Seçilmiş suallar

Nəzir orucu tutmaq

    22.01.2014
Sual: 
Salam aleykum. Ureyimde arzum var, niyyet etmishem ki, o arzum heyata kechsin 1 ay oruc tutacam. Amma qaydalarini tam deqiq bilmirem.
Cavab: 

Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, dəstəmaz, dua  və.s buna bənzər əməllərlə) niyyət, şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz bir aylıq nəzir orucu da bu əməllər sırasındadır.

Tapdığım şeyi vaxtında qaytarmamışamsa, nə edim?

    22.01.2014
Sual: 
Salam aleykum. Men kichik yashlarimda mektebde 1 tek tay, qizil sirqa tapmishdim. Amma tapdigim vaxt onun kimin oldugunu bilmirdim. Ancaq sonra bildim ve hemin sirqani ona vermeye utandim. Ushaq olmusham. Fikirleshdim ki, sonra deyerler ki, ogurlayib. İndi men onun evezini ne ile oduye bilerem ki, Allah o gunahimi mene bagishlasin. Buna gore chox narahatam.
Cavab: 

Aleykum salam. İlk öncə onu qeyd edək ki, əgər hal-hazırda həmin insanı tanıyırsınızsa sırqasını ona geri qaytara bilərsiz. Əgər tanımırsınızsa onun adından sədəqə edə bilərsiz.

Fala baxmaq günahdırmı?

    22.01.2014
Sual: 
Salam aleykum. Men bilmek isterdim ki, kartla ve ya damino ile fala baxmaq gunahdir?
Cavab: 

Aleykum salam. İslamda falın hər bir növü küfr kimi böyük yeddi həlak edici günahlardan biri hesab olunur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir.

Kəbədəki qara daşın hikməti nədir?

    22.01.2014
Sual: 
Əs sələmu aleykum. Bildiyimiz kimi həcc vaxtı kəbə evi təvaf edilir, hətta insanlar oradakı qara daşa toxunmaq üçün can atır. Qara daşın orada olmasının hikməti nədir? Bu daşa bu qədər önəm verilməsini şübhə əhli müşriklərin əməllərinə oxşadırlar. Xahiş edirəm, ətraflı cavablandırardınız.
Cavab: 

Aleykum salam. Həmin "qara daş" Kəbə bina olunan gündən sonra orada qərar tutub. Bu daşla bağlı bir çox rəvayət vardır. Deyilənə görə bu daşı Uca Allah göndərmişdir.  Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər.

Moskva şəhərində qibləni necə təyin etmək olar?

    22.01.2014
Sual: 
Deyilene gore sol cheyin gun chixana, sag cheyin ise gun batana olmalidir. Bele teyin etmek olar qibleni? Moskvada yashayiram. Evvelceden teshekkur edirem.
Cavab: 

Salam aleykum. Sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) dursanız, bu zaman üzünüz cənuba, yəni qibləyə tərəf tutmuş olacaqsınız. Beləcə siz qibləni təyin etmiş olursunuz.  (Moskva şəhəri üçün)
 

Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?

    21.01.2014
Sual: 
Salam aleykum. Mem namaz qilmiram, ancaq chalishdigim qeder zikr edirem. Namaz qilamyib zikr etməklə, namaz qilmamagin gunahini az da olsa yox ede bileremmi? Allahin izni ile namaza da bashlayacagam.
Cavab: 

Aleykum salam. Təbii ki, Uca Allahı hər zaman zikr etmək olar və bu çox gözəl əməllərdəndir. Amma şəriətə görə namazsız təkcə bununla kifayətlənmək olmaz. Hər bir müsəlman gündə beş dəfə namaz qılmalıdır və bunu əvəz edəcək bir əməl yoxdur.

Vədəli ticarət növü icazəlidirmi?

