Seçilmiş suallar
Ailə üzvlərinin təkidi ilə hicabı açmışam, nə edim?
Aleykum salam. Hicab Uca Allahın qadınlara olan vacib əmrlərindən biridir. Ona görə də heç bir halda hicabı açmaq olmaz və bu böyük günahlardan sayılır. Heç nəyə baxmayaraq yenidən hicab bağlamaq lazımdır.
Dünyasını dəyişən valideynin günahının ailə üzvlərinə təsiri ola bilərmi?
Aleykum salam. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz.
Qadının kişi həkimin yanına getməsi düzgündürmü?
Aleykum salam. Qadın həkimlər ola-ola qadının kişi həkim yanına getməsinə icazə verilmir. Sizin xəstəliyiniz müalicəsi ilə məşğul olan qadın həkim tapmaq elə də çətin deyil. Sadəcə soraqlaşıb axtarmaq lazımdır. Zəruri hallarda qadının kişi həkimlərə müraciət etməsinə icazə verilir.
Evdə divardan kəbənin şəklini asmaq olarmı?
Aleykum salam. İslam dininə görə evdə divardan bu və buna bənzər şəkillər asmaq bəyənilmir. Çünki çox vaxt əksər insanlar bu cür şəkilləri və ərəbcə yazılan Quran ayələrini asmaqla onlardan xeyir-bərəkət umurlar. Lakin bilmək lazımdır ki, bu cür şeylər ilə bərəkət əldə olunmur.
Dinimizdə namazı tərk etmək necə qarşılanır?
Anam qorxur ki, namaza başlasa vaxtında qıla bilməyib günah qazanacaq
Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur.
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir
Aleykum salam. Hicab bağlamaq Uca Allahın qadınlara Qurani kərimdə buyurduğu əmridir. Hicab bağlamayan qadın günahkardır və buna görə Allah qatında cavab verəcək. Allahın vacib buyurduğu əmrləri (hicab, namaz, oruc və s.) yerinə yetirmək üçün isə heç kimdən icazə almaq lazım deyil.
Valideynlərim hicab geyindiyimə görə məni ələ salırlar
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Səbr etməli olduğunuz vaxtlar gələcək, bu zaman (İslama) bağlı qalanlar sizin (səhabələrin) aranızdan 50 şəhidin savabını qazanacaq". (ət-Tabərani).
Sidiklə müalicə olunmaq olarmı?
Və aleykum Salam. Ümumən sidik nəcis olduğu üçün onunla müalicə olunmaq olmaz. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (əl-Buxari, 5614).
Qiyamət günü bəndələrdən soruşulacaq ilk suallar hansılar olacaq?
Aleykum salam. Bu barədə müxtəlif hədislər var:
Qəbirin üstündə ilanların olması nə anlamındadır?
Salam aleykum. Doğrusunu Allah bilir. Kiminsə qəbirinin üstündə ilan görməklə o adamın qəbirdə əziyyət çəkməsinə hökm vermək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: "Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin.
Peyğəmbərə salavat gətirməyin fəzilətinə aid hədislər
Aleykum salam. Əbu Talha (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna girdim.
Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?
Şəhidlər cənnətə düşürlərmi?
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (əl-Bəqrə, 154).
Qiyamət günü hansı növ şəfaət olacaqdır?
Aleykum salam. Bunun bir neçə növü var və ən önəmlisi budur:
Cahil həyat yoldaşı dini yaşamağa mane olursa, nə etmək lazımdır?
Salam aleykum. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Dəfələrlə eyni günahı edirəm və bundan əl çəkə bilmirəm
Aleykum salam.
Quranı qəbirstanlıqda pulla oxutmaq günahdır?
Salam aleykum. Ölü üçün Quranı pulla və ya pulsuz oxutmaq həm oxuyan, həm də oxudan üçün günahdır, çünki bu bidətdir (dində yenilik). Peyğəmbərin (salləllahu aleyhi va səlləm) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir.
Nə qədər dua etsəmdə arzularım həyata keçmir, nə edim?
Ərim mənimlə maraqlanmır, nə edim?
Yalnız Ramazanda ayında namaz qılmaq doğrudurmu?
