Seçilmiş suallar

Namaz qılmaq istəyirəm, amma şəraitim yoxdur

    16.06.2014
Sual: 
Men usaqlıqada Namaz qılmaq istemişem ele indide isteyirem amma hecür şeraitimde yoxdur Allahdan Namaz qılmam ücün duaedirem amma nedense dualarım gerceklesmir niye bele olur.... Bide eyer Namazın sözlerini bilmeden secde edersen onda qılınan Namaza sayılır yoxsa nece
Cavab: 

Salam aleykum. Namaz qılmaq üçün insandan hansısa şəraitin olmasını gözləmək lazım deyil. Minlərlə insan qızmar günəş altında, kəskin soyuqda və digər çətin şəraitlərdə namaz qılır. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır və namazı əvəz edə biləcək bir əməl də yoxdur.

Bəzən Allaha dua edib şəfa istəyərkən dua nə üçün qəbul olmur?

    16.06.2014
Sual: 
Axır xesde olan bir insan ALLAHdan Dua şefa isdeyir lakin kömek olmunmadıxını bilerek ALLAHA niye mene kömek etmirsen deyerse ALLAH o insana hansı halda kömek edir
Cavab: 

Salam aleykum. Uca Allah sevdiyi qulları həmişə müxtəlif vasitələrlə sınağa çəkər və bu sınaqlara qarşı səbirli olanları sonunda ən gözəl mükafatla müjdələyər və savabını artırar. Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir.

Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı?

    13.06.2014
Sual: 
salam size vereceyim sual beledi menim qohummun falina baxdirir menide yaninda apardi eslinde menimde fikrim var idi baxdirmaga Allahi dusundum baxdirmadim sadace menim ora getmeyim gunahdir sadace onlar danisirdir mende qiraqda durub baxirdim
Cavab: 

Aleykum salam. Sizin qohumunuzla birlikdə, hətta inanmasanız da, falçıya getməyiniz sizə günah sayılır, çünki siz pis, iyrənc bir əmələ şərik olursunuz.

Pis yuxulardan necə qorunmaq olar?

    11.06.2014
Sual: 
Salam aleykum. Men pis yuxular gorurem arada cox vaxt terbiyesiz cox vaxt qorxulu olur bu neye yozulur? Bu weytan iwidir? Xaiw edirem cavab yazin ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın.

Xeyirxah əməllərin qəbul olunması üçün hansı şərtlər vardır?

    07.06.2014
Sual: 
Saleh əməllərin qəbul olunması üçün hansı şərtlər vardır?
Cavab: 

Aleykum salam. Saleh əməllərin qəbul olunması üçün şərtlər bunlardır:
1) Uca Allaha iman gətirmək və Onu tək tutmaq. Belə ki, müşrikin (Allaha şərik qoşan) əməli qəbul olunmur.
2) İxlas. Edilən əməldə Allahın rizasını güdmək.

Hicabı açmaq günahdırmı?

    07.06.2014
Sual: 
Salam aleykum. sizə bir sualIm var Hircabdan vazkecmək gunahdIr? mən istiyirəm hircabI atIm kucəyə bir yerə gedəndə hircab taxiram ama hircabsIz qizlar gorəndə istiyirəm məndə hircab taxmIyIm sizcə belə etsəm gunah qazanaram? ama ozum HircablIyam sizcə HircabsIz qiz və yaxudda qadIn Namaz qilib Hircab taxmasa Cənnətə dusə bilər?
Cavab: 

Aleykum salam. Hicab Uca Allahın qadınlara əmridir: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

Orqan bağışlamaq olarmı?

    07.06.2014
Sual: 
Salam, men sizden orqan bagişlanmasi haqqinda soruşacaqdim. Quran ve hedislerde orqan bagişi vesiyyet etmenin dogru ve ya yalniş oldugu haqqda bir melumat var mi? Evvelceden teşekkurler.
Cavab: 

Aleykum salam. İslam şəriətinə əsasən, sağ ikən orqan bağışlamaq olar. Burada şərt qoyulur ki, həmin orqanın çıxarılması sahibinin həyatına təhlükə yaratmasın və həyatını əvvəlki kimi kamil şəkildə yaşaya bilsin.

Ölülərdən və qeybdə olanlardan dua edib diləmək nə dərəcədə doğrudur?

