Seçilmiş suallar

Sağ və sol tərəfimizdə mələklər varmı?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən eşitmişəm ki, sağ və sol tərəfimizdə mələklər var sağ yaxşı əməllərimizi yazır sol da pis əməllərimizi bu düzdürmü?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər". (əl-İnfitar, 10-12).

Valideynim üçün bağışlanma diləmək qəbul olunurmu?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən anam və atam üçün günahlarının bağışlanmasını diləyirəmsə Allahımnan bu qəbul olunurmu? Yəni onların günahları azalırmı? Allah razı lsun sizdən.
Cavab: 

Aleykum salam. Valideynlərə dua etmək, Allahdan onlara bağışlanma diləmək valideynlərin övladları üzərində olan haqlarındandır. Uca Allah Qurani Kərimdə Nuh peyğəmbərin belə dua etdiyini xəbər verir: "Ey Rəbbim!

Yadplanetlilər varmı?

    16.02.2014
Sual: 
Salam aleykum. Elmdə yadplanetlilərin mövcudluğu haqqında çox məlumatlar var. Bəs Qurani Kərimdə bu haqda nə deyilir?
Cavab: 

Aleykum salam. Uca Allah aləmlərin - yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Uca Allahın yaratdığı gözəgörünməz məxluqlar - mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər.

Nal nədir və onu niyə evdən asırlar?

    16.02.2014
Sual: 
Salam aleykum. Nal nedir? Niyə onu evdə qoyurlar?
Cavab: 

Aleykum salam. Nal, atın ayağının altının zədələnməkdən qorumaq üçün xüsusi düzəldilmiş dəmir parçasıdır. İnsanlar dini məlumatsızlıq səbəbindən elə bilirlər ki, o, gözdəymədən qoruyur. Halbuki gözmuncuğu, nal və s. sizə nə zərər, nə də xeyir verməyə qadir deyillər.

Qiyamət günü insanlar neçə yaşında diriləcək?

    16.02.2014
Sual: 
Salam aleykum. Qiyamət günü Allah (c.c) insanları necə dirildəcək? Məsələn, biri əlli yaşında olub. Elə həmin insan əlli yaşındakı kimi diriləcək? Bu haqda Qurani Kərimdə bir şey deyilib? Bununla bağı öz fikirlərinizi bildirərdiniz. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Qiyamət günü insanların neçə yaşında diriləcəklərini deyə bilmərik, amma Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Cənnətə girənlərin 33 yaşında olacaqlarını bildirmişdir.

Halal ruzi qazanma yolları haqqında

    16.02.2014
Sual: 
Salam aleykum. 1)Zəhmət olmasa bir neçə halal pul qazanma yollarını deyərdiz. 2)Birdə haramlardan necə çəkinək? 3)Namaz qılan insanın içki süfrəsində və ya musiqi olan yerdə oturması düzgündürmü?
Cavab: 

Aleykum salam. Əvvəlcə Allahdan layiqincə qorxmaq və onun əmrlərini yetirmək və qadağalarından çəkinmək lazımdır: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər...". (ət Talaq, 2-3). 

Ata-anasını itirən insan haqqında

    14.02.2014
Sual: 
salam men evvelce anami sonra atami itirmisem.onlardan sonra gozum hec ne ile doymur ele bilirem nese alsam onlarin yeri dolar bir az da ama dolmur illahki anami hec unda bilmirem cunki onun olmu gozumun qabaginda olub yadimdan cixmir ki cixmir nece sevincli gunum olsa hemise bir yanim kederlidir ata anamdan sora toyum olub usaqlarim var ama onlarin yeri dolmurki dolmu.ne edim ozum de bilmirem
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.

Deyirlər duz dağılanda dava olur?

    14.02.2014
Sual: 
Salam aleykum. O biri devirdən qalan inanclardan irəli gələrək sual verəcəm sizə. Deyirlər duz dağılanda dava olur ve dağılan kimi üstünə qənd qoyurlarki heçnə olmasın bu düzdürmü? Birdə salfetka ilə stol üstünü siləndə dava olur ?
Cavab: 

Aleykum salam. Bu kimi məsələlər xurafat və uğursuzluq kimi batil inanclardan meydana gəlib. İslamda isə uğursuzluq inancı yoxdur. Daha ətraflı: Dırnaq tutub yerə tökmək günahdır?
 

