Namaza başladıqda necə niyyət edim?
Aleykum salam. Ümumiyyətlə niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir.