Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) tərəfindən hələ sağlığında Cənnətlə müjdələnən 10 nəfər səhabə bunlardır:
1) Əbu Bəkr əs-Siddiq (islamın birinci raşidi xəlifəsi),
2) Ömər ibn əl-Xattab (islamın ikinci raşidi xəlifəsi),
Aleykum salam. Bu saytdakı sualları cavablandıran şəxslər, ilahiyyat elmləri üzrə təhsil almış bir qrup mütəxəssislərdir.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Kəbin kəsdirərkən həm valideynlərin, həm də qızın öz razılığının olması vacibdir.
Aleykum salam. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (İbn Hibban və əl-Beyhaqi).
Salam aleykum. Dəstəmaz alınma qaydası qadınlar və kişilər üçün eynidir. Qaydasını "Namaz" məqaləsindən oxuya bilərsiniz.
Aleykum salam. Dediyiniz duaları oxuyub kimisə yuxuda görmək niyyəti ilə yatmağın dinlə heç bir əlaqəsi yoxdur. Bu kimi əməllər dinə sonradan gətirilmiş yeniliklərdəndir (bidət).
Salam aleykum. Bu cavabı oxuyun: Namaz qılmaq insana neçə yaşında vacib olur?
Aleykum salam. Bu barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (Əhməd 1/20; əl-Beyhəqi 7/366).
Aleykum salam. Bu cavabı oxuyun: Vəhhabilər kimlərdir?
Aleykum salam. Dinimiz müsəlman kişilərin xristian və yəhudi qadınların ismətli, iffətli və namuslu olanları ilə evlənməyə icazə verir, digər kafirlərlə isə (ateist, bütpərəst və s.) evlənmək qadağandır.
Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir. Digər hallarda isə bunu qadağan etmişdir. Ona görə də müğənni olmaq haramdır.
Aleykum salam.
Və aleykum Salam. Uca Allah firqələrə bölünməyi qadağan edərək buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" (Ali İmran, 103).
Aleykum salam. Yalan danışmağın icazəli olduğu üç hal vardır. Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri yalan. Digər hallarda yalan danışmaq böyük günahlardandır.
Aleykum salam. Qeyd etdiyiniz maddə islam terminologiyasında "məzi" adlanır və o, qüsulu yox, dəstəmazı pozur. Qüsulun pozulması isə "məni" (sperma) gələn vaxt baş verir.
Aleykum salam.
1) Bu cavabı oxuyun: Masturbasiya etməyə icazə verilir?
Aleykum salam. Səhih bir hədisdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki: "...Yer üzü mənim üçün səcdəgah edildi...". (əl-Buxari "Namaz" 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; Əhməd, 3/304; əd-Darimi "Namaz" 1389).
Salam aleykum. İslama görə Allah sevmədiyi bəndəsini öldürməz fikri səhvdir. Çünki əcəli çatmış hər kəsin öləcəyini Uca Allah bizə bildirmişdir: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər".
Və aleykum Salam. Qorxunun dörd növü var:
Aleykum salam. Heç şübhə yoxdur ki, Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Uca Allahın yaratdıqları arasında ən şərəflisidir.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İddə - ailə həyatı başa çatan qadının təzədən ərə gedə bilməyi üçün gözləməli olduğu müddətə deyilir. Boşanmış qadınlar üçün iddənin (gözləmə) müddəti 3 ay (yəni, üç dəfə heyz olma), əri ölən qadınlar üçün isə 4 ay 10 gündür.
Aleykum salam. Ömər ibni Xattab, islamın ikinci raşidi xəlifəsi, peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qayın atası və sağlında cənnətlə müjdələn 10 səhabəndən biri olub. Daha ətraflı: Ömər ibn Xəttab
Aleykum salam.
Aleykum salam. Əlhəmdülilləh, yaxşıyıq. Zərurət olmadan naməhrəm olanlarla ünsiyyətdə olmaq olmaz. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) səhih bir hədisdə belə buyurmuşdur: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165).
