21-08-2016 Emin
Salam aleykum qeburstanliqda bayram gunleri qebirlerin usdunde sam yanidirirlar bu caizdirmi?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Nəyə görə qəbir üstə şam yandırmaq olmaz?

ardını oxu
21-08-2016 Elya
Sizden xaiw edirem, kim size acı, xowa gelmez, suallar ve ya iradlar bildirirse zehmet olmasa onlari oxuyub pozmuyun. Hamisini bura qoyunki, qoy hamimiz oxuyaq. Burda bir çox insan ölüleri haqqinda nese sual verende, siz cavablandirirsiz amma heç Allah rehmet elesin, qebri nurla dolsun demirsiz.
Cavab:

Salam aleykum. Hər bir müsəlman başqa müsəlmanlar üçün dua etməlidir. Uca Allah buyurur: "Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz!

ardını oxu
21-08-2016
Salam men bir qadınla oluram evliyem yoldaşımın razılıqı var yaşadıqım qadın kebin kesdirmeye razı olmur ne derecede künahdı
Cavab:

Və aleykum salam. Siz həmin qadınla mütləq şəriətə uyğun kəbin kəsdirməli və ya tövbə edərək ondan uzaqlaşmalısınız, əks halda bu ən böyük günahlardan biri olan və axirət əzabına aparan zina sayılır.

ardını oxu
21-08-2016 ruslandan
Salam dunyada neca din var va hansilardl
Cavab:

Və aleykum salam. Dünyada dinlər çoxdur, amma onları üç yerə bölmək olar:

ardını oxu
21-08-2016
Adem peygenber danisa bilirdi eger bilir dise niye basqa insanlara oyredmiyib
Cavab:
Salam aleykum. Adəm peyğəmbər və ondan sonra gələn bütün insanlar danışa biliblər. Siz dediyiniz ateistlərin gətirdikləri şübhələrdəndir.
ardını oxu
21-08-2016 rft
Assalam aleykum ve rahmetullah. Qadin hicab taxmamaqda erine itaetsizlik edirse bu veziyyetde ne etmek olar? Assalam aleykum
Cavab:
Və aleykum Salam və rahmətullah. Siz səbirlə həyat yoldaşınızı dəvət edin. Əvvəlcə özünüz İslamı gözəl şəkildə yaşayaraq ona nümunə olun, həmçinin onun mömin bacılarla görüşdürün və imanını artırmasına, elm almasına şərait yaradın. Evdə Quran, səhih hədislər oxuyun və dərslərə qulaq asın.
ardını oxu
21-08-2016
Yenə ailə həyatı quran qadının namazın və vaxtan qıla bilər
Cavab:

Salam aleykum. İstənilən halda, həmçinin ailə qurmaq səbəbi ilə namaza fasilə vermək ən böyük günahlardandır. Uca Allah hər bir vəziyyətdə asan yol göstərmişdir. Qüsl ala bilməyən təyəmmüm alıb namaz qılır. Ayaq üstə dura bilməyən oturaraq, onu da bacarmayan uzanaraq namaz qıla bilər.

ardını oxu
20-08-2016 leyla
Salam. Kirli paltarlar yuyulandan sora veya cirkli bir wey yuyulandan sora ona salavat cekirler suyun altinda.men ozumde bele eliyirem.bilmey istiyirdim ki ne qede duzdu.ister alt ister ust geyimlerine veya hansisa kirli bir weye salavat cekmek olarmi...salavat cekersek o wey temiz olarmi....???
Cavab:

Və aleykum salam. Salavat demək Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xeyir-dua, tərif demək, Allahdan ona bərəkət istəməkdir. Hansısa şeyi yuyarkən salavat demək isə dinimizdə yoxdur, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə etməyi buyurmayıb.

ardını oxu
20-08-2016 Aysel
salam aleykum.onceden haqqinizi halal edin.namazda fatihe suresinnen sonra ixlas oxuyuram ixlasida oxuduqdan sinra istediyim sureni yeniden oxuya bilerem yeni fatiheden sonra 2-3sure oxuya bilerem?
Cavab:

Və aleykum Salam. Bəli, Fatihə surəsindən sonra bir neçə surə oxuya bilərsiniz. Həmçinin, oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?

