22-09-2016 aysel
Assalamu aleykum. birinci kebin kesib o pozuldugdan sonra yeniden 2 ci defe kebin kesmek olarmi?
Cavab:

Və aleykum Salam. Qadın kişidən boşandıqdan sonra ikinci dəfə də onunla kəbin kəsdirə bilər. Bu hal üç dəfə təkrarlandıqdan sonra isə artıq həmin kişi ilə yalnız o halda kəbin kəsdirə bilər ki, başqa bir kişi ilə ailəli olub boşansın.

ardını oxu
22-09-2016 Zuli
Salam aleykum. Əgər qadın hamilədirsə, bundan qabaqkı uşağı düşmüşdürsə və həkim bu uşağın da əvvəlki düşüb deyə bunun da düşmə ehtimalının çox olduğunu deyərsə, həkim qadına çox əyilib durmağı məsləhət bilmərsə o zaman o qadın namazı oturub qıla bilərmi?
Cavab:

Və aleykum Salam. 

1. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

ardını oxu
22-09-2016 Arzu
Salam Aleykum. Nafile namazlarinin qezasi olurmu?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamaı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684).

ardını oxu
17-09-2016 Mehriban
Salam.Menim size 2 sualım var birincisi Böyük övladın(qız) vezifesinedir.ikincisi men Allaha şükür etmeyi çox sevirem ama isterdim ki şükür duası da oxuyum namazın qılıram amma şükürü sözlere sığıştıra bilmirem.bir de şükür namazı 2 reket olur də birden sef qılaram qorxuram.neyse çok sağ olun.
Cavab:

Və aleykum salam.

ardını oxu
17-09-2016 Leyla
salam.esitdiyime gore hamile qadin ovladinin imanli saglam olmasini isteyirse 40dene almaya 40 gun hergun bir almaya Yasin suresi oxuyub ufurmelidir.gunde birini yemelidi.bu dogrudu?
Cavab:

Və aleykum Salam. Bunlar uydurmadır, dinimizdə belə bir şey buyurulmayıb. Övladın imanlı olması üçün onu Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi tərbiyə etmək lazımdır.

ardını oxu
17-09-2016 Ayten
Salam aleykum. Qadın kişiden xulu talaqı teleb edende, kişi qebul etmirse, bu zaman qazının yanına getmek lazımdı. Bes azerbaycan şeriet ölkesi deyilse, kimin yanına gedilir? Kişi deyir ki, şerietde bele şey yoxdur. Hedis getirir ki, boşamaq sadece kişinin haqqıdı.
Cavab:

Və aleykum Salam. Şəriətlə idarə olunan ölkələrdə belə məsələlər üçün qazıya müraciət olunur. Əks halda isə hər iki tərəfdən ağsaqqallar yığışaraq məsələni həll edirlər.

ardını oxu
17-09-2016 Pərviz
Salam. Oğluma qardaşımın adını qoymaq isteyirem. Qardaşım ise rehmete gedib. Onun adını oğluma qoymaq arzum idi. Bele olan halda bunun dini cehetden ziddiyyetli esası yoxdur ki? Ne meslehet görürsünüz?
Cavab:

Və aleykum Salam. Oğlunuza qardaşınızın adını qoymaqla bağlı heç bir qadağa yoxdur və bunun oğlunuza ziyanı da yoxdur.

ardını oxu
17-09-2016 Teymur
Salam aleykum.Kicik toy elemek duzqundurmı?
Cavab:

Və aleykum Salam. Oğlan uşağının sünnət olunması münasibətilə "kiçik toy" etmək qadağandır və dinimizdə belə bir şey yoxdur. Üstəlik belə məclislərdə israfçılıq, musiqi, naməhrəm kişi və qadınların bir yerdə əylənməsi, açıq saçıq geyimlər və digər haram əməllər edilir.

