namaz
Hərdən təsbehlə zikr etmək olar?
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra təsbeh çəkmək icazəlidirmi?
Namazı bitirdikdən sonra zikrləri demək fərzdir?
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?
Fərz namazı hansıdır?
Və aleykum Salam. Adlarını saydığınız namazlar fərz namazlarıdır. Lakin, şam və xiftən namazı fars dilində belə adlanır. Həqiqətdə, şam namazı Məğrib, xiftən namazı İşa adlanır. Vaxtları; Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra.
Qadınlar cümə və adi günlərdə məscidə camaat namazına gedə bilərmi?
Aleykum salam. Bəli, olar. Sadəcə, qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Bu, Uca Allahın onlar üçün yaratdığı bir asanlıqdır. Hədislərdən birində Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadının məscidi evinin küncüdür".
Namazın sünnətləri hansılardır?
Aleykum salam. Əlhəmdulilləh, yaxşıyıq. Allah razı olsun. Sualnızın cavabını buradan Namazın sünnətləri nə qədərdir? oxuyun.
Namaza başladıqda necə niyyət edim?
Aleykum salam. Ümumiyyətlə niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir.
Qadınlara cümə namazı vacibdir?
Aleykum salam. Qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Hədislərdən birində Peyğəmbər (s.a.s) belə buyurur: "Qadının məscidi evinin küncüdür".
Kimə inanaq?
Aleykum salam. Bu cavabı oxuyun: Hansı məzhəbə inanaq?
Namazları birləşdirmək olar?
Aleykum salam. Zərurət halında, zöhr və əsr yaxud məğrib və işa namazlarını birləşdirib qılmağın heç bir eybi yoxdur. Çalışın adət halına salmayasız. Bu xüsusda Uca Allah buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).