qadınlar
Qadınların saçlarını hörməsi icazəlidirmi?
Və aleykum Salam. Qadınların saçlarını yığmaları qadağan deyil. Kimsə dini bir qadağa iddia etdikdə, ondan bunun dəlilini və bu mənbənin səhihliyi haqda məlumat tələb etməsi lazımdır. Qadınların yalnız başlarının üst tərəfindən quş yuvasına oxşar şəkildə yığmaları qadağandır.
Kürəkən qaynanaya məhrəm sayılırmı?
Va aleykum Salam. Qaynana kürəkənə məhrəm sayıldığı üçün onun yanında hicabını aça bilər. Məhrəmlərin yanında nə dərəcədə açıq geyinmək haqda bu cavabı oxuyun: Kimlərin yanında hicabı açmaq olar?
əl-Mu'minun surəsinin 6-cı ayəsini izah edə bilərsinizmi?
Va aleykum Salam. Uca Allah möminlərinin xüsusiyyətlərini vəsf edərkən belə buyurur: "O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar". (əl-Mu'minun, 5-6).
Birinci zövcənin razılığı olmadan evlənən kişi onun haqqına girirmi?
Və aleykum Salam. Bu cavabı oxuyun: Birinci zövcənin razılığı olmadan, kişi ikinci zövcəni ala bilərmi?