ardını oxu
17-09-2016 Bəxtsiz
Salam mən dəfələrlə günah edib tövbə edirəm və həmişə tövbəmi pozuram sonra peşman olub yenidən tövbə edirəm bunun günah olduğunu bilirəm ALLAH məni bağışlayarmı?
ardını oxu
17-09-2016 aysel
Salam , menartiq 3 ildinamaz qillam namazim mene Allahin verdiyi en boyuk hediyyedi. Lakin son zamanlar men nmaz qilmaqa hazırlaşanda ele bil kimse buna engel olur qilma deyir qila bilmirem 4 ruketli namaz mene o qeder cetin gelir ki men bunun ucun cox pis oluram bunun sebebi goren nedi ?
Cavab:

Və aleykum Salam. Namazın çətin görünməsi şeytanın vəsvəsəsidir, ona fikir verməyərək namazlara davam edin.

ardını oxu
17-09-2016 Elesgoriva Aynure
Qadin erinin ata ve anasina baxmalidir? Mecburdur?
Cavab:

Salam aleykum. Qadın ərinin ata-anasına baxmağa məcbur deyil, şəriətdə belə göstəriş yoxdur. Ümumən tabeçilik baxımından qadının itaət etməli olduğu insan onun əridir. Ərinin valideynlərinə isə imkan daxilində, hörmət baxımından qeydinə qalmalı, onlarla xoş davranmalıdır.

ardını oxu
15-09-2016
Salam Eleykum.Men hicab baglamaq istiyirem.ancaq valideynlerim razi deyil.yuxuda gorurem Anam mene carwab alir hicab baglamaq ucun.ancaq bir terefdende qollarim aciqdi bawim bagli.bunun menasi nedir sizce?Indiden tewekkurler
Cavab:

Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir və valideynlərin Allahın əmrinə qarşı çıxmağı böyük günahdır və bu məsələni fitnə çıxarmadan, gözəl əxlaqla onlara izah edərək hicab geyinmək lazımdır.

ardını oxu
15-09-2016 Jale
Salam. Menim ureyimde konlumde Namaz qilmag isteyi var amma bunu reallashdira bilmirem hedden artiq cox isteyirem qilmaq ama hec vur cehd edib ve ya vaxt edib oyrene bilmirem bu nedendir ?nece edimki bu isteyim reallashsin?
Cavab:

Və aleykum Salam. Şeytan namaz qılmaq istəyən insana namazın çətin olması, bunu sonraya saxlamaq, bütün günahları tərk edəndən sonra qılmaq, yaşlaşanda qılmaq və s. vəsvəsələr verir. Əslində isə Allah namazı insanlar üçün asanlaşdırmışdır və onu təxirə salmaq böyük günahdır.

ardını oxu
15-09-2016 Cavid
Seytan meni şirke surukleyir men ne etmeliyem??
Cavab:

Salam aleykum. Şeytanın vəsvəsələrinə fikir verməyərək dini biliklərinizi artırın. Quranın mənaca tərcüməsini və səhih hədisləri oxuyun, səhih mənbələrə əsaslanan kitablar və məqalələr oxuyun və ya dərslərə qulaq asın.

ardını oxu
15-09-2016
Aleykum Salam.men sizden bir soz sorusmag isteyirem.Namazi qilarken sozleri sehv dediyimi bilsem dayandirib yeniden qilsam destemazim pozulur?
Cavab:

Və aleykum Salam. Namazı dayandırıb yenidən qıldıqda dəstəmaz pozulmur. Sözləri səhv deyəndə namazı yenidən qılmaq lazım deyil, sadəcə həmin sözləri yenidən deyin. Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar 

ardını oxu
15-09-2016 Elxan
Andımı pozduğuma görə uşaqımın canına nəsə ola bilər? Salam, uşaqımın və yoldaşımın canına and içərək andımı pozmuşam. İnternetde intim videoya daha baxmayacaqıma görə and içmişdim. (Bele şeylərə maraqım yoxdu, çox nadir hallarda olub).
Cavab:

