Vəhhabi deyildiyi üçün namazı tərk etmək olarmı?

    12.11.2021
Kimdən: 
.
Sual: 
1)İnsana vəhhabi deyildiyi üçün insan namazı buraxa bilərmi? 2)İnsan Allaha şərik qoşmayıb, lakin ibadət etmədən vəfat edərsə yenə də bütün günahları bağışalanarmı? 3) Yemək yedikdən sonra edilən dua bütün günahları silirmi? Məsələn insan buna güvənib günah edərsə sonralarda isə həmin duanı edərsə bağışlanarmı? 4) Hansı insanlar Firdova Cənnətinə daxil olacaqlar? 5) Şəhidlər heç nədən asılı olmayaraq Cənnətə daxil olacaqlarmı? 6) Telefondan əxlaqsız görüntülər izləmək haramdırmı? 7) İnsan əgər yalnız sol tərəf üstə və üzüstə yata biliraə qalan hallarda yata bilmirsə ona günah yazılırmı? Bağışlayın çox sual verdim. 2 aydır gözləyirdim. İndi fürsət düşdü. Allah sizdən razı olsun.
Cavab: 
Salam aleykum.
1) Başqalarının insana nə dediyindən, onu nə ilə ittiham etməsindən və s. asılı olmayaraq namaz kimi vacib buyurulmuş bir əməli tərk etmək böyük günahdır. Namaz qılmaq Uca Allahın qul üzərində olan ən böyük haqqıdır. Uca Allah insanı məhz tək Ona ibadət etmək üçün yaratmışdır. Namazı tərk etmək isə böyük günahdır. Odur ki, hər hansı bir sözə görə namazı dayandırmaq olmaz. Şeytan özü insanı haqq yoldan azdıra bilmədikdə başqalarının vasitəsilə ona təsir etməyə başlayır. Odur ki, Uca Allahdan sabitlik diləmək lazımdır. Həmçinin oxuyun:
Namaz bir nurdur
2)
 Quran ayələrinə və səhih hədislərə görə Allaha şərik qoşmayan, bununla yanaşı ona vacib buyurulan ibadətləri yerinə yetirməyən bir insan bu halda ölərsə, o, əbədi Cəhənnəmə düşməsə də böyük təhlükədədir. Cəhənnəmdə yalnız kafirlər, müşriklər (Allaha şərik qoşanlar) və münafiqlər (özünü müsəlman kimi göstərib, əslində iman gətirməyənlər) əbədi qalacaqlar. Uca Allah buyurur: "Şübhə yoxdur ki, (Qiyamət günü) Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan aşağı olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur". (ən-Nisa, 48). Bütün savab və yaxşı əməlləri puç edən yeganə günah, Allaha şərik qoşmaqdır. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65). Uca Allahın qıllarına vacib buyurduğu namaz, oruc və s. bu kimi vacib əməlləri tərk edən insanlara gəlincə, ola bilsin onlar bu əməllərinə görə bir müddət Cəhənnəmə düşəcəklər, lakin orada əzab çəkdikdən sonra Cənnətə daxil olacaqlar. Uca Allah buyurur: "Sizi Səqərə (Cəhənnəmə) salan nədir? Onlar deyəcəklər: "Biz namaz qı­lanlardan deyildik". (əl-Bəqərə, 284).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü İbrahim deyəcək: "Ya Rəbb!" Rəbb buyuracaq: "Çağırışı­nı eşitdim və qəbul etdim". İbrahim deyəcək: "Ya Rəbb, övladlarımı yandırdın!" Allah buyuracaq: "Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!" (İbn Hibban, 7378).
Bir insanın imanının doğru olması üçün qəlbində etiqad etdiyi və dili ilə şəhadət gətirdiyi tövhid kəlməsini - "Əşhədu ən Lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən rasulullah" (Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki Muhəmməd Onun qulu və Elçisidir) - əməlləri (ibadətləri) ilə təsdiq etməlidir. Yəni, iman qəlbdə etiqadla, dildə şəhadətlə, əməldə isə təsdiqlə olmalıdır. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Mən Uca Rəbbimə durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: "Ey Rəbbim! Məni "lə iləhə illəllah" deyən kimsələrə şəfa­ətçi et!". Uca Allah buyuracaq: "Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmə­timə and olsun ki, Mən "lə iləhə illəllah" deyən kəsləri odun içində burax­mayacağam". (İbn Əbu Asim, 685).
