axirət

Övliyalar üçün Allahdan bağışlanma diləmək lazımdırmı?

    21.07.2022
Sual: 
Salam aleykum. Övliyaların qəbirlərini ziyarət etdikdə onlar üçün dua etmək lazımdır, yoxsa onların bağışlanması üçün dua edilməyə ehtiyacları yoxdur?
Cavab: 

Va aleykum Salam. Övliyalar - təqva (Allah qorxusu) və iman sahibləridir. Onlar bütün işlərini Allahın qoyduğu şəriətə uyğun edib, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinən şəxslərdir. Bu insanlar nə qədər əməlisaleh olsalar da, günahsız deyillər.

Qeyri-müsəlman ölkəsində doğulan insan üzrlü sayıla bilərmi?

    20.07.2022
Sual: 
Salam aleykum. Başqa dində olan ölkədə doğulan insan üzrlü sayıla blərmi?
Cavab: 

Va aleykum Salam. Əgər qeyri-müsəlman bir ölkədə doğulan insana İslam dini barədə ümumiyyətlə məlumat çatmasa və bu insan İslam dinin barədə məlumat bilmədən dünyasını dəyişərsə, Qiyamət günü o üzürlü sayılacaq və hədisdə bildirildiyi kimi,o yenidən imtahan olunacaq.

Ölən insanın geri qayıtması mümkündürmü?

    12.07.2022
Sual: 
Salam. Bu yaxinlarda menim atam rehmete gedib Ancaq men cox dusunurem. Bilmek isteyiremki quranda bele bir mocuze varmiki, geri qayida bilsin varsa da, olmasi ucun ne etmek lazimdir. Zehmet olmasa cavablandirardiniz
Cavab: 

Va aleykum Salam. Uca Allah atanızın günahlarını bağışlasın və sizə səbir versin! Uca Allah dünyanı müvəqqəti sınaq yurdu yaratdığı üçün vəfat edən insanları heç vaxt bu dünyaya qaytarmayacaq, amma bir-birini sevən saleh insanlar Cənnətdə əbədi olaraq birlikdə olacaqlar.

Yaxın adamın vəfat etməsi Allahın qədəridir, bəladır, yoxsa imtahandır?

    11.07.2022
Sual: 
Salam. Həyatda ən yaxın adam dünyasını dəyişirsə, bu qədərdi, bəladı, yoxsa Allahın imtahanıdı?
Cavab: 

Va aleykum Salam. Dünyadan köçən hər bir insan Uca Allahın qədəri ilə vəfat edir. Həyatda insanın başına gələn bütün müsibətlər bir imtahandır. İnsanın həyatda başına gələn müsibətlərlə Uca Allah onun günahlarını yuyur, dərəcəsini qaldırır və savabını artırır.

Pages