namaz
Minik vasitələrində yol gedərkən oturaq halda namaz qılmaq olarmı?
Aleykum salam. Əgər vəziyyət dediyiniz kimidirsə, bu halda qibləyə tərəf yönəlmədən namaz qılmağa icazə verilir. Həmçnin oxuyun:
Minikdə olarkən fikirdən keçirərək namaz qılmaq olar?
Şəkil olan otaqda namaz qılmaq olar?
Aleykum salam. Əgər namaz qılmaq üçün başqa bir yer tapa bilmirsinizsə, qıla bilərsiniz. Həmçinin, əgər şəkilin üzərinə bir şey çəkib örtə bilirsinizsə, bu daha yaxşıdır.
Keçmiş illərin qəzalarını qılmaq və "vacibən qürbətən illəllah" demək haqda...
Aleykum salam. Suallarınızın cavablarını buradan oxuya bilərsiz:
1. Neçə il qəza namazlarım var
Keçmiş illərin qəza namazları qılnmalıdır?
İstənilən bir işin alınması üçün dua etmək olar?
Aleykum salam. Uca Allah bütün xeyir duaları qəbul edir. Yəni günah olmayan istənilən hər hansı bir neməti Allahdan diləmək olar.
Sevdiyim insan namazı tərk etmədiyim halda mənimlə ailə qurmayacağını deyir
Aleykum salam. O insan sizi sevirsə, sizin yolunuzu azmağınızı və əzab çəkməyinizi istəməz. Çünki namazı tərk etmək insanı axirətdə əzab çəkməsinə səbəb ola bilər. İstər kişi, istər qadın üçün namaz qılmaq Allahı razı salan və Onun əbədi səadət diyarı olan Cənnətini qazandıran ən böyük səbəbdir.
Nə edim ki, ürəyim daim Allahla olsun?
Aleykum salam. Əgər siz Allah Təalaya dua etməyi sevirsinizsə, bunun üçün namaz qılmaq və səcdədə Uca Allaha çoxlu dua etməkdən daha böyük fürsət yoxdur. Namaz qılan əslində heç bir əziyyət çəkmir. Namaz sadə hərəkətlərdən, müəyyən zikr və dualardan ibarətdir.
Həqiqi müsəlman necə olmalıdır?
Aleykum salam. Həqiqi müsəlman insanların onun dilindən və əlindən əziyyət görmədiyi insandır. Həmçinin, tək və Uca olan Allaha ibadət edərək yalnız Ona boyun əyən, habelə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yolunu tutub gedən və Allah Təalanı çox xatırlayandır.
Əgər insan yalnız vacib əməlləri yerinə yetirərsə, Cənnətə düşərmi?
Aleykum salam. Bəli, düşə bilər. Bu barədə rəvayət edlir ki, bir kişi gəlib Peyğəmbərimizə (salləlhu aleyhi və səlləm) belə bir sual verir: "Ey Allahın Rəsulu!
Yalan danışaraq insanların qəlbini ələ alan şəxs günah qazanırmı?
Aleykum salam. Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzəb, 70).