Və aleykum Salam. Allahdan başqasına and içmək böyük günahdır, bir daha belə etməyin. Dediyiniz günaha görə isə tövbə edərək Allahdan bağışlanma diləyin və bir daha həmin günaha qayıtmamağa çalışın. Daha ətraflı:  

ardını oxu
14-09-2016 Elçin
Salam Aleykum. Bilmək istərdim narkotik vasitələrin şəriətdə hökmü nədir ? İçkinin haram olması haqqında Quranda və hədislərdə kifayyət qədər dəilillər var. Bəs uyuşdurucu həplərin, bəzi beyni uyuşduran bitkilərin hökmü nədir?
Cavab:

Va aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici ("xamr") də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (əl-Məidə, 90).

ardını oxu
14-09-2016
Salam bir heyvani gece yol getdikde bilmeden vurduqda ne etmek lazimdir? Sonra dala qayidib qiraga qoyduq ama. Yeni bilmeden oldu. Ne etmeliyik?
Cavab:

Və aleykum salam. Bu hadisə bilmədən olduğu üçün günah qazanmırsınız. İnsanlara əziyyət verməməsi üçün onun ölüsünü kənar bir yerə sürüyün və ya basdırın.

ardını oxu
14-09-2016 R.e
Salam aleykum siqe hakda hansi surede ve necesiz ayelerde bildirilib?
Cavab:

Və aleykum salam. Siğə haramdır və bu haqda Quranda heç nə yoxdur. Daha ətraflı: Siğə haqqında 

ardını oxu
14-09-2016 Fatime
Selamun aleykum. Qedr gecesinde hansi namazlar qilinir.
Cavab:

Və aleykum Salam. Qədr gecəsində Ramazanın digər gecələrindəki kimi İşa namazından sonra təravih namazı qılınır. Daha ətraflı:  Təravih namazı necə qılınır? 

ardını oxu
14-09-2016 Arzu
Salam Aleykum. Corek yere duwende opub alina qoymaq, supurgeye deydikde tupurmek duzgundurmu? Sufre gec yigiwdirilanda gunahdi, melekler sufreni elleti ile tutur deyirler. Duzdur?
Cavab:

Və aleykum salam. Çörəyi və digər nemətlər yerə düşəndə öpmək yox, sadəcə yerdən götürmək lazımdır. Sadaladığınız digər şeylər isə hamısı xurafatdır və onlara inanmaq günahdır. Daha ətraflı: Bəd əlamətlərə inanma! 

ardını oxu
14-09-2016
Orucun qezasi Ramazan bayramindan sonra derhal tutulmali yoxsa novbeti Ramazan ayina qeder istenilen ayda tuta bilerikmi? Evvelceden tesekkur edirem cox sag olun.
Cavab:

Salam aleykum. Xəstəlik və ya səfər kimi üzrlü hal yoxdursa, Qəzaları mümkün qədər tez, imkan olan kimi tutmağa çalışmaq lazımdır.

ardını oxu
14-09-2016
Salam aleykum! Namaz zamani tekbir unudulubsa ve ya deyib deyilmediyini tam xatirlamirsa o zaman namaz batil olurmu ve secdeyi sehvi varmi?
Cavab:
Və aleykum salam. Namaza başlama təkbiri unudulubsa, bir rükət əlavə qılınmalı və sonda səhv səcdəsi edilməlidir. Digər təkbirlər unudulubsa, yalnız səhv səcdəsi kifayət edir.
ardını oxu
14-09-2016 Leman
Salam.Menim 23yawim var.Nece defe Quran acdirmiwam mene deyibler senin yolunu baqlayiblar cox guclu eyni sozu hami deyir.Yolumun acilmasi ucun mene bir molla dedi 3gun sacini dari bankaya qoy yandir kulunu getir Quran ayesi oxuyacam acilacaq.Bu sizce duzgundur? Xaiw edirem cavab yazasiniz.
Cavab:

Və aleykum Salam. Bu cür şeylər xurafatdır və günahdır, Quran kitabı oxuyaraq ibrət almaq üçün göndərilmişdir. Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim? 

ardını oxu
13-09-2016 Salman
Salam aleykum hz Fatimanin qebri niye bilinmir?
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Fatimə niyə gecə dəfn edilib? 

ardını oxu
13-09-2016 FATIME
salam namazi azan verilen kimi qilmaliyiq?
Cavab:

Və aleykum salam. Azan verildikdə onun sözlərini təkrarlamaq lazımdır. Daha sonra istəsəniz azanla iqamə arasında 2 rükət sünnət namazı qıla bilərsiniz, bundan sonra iqamə oxuyaraq namazı qıla bilərsiniz.

ardını oxu
13-09-2016
Salam Aleykum.Allahın rəhməti bərəkəti hidayəti üzərinizə olsun.inşAllah.sizə bir sualım var.Hz Osmanı öldürməyə gələnlərdən biri kimin oğlu olub.Hz Osmanın saqqalından tutub və Hz Osman ona baxaraq deyibki heç olmasa sən eləmə sənnən qiyamətdə qarşılaşmıyım.və oda ağlıyaraq buraxıb gedib.xahiş edir
Cavab:

Və aleykum Salam. Osmanı öldürməyə gələn xəvariclərdən biri də Əbu Bəkrin (Allah ondan razı olsun) oğlu olub. Daha sonra Osmanın tərəfdarları onu yaxalayaraq öldürmüşlər.

ardını oxu
13-09-2016
Salam. Men yuxumda her gun pis seyler gorurem yada gorduyumu zenn edirem ama elaqe filan gormurem bezende xatirlamiram. Sonrada qusul alim almayim deye tereddut edirem. Bilmek isteyerdim bu vesveselerden nece qurtulum.
Cavab:

Və aleykum salam. Oyaq vaxtı gözünüzü haramdan çəkin, yatmazdan qabaq zikrləri oxuyun. Namazları vaxtında qılın, gün ərzində Quran oxunmasına qulaq asın. Yatarkən məni ifraz olunubsa, qüsl almaq lazımdır. Həmçinin oxuyun:

ardını oxu
13-09-2016
Neye gore heyz halinda olan zaman qilinmamiw namazin qezasi olmur,amma tutulmayan orucun qezasi olur?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Heyz halında namaz qılmaq olarmı? 
ardını oxu
13-09-2016
Usaq vaxti basa dusmeden etdiyim gunahlar indi gunah sayilir?
Cavab:

Salam aleykum. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". (Hədis səhihdir. Səhihu-ll-Cəmi əs-Sağir: 3513.

ardını oxu
13-09-2016
Essalamu aleykum.Qedr gecelerinde rehmete gedenler ucun hansi namazlar qilinir ve nece qilinir.Cox sagolun.
Cavab:

Və aleykum Salam. Namaz Allah üçün qılınır, namazda səcdələrdə ölənlərin bağışlanması üçün dua edə bilərsiniz. Daha ətraflı:

Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər? 

ardını oxu
05-09-2016
Salam. Men uzun bır sefere Hazırlawıram. Ve tez tez bu haqda duwunurem. Onda da 1 defe asqırıram. Eslınde de men sebre ınanıram Umumıyyetle asqırmaq haqda melumat vererdınızde. (Tek ve cut sebr)
Cavab:

Və aleykum Salam. Bu cür şeylərə inanmaq günahdır. Daha ətraflı: Bəd əlamətlərə inanma! 

ardını oxu
05-09-2016 namaz qiladan
namazi neter qilinir
Cavab:

Salam aleykum. Namaz qılmaq qaydasını buradan öyrənə bilərsiniz:  Namaz qılmaq qaydası - VİDEO 

ardını oxu
05-09-2016
Namaz qılan adam hər gün qüsl almalıdır?
Cavab:

