namaz
Şiələrin şam namazı necə qılınır?
Aleykum salam. Əvvala onu deyək ki, namazın şiəsi-sünnüsü və s. olmur. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı və səhabələrinə (Allah onlardan razı olsun) də həmin qıldığını öyrətdiyidir. Şam, yəni Məğrib namazı, 3 rükətdən ibarət fərz namazıdır.
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Və aleykum Salam. İnsanın imanı zəifləyəndə belə hallar olur. Unutmayın ki, iman itaətlə artır, asiliklərlə də azalır. Siz çalışın ki, asilikləri azaldıb, itaəti artırasınız və Allahı hər şeydən uca və üstün tutasınız.
Müğənni olmaq günahdırmı?
Aleykum salam. Əgər sizin gözəl səsiniz varsa, bu zaman siz bu səsinizi Quran oxumağa istifadə etsəniz, bu sizin üçün daha yaxşı, savablı və faydalı olardı. Amma mahnı oxumaq isə şəriətimizə görə günahdır.
Namazla bağlı 4 sual
Aleykum salam.
1. Rüku vaxtı və həmçinin qiyam vaxtı, gözlər səcdə edilən yerə baxılmalıdır. Səcdə vaxtı ətrafa baxıb göz gəzdirmək düzgün deyil.
Namazda Ayətul Kursini oxumaq və qunut duası tutmaq haqqında
Aleykum salam. Namazın sözlərində "Ayətul Kursi - (əl-Bəqərə, 255)" yoxdur, sadəcə olaraq namazda Fatihə surəsini oxuduqdan sonra digər surələr kimi "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) də oxuya bilərsiniz. Amma bunu oxumasanız da namazınız düzgün sayılır. Qunut isə vitr namazında tutulur.
Dəstəmaz necə alınır?
Və aleykum Salam. Dəstəmaz almaq qaydasına buradan baxa bilərsiniz:
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO
Gecə namazı nə vaxt qılınmalıdır?
Aleykum salam. Əvvəlcə qeyd edək ki, namaz 3 dəfə yox, 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Təşəhhüddə hansı dualar oxunur?
Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin.
Qadın namaz üçün azan verə bilərmi?
Aleykum salam. Qadın özü və yaxud bir dəstə qadın üçün iqamə verə bilər. Kişi və qadınlardan ibarət bir dəstə üçün isə, azan və iqaməni kişi verməlidir. Həmçinin qadın səsini yalnız yoldaşlarının eşidəcəyi qədər qaldırmalıdır.