tövbə

Tövbə namazından sonra ayrıca tövbə etməyə niyyətlənməyi unutmuşam - tövbəm səhihdirmi?

    18.09.2026
Sual: 
Salam aleykum mən günahlarımnan əl çəkə bilmirəm hər dəfə deyirəmki bu günahı son dəfə edim qurtulacam deyə fikirləşirəm edirəm sonra yenə qayıdıram mənə çox vəsvəsə gəlir beynimdə yeriyir deyirəmki son dəfə bu günahı edim vəsvəsədən qurtulum yenə vəsvəsə taxılır beynimə mən istiyirəmki günahlarımnan qurtulum mən istəmişdimki tövbə edərək günahlarıma son verim amma niyyətlənmək yadımnan çıxdı tövbə namazını qılannan sonra tövbə etməyə niyyətlənməyə yadımnan çıxdı tövbəm qəbuldu yoxsa yenə tövbə etməliyəm? Mən uje günahlarımnan bezmişəm neyniyə bilərəm?
Cavab: 

Və aleykum Salam. Səmimi tövbənin əsası günahı tərk etmək, etdiyinə peşman olmaq və bir daha ona qayıtmamağa qəti qərar verməkdir; tövbə namazından sonra ayrıca "indi tövbə edirəm" deyə tövbə üçün xüsusi niyyət etməyi unutmaq tövbəni batil etmir.

"Əstəğfirullah əl-Əzim, əl-Ğafur, əl-Əfuv, ya Ğaffar" deyərək istiğfar etmək doğrudurmu?

    12.09.2026
Sual: 
Salam aleykum. Əstağfirullah əl Əzim Əstağfirullah əl Qafur Əstağfirullah əl Əfuv Əstağfirullah ya Qaffar dəyərək istiğfar etmək olar? Belə etmiş olsam bidət sayılır mı bu?
Cavab: 

Və aleykum Salam. Bəli, "Əstəğfirullah" deyərək istiğfar etmək (bağışlanma diləmək) icazəlidir. Həmçinin "Yə Ğafur, ey Ğaffar, yə Afuvv" kimi Allahın Gözəl Adları ilə də dua edərək istiğfar etmək icazəlidir. Sualda qeyd etdiyiniz şəkildə istiğfar etmək doğru deyil.

İllər əvvəl etdiyim böyük günahdan sonra tövbə etsəm də qəlbim rahatlıq tapmır, bunun çarəsi nədir?

    12.09.2026
Sual: 
Əs sələm aleykum müəllim.Sizdən xahiş edirəm mənə ALLAH üçün kömək edəsiniz!
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əvvəla bunu qeyd edək ki, illər əvvəl etdiyiniz günah nə olursa olsun, bu günahın böyüklüyü Allahın rəhmətindən böyük deyil. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!

Günahdan sonra tövbə etdim, amma "gecənin üçdə birində etməli idim" deyə düşünürəm — bu, vəsvəsədir?

    07.09.2026
Sual: 
Salam aleykum mən günah edənnən sonra tövbə namazı qıldıqdan sonra tövbə etdim sonra mənə ağlıma gəlirki mən gecənin 3də 1də tövbə etməliydim bu vəsvəsədi nədi? Zəhmət olmasa deyə bilərsiz? narahat qalmışam
Cavab: 

Və aleykum Salam. Xeyr, tövbəni gecənin üçdə birinə saxlamaq vacib deyil. Günah etdikdən sonra insan tövbəni dərhal etməlidir. Əksinə tövbəni gecikdirmək doğru deyil. Tövbə namazını istədiyiniz vaxt qıla bilərsiniz. Bu barədə ətraflı oxuyun:

Başqa mağazadan aldığım kitabı yalandan dəyişdirdim, tövbə etdim, amma haqqı qaytarmağa imkan vermədilər, nə etməliyəm?

    03.09.2026
Sual: 
Salam.Mən başqa mağazadan kitab aldım və dəyişmədilər.başqa mağazada onlardan aldıgımı yalandan söylədim və kitabı dəyişdim.lakin etdiyimə vaxtında peşman oldum dedim kitabı qaytarin yenisini alıram.vermədilər dedilər dəyişirik.indi is etdiyim bu hərəkətimə çox peşman olub xəcalət çəkirəm.belə hərəkət edən deyiləm.tövbə elədim və o civarda kasıb birinə sədəqə vermək istəyirəm.mənə məsləhət verə bilərsiz ki,sakitləşim?
Cavab: 

Və aleykum Salam. Əvvəla, etdiyiniz əməlin səhv olduğunu anlayıb peşman olmağınız və Allaha tövbə etməyiniz çox gözəl haldır. Lakin burada məsələ insan haqqı ilə əlaqəli olduğu üçün yalnız tövbə etmək kifayət etmir.

Tövbə etdikdən sonra qəlbimdəki sıxıntı niyə keçmir?

    16.07.2026
Sual: 
Əs sələm aleykum.Zəhmət olmasa mənim məsələmə qayğı ilə yanaş ALLAH üçün. əvvəllər hədis inkarçısı idim.öz dilimizdə namaz qılırdım (əhli sünnə namaz formasında) Mənə o qədər vəsvəsələr gəlirdi ki,sanırdım ki,vəsvəsələrdən nəfəs ala bilməyəcəm.Çox çətin və əzablı vəziyyət idi.Bir gün namazda ikən qəlbim vəsvəsədən o qədər yoruldu ki,artıq təslim olub şeytana səcdə etdim ALLAH uzaq eləsin!o anda qəlbim sanki büküldü,ondan sonra daima qəlbimdə sıxıntı var.sanki yarısı ət yarısı daşdır!
Cavab: 

Və aleykum Salam. Əgər etdiyiniz əmələ görə səmimi qəlbdən tövbə edib, peşman olmusunuz, onu tərk etmisiniz və bir daha ona qayıtmamaq əzmindəsinizsə, bilin ki, Allah tövbələri qəbul edəndir. Qəlbinizdəki sıxıntı və ibadətdə ləzzət ala bilməməyiniz tövbənizin qəbul olunmadığına dəlil deyil.

Mələklərin insan üçün kiçik günahlara görə bağışlanma diləyir, yoxsa həm də böyük gunahlara görə?

    14.01.2026
Sual: 
As salamu aleykum.Mələklərin insan üçün bagışlanma diləməsi kiçik günahlar üçündür yoxsa həmdə böyük gunahlar üçündə? Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Mələklər əməlisaleh qullar üçün bütün günahlara görə Allahdan bağışlanma diləyirlər. Lakin böyük günahlara görə insan səmimi qəlbdən tövbə etməlidir. Ətraflı oxuyun:

Pages