    04.06.2014
Sual: 
Ölülərdən və qeybdə olanlardan dua edib diləmək nə dərəcədə doğrudur?
Cavab: 

Aleykum salam. Ölülərdən və ya qeybdə olanlardan dua edib diləmək şirkdir. Çünki dua bir ibadətdir. Buna yalnız Allah Təala layiqdir. Uca Allah buyurur: "...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.

Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)

    01.06.2014
Sual: 
Salam aleykum. sizə sualIm budurki kimlərin yanInda HicabsIz gəzmək olar?
Cavab: 

Aleykum salam. Qadına məhrəmlərin (həmin qadınla evlənməsi qadağan olanların) yanında hicabı açmağa icazə verilir. Qadın məhrəmlərin yanında başı, boynu, dirsəyinə qə­dər qolları, dizinə qədər ayaqları açıq gəzə bilər. Ər üçün isə heç bir məhdudiyyət yoxdur.

Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?

    01.06.2014
Sual: 
Salam aleykum. Məsələn, tutaq ki, yaxınlarımın qəbrini ziyarət etmək istəyirəm. Bunun üçün nə etməliyəm? Qəbirləri ziyarət edərkən riayət olunmalı davranış qaydaları hansılardır? Riayət olunması lazım olan hansı işlər var?
Cavab: 

Aleykum salam. İbrət almaq və axirəti yada salmaq məqsədilə qəbirləri ziyarət etməyə icazə verilir. Bir şərtlə ki, orada olarkən Uca Allahın qəzəbinə gələcək sözlər söylənilməməli, qəbirdə yatan insan çağırılmamalı və Uca Allahdan başqasından kömək istənilməməlidir.

Mənə qan aldırmaq barəsində ətraflı məlumat verə bilərsinizmi?

    26.05.2014
Sual: 
As salam aleykum rahmatullahi ve barakatuh.Qardaw mene qan aldirmag barede Allah rizasi ucun melumatlandiraediniz...yani konkret qan aldirmag hansi aylarda nece aydan bir hansi gunlerde edilir?fezileti barede?hansi dualar oxunur?yani etrafli melumat...qardaw bir de eger melumatiniz varsa qan aldirmag ucun hara kime muraciet edim?Allah sizlerden razi olsun...Elminizi kamillewdirsin...
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Qan aldırmağa dinimizdə hicamə deyirlər. Hicamə sözü sovurmaq deməkdir.

Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?

    23.05.2014
Sual: 
salamun eleykum.seriete gore oluye basdasi qoymaq qebrin etrafin setkayla hormek bu ne derecede dogrudur?
Cavab: 

Va aleykumus-Sələm. Şəriətə görə ölmüş insan üçün baş daşı düzəltdirmək, şəkil qoymaq, qəbiri hasara almaq və ya tor ilə hörmək qadağandır. Sadəcə olaraq qəbrin baş tərəfinə yerdən bir az hündür səviyyədə bir şey qoyulur ki, bilinsin ki, burada qəbir var.

İstixarə namazını qıldıqdan sonra yuxuda sevdiyim insanı gördüm, bu nəyə işarədir?

    19.05.2014
Sual: 
salam aleykum men istixare namazin qildim niyet etdim qildim sevdiyim insana gore qildim yatdim yuxuda gordum onu bu neye isaredir? zehmet olmasa sualmi cvblayirdiz ALLAH RAZI OLSUN SIZDEN
Cavab: 

Aleykum salam. Bəzi insanlar istixarə namazının mahiyyətini anlamır və istixarəyə sanki fala baxdırmaq kimi baxırlar. İstixarə ibadət növüdür. İstixarə Allahdan xeyir diləməkdir.

əl-Furqan surəsinin birinci ayəsinin təfsirini yaza bilərsinizmi?

    18.05.2014
Sual: 
Salam aleykum va rahmetullahi va beraketu. Suallarimizi qisa vaxt erzinde ve kifayet edecek qeder cavablandirdiginiz üchün minnetdaram. Furqan suresinin birinci ayesinin lazimi qaydada tefsirini vermenizi xahish edirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Allah Təala buyurur: "Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır! (əl-Furqan, 1).

Dinimizə görə kimisə övladlığa götürmək olarmı?

    16.05.2014
Sual: 
Salamaleykum. Övladlığa götürmək dinimizə görə icazəli sayılırmı?
Cavab: 

Aleykum salam. Kimsəsiz uşaqları övladlığa götürmək və onlara yaxşılıq etmək insanı Cənnətə aparır. Uca Allah buyurur: "(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir.

