qadınlar
Baş əməliyyatından sonra hicab örtmək mümkün deyilsə, bu günahdırmı?
Salam aleykum. Əgər həkim zərər ola biləcəyinə görə başın örtülməsini müvəqqəti icazə vermirsə, bunda qəbahət yoxdur. Lakin, xəstəlik daimidirsə, başı örtmək lazımdır. Doğrusunu Allah bilir.
Hamiləyəm, ərim istədiyim yeməkləri almır...
Və aleykum Salam. Ər bilməlidir ki, imkanı daxilində ailənin ehtiyaclarını ödəmək onun vəzifəsidir. Uca Allah buyurur: "Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz.
Qadın baş örtüksüz və şalvarla namaz qıla bilərmi?
Salam aleykum. Baş örtüksüz və şalvarla namaz qılmaq olmaz. Daha ətraflı: Namaz qılarkən qadın necə geyinməlidir?
Yoldaşımdan ayrılmışam, necə barışım?
Və aleykum Salam.
1. Allaha dua edin ki, xeyirlidirsə, barışdırsın. Daha ətraflı: Dualarımın qəbul olması üçün nə edim?
Həyat yoldaşımdan gizli kasıb qonşularıma sədəqə verə bilərəmmi?
Nəyə görə heyz olan qadınla cinsi əlaqəyə girmək olmaz?
Salam aleykum. Heyz vaxtı cinsi əlaqəyə girməyi Allah qadağan edib. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin.
Ərinə xəyanət edən qadın günahını necə təmizləyə bilər?
Və aleykum Salam. Bu cavabı oxuyun: Əri olan qadın zinadan necə tövbə etsin?
Heyz halında İmamzadəyə getmək olar?
Və aleykum Salam. İstər adi vaxtlarda, istərsə də heyz vaxtı pirə getmək qəti qadağandır və Cəhənnəm əzabına səbəb ola bilər. Daha ətraflı:
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Cənabət qüslundan sonra məni gələrsə, qüsl batil olurmu?
Salam aleykum. Cənabət qüslu aldıqdan sonra, az miqdarda məni çıxarsa, bu qüslu pozmur. Lakin, qüsl aldıqdan sonra yuxuda, cinsi yaxınlıq və ya digər səbəblərə görə şəhvət hissi ilə məni gələrsə, qüsl yenidən pozulur və yenidən cənabət qüslu almaq lazımdır.