ailə

Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?

    19.06.2014
Sual: 
Salam eleykumevvelceden tesekkurler men qadinam sevdiyim insanla evlenmeden birlikde olurdq duzdu evleneceyimizi bilirdk ama yrnede gunah oldugunu bildiyimiz halda zina edrdk indi kebin kesdirib bir iki gune toyumuzdu evvelki elediyimiz gunahlar ucun nece bagislanmaq isteyek Allah bizi bagislayarmi kecmisde etdiyimiz gunahlar ucun birde lebin nece kesir yeni qadin iatrak etmelidirmu yoxsa molla ozu dua oxuyub kese bilermi kebini onuda deyimmi alileler razidi ona gorede oglan ozu tek gedib mollada kesdirib kebinin dogrusu necedi zehmet olmasa yazardiniz Allah sizden razi olsun
Cavab: 
Aleykum salam. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin.

Valideynlərin icazəsi olmadan kəbin kəsdirmək və onların seçdiyi oğlanla evlənməyə etiraz etmək haqqında

    19.06.2014
Sual: 
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Valideynlerin icazesi olmadan kebin kesdirmek gunahdirmi?Belke valideyn ovladi uchun doqru sechim etmeyecek.Eger bir qiz bir oqlani sevibse,onuna valideynin izni olmadan evlene bilmezmi?Valideynin qizi uchun sechdiyi oqlani qiz istemezse,naraziliq etse,bu gunah sayilarmi?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Kəbin kəsdirərkən həm valideynlərin, həm də qızın öz razılığının olması vacibdir.

İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər?

    19.06.2014
Sual: 
Əssəlamu Aleykum və rəhmətullahi və bərəkətuhu. Mənim sizə belə bir sualım var.in şə Allah dolğun cavablandlrarsız.Mənim atam da yoxdur qardaşım da.mənim vəlim kim olmalıdır? vəlinin mömin və ya namaz qılan olması vacibdirmi?ümumiyyətcə kəbin və vəli haqqda ətraflı cavab verərdiz.Allah razı olsun
Cavab: 

Aleykum salam. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (İbn Hibban və əl-Beyhaqi).

Dinimiz müsəlmanın xristianla evlənməsinə icazə verirmi?

    19.06.2014
Sual: 
Salamlar islam dinində müsəlman qadın və ya kişi xristian qadın və ya kişiylə evlənə və ya sevgili ola bilərmi? yoxsa xristian müsəlman olmalıdırmı?
Cavab: 

Aleykum salam. Dinimiz müsəlman kişilərin xristian və yəhudi qadınların ismətli, iffətli və namuslu olanları ilə evlənməyə icazə verir, digər kafirlərlə isə (ateist, bütpərəst və s.) evlənmək qadağandır.

Ata-ananı incitmək və sol böyrü üstə yatmaq haqqında

    18.06.2014
Sual: 
Ana Atasın inciden insan sonrada peşman olduqdan sonra nece bağışlana biler....bir insan Ana atası ücün dua ederse o dua gercekleşer veyaxuta eksine olarsa....menim xedeliyim olduxu ücün men sag terefden uzana bilmirem deyilene göre Sag terefede Peyğenberlerimiz Sol terefde ise şeytanlar yatır mene deyiler calış heişe sag qolun üste yat bu düzdür ve bele olan halda men günah qazanıram yoxsa nece...
Cavab: 
Salam aleykum. Valideyni incitmək qul haqlarından olduğu üçün ilk növbədə övlad onların könlünü almalı, onlardan üzr istəməli və onlardan halallıq alıb onlarla gözəl və xoş davranmalıdır. Həmçinin bundan əlavə Allahdan bağışlanma diləyib Ona tövbə etməlidir.

İddənin müddəti nə qədərdir?

    16.06.2014
Sual: 
As salamun aleykum ve rehmetullahi ve bereketuhu.Idde muddeti 4 ay 10 gundurmu?Birde sehven size sual vererken Peyqemberimizin(sallallahu aleyhi ve sellem)iki qizi ile Omer ibni Xattabin evlendiyini demishdim,uzr isteyirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İddə - ailə həyatı başa çatan qadının təzədən ərə gedə bilməyi üçün gözləməli olduğu müddətə deyilir. Boşanmış qadınlar üçün iddənin (gözləmə) müddəti 3 ay (yəni, üç dəfə heyz olma), əri ölən qadınlar üçün isə 4 ay 10 gündür.

İki bacı ilə evlənmək və Peyğəmbərimizin öz oğulluğunun arvadı ilə evlənməsi ilə bağlı

    13.06.2014
Sual: 
Salam aleykum.Eger iki baci ile evlenmek haram sayilirsa,Hz.Omerin(radiyallahu anhu) Peyqemberimizin(sallallahu aleyhi ve sellem)iki qizi ile evlenmesi haram sayilmirmi?Peyqemberimizin(sallallahu aleyhi ve sellem)oqulluqunun arvadi ile evlenmesi doqrudurmu?
Cavab: 

Və aleykum Salam. Bəli, bizim şəriətə görə iki bacı ilə birlikdə eyni anda evlənmək haramdır. Bu xanımlar istər doğma bacı, istərsə də süd bacısı olsunlar fərqi yoxdur. Onların kəbinləri istər ayrı-ayrılıqda, istərsə də birlikdə kəsilsin həmin kəbinlər yenə də haram sayılır.

Zifaf gecəsi və cənabət qüslu ilə bağlı sual

    10.06.2014
Sual: 
Salam Aleykum. Bele bir sualim var ki ilk zifaf gecesi esitmisem ki yataq yerde salinmalidi, carpayida deyil..yeni bu sunnede bele sey var yoxsa batil inancdi?ikinci sualim beledir ki qadin ve ya kisi sehvet hissi kecirmeden aglinnan yaxinliq kecirerse yeni xeyalina gelse guslu pozulirmu? Allah razi olsun.
Cavab: 
Aleykum salam.
1) Sünnədə yatağın yerdən salınması ilə bağlı əmr yoxdur.

2) Xəyalından cinsi yaxınlıq keçirən zaman məni (sperma) xaric olubsa, qüsul vacib olur, əks halda ehtiyac yoxdur. Həmçinin oxuyun:

Necə edim ki, başqasını sevən oğlan məni sevsin?

    10.06.2014
Sual: 
Salam aleykum. mən Namaz qilan oglan sevirəm ama o mənim onu sevdiyimi biləndə deyibki mən basqa qizi sevirəm deyib indi mən Allaha necə dua edimki? o məni sevsin həmdə mən onu Evlənmək niyəti ilə sevirəm bu haqda cavab yazIn
Cavab: 

Aleykum salam. Siz onu evlənmək niyyəti ilə sevsəniz də, o sizi sevmir. Ona görə də bu cür sevgidən qaçmaq lazımdır, çünki bu sonra sizə iztirab verə bilər. Uca Allaha dua edərək ondan daha xeyirlisini sizin qarşınıza çıxarmağını istəyin. Həmçinin "sevgi duası" adlanan xüsusi bir dua yoxdur.

Pages