Dəstəmazın fəziləti haqqında

    14.05.2014
Sual: 
Salam aleykum. Destamazin fezileti haqda melumat ve destamaz alarken, destamaz ezalarinin yuyulmasinin esas mahiyyeti nedir?
Cavab: 

Aleykum salam. Dəstəmazın fəziləti haqqında bir çox hədislər rəvayət olunmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demiş­dir: "Müsəlman bir bəndə dəstəmaz aldığı zaman üzünü yu­duq­da, gözləri ilə gördüyü hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bəra­bər üzün­dən çıxar.

Allah məni bağışlasa da, mən özümü necə bağışlayım?

    09.05.2014
Sual: 
Salam aleykum. Men size chox sual vermishem. Allah razi olsun ki, cavablandirmisiniz. Menim gunahlarim o qeder choxdur ki, hele 14 yashim var, tovbe etmishem. Allahim meni bagishlasada, men ozumu bagisshlaya bileremmi? Bunu nece edim? Allah sizden razi olsun! Xahish edirem ki, tez cavablandirin!
Cavab: 

Aleykum salam. Məgər siz bu yaşa qədər yüz adam öldürəndən daha çox günah etmisiniz? Sizin özünüzü bağışlayıb bağışlamamağınızın Uca Allahın dərgahında heç bir əhəmiyyəti yoxdur. Bununla siz ancaq şeytana uyursunuz.

Qurban ətini neçə yerə bölüb paylamaq lazımdır?

    08.05.2014
Sual: 
Salam aleykum. Size bir sual vermek isteyirem. Qurban bayraminda biz eger qoyun alsaq onu neche yere bolmek ve nece nefere paylamaq ve kimlere paylamaq lazimdir? Hansi hisselerini vermek olmaz? Bir sozle qurbanliq etini nece kesmeliyik? Xahiş edirem ki, bu suala cavab veresiniz!
Cavab: 

Aleykum salam. Qurban - bayram günü və təşriq günləri (bayram günündən sonra üç gün) kəsilir. İmkanı olan insanın qurban kəsməsi vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "İmkanı ola-ola qurban kəsməyən bizim namazgaha gəlməsin". (İbn Məcəh, 3123). 

Deyirlər ki, Allahın bəd nəzərdən xəbəri yoxdur. Bu fikir doğrudur?

    06.05.2014
Sual: 
Salam aleykum. Deyirler Allahin gozden, nezerden xeberi yoxdur. Kime deyirsen hami bele deyir. Amma men bele fikirleshmirem. Chunki Allahin qadir ola bilmeyeceyi heç ne yoxdur. Xahiş edirem ki, bu suala cavab yazasiniz.
Cavab: 

Aleykum salam. Uca Allahın gizli və aşkar olan hər bir şeydən xəbəri vardır. Uca Allah buyurur: "Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?" (əl-Bəqərə, 77).

Azan səsi gələndə niyə qəribə hadisələr baş verir?

    04.05.2014
Sual: 
Salam aleykum. Allah Teala herden tebietin en pis hadiselerini ozu gonderir ki, insanlarI cezalandirsin! En chox da xarici olkelere ve bunda derinden basha dushub ibret goturen insanlar uchun deliller vardir. Menim size bir sualim var. Biz kend yerinde yashadigimizdan Allahin mocuzelerine tez-tez rast gelirik. Meselen, bu mocuzelerden biri havanin axsham cagi azan vaxtina qeder sakit olmasidir. O ki, azan chekilir ve azanin sesi gelen kimi qeribe bir meh gelir. Hemen meh agaclari sirkeleyir. Azanin sesi kesilen kimi meh daha esmir.
Cavab: 

Aleykum salam. Azan verildiyi zaman hər hansı bir təbiət hadisəsinin baş verməsi haqda heç bir səhih məlumat yoxdur. Bilmək lazımdır ki, təbiət hadisələrini insanın həyatı və ya dini məsələlərlə əlaqələndirmək olmaz. Bu insanın azmasınna gətirib çıxara bilər.

Tövbənin deyiliş qaydasını yaza bilərsinizmi?

    27.04.2014
Sual: 
Salam aleykum. "Allahim filan gunahi etdim gunahimi bir daha etmeyeceyime tovbe edib sene siginiram". Bu tovbenin deyiliş qaydasıdir. Bes bunun bashqa cur deyiliş qaydasini siz yaza bilersinizmi? Allah size yar olsun.
Cavab: 

Aleykum salam. Tövbənin və ya bağışlanmağın ən gözəli belə deməkdir. "Allahım Sən Mənim Rəbbimsən. Səndən başqa haqq Məbud yoxdur. Məni Sən yaratdın və Mən Sənin qulunam. Gücüm çatan qədər sənə veriyim əhdə və vədə sadiqəm. etdiklərimin şərindən Sənə sığınıram.