Qıldığım namazdan razı deyiləm, nə edim?

    12.02.2014
Sual: 
men artiq sekkiz ildi namaz qilaram amma son zamanlar bele deyim öz namaz qılmagımdan razı dryilem.özumu cox gunahkar hiss edirem.düsünürem ki yaxsı qılsamda Allah qebul etmeyecek.amma bilirem günahım coxdu sizce men nece edim günahımdan azad olum?
Cavab: 

Salam aleykum. Sözsüz ki, günahlar insanın imanına, ibadətinə, yaxşı əməllər etməyinə öz mənfi təsirini göstərir. İslam alimləri günahların insana təsiri barəsində çox sayda kitablar yazmışlar.

Qaranlıq düşən kimi qorxuram...

    06.02.2014
Sual: 
Salam aleykum. Mən xüsusile qaranlıq düşən kimi narahat oluram. Elə bil ki, kimsə yanımdadı. Çox qorxuram. Məni kiminsə izlədiyini düşünürəm. Gün ərzində evdə tək qalanda belə oluram. Amma qaranlıq düşəndə qorxularım daha da artır. Həmçinin anam evdə olanda da. Mən özüm namaz qılanam. Heç vaxt məndə belə hal baş verməyib. Bir aydır belədir. Mən nə edə bilərəm? Xahiş edirəm mənə məsləhət edəsiz.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal sadəcə şeytan vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Bundan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), günahları tərk etmək və onlardan tövbə etmək lazımdır.

Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?

    06.02.2014
Sual: 
Salam aleykum. Evveller men chox yaxshi insan idim. Namazim, orucum ve yaxshi emellerim var idi. Sonra namazimi dayandirdim ve get-gede gunah ishler gormeye bashladim. Evveller gunah ish gordukde hardasa vicdan ezabi chekirdim. Ama indi ele bil ki, gunah ish gormeyi lap chox xoshduyuram. Chox deqiq yadimda deyil, Quranda bele bir aye oxumushdum. "Allah gunahkar qelblere mohur vurur". Yeni menim qelbime Allah Teala mohur vurub? Kechmishe baxdiqda nece yaxshi insan oldugumu xatirlayiram. Eslinde yashim chox deyil. 24 yashim var. Texminen 6-7 ildir ki, temiz dinden uzaqlashmisham.
Cavab: 

Aleykum salam. Hidayətə gələn əksər insanlar bu cür problemlə üzləşir. Çünki insan dinə gələndə imanı qüvvətli olur, ibadətlərini həvəslə yerinə yetirir, günahlardan asanlıqla çəkinə bilir, günah etdikdə dərhal tövbə edir. Bir müddət keçdikdən sonra dində zəifləməyə başlayır.

Valideyn hicaba görə narazıdırsa, nə etməli?

    06.02.2014
Sual: 
Salam aleykum. Yeddi ildir ki, hicaba riayet edirem. Lakin anam menden narazidir. Mene deyir ki, haqqimi sene halal etmirem. Namaz qiliram ve oruc tuturam. Men anamin menden narazi olmağina chox narahatam. Bele halda ya anam, ya men dunyadan kochsek, men gunahkar oluram ya yox? Anani narazi salib ayaqlari altinda olan cennete nece girmek olar? Valideyn haqqi Allah haqqidir. Qiyamet gununde aramizda heç bir qohumluq elaqesi olmadigi halda meni Allah bu itaetime gore qebul edermi? Yoxsa anamin naraziligi qebul olar? Çox xahiş edirem ki, mene bu barede melumat veresiniz.
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda məxluqa itaət edilməz". (İmam Əhməd, 1095).

