namaz

Namazı düzgün qılmamaq günahdırmı?

    22.01.2014
Sual: 
Salam aleykum. Namazi qilanda duzgun qilmaq lazimdir? Ama bunu yashli adam duz qilmirsa onun qildigi namaz qebuldu, ya yox?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə ilk öncə müsəlman olan kəs bilməlidir ki, ibadətin istənilən növü Quran və Sünnəyə qəsdli şəkildə zidd olarsa, o əməl Allah dərgahında ondan qəbul olunmaz. Nazamda həmçinin bu qəbildəndir. Səhih hədislərdə deyilir ki, əməlin qəbul olunması üçün iki vacib şərt var.

Moskva şəhərində qibləni necə təyin etmək olar?

    22.01.2014
Sual: 
Deyilene gore sol cheyin gun chixana, sag cheyin ise gun batana olmalidir. Bele teyin etmek olar qibleni? Moskvada yashayiram. Evvelceden teshekkur edirem.
Cavab: 

Salam aleykum. Sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) dursanız, bu zaman üzünüz cənuba, yəni qibləyə tərəf tutmuş olacaqsınız. Beləcə siz qibləni təyin etmiş olursunuz.  (Moskva şəhəri üçün)
 

Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?

    21.01.2014
Sual: 
Salam aleykum. Mem namaz qilmiram, ancaq chalishdigim qeder zikr edirem. Namaz qilamyib zikr etməklə, namaz qilmamagin gunahini az da olsa yox ede bileremmi? Allahin izni ile namaza da bashlayacagam.
Cavab: 

Aleykum salam. Təbii ki, Uca Allahı hər zaman zikr etmək olar və bu çox gözəl əməllərdəndir. Amma şəriətə görə namazsız təkcə bununla kifayətlənmək olmaz. Hər bir müsəlman gündə beş dəfə namaz qılmalıdır və bunu əvəz edəcək bir əməl yoxdur.

Siz kimin yolundasınız və namaz necə qılınmalıdır?

    21.01.2014
Sual: 
Sizin cavablarinizi bayaqdan oxuyuram. Siz hech Ehli Beytden niye yazmirsiz ve movzularinizda bu haqda yoxdur. Bunun sebebini bilmek olar?Birdeki men sizin ehli-sunne oldugunuzu hiss etdim ve sozumun ustundede durururam. Bu beledi ya yox? Siz deyirsiz ki, biz peygember sunnesiyik. Beli razilashiram. Bes siz haradan bilirsiz ki, Peygemberimiz sizin kimi namaz qilib?
Cavab: 

Aleykum salam. Saytımız yeni açılıb. Əhli Beytlə bağlı inşallah bu yaxınlarda geniş bir mövzu hazırlamaq niyyətindəyik. Bütün müsəlmanlar kimi bizdə Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) buyurduğu yolun davamçılarıyıq. İslamda firqəçilik yoxdur.

Toz-torpağa bulaşmış paltarla namaz qılmaq olar?

    21.01.2014
Sual: 
Men bir yerde ishleyirem. Paltarim toz-palciq ichine dushur. O halda namaz qila bilerem, yoxsa temiz geyim geyinmeliyem?
Cavab: 

Aleykum salam. Əgər imkan varsa paltarı dəyişib, yenisini geynib qılmaq daha yaxşıdır. Əgər buna imkan və ya şərait yoxdursa, bu zaman həmin paltar ilə namaz qılına bilər. Əsas odur ki, paltar nəcasətli olmasın.

Allahı necə zikr edim?

    21.01.2014
Sual: 
Salam aleykum. Allahi nece zikr edim ve umumiyyetle Allahi nece zikr etmek olar?
Cavab: 

Aleykum salam. "Zikr" sözünün mənası "yada salma", "xatırlama"  "anma" deməkdir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (əl-Bəqərə, 152).

Pages