namaz

İstixarə namazında istənilən surəni oxumaq olarmı?

    26.01.2014
Sual: 
Salam aleykum necesiz? Hacet namazinda, yeni istixare namazinda "Ayetul Kursi"-ni oxumamaq olar? Onun yerine bashqa bir sure oxumaq olar? Ve istixarenin duası nece olur?
Cavab: 

Aleykum salam. Bəli, "Ayətul Kursi"-ni oxumayıb əvəzinə başqa surəni oxumaq olar. Ümumiyyətlə fərqi yoxdur, istənilən namazda, insan Qurandan özünə rahat olan hər bir surəni oxuya bilər. Uca Allah buyurur: "Qurandan sizə müyəssər olanı oxuyun.

Zərurətdə namazı birləşdirmək olarmı?

    26.01.2014
Sual: 
Salam aleykum. Bir yere getdiyim zaman orda namaz qila bilmirəmsə olarkı evde iki namazı birleşdirim qılım? günah sayılmaz?
Cavab: 

Aleykum salam. Alimlər ittifaq etmişlər ki, üzürsüz səbəbdən namazları birləşdirmək haramdır. Namazı yalnız üzürlü səbəb olduqda birləşdirmək olar. Çünkiu namaz möminlərə yalnız müəyyən vaxtlarda vacib edilmişdir.

Vitr namazı necə qılınır?

    24.01.2014
Sual: 
Salam aleykum. Vitr namazı necə qılınır? Vitr namazında qunut tutulur?
Cavab: 

Aleykum salam. Vitr ən az bir rükət qılınır. Belə ki, İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Gecə namazı iki-iki qılınır.

Azanın sözlərin təkrarlamaq olarmı?

    23.01.2014
Sual: 
Salam aleykum. Bildiyim qeder azan verildiyi zaman azinin sozlerini demek günahdir. Bu dogru fikirdirmi? Onceden teshekkurler.
Cavab: 

Aleykum salam. Əksinə, azan verildiyi zaman müəzzinin (azan verənin) sözlərin təkrarlamaq böyük savabdır. Əbu Səid əl Xudri (Allah ondan arzı olsun) Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə dediyini rəvayət edir:

Vitr namazında qunut duası

    23.01.2014
Sual: 
Salam aleykum. Vitr namazinda qunut duasinin yerine "rabbənə ətinə fid dunyə həsənətən" duasını oxumaq olarmı? Hemchinin qunut duası vitr namazinin nechenci ruketinde oxunur?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam alimlərinə görə vitr namazında qunut duasını oxumaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda tutardı.

Naməhrəmin yanında namaz qılmaq icazəlidirmi?

    22.01.2014
Sual: 
Salam aleykum. Yer olmadiqda namehrem olan yerde namaz qilmaq olar?
Cavab: 

Aleykum salam. Qadın namaz qılarkən naməhəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar.

Qibləni kompassız necə təyin etmək olar ?

    22.01.2014
Sual: 
Salam aleykum. Men Siyezende yashayiram. Bilmek isterdim ki, qibleni kompassiz nece teyin ede bilerem?
Cavab: 

Aleykum salam. Bütün Azərbaycan ərzasində sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sola dönsəniz qibləyə yönəlmiş olacaqsınız. 

Pages