Konfeti yastığın altına qoyaraq gələcək nişanlını yuxuda görmək

    05.02.2014
Sual: 
Salam aleykum. Nişanda, toyda, xınada konfet verirlər qızlara. Onları başımızın altına qoyuruq ki, kimisə görsək yuxuda ona qismət oluruq. Bunları etmək günahdırmı? Xahish edirem mene etrafli melumat veresiz.
Cavab: 

Aleykum salam. Toyda, xınada, nişanda konfet götürüb başın altına qoyaraq yuxuda görülən adama qismət olacağına inanmaq günahdır. Çünki, bu əməl fala baxmağın bir növüdür. Fala baxmaq və fala baxdırmaq böyük günahlardan hesab olunur. 

Ölmüş körpə üçün ağlamaq

    05.02.2014
Sual: 
Salam aleykum. Mənim qızım anadan oldu və səkkiz gündən sonra həkiminin səhvi ucbatından dünyasını dəyişdi. Mənim qızıma ağlamağım, ona günahdırmı? Deyirlər ki, körpə üçün ağlayan anaya görə uşağın qəbri su ile dolur və körpə üşüyür. Mən buna inanmıram. Çünki uşaqlar günahsızdırlar inşallah ve cənnətdə melekdirler. Sizdən soruşmaq istəyirdim ki, bu doğrudurmu? Xahiş edirəm ki, mənə bu barədə mümkün qədər çox geniş məlumat verəsiniz.
Cavab: 

Aleykum salam. Allahdan sizə səbir diləyir və dua edirik, sizi qızınızla Cənnətdə görüşdürsün. Qızınız üçün həddi aşmadan, səssizcə ağlamaq və ya kədərlənmək günah sayılmaz.

İşin düzəlməsi üçün niyyət orucu tutmaq olarmı?

    04.02.2014
Sual: 
Salam aleykum. İşin düzəlməsi üçün, niyyət edib oruc tutmaq olarmı?
Cavab: 

Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, həcc, ümrə və.s buna bənzər əməllərlə) niyyət; şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz nəzir orucu da bu əməllər sırasındadır.

Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var

    04.02.2014
Sual: 
Salam aleykum. Mən namaz qılmaq istəyirəm amma içimdə biraz narahçılıq var. Məmim ağlıma belə fikirlər gəlir, namazı haçansa ata bilərəm, bundan qorxuduğum üçün namaz qıla bilmirəm. Bu Şeytan əməli ola bilərmi?
Cavab: 

Aleykum salam. Bəli, belə fikirlər şeytanın vəsvəsələrindən sayılır. Ona görə də vəsvəsələrə fikir verməyərək tezliklə namaza başlayın.

Valideynin ölümü ilə barışa bilməmək

    04.02.2014
Sual: 
Salam aleykum. Mən bir il dörd aydır ki, atamı itirmişəm, səbəbi bəlli olmayan xəstəlikdən. Onun ölümü ilə barışa bilmirəm. Düzdür həmişə Allaha şükr edirəm. Xeyir də şər də ondandir. Amma yenə də ürəyim yanır. Heç kəs məni başa düşmür. Hamı danlayır. Mən nə edim? Elə bilirəm ki, nə vaxt başa düşsəm ki, atam yoxdur, o gün hər şey bitəcək. Vəfat edəni unutmaqmı lazımdır? Vəfat edən adam ücün ağlamaq günahdırmı?
Cavab: 

Aleykum salam. Hər bir müsəlman bilməlidir ki, ölüm son deyil, Uca Allah ölmüş insanları qiyamət günü yenidən dirildəcək. Rəbbimiz buyurur: "Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq.

Gözmuncuğu asmaq düzgündürmü?

    02.02.2014
Sual: 
Salam aleykum. Balaca körpələrə gözmuncuğu taxırlar bu düzgündürmü? Həqiqətənmi gözmuncuğu deyilən bir şey varmı? Göz dəyirmi kimdənsə kiməsə?
Cavab: 
Və aleykum Salam. İnsanı Uca Allah qoruyur. Gözmuncuğu bir şüşə parçasıdır. İnsanı, evi, hardan asılırsa oranı heç bir zərərdən qorumağa qadir deyil. Təsəvvür edin, gözmuncuğunu yerə atıb tapdalasan və sındırsan, özünü qoruya biləcəkmi!? Sözsüz ki, yox.