ardını oxu
20-08-2016 Nermin
Salam.1)Tez-tez esitdiyimiz cumle olan Allah her kesin ureyine gore verir cumlesi ne derecede duzgundur?.2)Hz.Muhammed(S.a.v) buyurmusdurki "Cennete goz ucu baxdim coxu kasiblar idi"bunu nece izah ede bilersiz?
Cavab:

Və aleykum salam.

ardını oxu
20-08-2016 hecne
salam men sual vermisdim ki edaletsiz hakime qarsi cixmaq olar siz dedizki olmaz insanlara zulm etse bele qarsi cixmaq olmaz bes niye muaviye ve aise hz.Eli (e.s)qarsi cixdi bu muharibelerde her iki terefden nece min nefer oldu bu mentiqe gore muaviye ve aise gunah eliyibmi hakim Eli e.s qarsi cixar
Cavab:

Və aleykum salam.

ardını oxu
20-08-2016 aysel
Namaz qilan qadin sac kese biler
Cavab:

Salam aleykum. Çox qısa olub kişiyə bənzəməmək şərtilə qadının özünün və başqa qadınların saçını kəsə bilər. Daha ətraflı: Qadının saçı ən azı hara qədər olmalıdır?

ardını oxu
20-08-2016 Ayka
Salam.size 2 sualim var. 1.Dirnagim lakli qusl alib Quran kitabin oxuya bilerem? 2.yerime girende sol terefe uzanib dua edirem olar ele?
Cavab:

Və aleykum salam.

ardını oxu
20-08-2016
Salam.menim 14 yaşım var 13 yaşıman namaz qılıram.üzür istiyirəm ifade me göre.men hele heyz halında olmamışam indi namaz qıla bilerem.Bir de sizdən yalan danışmaq haqqında hedisler söylemenizi isterim. Yalan danışmaq ne de recede günahdı.evvvelceden çox sağ olun
Cavab:

Və aleykum salam. Bəli, siz yetkinlik yaşına çatmasanız da namaz qıla bilərsiniz və buna görə böyük savab qazanırsınız. Yetkinlik yaşına çatdıqdan sonra isə namaz qılmaq hər kəsə vacibdir və qılmayan böyük günah qazanır. Həmçinin, oxuyun:

ardını oxu
19-08-2016 Samira
Salam.Atam teze rəhmətə gedib. Mən hər gece yasini şərfi ve basqa duaları oxuyuram. Ançaq gece vəya gece yarısı oxuyub savabını atamın ruhuna hədiyə etməyini ALLAHDAN diliyirem. Sizcə düzgündürmü? ?? Sevabi varmi ???
Cavab:

Və aleykum salam. Quran oxumaq ən çox savab qazandıran əməllərdəndir, amma bu savabı başqalarına hədiyyə etmək haqqında dinimizdə heç nə yoxdur. Atanız üçün Allahdan bağışlanma diləyə bilərsiniz, onun qohumlarına yaxşılıq edə bilərsiniz və digər xeyirli əməllər edə bilərsiniz. Daha ətraflı:

ardını oxu
19-08-2016 fiqo
Salam sevgililer bir biriyle goruwursen baw bawa qalirsa ele ele tutursa bu gunahdimi ? Ve gunahdisa olar ayle qurduqda allahin izniyle olarin nikahdan evvelki gunahlari bagislanirmi ? Cox sagolun
Cavab:

Aleykum salam. Kəbin olmadan görüşmək, təklikdə qalmaq və ya əl-ələ tutmaq günahdır, ailə qurduqdan sonra bu günahlar bağışlanmır. Günahlar yalnız peşman olaraq səmimi tövbə etdikdən sonra bağışlanır. Tövbəni pozduqda yenidən tövbə etmək lazımdır. Daha ətraflı:

ardını oxu
19-08-2016 aysel
sala alekum. xahiw edirem bu sualda mene komeklik edin. 4 ay olarki yoldawim baxdigi her yerde bir tuk onu izleyir yolda gediyi yerde oturdugu yerde hara baxir tuk gorur. bu cadu ola bilermi. xahiw edirem mene komeklik edesiniz
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
19-08-2016 çinarə
Essalam aleykum bağışlayın narahat etdim sizə bir sualım var xaiş edirəm mümkündürsə cavablandırardiniz mən çox vaxt qulağımda əzan səsi eşidirəm ama əzan oxunmur onda sat 4 də 5 də çox vaxt soruşuram kimdənsə deyir əzan oxunmur ama men eşidirəm ən çox da danışdığım vaxta olur bu onuda deyimki 1 ild
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Qulağıma azan səsi gəlməyi nədəndir?

