namaz
Üç müxtəlif sual
Aleykum salam.
1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".
Ancaq gecə namazlarını qılsam, Cənnətə düşə bilərəm?
Aleykum salam. Bu cür düzgün deyil, müsəlman Uca Allaha nafilə namazlarından qabaq vacib namazlarla yaxınlaşmalıdır. Vacib namazları qılmayıb, təkcə müstəhəb olan namazları qılmaq düzgün deyildir. Həmçinin bu cavabları da oxuyun:
Müsəlmana namaz neçə yaşından vacib olur?
Aleykum salam. İnsana namaz həddi-buluğa çatandan sonra vacib olur. Daha ətraflı buradan oxuyun:
"Namaz qılmaq insana neçə yaşında vacib olur?"
Qadınlar qəza namazlarını necə qılmalıdırlar?
Şiələrin şam namazı necə qılınır?
Aleykum salam. Əvvala onu deyək ki, namazın şiəsi-sünnüsü və s. olmur. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı və səhabələrinə (Allah onlardan razı olsun) də həmin qıldığını öyrətdiyidir. Şam, yəni Məğrib namazı, 3 rükətdən ibarət fərz namazıdır.
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız.
Müğənni olmaq günahdırmı?
Aleykum salam. Əgər sizin gözəl səsiniz varsa, bu zaman siz bu səsinizi Quran oxumağa istifadə etsəniz, bu sizin üçün daha yaxşı, savablı və faydalı olardı. Amma mahnı oxumaq isə şəriətimizə görə günahdır.
Namazla bağlı 4 sual
Aleykum salam.
1. Rüku vaxtı və həmçinin qiyam vaxtı, gözlər səcdə edilən yerə baxılmalıdır. Səcdə vaxtı ətrafa baxıb göz gəzdirmək düzgün deyil.
Namazda Ayətul Kursini oxumaq və qunut duası tutmaq haqqında
Aleykum salam. Namazın sözlərində "Ayətul Kursi - (əl-Bəqərə, 255)" yoxdur, sadəcə olaraq namazda Fatihə surəsini oxuduqdan sonra digər surələr kimi "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) də oxuya bilərsiniz. Amma bunu oxumasanız da namazınız düzgün sayılır. Qunut isə vitr namazında tutulur.