Ərim bacısını gəzməyə aparır, məni isə yox. Bu doğrudur?

    27.04.2014
Sual: 
Salam aleykum. Menim erim tez-tez bacisini gezmeye aparir, amma meni yox. Men deyende ki, meni de apar mene hirslenir. Bu Allah yaninda ne derecede dogrudur?
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ailəsi ilə gözəl davranmış və müsəlmanlara da gözəl davranmağı buyurmuşdur. Yaxşı olar ki, sizi də aparsın. Ümumiyyətlə kişi öz qadınına ən yaxşı işləri etməlidir, onu sevindirməlidir və daim könlünü almalıdır.

Qiyamət cümə günü qopacaqmı?

    24.04.2014
Sual: 
Salam aleykum. Qiyamet gunu cume gunu qopacaq?
Cavab: 

Aleykum salam. Hədislərdə qeyd olunduğuna görə bəli, qiyamət günü cümə günü qopacaq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur:  “Üzərinə günəş doğan ən xeyirli gün Cümə günüdür. Adəm o gün yaradılmış, o gün Cənnətə qoyulmuş və o gün də Cənnətdən çıxardılmışdır.

Yuxuda qiyamətin dəhşətini görmək nəyə işarədir?

    23.04.2014
Sual: 
Salam aleykum. Men yuxumda Qiyamet gununu gormushem. Ozum Quran oxuduguma gore bilirem ki, Qiyametde neler olacaq. Amma menim yuxumda gorduyum Qiyamet gunu chox dehshetli idi. Goyun uzu qaranliq zulmet ile tund mavi rengde dehshetli ildrImlar chaxirdi. Dehshetli gurultular var idi. Hemde yer uzu sirkelenirdi. Ustumuze kopuklu qara reng su gelirdi. Chox dehshetli yuxu idi. Sonra birden yuxudan ayildim seher tezden ve gordum ki, Azan verilir. Sizce Allah mene bu pis yuxuyla neyi ishare edir? Xahiş edirem ki, etrafli cavab yazasiniz. Allah sizden razI olsun.
Cavab: 

Aleykum salam. Belə yuxular insana axirəti xatırlatmaq mənasında ola bilər. Ona görə də Allaha daha yaxşı ibadət etmək, yaxşı əməlləri çoxaltmaq və günahlardan çəkinmək lazımdır.

Rəsulullahın nəsli kimlər olub?

    22.04.2014
Sual: 
Salam aleykum. Qardaş Rasulullahin (s.a.s) neçə zovcesi olub ve hansilarinin ushaglari olub ve onlar kimlerdir? Hansilar kimle aile heyati qurub? Neveleri barede? Yeni qardaş ümumilikde Rasulullahin (s.a.s) ehli beyti haqqinda etrafli cavab yazardiniz. Allah rizasi uchun. Allah sizlerden razi olsun!
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə (radıyallahu anhə) ilə evlənir.

Günümü necə faydalı keçirə bilərəm?

    16.04.2014
Sual: 
Günümü çox faydalı keçirtmək istəyirəm. Lakin bunu istəsəm də alınmır. Şeytan hər dəfə məni yoldan çıxarmağı bacarır. Evdəki çöldəki cahillər və s. Əslində bunların bəhanə olub olmamasın bilmirəm. Gün ərzində düşünürəmki bu qədər Quran ayəsi əzbərləyəcəm və ya bu dərsləri dinləyəcəm və s. Nə etsəm də dediyimi edə bilmirəm. Günün sonunda isə çox peşman oluram. Günlərin çox surətlə getdiyini hər günümün mənim eleyhimə olduğun hiss edirəm. Bu mənə acı verir. Hərdən elə vəziyyətə gəlirəmki buna dözə bilmirəm peşmançılıq hissi məni məhv edir. Lakin hər gün özmə söz versəm də bunu bacarmıram.
Cavab: 

Aleykuma salam. Əslində siz Alalh tərəfindən bir növ xeyir içindəsiniz, ona görə ki siz xeyir və şərin nə olduğunu anlayırsınız. Bunu anlamaq isə hər kəsə nəsib olmur. İnsanın vaxtının qədirini bilməsi və onu Allahın rizası üçün sərf etməsi Allaha və Axirət gününə olan imanından irəli gəlir.

Pages