ardını oxu
19-08-2016
Salam bir oglanki qiznndanişir onunla cinsi elaqede olur sonra onu atirsa onun gunahi varmi
Cavab:

Aleykum salam. Şübhəsiz ki, oğlanın qızı aldatması, onunla zina etməsi və s. böyük günahdır. Amma burada qız da günah daşıyır - həm zina etdiyi üçün, həm ata-anadan icazəsiz, heç bir kəbin olmadan oğlanla görüşdüyü üçün və s.

ardını oxu
19-08-2016 Aydan
Salam aleykum.mən tez tez başımı yəni hicabı açmaq fikirlərinə düşürəm.elə bilirəm haminin gözündə çox pis görsənirəm.gözəl deyiləm.ama açıq gözələm.açmaq isdiyirəm.biraz yaşlananda taxmaq.çətinliyim çoxdu hicab taxmaqda həmdə.umumiyətlə baş açmagın hökmü nədir.əgər başıml açsam ama ibadətlərimə dəv
Cavab:

Aleykum salam. Hicab geyinməmək və ya geyindikdən sonra hicabı açmaq böyük günahlardandır və Cəhənnəm əzabına səbəb olacağı haqqında hədislər var. Bu kimi fikirlər imanın azalmasından irəli gəlir.

ardını oxu
19-08-2016
kebin kesilende qizin atasinin mutlaq xabari olmalidi,yoxsa olmasa da olar?
Cavab:

Salam aleykum. Bəli, qızın atası onun vəlisi sayılır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" .

ardını oxu
19-08-2016
Salam aleykum.xəvariclər,murciələr,təkfirçilər....bunlar kimlərdilər? Aralarında nə kimi fərq var? İşidin bu tip insanlarla əlaqəsi var? Salam aleykum va rahmətullah.
Cavab:

Aleykum salam. Bu kimi suallara cavab tapmaq üçün bidətçi firqələr mövzusunda məqalələri oxuyun.

ardını oxu
19-08-2016 Abdullah
Salam Aleykum. Güclü rukiye olunmağa ehtiyacı olan var, ama rukiye eden tapılmır ki, onun yanına aparaq oxusun. Evde rukiye seslendirilir ama cin bedeninnen çıxmır ona eziyet verir.
Cavab:

Aleykum salam. Həmin insana özünüz ruqyə (Quranla müalicə) oxuya bilərsiniz. Həmin insanı uzandırıb əlinizi onun başına qoyaraq ruqyə ayələrini və ümumən Qurandan bildiyiniz ayələri bir saat və ya daha çox oxuyun.

ardını oxu
19-08-2016 xeyal
hansi namaz duzgundur sie yoxsa sunnu
Cavab:
ardını oxu
19-08-2016 murad
salam.Men daha onceden oz hemcinsimle cinsi elaqede olmusam ve bu mende artiq alide halini alib .Allaha iman getirmekden Allahdan umudumu uzmurem.amma.men nece defelerle ozumu mecbur etmisem ku unudum amma alinmir ne ede bilerem ?bu suali oz sozlerinizle cavablandirin .Bir de defelerle tovbe istigfa
Cavab:

Aleykum salam. Bu sual artıq cavablandırılıb: Homoseksuallıq günahını necə unudum?

ardını oxu
14-08-2016 Hümmət
Əssəlamu Aleku Sizə bur neçə sual vermək istəyirəm.Namazda şəhadət gətirəndə surələri oxuyub qurtarnacan şədət gətirməliyikmi?
Cavab:
Və aleykum Salam. 