Aleykum salam. Namaz qılmaq ağılı başında olan, həddi-büluğa çatan hər bir müsəlman kişi və qadına vacibdir. Sizin 15 yaşınız varsa, artıq siz həddi-büluğa çatmış sayılırsınız. O ki, qaldı namazları qəza etmək məsələsinə, bu məsələyə görə narahat olmayın.
Günahsız şəxsi bilmədən acılamağın günahı nədir?
Salam aleykum. Həmin şəxsin könlünü alıb ondan halallıq istəmək lazımdır.
"Müasir" həyat tərzi keçirən qadını İslama necə dəvət etmək olar?
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhabələri dəvətə göndərərkən əvvəlcə insanları tövhidə çağırmağı, qəbul edərlərsə gündə 5 vaxt namaz qılmağı, daha sonra digər məsələləri təbliğ etməyi buyurmuşdu.
Ailəli qadın uzaq qohumu ilə dostcasına mesajlaşa bilərmi?
Aleykum salam. İlk öncə onu deyək ki, islamda qadınla kişinin dostluğuna icazə verilmir, çünki bu çox vaxt günahlara aparıb çıxarır.
Əl ilə salamlaşmaq düzgündürmü?
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Salam aleykum. Namaz qılmaq həddi-büluğ çağına çatmış və ağlı başında olan hər bir müsəlman kişi və qadına vacibdir. İnsan yetkinlik yaşına çatdığı gündən vacib ibadətlərini yerinə yetirməli, o cümlədən, namaz qılmalıdır.
Lotareya oynamaq niyə günahdır?
Aleykum salam. Lotareya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır. Əgər hər hansı bir oyuna az da olsa vəsait qoyulursa və bundan çoxlu uduş əldə edilirsə, bu, qumar hesab olunur. Uca Allah qumarı haram etmişdir: "Ey iman gətirənlər!
Namaz qılmayıb oruc tutmağım nə dərəcədə düzgündür?
Və aleykum Salam. Namaz qılmayan adam oruc tuta bilər. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8).
Ata-ananı incitməyin günahı barədə
Aleykum salam.
Valideynləri incitməyin günahı
Ziyarətgahdan gələn üzüyü barmağıma taxıb getsəm imtahanda uğur qazanaram?
Aleykum salam. Bu şirkə səbəb ola bilər. Uca Allah buyurur: "Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!"– deyəcəklər.
Müsəlmanla Xristian fərqi nədədir?
Aleykum salam. Müsəlmanlarla xristianlar arasında əsas fərqlər:
Ehtiyac üzündən zina edənin namaz qılmağı düzgündür?
Aleykum salam. Ehtiyac üzündən zina etmək fikri kökündən səhvdir və dində üzr kimi qəbul edilmir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir.
Ərimə cavab qaytarmağı necə tərgidə bilərəm?
Aleykum salam.
Övlad duası olurmu?
Aleykum salam. Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
İnsanların seçimi və iradəsi varmı?
Aleykum salam. Bəli, insanın istəyi, iradəsi və seçimi vardır. Lakin bununla belə, Uca Allahın istəyindən kənara çıxmır. Uca Allah buyurur: "Allah istəmədikcə, siz istəyə bilməzsiniz!" (ət-Təkvir, 29).
Gecə vaxtı verilən sədəqə Allahın qəzəbini söndürürmü?
Aleykum salam. Bəli, gecə vaxtı verilən sədəqə Uca Allahın qəzəbinin söndürməsinə vəsilə olan səbəblərdən biridir. Uca Allah buyurur: "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır.
"Allah sevmədiyi bəndəsini öldürməz" fikri doğrudur?
Salam aleykum. İslama görə Allah sevmədiyi bəndəsini öldürməz fikri səhvdir. Çünki əcəli çatmış hər kəsin öləcəyini Uca Allah bizə bildirmişdir: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər".
Peyğəmbəri Allahın verdiyi məqamdan yüksək tutaraq tərifləməkdə həddi aşmaq olarmı?
Aleykum salam. Heç şübhə yoxdur ki, Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Uca Allahın yaratdıqları arasında ən şərəflisidir.
Yaxşılığın əvəzini gözləmək haqqında
Salam aleykum. Etdiyin yaxşılıq əvəzinə minnətdarlıq gözləmək yox, onun savabını Allahdan istəmək lazımdır.