək Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır. Nəzirə gəlincə isə namaz qılmaq kimi fərz əməlləri nəzir etmək olmaz.
Quranda neçə cür namaz qılmaq buyurulub?
Sual:
Salam aleykum və rəhmətulahu və bərəkətu qurani kərimdə neçə çür namaz qılmağ buyrulub
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Qurani-Kərimdə fərz namazlar, bəzi nafilə, bayram və digər namazlar haqda ayələr var.
Məhərrəm ayında təzə ev almaq olarmı?
Sual:
meherremlik ayinda ev satib teze eve kocmek olar.?
Cavab:
Salam aleykum. Məhərrəm ayında da digər aylardakı kimi ev alıb-satmaq, evə köçmək, toy eləmək, halal ticarət eləmək və s. olar. Bunu qadağan edən hər hansı bir səhih şəri dəlil yoxdur. Hər hansı bir ayın, günün və ya başqa bir şeyin uğursuz olması haqq deyil.
Səkkiz saat piyada gedərək piri ziyarət etmək olarmı?
Sual:
Salam.Uzun bir yolu 8 saat piyada gedb Bibiheybeti ziyarete getmek isteyirem.Bilmek isterdim bunun savabi varmi?
Cavab:
Və aleykum Salam. Pirlərə getmək günahdır. Belə yerlərə nə piyada, nə də maşınla getmək olmaz. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Məhərrəm ayında saç kəsdirmək olarmı?
Sual:
Salam.Qeybet etmekden nece cekinmek olar? Meherremlik ayinda sac kesdirmek olar? EVVELCEDRN TESEKKURLER.
Cavab:
Hər hansı bir daşın uğur gətirməsinə inanmaq olarmı?
Sual:
Salam Aleykum
1.Rəhmətə gedən biri üçün namazı necə qılırlar?
2.Hər hansı bir daşın (ametist,ay daşı və s)bizə uğur gətirdiyinə inanmaq nə dərəcədə düzdür?
Təşəkkürlər
Cavab:
Qəbir daşı üzərində ölən insanın şəklini qoymaq olarmı?
Sual:
selam aleykum. qebr dasinda resm olmaqi mekruhdur yoxsa caiz?
Cavab:
Va aleykum Salam. Şəkil çəkmək qadağan olduğuna görə, onu qəbir daşının üstünə də çəkmək olmaz. Həmçinin, qəbir daşı ən çoxu bir qarış hündürlüyündə olmalıdır. Daha ətraflı:
Dayım vəfat etdiyinə görə toy etmək üçün nə qədər müddət gözləməliyəm?
Sual:
40 yasinda Dayim rehmete gedib.. toy elemek ucun ne qeder muddet gozlemeliyem..?
Cavab:
Salam aleykum. İslam şəriətində üç gündən artıq yas saxladıqdan sonra hər hansı bir xeyir iş üçün gözləmə müddəti göstərilməmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfər ibn Əbu Talibin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi.