namaz

Namazların birləşdirilməsi və Peyğəmbərin xanımları haqqında

    01.02.2014
Sual: 
Salam aleykum. 1)Namazlari birleshdirib zeruret halinda qilmaq olarmi? Eger olarsa, niye vaxti girmemish sehih olsun. Namaz vaxti girməyibse, bizim birleshdirdiyimiz namaz batil olar axi... Heç zeruretde de birleshdirib qilmaq olmaz axi... Eger olarsa, beş (5) vaxt namazi eyni halda qila bilerem? Qurandan aye ile cavablayin xahiş edirem. 2)et Tehrim suresinin 3-cü ayesinde Aişə ve Hafsa haqqinda. 3)Zövcələrindən birinə (Aişəyə) Peyğəmbər gizlicə söz demişdi. Gizli deyilən sözü sirr saxlamayıb faş elədi o qadın. Bunu Peyğəmbərə bildirdi Allah.
Cavab: 

Aleykum salam. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır. Yəni xəstə olduqda və s. hallarda zöhrlə əsr və ya məğriblə işa namazlarını birləşdirməyə icazə verilir.

Qəzaya qalan namazlara necə niyyət edilir?

    30.01.2014
Sual: 
Salam Aleykum. İnsanin ele vaxtlari olur namaz qillmir borc namazlari qilan insanin boynunda sonra o borc namazlarin qilarken nece niyyet edilmeli?
Cavab: 

Aleykum salam. Əvvala bilmək lazımdır ki, islamda borc namazı deyilən bir anlayış yoxdur. Ola bilər ki, sizin qəsd etdiyiniz qəza namazlarıdır. Niyyət adi namazlarda olduğu kimidir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

Namazı gecikdirdikdə qəzasını nə vaxt qılmaq düzgündür?

    30.01.2014
Sual: 
Salam aleykum. Əgər namazın vaxdını gecikdirmişəmsə qəzasını nə vaxt qılmaq düzgündür?
Cavab: 

Aleykum salam. Yuxuya getdikdə, unutduqda və ya huşu itirdikdə (xəstəlik və ya başqa səbəbə görə) maneə aradan qalxan kimi namaz qılınmalıdır. Bilərəkdən namazı gecikdirmək, yəni namaz üçün təyin edilən müddəti keçirtmək isə günahdır. 

Namazı öz bildiyim kimi qıla bilərəmmi?

    30.01.2014
Sual: 
Salam aleykum. Men bir muddet namaz qilmisham. Amma sonradan duzgun qilmadigımi fikirleshib saxlamisham. Mene chox insan duz qilmadigimi deyir. Menim oz bildiyim kimi qilmaq gunahdirmi?
Cavab: 

Aleykum salam. Əgər siz bilmədən namazı səhv qılmısınızsa, inşallah Allahın mərhəməti sayəsində namazınız qəbul olunar. Lakin namazın səhv olduğunu biləndən sonra namazı tərk etməyə lüzum yoxdur. Sadəcə namaz qılaraq tədricən buraxdığınız səhvləri düzəltməyə çalışmaq lazım idi.

İstixarə namazını qılarkən nə oxumaq lazımdır?

    29.01.2014
Sual: 
Salam aleykum. İstixarə ve hacət namazını qılıb yatarkən nələri oxumaq lazımdır? Mən bildiyimə görə hacəti qılıb heç kimlə danışmadan yatasan və yatarkən "Ayətul Kursi"-ni oxuyasan. Məndə hələ "Ayətul Kursi"-ni əzbərdən bilmirəm onun yerinə başqa surə oxumaq olarmı? Və hansı surəni oxusam yaxşıdır? Zəhmət olamasa cavablandırasınız. İndidən çox sağolun Allah sizdən razı olsun.
Cavab: 

Aleykum salam. İstixarə və ya hacət adlı namaz iki rükətli namazdır. Bir xeyir iş görmək istədikdə iki rükət namaz qılıb ya təşəhhüddən sonra salamdan əvvəl, ya da salamdan sonra istixarə duasını edərək Allahdan xeyir diləyirsiniz.

Pages