dua

Cənazə namazında "subhanəkə" duası və "Fatihə" surəsi oxunurmu?

    17.03.2015
Sual: 
salam aleykum cənazə namazında fatihə surəsi oxunurmu? cənazə namazında subhanəkə duası oxunurmu? bu suallara cavab versəz İnşə Allah yaxşı olar Allah elminizə bərəkət versin salam aleykum
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. "İstiftah" (subhanəkə) duası yox, ancaq əl-Fatihə surəsi oxunur. Daha ətraflı: Cənazə namazı necə qılınır?

Özümü riyakar hiss edirəm, nə edim?

    15.03.2015
Sual: 
Salam aleykum Ozumu cox riyakar hiss eliyirem, birden heqqiqeten bele oldugumu dusunurem, Xahiş eliyirem mene komek eliyin. Men nece eliyim bunun ucun bir dua varmi ve yaxud riyakar insanin elametlerin yaza bilersiz zehmet olmasa inden cox sagolun.
Cavab: 

Aleykum salam. Bu şeytanın vəsvəsəsidir, vəsvəsəyə isə fikir vermək lazım deyil. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir.

Ölüm ayağında olan insana hansı duaları oxumaq lazımdır?

    14.03.2015
Sual: 
salam aleykum men bilmek isderdim ölüm ayaginda olan bir insan üçün ve ya artix can çekişen canini tapşırmaga çalışan insanın baş ucunda oturub hansı dualari etmek olar quranda hansı ayeleri oxumaq olarki rahat canını tamşirsin.men dini söhbetlerin birinde esitmişemki ölüm ayaginda olan insana quran oxumaq çox yaxşıdı hemin insan üçün.quranın isdeniler yerinden oxumaq olarmı..önceden teşekkürler
Cavab: 

Duanın tez qəbul olunması üçün məscidə gedib orada dua etmək olarmı?

    11.03.2015
Sual: 
Salam aleykum. Men en boyuk duam var ve her gunde dua edirem ve qebul olana kimide hemiwede dua edacam. Yalniz bir wey soruwmag isteyirem men mescide gedib dua eda bileremki tez qebul olsun???
Cavab: 

Aleykum salam. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı.

Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?

    11.03.2015
Sual: 
ƏsSələmu aleykum. Ruzi-bərəkət duaları deyilən dualar varki satılır və insanlar alaraq evlərindən asırlar. Bunlar bidətdirmi? Yəni biz səhih sünnədə belə şeylərə rasty gəlməmişik, böyük ehtimalla bidətdir. Əgər İslamda ruzi-bərəkət üçün xüsusi dua yoxdursa o zaman bu yazılanlar nədir? Cadü-sehr olma ehtimalı varmı? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Dua Allaha edilir, öyrənmək niyyəti istisna olmaqla, onu yazıb üzərində gəzdirərək və ya evdən asaraq ondan bərəkət gözləmək olmaz.

Pages