namaz

Namazlarımı vaxtında qıla bilmirəm, bu, günahdır?

    17.02.2014
Sual: 
Salam aleykum. Mən universitetdə oxuyuram, dərsim isə günorta başlayır. Buna görə də günorta, ikindi və axşam namazlarını qıla bilmirəm. Evə gəldikdən sonra qəzasını qılmaq düzgündürmü?
Cavab: 

Aleykum salam. Belə etməyiniz düzgün deyildir. Dərslər arası fasilə zamanı və ya icazə alıb namazları qılmaq lazımdır.

Səfər namazı haqqında

    17.02.2014
Sual: 
Salam aleykum. Mən Bakı şəhərindən Samara şəhərinə gəlmişəm, qalacağım müddət Allahın izni ilə təxminən üç ay olacaq. Mən burada səfər qılmalıyam? Salam aleykum va rahmatullahi va bərəkətu.
Cavab: 

Aleykum salam. Əgər qalacağınız müddət bəllidirsə, sizin üçün orada tam arxayınlıq və rahatlıq varsa, yaxşı olar ki, səfər yox, adi qaydada qılasınız. Lakin səfər namazı qılsanız, heç bir problem yoxdur. İslam alimləri belə deyirlər.

Zərurət halında namazları birləşdirmək olar?

    16.02.2014
Sual: 
Salam aleykum. Necəsiniz? Mən universitetə hazırlaşıram. Amma namazlarımı qəzaya buraxmıram. Lakin, bəzən zöhr ilə əsri birləşdirirəm (həmişə yox) hazırlığa getdiyim üçün. O da ki, həftədə iki dəfə olur. Belə etmək olar?
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh, yaxşıyıq, Allah razı olsun. Cavabı buradan oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı?

Namaz qılarkən dəstəmazın olmadığı yada düşərsə, yenidən qılmalıyıqmı?

    16.02.2014
Sual: 
Salam aleykum. 1)Bir insan namaz qılıb. Sonra yadına düşüb ki, dəstəmazı yox idi, o həmin namazı yenidən qılmalıdırmı? 2) İş yerində namaz qılmağa icazə verilmirsə o namazlarını evdə qılmalıdır? Yoxsa iş yerini dəyişməlidir? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Namaz qıla-qıla dəstəmazın olmadığı yadınıza düşdükdə, namazı yarımçıq saxlayıb dəstəmaz alaraq yenidən namaz qılmaq lazımdır. Namazı qurtardıqdan sonra yada düşdükdə də dəstəmaz alınaraq namaz yenidən qılınmalıdır.

Üzümə vurduğum dərmanın tərkibindən şübhələnirəm, namazım batil olur?

    16.02.2014
Sual: 
Salam aleykum. Məni bir şey çox narahat edir. Üzümdəki sizanaqlara görə problem var. Və kosmetoloqun verdiyi dərmanın murdar olduğundan şübhə edirem. özümdə namaz qılan insanam. Ona görədə yalnız axşam namazımı qıldıqdan sonra vurub yatıram. Mən bilmək istərdimki, belə olduqda mənim namazım batil olur?
Cavab: 

Aleykum salam. Bu halda namazınız batil olmur. Əgər həmin dərmanı dəstəmazdan sonra üzünüzə vurub namaz qılsaydınız, bu halda batil olma ehtimalı olardı.

Heyzli qız qüsul aldıqdan sonra ayət namazının qəzasını qılmalıdır?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən ayət namazını qıla bilməmişəm, indi onun qəzasını qılmalıyam? Xahiş edirəm mənə cavabı tez yazın Allah rızası üçün. Bunun vacib olub- olmadığını bilmək istəyirəm.
Cavab: 

Aleykum salam. Qadın heyzli olduğu vaxtlarda qılmadığı namazların qəzasını qılmalı deyil.

Pages