Bürclərə inanmaq günahdır?

    31.01.2014
Sual: 
Salam aleykum. Burclere inanmaq onlarin dediyi kimi hereket etmek bunlar gunahdirmi? Chox sag olun ki, bele maraqli bir sayt achmisiniz. Bilmediyimiz chox sheyler var ki, sizin sayenizde oyrenirik. Allah Sizden Razi Olsun! Amin!
Cavab: 

Aleykum salam. İslamda fala baxmaq və ya baxdırmaq, bürclərə iman gətirərək, onlara bağlanıb, onların verdiyi proqnoza görə hərəkət etmək Allaha küfr etməkdir. Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların və kainatın taleyinə, qədərinin dəyişməsində heç bir rola malik deyildir.

Nəzir verərkən pulu başa fırlatmaq olar?

    30.01.2014
Sual: 
Salam aleykum. Nezir pul vererken bezen bashlarina pulu firladib verirler. Bu gunahdirmi? Bes neziri verende nese demek lazimdirmi?
Cavab: 

Salam aleykum. Nəzir veridkə pulu başa fırlatmaq lazım deyil. Bunu edənlər düzgün etmirlər. Bunu edən elə fikirləşir ki, belə etsə O verdiyi pul ona haram olacaqdır, bu isə yalnış iddiadır və günahdır. Həmçinin, nəzir verəndə heçnə demək lazım deyil.

Ekstrasenslik günahdır?

    30.01.2014
Sual: 
Salam aleykum. Ekstrasenslik, yeni baxiciliq gunahdirmi? Eger Allah terefinden verilen bir vergidirse, buna nece yanashmaq olar? Xahish edirem etrafli cavablandirasiz.
Cavab: 
Və aleykum Salam. Bəli, yeddi həlakedici böyük günahlardan biri də sehr, falçılıq və bu qəbildən olan əməllər sayılır. Bunun günah olmasını bizə Uca Allah Öz Kitabında xəbər vermişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!

İslamda qadını döymək icazəlidirmi?

    28.01.2014
Sual: 
Salam aleykum. İslamda qadını döymek ve ya ona zor tetbib etmek gunah sayilirmi?
Cavab: 
Aleykum salam. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).

Namaza yeni başlayanlara vərəqə baxaraq namaz qılmaq olarmı?

    28.01.2014
Sual: 
Salam aleykum. Mən namaza başlamaq istiyirəm, bəzən sözlər yadımdan çıxır, namaz qılsam kitaba baxıb qıla bilərəm?
Cavab: 

Aleykum salam. Namaz qılmağa yeni başlayarkən, namazın söz və hərəkətlərini tam mənimsəyənə qədər namaz qıla-qıla vərəq və ya kitabdan istifadə etməkdə günah yazılmır. Bu xüsusda Uca Allah buyurur: "Bilməyərəkdən etdiyiniz səhvlərə görə sizə günah yoxdur.

Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Ushagim geceler qorxaraq durub aglayir ele bil ustune ne ise cumur. Qurana qulaq asdirdiq dediler qorxub. Dua yazilib amma o dua ustunde olanda rahat yatir dua olmayanda eyni hal yene davam edir ve chox aglayir. Mene deyilir ki, sene namaz gelir gerek namaz qilasan ushagin duzeler. Bu duzdurmu ya yox? Xahish edirem bu suallara etrafli cavab veresiniz.
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə xatırladaq ki, adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə etməkdir.

Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı?

    27.01.2014
Sual: 
Salam aleykum. Qurandan sure yazib onu ustunde ve yaxin haradasa qoymaq gunahmi? Eyer gunahdirsa onu ne edim?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə mötəbər İslam alimlərinin fikirlərinə görə dua, surə, ayə asılmaz və ya gəzdirilməz. Əkisnə dua edilər, ayə və ya surə isə oxunular. Dərmanı gəzdirmək xəstəyə təsir etmədiyi kimi,  duanı və ya ayəni üzərində gəzdirmək də insana təsir etmir.

Xəbərçilik günahdırmı?