    20.01.2014
Sual: 
Bir mağaza ev əşyaları satmaqla məşğuldur. Müştərilər müraciət edirlər ki, malı indi alıb pulunu hissələrlə ödəsinlər. Lakin mağazanın elə maddi imkanı yoxdur. Bunun üçün azad vəsaiti olan bir şəxslə müqavilə imzalayır ki, pay bölgüsü etmək şərti ilə müştərilərinə həmin üsulda mal sata bilsin. Məsələn: Mağazada malın nağd qiyməti 500 manatadır, 6 aya ödəmək şərti ilə 600 manat, 100 manat ikinci şərikə çatır. kinci şərik malın pulunu birinciyə ödəyir, 600 manatı isə 6 aya müştəridən alır. Bankda müştəriyə pul verirlər o isə həmin pula nəsə mal alır, burada isə malın özü verilir.
Cavab: 

Aleykum salam. Şəriətə görə bu cür ticarət əməliyyatına icazə verilmir, çünki müştərinin əvəzinə pulu ödəyən adam ticarət etmir. O, sadəcə olaraq,  satılan malın gəlirindən ticarət etmədən faiz əldə edir. Hal-hazırda bu işi banklar da görür, məsələn, avtomobil alqı-satqısında.

Peyğəmbərin mövlud gününü qeyd etmək doğrudurmu?

    18.01.2014
Sual: 
Salam aleykum. Her kesin ve butun muselmanlarin movlud kandili mubarek olsun inshallah. Bilmek olarmi bu mubarek heftede ne etmek daha yaxshi olar? Hansi dualari oxumaq, zikrleri etmek ve ya hansi namazlari qilmaq lazimdir?
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) doğum gününü qeyd etməyə dair heç bir şey yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özü bunu etməmiş, nə sağlığında, nə də ölümündən sonra kiməsə bunu etməyi əmr etməmişdir.

Əhli Beyt kimlərdir?

    18.01.2014
Sual: 
Salam aleykum. Size sualim beledir. Ehli Beyt kimdir?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə bu məsələ çox geniş və əhatəli bir mövzudur. Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli Beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər.

Bir neçə qadınla telefonda danışmaq

    17.01.2014
Sual: 
Salam aleykum. Meni bele bir sual cox narahat edir. Mence meni kimi insanlar choxdur. Men tek olmadigimi bilirem. Men uch (3) qiz ile danishiram. Uchunu de chox isteyirem. Mene ele gelir ki, uchunu (3) de sevirem. Chox qerarsizam. Bilirem ki, her shey Allahin yazdigi kimi olacaq. Men o qizlardan ayrila bilmirem. Deyirem belke hansisa qismetimdir . Uzaqda yashadigim uchun onlarla gorushmurem. Sadece telefon ile danishiram. Men choxlu gunah qazanirammi?
Cavab: 

Aleykum salam. Əlbəttə günahdır və belə etmək şəriətlə icazə verilməyən bir haldır. Siz bu məsələnin üzərində ciddi şəkildə düşünüb götür qoy edin, sonrada məsləhətləşib konkretləşdirib üçündən birini seçin. Qəti qərara gəldikdən sonra el adət ilə elçi göndərib evlənin.

Ürəyində arzu tutub quran açdırmaq olarmı?

    16.01.2014
Sual: 
salam aleykum DEYIRLER QURANDA BIR SURENI OXYASAN UREYINDE NE ISTEYIRSEN DILEK TUTASAN 40 GUN QURAN ACIG QALIR 40GUN ICINDE ARZU TUTDUGUN GERCEK OLUR BELE BIRSEY DUZDUMU? /?? YOXSA SERIK QOSMAQDI BUDA? BELE BIRSEY VARMI VAPSE??? TANIDIGLARIMDA EDIB ONLARKI DUZELDI MENDE ETDIM AMA MENDE OLMADI INDI BILMEK ISTEDIYIM EYER GUNAHDISA NE EDIM ? ALLAH RAZI OLSUN
Cavab: 

Aleykum salam. Xeyir, olmaz, çünki dinimizdə belə bir şey yoxdur, bir daha belə etməyin. Yalnız Uca Allaha dua edin və ondan istəyin.

