namaz

Heyzli qız qüsul aldıqdan sonra ayət namazının qəzasını qılmalıdır?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən ayət namazını qıla bilməmişəm, indi onun qəzasını qılmalıyam? Xahiş edirəm mənə cavabı tez yazın Allah rızası üçün. Bunun vacib olub- olmadığını bilmək istəyirəm.
Cavab: 

Aleykum salam. Qadın heyzli olduğu vaxtlarda qılmadığı namazların qəzasını qılmalı deyil.

İşdə namaz qılmağa imkanım yoxdur, bu günahdır?

    14.02.2014
Sual: 
Salam aleykum. Mənim işdə namaz qılmağa imkanım yoxdur bu günahdırmı?
Cavab: 

Aleykum salam. Namaz qılmamaq böyük günahdır. Uca Allaha dua edib sizə imkan yaratmasını diləyin. Vəziyyət normal hala gələnə qədər üzrlərdən istifadə edə bilərsiz məs. Zöhr və əsr namazlarını müvafiq vaxtlarda birləşdirə bilərsiz, su yoxdursa, təyəmmüm ala bilərsiz.

Cümə namazı neçə rükətdir və nə vaxt qılınır?

    14.02.2014
Sual: 
Salam aleykum . Cümə namazı neçə rükətdir və saat neçədə qılınır?
Cavab: 

Və aleykum Salam, Cümə namazı məsciddə camaatla birlikdə qılınan iki rükətli namazdır. Zöhr namazının vaxtında qılınır. Bəzi məscidlər gələn insanlara rahat olması üçün vaxtı müəyyən qədər gecikdirirlər. Namazdan əvvəl imam dini mövzuda xütbə (söhbət) deyir.

Qəza namazını qısaldıb 2 rükət qılmaq olarmı?

    14.02.2014
Sual: 
Salam aleykum. Yeddinci sinifdə oxuyuram. Zöhr və əsr namazlarını qəza olaraq qılıram. Bəzi vaxtda şam namazını saat 9-10 arası qılıram. günorta məktəbdə olduğum ücün olarmı zöhr və əsr namazlarını 2 rükət qılım? Təşəkkür edirəm sizin saytınıza.
Cavab: 

Aleykum salam. Zərurət halında zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirmək olar. Namazları qısaltmağa gəldikdə isə buna yalnız səfərdə və döyüşdə icazə verilibÇalışın, günorta imkan tapıb, zöhr və əsr namazlarını birlikdə qılın.

Pages