    27.01.2014
Sual: 
Salam aleykum. Xeberchilik gunahdir?
Cavab: 

Aleykum salam. Hər bir müsəlman vacib buyurulan əməlləri yerinə yetirdiyi kimi pis sözlər danışmaq, söz gəzdirmək, xəbərçilik eləmək, qeybət etmək, qəlb qırmaq və.s bu kimi qadağan olunan günahlardan da çəkinməlidir.

Beş ildir sevgilimə qovuşa bilmirəm, mən nə edim?

    26.01.2014
Sual: 
Salam aleykum. Men beş ildir sevgiliyəm. Allaha şükürlər olsun! chox sınaqlardan kechdik, amma hələ də qovuşmadıq. Cox əzablar chəkdim səbr elədim artiq dözmürəm. Allaha yalvarıraq hər zaman kömək istəyirəm, namazda qılıram. Xahiş edirəm ki, mənə yol göstərəsiniz, mən nə edim?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir". (əl-Bəqərə, 45).

Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?

    26.01.2014
Sual: 
Salam aleykum. Adəm və Həvvanın uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, bu günahdan yarandığımızı təlqin edir? Ya necə? Zəhmət olmasa ətraflı izah edərdiz.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (ən Nisa, 1).

Masturbasiya etməyə icazə verilirmi?

    26.01.2014
Sual: 
Salam. Her kese melum olan kishilerde oz-ozlerini rahatlamaqlari cenabet qusulunu pozur. Yeni "mastrubasiya", meni en chox dushunduren shey budur. Zehmet olmasa bu meseleye genish ve etrali aydinliq getire bilersiz?
Cavab: 

Və aleykum Salam. Öz-özünü boşaltmaq və ya masturbasiya haramdır. Bu istər subay, istər evli, istərsə dul olsun, hamıya aiddir. Buna dəlil olaraq alimlər aşağıdakıları göstərmişlər. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; O kəslər ki, namazlarında mütidirlər?

Fitnə nədir və ondan necə qorunmalıyıq?

    24.01.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahu va bərakətuh. Allah Subhənəhu va Təalə elminizə bərəkət versin, saytınızı xeyrli və faydalı etsin. İnşəAllah fitnə haqqında zəhmət olmasa geniş və ətraflı məlumat verərdiz. Fitnə nədir? Fitnələr vaxtı müsəlman nə etməlidir?
Cavab: 

Aleykumus sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə bu, çox geniş və əhatəli bir mövzudur. "Fitnə" sözünün çox geniş lüğəti mənası var. Məsələn: qarmaqarışıqlıq yaratmaq, dava-dalaş salmaq, ara pozmaq, ara qarışdırmaq, adamları, camaatı və s.

Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?

    23.01.2014
Sual: 
Salam aleykum. Dinde ayib shekillere ve videolara baxmaq gunahdir? Bes ele sheylere baxib ozunu shehvete tehrik elemek nece, o da gunahdir? Deyek ki, gunah olmadigini bilib baxirsan onda bu gunahi temizlemek uchun ne etmek lazimdir?
Cavab: 

Aleykum salam. Uca Allah bu cür çirkin şeylərə baxmağı qadağan edərək buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır.

Qul haqqı barədə

    23.01.2014
Sual: 
Salam Aleykum. Qul haqqina girmek haqqinda aye varmi?
Cavab: 

Aleykum salam. Uca Allah qul haqqına aid olan günahları bağışlamayacaq və qiyamət günü insanlar hesaba çəkildikləri zaman bütün haqq sahibləri, yəni, vaxti ilə haqqları pozulmuş şəxslər, borcları qaytarılmayan borc sahibləri və s.

Məcburiyyət anında and içmək

    23.01.2014
Sual: 
Salam aleykum. Mecburen istemediyin bir shey uhcun bashqasi terefinden zorla and ichmishem. Ama andimi pozmaq isteyirem. Chunki menim istemediyim bir sheyi mene zorla and ichdiribler. Bunun gunahi choxdurmu?
Cavab: 

Aleykum salam. İlk öncə bilmək lazımdır ki, islamda məcburiyyət yoxdur. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur". (əl-Bəqərə, 256).

Pages