Namaz qılmayıb, amma islamın digər qaydalarına əməl etsəm, bağışlanarammı?

    16.01.2014
Sual: 
Salam aleykum. Mən namaz qılmayib islamın yerde qalan diger qaydalarına əməl etsəm olarmi? Meselen; Oruc tutub tövbə etmək və.s. Bu nə qədər düzgündür?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, xeyir işlərdən nəyi bacarırsınızsa onları edin. Amma namaz qılmaq hər bir müsəlmana vacibdir. Əslində namaz sizə günahları tərk etməyə və yaxşı işlər görməyə də kömək olacaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl.

Qədərə iman məndə çaşqınlıq yaradır

    15.01.2014
Sual: 
İmamin 6 sherti var. Hamisinada inaniram. Ama qeder meselesi, bax bu biraz mende chashqinliq yaradir. Allah bizim qederimizi yazibsa onda niye bunlari yashayiriq? Niye Cennet uchun dua edirik? Niye bashimiza gelen belelardan qurtulmaq uchun dua edirik? Axi niye? Meyer Allah bize hamisini yazmayib ki? Bize yazilandisa, onda niye biz oyuncaq edilirik? Bizim neyise sechmeyimiz qederdirse, umumiyyetle onda niye gore biz yashayiriq?.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır mövzulardan biri hesab olunur. Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah sizi yaradıb və o Özü belə istəyib.

Ürəyi təmiz olanın içki içməsi günahdırmı?

    15.01.2014
Sual: 
Salam aleykum. Men bir insan taniyiram ki, heqiqeten o chox yaxshi insan ve xeyirxah biridir. Chox hormetli bir insandir. Hemishe boyuklere hormet edir. Ne ise bir sozle yaxshi bir insandir. Lakin onun bir sehvi budur ki, spirtli ichki ichir. O, ichende artiq ozunde olmur. Amma ele ki, ichkiden ayilir bu insan, tamamen yeniden deyishir ve yaxshi bir insan olur. O, bunu terk etmek isteyir, lakin bacarmir. Namaz qilmasada, choxlu xeyir ishler gorur. Ureyi chox temizdir. Sualim budur ki, bele bir insan spirtli ichki ichse haram ve ya gunahdirmi?
Cavab: 

Aleykum salam. Ürək nə qədər təmiz olsa da, şəriətə görə spirtli içkilər qəbul etmək qadağandır. Tövbə eləsin, çalışsın ki, içməyən insanlarla oturub-dursun və namaza başlasın. İnşallah düzələr.

Qadının ona yad olan kişilərə baxması günahdırmı?

    15.01.2014
Sual: 
Qadinin hansisa kishiye baxmasi gunahdir? Meselen; Men hansisa oglani gorsem, yarashiqli olduguna gore baxsam gunah qazanaram? Yeni men ona pis niyyetle baxmiram. Sadece gozelliyi diqqetimi celb edir.
Cavab: 

İslama görə belə şeylərdən çəkinməyiniz tövsiyə olunur. Uca Allah buyurur:

Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar  (ən Nur, 31).

Konyaklı şokalad yemək olarmı?

    13.01.2014
Sual: 
Salam aleykum. Namaz qilan adamin konyakli shokalad yemeyi gunah sayilirmi?
Cavab: 

Aleykum salam. Ümumən bu məsələ ixtilaflıdır. Əgər şokaladın tərkibindəki konyak maye halındadırsa, yeyilməsi icazəli deyil. Quru halındadırsa, bu mübahdır. Yəni məsələ istifadəçinin ixtiyarına buraxılır. İstəsə yeyər, istəməsə yeməz.

Hicab bağlamağa hələ hazır deyiləm

    12.01.2014
Sual: 
Salam aleykum. Menim 22 yashim var ve aileliyem. Namaz qilib hicab baglamaq isteyirem. Amma buna hele hazir deyirem. Men ne edim?
Cavab: 

İslamda hicab taxmaq Uca Allahın əmridir. Hər bir mömin qadına hicab geyinmək vacibdir. Heç bir zəruri səbəb olmadan hicabı tərk edən qadın günahkardır və buna görə Allah qatında cavab verəcəkdir. Uca Allah istəsə həmin şəxsi bağışlayar, istəsə də cəzalandırar.

Səbirli olmaq üçün nə edim?

    12.01.2014
Sual: 
Salam. Ne gozel sayitdir. Eziyyeti olan her bir kesin Allah eziyyetini yerde qoymaz inshallah. Menim sualim sebr haqqindadi. Men chox sebirsizem. Bunun mene ne qeder ziyan oldugunu bilirem. Amma ne edim ki, ozumden asili deyil. Mende isterdim ki, sebrli ve temkinli olum. Amma alinmir. Her sheye tez reaksiya verirem.
Cavab: 
Və aleykum Salam. Səbirli olmaq Uca Allahın müsəlmanlara əmridir. Dünya həyatındakı və Cənnətdəki gözəlliklər yalnız səbirlə əldə edilir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.

Namazı öz dilimizdə qılmaq olar?

    09.01.2014
Sual: 
Salam aleykum. Menim nenem namaz qilmir. Ereb dilinin qeliz olduqunu deyir. Men ona yazib verdim, amma oyrene bilmir. Bes oz dilimizde namazi qilarsa dinde bu qebul olunurmu? Axi Allah rehmlidir ve oz bendeleri uchun chetinlik yaratmaz. Bu haqda xahish ediren melumat vererdiz. Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Ərəb dilindən başqa dildə namaz qılmaq olmaz. Namazda zikrlər və Quran surələri oxunur, Quran isə ərəb dilində nazil olmuşdur. Başqa heç bir dildə tərcümə Allah kəlamının mənasını olduğu kimi çatdıra bilməz.

Namaza ara vermək

    08.01.2014
Sual: 
salam alekum men Namaz qılıram ama bir müdetden sonra men bezi sebeblere göre qıla bilmirem sonra yeniden namazimi qılıram bu bele namzda ara vermek günah sayılır????
Cavab: 

Aleykum salam. Namazı qəsdən buraxmaq və ya tərk etmək böyük günahlardandır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl". (əl-Әnkəbut, 45).

Kəlmeyi-şəhadət necə olmalıdır?

    06.01.2014
Sual: 
Salam aleykum. Bezileri '' əşhədu ən la ilahə illallah vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədin abduhu ve resuluh'',bezileri de ''əşhədu en la ilahə illallah, əşhədu ənnə Muhəmmədin resulullah, əşhədu ənnə əmir əl momininə Əliyyen vəliyullah'' deyir.Bunlardan hansi doqrudur.Allah razi olsun
Cavab: 

Aleykum salam. Şəhadət kəlməsi "əşhədu ən lə iləhə illallah və əşhədu ənnə Muhəmmədən rasulullah", həmçinin "əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu" kimi deyilə bilər.

Həyatda əsl dost varmı?

    06.01.2014
Sual: 
salam mənim dostum var sizcə o mənə qarşı sadiqdirmi?
Cavab: 

Aleykum salam. Uca Allah Qurani-kərimdə əsl dostların necə olduğunu vəsf edərək buyurur: "Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar.

Seyyid anlayışı doğrudurmu?

    06.01.2014
Sual: 
Salam Aleykum. Muselmanlardan seyyid olanlar dogru anlayishdir?
Cavab: 

Aleykum salam. "Seyyid" sözü ərəb dilində ağa, başçı deməkdir. İslam dinində seyyid sözü hörmət əlaməti olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavtı olsun) nəslindən olan insanlara deyilir.

Pages