Əməldə təsdiq namaz, zəkat, oruc və s. bu kimi vacib əməlləri yerinə yetirməkdir. Uca Allah buyurur: "Bədəvilər: "Biz iman gətirdik!"– dedilər. De: "Siz qəlbən iman gətirmədiniz! Ancaq: "Biz müsəlman olduq!"– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!". (əl-Hucurat, 14). Həmçinin oxuyun:
Allahın buyuruqlarına əməl etməyənlərin aqibəti necə olacaq?
3) Yemək yeyib qurtardıqdan sonra səhih hədislərdə gələn dua və zikri etmək savab və fəzilətli əməllərdəndir. Lakin, bunun bütün günahları silməsi dinimizdə bildirilməyib. Bütün günahları silib aparan yalnız səmimi tövbədir. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl Furqan, 70-71). Tövbədən sonra namaz, oruc və s. bu kimi saleh əməllər etmək də həm savab qazandırır, həm də günahların bağışlanmasına səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günah edən bir bəndə gözəl tərzdə dəstəmaz alsa, sonra qalxıb iki rükət namaz qılsa, sonra da Allahdan bağışlanma diləsə, Allah onu mütləq bağışlayar". (Əbu Davud, 2/86; ət-Tirmizi, 2/257; Səhih Əbu Davud, 1/283).
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Harada olursan ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!" (ət-Tirmizi, 1987; İmam Əhməd "Musnəd", 5/153, №: 21681). Həmçinin oxuyun:
Müsəlman Qalası: Yeməkdən sonra edilən dua
4)
Bu xüsusda Uca Allah belə buyurur: "İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər". (əl-Kəhf, 107-108).
Həmçinin buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar – varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar". (əl-Mu'minun, 1-11).
Firdovs cənnəti Cənnətin ən üstün təbəqəsidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahdan istədikdə Firdovs cənnətini istəyin, o, cənnətin ortası və ən yüksək yeridir, onun üzərində ər-Rəhmanın kürsüsü yerləşir və Cənnət çayları ondan başlayır". (Səhih əl-Buxari, 2637; Səhih Muslim, 2831).
Rəvayət edilir ki, Harisənin anası Peyğəm­bərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın Elçisi! Harisə barədə mənə xəbər ver. O, Bədr döyüşündə ox yarasından ölmüşdür. Əgər o, Cənnətdədirsə, səbir edəcəyəm. Əks təqdirdə onun üçün ağlayacağam". Peyğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Ey Harisənin anası! Oğlun cənnətdədir, özü də ən yüksək Firdovs cənnətində!" (Səhih əl-Buxari, 3/1034). Firdovsla yanaşı Quran və Sünnədə Mə'va, Ədn, İlliyyun, Nəim və digər dərəcələrdən bəhs olunmuşdur. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Kim Allaha və Rəsuluna iman gətirər, namaz qılar və oruc tutarsa, həmin adamı Cənnətə salmaq Allah yanında borc olar. İstər Allah yolunda cihad etsin, yaxud doğulduğu yerdə otursun". Orada olanlar dedilər: İnsanları bu xəbərlə müjdələyəkmi? O dedi: "Cənnətin yüz mərtəbəsi var. Allah onları Onun yolunda cihad edənlər üçün hazırlamışdır. İki mərtəbə arasında məsafə, yerlə göy arası qədərdir. Dua edib Allahdan istədikdə, Firdovs cənnətini istəyin. Həqiqətən o cənnətin ortası, ən ali məqamıdır. Onun üstündə isə Rəhmanın ərşidir. Cənnətin çayları da oradan qaynaqlanır". ("Səhih əl-Cami əs-Sağir", №: 2126; "Silsilətus-Səhihə", №: 921: Səhih əl-Buxari, 6/11/ №: 2790). Həmçinin oxuyun:
Cənnət və Cəhənnəmin adları?
5)
Bu cavabları oxuyun:
Şəhidlər cənnətə düşürlərmi?
6) 
Bu cavabları oxuyun:
Əxlaqsız filmlərə, fotolara telefonda və ya internetdə baxmaq günahdırmı?
Əxlaqsız şəkillərə baxmaqdan əl çəkmək üçün nə etmək lazımdır?
7) Üzüstə yatmaq istisna olmaqla istənilən şəkildə yatmaq icazəlidir. Yalnız üzüstə yatmaq qadağandır. Daha ətraflı: Üzü üstə yatmaqla bağlı
Paylaş: