dua

Bəzi zikrləri müəyyən sayda söyləmək doğrudurmu?

    12.02.2015
Sual: 
Salam aleykum ve rehmetullahi ve bereketuhu. Müəyyən zikrləri və ya duaları müəyyən sayıda söyləmək nə dərəcə də düzgündür və anlamı nədir? Birdə bunlara aid hədisləri oxumuşam səhihləri də var.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi zikrləri onun dediyi sayda etmək lazımdır, məsələn namazdan sonra "əlhəmdulilləh", "subhanallah" və "Allahu əkbər" sözlərinin hər birini 33 dəfə demək kimi.

Nifrət etdiyin insan haqqında Allaha necə dua etməlisən?

    11.02.2015
Sual: 
Salameleykum.Eger biri sene cox pislik edirse ve sende o insanla bir evde yasayirsansa ve ondan nifret edirsense onda nece dua etmelisen onun olumunumu yoxsa onu Allahtalanin cezaland8rmasinimi
Cavab: 

Aleykum salam. Allaha həmin adamın şərindən qorunmaq üçün dua edə bilərsiniz, həmçinin ona hidayət verməsini, islah etməsini diləyə bilərsiniz.

"Zikrmatik" deyilən proqram ilə zikr etmək olarmı, yoxsa əl ilə edilməlidir?

    08.02.2015
Sual: 
Salam aleykum zikr elemek ucun zikrmatik deye praqram var menim telefonumda men bilmek istiyirdim Əlilə elemek daha savabdi yoxsa zikrmatik deyilen praqramla yeni mem zikrmatikle zikr elesem mene savab yazilar indinden cox sagolun .Allah razi olsun
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) barmaqları ilə zikr etmişdir və belə demişdir: "Subhənallah, Lə iləhə illəllah deyin və barmaqlarınızı bükün. Həqiqətən onlar soruşulacaq və danışdırılacaqlar". (Əbu Davud, 1501).

Yasin surəsinin 58-ci ayəsini yüz dəfə zikr etmək olarmı?

    04.02.2015
Sual: 
Salam Aleykum. Destemaz alanda qadin mutleq bawina mesh cekmelidir? Birde men aize usualyazmiwdim Salamun Qavlemin Rebbin Rehim bu sozun nenasini siz cavablandirdiz Allah razi olsun..indi bilmek isterdim bu sozu Salamun Qavlemin Rabbin Rahim zikr etmek olarmi yuz defe.Bir insan taniyoram o Bele zikr edit..bu dogrudur??
Cavab: 

Aleykum salam.

Hansısa bir məqsəd üçün peyğəmbərə salavat göndərmək olarmı?

    02.02.2015
Sual: 
Salam.Hansısa bir meqsed üçün Bir işin yaxşı getmesi üçün,meselen dinimizin qorunub saxlanması,islam düşmenlerinin meğlub olmasından ötrü,hemçinin imam Zaman ağanın zühurunun tezleşmesi üçün Hz.Zehra ve ya peyğemberimizin ruhuna salavat göndermek ne derecede doğrudur?
Cavab: 

Aleykum salam. Arzunun həyata keçməsi üçün Uca Allaha dua etmək lazımdır, bunun üçün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirmək isə dinimizdə bildirilməyib.

Namazda qunut necə deyilməlidir?

    02.02.2015
Sual: 
Salam aleykum.namazda qunut:"rebbane atina fid dunya heseneh ve fil axireti heseneh ve qina essabannari"bu cur deyile biler?dogru mezhebin qunutu necedir?yoxsa:"Allahummeselli ela muhamedin ve ali muhammed" bele deyilmelidir?birde ki qunut tutarken dua oxunduqdan sonra elleri uze vurmaq olarmi?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, qunut duasında istənilən dua edilə bilər. Həmçinin sizin qeyd etdiyiniz duaları oxumaq olar.

Ramazan orucu ilə 1-ci və 4-cü günlər tutulan orucun fərqi nədir?

    31.01.2015
Sual: 
as-s-salamu aleykum.mene sufre duasi lazimdir.ve bu dua her yemek yeyilende oxunmalidir yoxsa nece?ikinci sualim .1ci ve 4cu gunler oruc tuturam.bu orucun ramazan orucundan ferqi nedir.bu haqda etrafli bilmek isterdim.Allah razi olsun
Cavab: 

Aleykum salam.
Şəriətdə süfrə duası adlanan dua olmasa da, yemək və süfrə ilə bağlı müxtəlif dualar var:
Yeməyə başlayarkən edilən dua

Pages