Salam aleykum. Etdiyin yaxşılıq əvəzinə minnətdarlıq gözləmək yox, onun savabını Allahdan istəmək lazımdır.
Salam aleykum. Namaz qılmaq üçün insandan hansısa şəraitin olmasını gözləmək lazım deyil. Minlərlə insan qızmar günəş altında, kəskin soyuqda və digər çətin şəraitlərdə namaz qılır. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır və namazı əvəz edə biləcək bir əməl də yoxdur.
Salam aleykum. Uca Allah sevdiyi qulları həmişə müxtəlif vasitələrlə sınağa çəkər və bu sınaqlara qarşı səbirli olanları sonunda ən gözəl mükafatla müjdələyər və savabını artırar. Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir.
Aleykum salam. İnşallah, dediyiniz günlərdə tuta bilərsiniz: "...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!.." (əl-Bəqərə, 286).
Və aleykum Salam. Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinmir. Həmçinin, Qədr gecəsi hər ildə yerini dəyişə bilir.
Sübh namazına gecikirəm
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Aleykum salam. Haram işlər üçün (naməhrəmlərlə söhbət, açıq-saçıq şəkil və videolara baxmaq və s.) istifadə olunduqda haram, əks halda halaldır.
Aleykum salam. Bunlar hamısı xurafatdır. Daha ətraflı: Evdə ağ hörümcək olanda uğur, qarası olanda isə uğursuzluq gətirməsi düzgündürmü?
Aleykum salam. Sizin qohumunuzla birlikdə, hətta inanmasanız da, falçıya getməyiniz sizə günah sayılır, çünki siz pis, iyrənc bir əmələ şərik olursunuz.
Və aleykum Salam. Bəli, bizim şəriətə görə iki bacı ilə birlikdə eyni anda evlənmək haramdır. Bu xanımlar istər doğma bacı, istərsə də süd bacısı olsunlar fərqi yoxdur. Onların kəbinləri istər ayrı-ayrılıqda, istərsə də birlikdə kəsilsin həmin kəbinlər yenə də haram sayılır.
Aleykum salam. əl-Vahhəb, "bəxş edən", "qarşılıqsız verən" mənaları verir. Uca Allah bu haqda Quran Kərimdə belə buyurur: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et.
Aleykum salam. Sələf sözünün mənası "əvvəl gələnlər" deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün "sələf" sayılır.
Aleykum salam. Peyğəmbərlər Allah tərəfindən seçilmiş kəslərdir. Onların vəzifəsi insanları yalnız tək olan Allaha ibadət etməyə çağırmaq olmuşdur.
Aleykum salam. İlk öncə qeyd edək ki, namazı peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi qılmaq lazımdır.
Aleykum salam. Bizimlə əlaqə saxlamaq üçün Facebook səhifəmizə və ya "Sayt haqqında" səhifəsində göstərilmiş e-mail ünvanına yaza bilərsiniz.
Aleykum salam. Bu cür vərəqləri yandırmanız daha yaxşıdır.
Aleykum salam. Telefonda "Allahu Əkbər" yazmaq günah deyil. Əksinə, siz bunu hər dəfə telefonu açanda Allahı yada salıb zikr etmək niyyəti ilə edirsinizsə, inşallah savab qazanarsınız.
Aleykum salam. Uca Allahın ad və sifətlər mövzusunda hər bir həqiqi etiqad sahibi olan müsəlmanın əqidəsi Quran və səhih hədislərdə gəldiyi şəkildə olmalıdır.
Aleykum salam. Hicablı qadın məhrəmlərin yanında ürəyi istədiyi qədər makiyajdan istifadə edə bilər. Naməhrəmlərin yanında cüzi miqdarda cəlbedici olmamaq şərtilə istifadə etmək olar. Uca Allah buyurur: "Evlərinizdə qərar tutun.
Aleykum salam. Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın.
Aleykum salam. Yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki, "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".