1. Əttəhiyyətu, yəni təşəhhüd surə deyil, namazda oturduqda deyilən sözlərdir. Təşəhhüd necədirsə elə də deyilməlidir. 
ardını oxu
13-08-2016 no name
Salam. Sualim beledir. Cenabetli olub qusl alanda sacimi seher yudugum ucun qusl alanda yumadim. Bir defe su tokdum. Ama deyimki ustu islanmis kimi oldu lap hamisi su olmadi. Sizsin qusl alma qaydasini vacib quslu etdim. Sacimin hamisinin islanmadigina gore quslum sayilmir ?
Cavab:
Və aleykum Salam. Qüsl aldıqa bədənin hər yeri, o cümlədən baş da yuyulmalıdır. Qadınlar cənabət qüslu alanda saçlar tam islanmasa da başa üç dəfə su tökmək kifayət edir. Siz üç dəfə su tökmədiyiniz üçün yenidən qüsl almalı və bu halda qılınana namazları yenidən qılmalısınız.
ardını oxu
13-08-2016 Elçin
Salam aleykum.
Cavab:
Və aleykum Salam. Bu məqaləni oxuyun: "Əbəsə" surəsinin izahı
ardını oxu
13-08-2016
Salam.sualima gore uzur isteyirem .men destamaz alandan sora menden cirk gelir.eskim bulasir .men ele ele namaz qila bilerem.bu hal mende tez tez bas verir.destemaz alan kimi cirk gelir.yenede sualma gore uzur isteyirem.
Cavab:

Və aleykum Salam. Əgər bu hal sizdə xəstəlik səviyyəsinə gəlib və dəstəmaz alan kimi yenə çirk gəlirsə, siz xəstə hökmündə olursunuz. Ona görə hər namazdan qabaq təmizlənib dəstəmaz alın və çirkin gəlməsinə baxmayaraq namaz qılın.

ardını oxu
13-08-2016 Cabirden
Namaz qilarken telesirsen dua demirsen o namaz duzdu
Cavab:
Salam aleykum. Dediyiniz dua namazın vaciblərindən deyilsə, namaz səhih sayılır. Daha ətraflı: Namazın rüknləri və vacibləri hansılardır?
ardını oxu
13-08-2016 Konul
Heyz quslu aldıqda sadəcə niyyət etdim Allah rizası üçün qusul almağa demək düzgündürmü? Yoxsa aldığımız qusulun adı deməliyik mi?
Cavab:
Salam aleykum. Qüsl alarkən niyyəti dillə deməyə ehtiyac yoxdur. Qəlbinizdə adi çimmək yox, qüsl niyyəti ilə hamama girirsinizsə artıq niyyət etmiş sayılırsınız. Bu cavabı oxuyun: Niyyət etmək bidətdirmi?
ardını oxu
13-08-2016
Salam qadin qaurban deye bilermi meselen evadim olsun qurban keserem evvelceden teşekür edirem
Cavab:
Və aleykum Salam. Qadının Allaha qurban nəzir etməsi icazəlidir, lakin, bu hansı iş üçün edilirsə, o iş baş verməmişdən qabaq edilməlidir. İşin alınmasını gözləyib sonra qurban kəsməyi Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) "paxılın nəziri" adlandırmışdır.
ardını oxu
13-08-2016
Haqqimi halal etmirem deyildiyine gore hemin insanin coreyini yememek gunahdirmi?hemin insan aile uzvumdur.
Cavab:

Salam aleykum. Ailə üzvü dedikdə atanızı və ya ərinizi nəzərdə tutursunuzsa, onların hər ikisinə qarşı itaətsizlik etmək ən böyük günahlardandır. Atanız və ya əriniz hansı məsələyə görə sizə qəzəblənərək haqqını halal etməyibsə, o məsələdə onunla xoş davranıb razı salmağa çalışmaq lazımdır.

ardını oxu
13-08-2016
Salam.Dunyada olan biri ucun rehmet dilemek olar mi?yeni men isteyirem ki,valideynlerimin her ikiside cennete dushsunler.olar mi ki,Allahdan onlarin bu dunyada etdiklerinin ve edeceklerinin bagislanmasi ucun dua etmek?yeqin ki,ozleri namaz vaxti dile getirirler,amma mende dua ede bilerem mi onlarin
Cavab:

Və aleykum Salam. Siz həm özünüz, həm də valideynləriniz üçün bağışlanma diləyə bilərsiniz. "Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla!..." (Nuh, 28).

ardını oxu
13-08-2016 kimse
Quranı tapşırdıqdan sonra hansısa bir xüsusi dua varmı?
Cavab:

Salam aleykum. Quranı oxuyub ölüyə "tapşırmaq" dinimizdə yoxdur. Daha ətraflı: Ölüyə quran oxumaq olarmı?

ardını oxu
13-08-2016
Salam menim paltarima biraz sidiy deyib men paltarin o hissesini yuyub sora namaz qila bilerem tesekkur edirem
Cavab:
Və aleykum Salam. Bəli, paltarın nəcisə bulaşmış hissəsini təmizləndikdən sonra o paltarda namaz qıla bilərsiniz. Xovlə binti Yəsar dedi: "Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur.
ardını oxu
13-08-2016 lale
Salam menim damaqlarim qaniyir Ama oruc tuturam bu orucu batil edirmi yeni oruc tuta bileremi?
Cavab:
Və aleykum Salam. Çox miqdarda qanı udmaq orucu pozur. Daha ətraflı: Orucu pozan amillər
ardını oxu
09-08-2016 .......
salam alekum.men sirinlik duasini bilmek isteyirem.zehmet olmasa yazardiz sirinlik duasini.
Cavab:
Və aleykum Salam. Belə bir dua Quran və Sünnədə mövcud deyil. Həmçinin oxuyun: Quran və Sünnədən seçilmiş dualar
ardını oxu
09-08-2016 Aydan
Hicab açmaq isdeyirem
Cavab:

Salam aleykum. Bu kimi fikirlər imanın zəifləməsi nəticəsində şeytanın verdiyi vəsvəsələrdən irəli gəlir. Əbədi səadət diyarı olan Cənnəti qazanmaq üçün səbr edin və imanınızı artırmağa çalışın. Daha ətraflı: 

ardını oxu
09-08-2016
Orucu ancag heddi büluğa çatmişlar tuta biler?birdeki oglanla dost olmagda gunahdi?
Cavab:
Salam aleykum. Uca Allah naməhrəmlə tək qalmağı, zərurət olmadan danışmağı və hətta ona baxmağı da qadağan etmişdir, çünki bunlar ən iyrənc günahlardan olan zinaya aparan yollardır.
ardını oxu
09-08-2016
Salam cox xais edirem sualimi cavablandirasiniz. Yoldasim intim elaqeye gore oruc tutmami istemir ama men tuturam. Dalasiriq onun ustunde, men neyniyim?
Cavab:

Və aleykum Salam. Ramazanda ər-arvad arasında yaxınlıq yalnız gündüz vaxtı haramdır, iftardan sahura qədər isə bu, icazəlidir. Uca Allah buyurur: "Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi." (əl-Bəqərə, 187).

ardını oxu
09-08-2016 Seva
. Salam. Tutaqki budilnik qurmaq yaddan cixdi ya nese oldu. seher subh namazina dura bilmedim. Sora ayildim saat 8-de. Men o vaxt qila bilerem subh namazini ? Yoxsa artiq qeza olur ? Her yerde bir cur yazirlar. Cox yerde yazilibki gun cixandan sora artiq qeza olur.
Cavab:

Və aleykum Salam. Siz yuxudan oyanan kimi Sübh namazını qılın. Peyğəmbər (Alllahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Səhih Muslim, 684).

ardını oxu
09-08-2016 Leyla
Salam azan eşidən kimi iftarvə namazı etmək olar yoxsa azan qurtarmalıdır sonra?
Cavab:
Və aleykum Salam. Azan eşidərkən onun sözlərini təkrarlamaq, sonra isə azandan sonrakı zikri oxumaq daha yaxşıdır. Daha sonra sonra iftar açılır və namaz qılınır.
ardını oxu
28-07-2016 Rüfət
Salam, böyük və kiçik günahın Allahın bağışlaması üçün neçə dəfə tövbə etmək lazımdır ?
Cavab:

Və aleykum Salam. Günahın bağışlanması üçün peşman olaraq bir dəfə tövbə etmək və həmin günahı bir daha etməməyə qərar vermək kifayətdir. Bundan sonra yenidən həmin günahı etsəniz, eyni qaydada yenidən tövbə etmək lazımdır.

ardını oxu
28-07-2016
Uşağa Allahın ən nur adını qoymaq olarmı?
Cavab:

Salam aleykum. Alimlər Allahın "ən-Nur" adının olub-olmamasında fikir ayrılığındadırlar. Həmçinin, "Nur" adı yalnız Allaha xas olmayan adlardandır və bu adı "Rahim", "Rauf" adları ikimi "əl" artikli əlavə etmədən insana qoymaq olar. 

ardını oxu
28-07-2016 Ayten
menim bextimin baglandigini evimizde cadu oldugunu deyibler.mene cadugar yanina gedib acdirmaqi meslehet gorurler ama men qorxuram gunahdi deye basqa cur nece aca bilerem?namaz qilib oruc tuturam pis emeller mene nece edilib anlamiram/
Cavab:

Salam aleykum. Cadu etmək, cadugərin yanına getmək və s. ən böyük günahlardandır və bu yolla görülən işlərdə xeyir-bərəkət də olmur. Əgər sizə cadu edildiyini düşünürsünüzsə, Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi üsullarla cadudan özünüzü qoruya bilərsiniz.

ardını oxu
28-07-2016 Allahin qulu
salam.Men daha onceden oz hemcinsimle cinsi elaqede olmusam ve bu mende artiq alide halini alib .Allaha iman getirmekden Allahdan umudumu uzmurem.amma.men nece defelerle ozumu mecbur etmisem ku unudum amma alinmir ne ede bilerem ?bu suali oz sozlerinizle cavablandirin .Bir de defelerle tovbe istigf
Cavab:

Və aleykum Salam. Allaha dua edirik ki, sizi şeytanın şərindən və vəsvəsindən qorusun və böyük günahı tərk etməkdə sizə kömək olsun. Siz Allaha səmimi qəlbdən, peşman olaraq tövbə edin, günahın cəzasını oxuyub öyrənərək Allahdan qorxun və bir daha bu barədə düşünməyin.

ardını oxu
28-07-2016 Numan
Salam aleykum,korpe ushagin sacini kesenden sonra basdirmaq mustehebdir ya adi qaydada atilmalidir?eqiqi nezerde tutmuram,1 ildir dunyaya gelib,teshekkur
Cavab:

Və aleykum salam. Uşağın saçını kəsəndən sonra atmaqda və ya basdırmaqda sərbəstsiniz, bu haqda şəriətdə heç nə bildirilməyib.

ardını oxu
28-07-2016
salam aleykum. Sual: şirkət öz dileri vasitəsilə müştərilərə 6 ay müddətində faizsiz kreditlə mal satır. müştəri pulu məsələn, 3 aydan sonra ödəmək imkanında olmadığını deyir. Bu halda şirkət malının geri qaytarılmasını tələb edir və 3 ay ödənilən məbləği geri qaytarmır. Bu caizdirmi?
Cavab:

Və aleykum salam. Faizsiz kreditlə məhsul satmaq icazəlidir və əgər müştəri bir neçə aydan sonra ödəniş edə bilmirsə, şirkət onun ödədiyi pulları götürə və məhsulu da ondan geri ala bilər, çünki məhsul artıq işlənib və şirkət onu təzə qiymətinə sata bilməyəcək.

ardını oxu
28-07-2016 Anoniw
Salam,cox xahiw edirem cavablandirasiniz,biri ile zina etmiwem,sonra tovbe etdim,indi hemin adamla kebin kesdire bileremmi?bunun ucun birinci kebinda oldugumdan muddat gozlemeliyem ikinci kebin ucun?
Cavab:

Və aleykum Salam. Zina etdikdən sonra ürəkdən peşman olaraq tövbə etmək, bir daha belə etməməyə qərar vermək və çoxlu xeyirli əməllər etmək lazımdır. Hər iki tərəf tövbə etdikdən sonra kəbin kəsdirə bilərlər.

ardını oxu

Pages