Salam aleykum. Hər gün qüsl almağa ehtiyac yoxdur, yalnız müəyyən hallar baş verdikdə qüsl alınmalıdır. Daha ətraflı:

ardını oxu
05-09-2016 али
Kişi arvadından doymasa başqasıyla necə sigə edə bilər
Cavab:

Və aleykum Salam. Siğə etmək haramdır. Daha ətraflı: Siğə haqqında

ardını oxu
05-09-2016
Aileme paxilliq eden yaxin qohumum var. Onun pis nefsini uzerimizde hiss edirem. Sanki bir pislik agirliq goturur evime. Ne edim? Onun werinden bohtanindan nece qurtulmaq olmaq
Cavab:

Salam aleykum. Burada yazılanları edin: Cadudan necə qorunmaq olar? 

ardını oxu
05-09-2016 Sevinc
Salam.Musiqiye qulaq asmaq gunahdirmi?Urekde oxumaq gunah deil ama sesli oxumaq gunahdi deyirler bu fikir duzdurmu?
Cavab:

Və aleykum Salam. Musiqiyə qulaq asmaqdan çəkinmək lazımdır. Ürəkdən keçən şeylərə görə isə günah yazılmır, amma etməsəniz daha yaxşıdır. Daha ətraflı:

Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

ardını oxu
05-09-2016 bb
Salam Aleykum Men ibadətə yeni başlamişam özüm rayonda qaliram Ayda on gün rayondan şəhərə səfərə gedirəm işimlə bagli orda imkan tapib namazlari birləşdirib qisaldib qiliram doqrudurmu???
Cavab:

Və aleykum Salam . 

ardını oxu
05-09-2016 Arzu
Saytda qadinlarin verdiyi suallara qadinlar cavab verir?
Cavab:

Xeyr, bütün suallara kişi elm tələbələri cavab verir.

ardını oxu
05-09-2016
Salam aleykum. Oruclu olanda sud vermek olarmi?
Cavab:

Va aleykum Salam. Oruc tutan qadının süd verməsi onun orucunu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

ardını oxu
05-09-2016 asiya
orucluq ayinda iftari halva bisirib oruc tutanlara paylamaqla evez etmek olar
Cavab:

Və aleykum Salam. Oruc tutanlara yemək vermək böyük savabdır, amma sağlamlığı imkan verən hər kəs oruc tutmalıdır və bu əməl orucu əvəz etmir.

ardını oxu
05-09-2016
Manda olur namaz qilarken, hetta dua etdiyim zaman bele, ureyimde mana pisliyi kecen insani soyurem bu neden ireli galir? Bununla nece mubarize aparim?
Cavab:
ardını oxu
04-09-2016 Elvin
salam aleykum.bidetci imamin arxasinda namaz qilmaq olar.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Günahkar imamın arxasında namaz qılmaq olarmı? 

ardını oxu
04-09-2016
Salam men siye namazi qiliram hemd ixlas suresi oxuyura qilanda bu duzgun namazdimi? Basi aciq gezmek gunahdimi? Kebinsiz namaz q ilmaq olarmi?subh namazina dura bilmemek gunahdirmi?
Cavab:

Və aleykum salam.

ardını oxu
03-09-2016 Gulya
Salam. Bilmek isterdim namazi vaxtinan biraz tez qilmag olar? 5-10deq tez.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Namazı vaxtından öncə qılmaq olarmı? 

ardını oxu
03-09-2016
Salam Aleykum.Teyyare qezasinda olenler sehit sayilir?
Cavab:

Və aleykum Salam. Bəli, təyyarə qəzasında ölənlər şəhid sayıla bilər. Daha ətraflı: Şəhidliyin növləri 

ardını oxu
03-09-2016 Rena
Salam qilcalarim sinib men nece namaz qila bilerem?qusul desnamazda ala bilmirem.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:  Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

ardını oxu
03-09-2016
salam yoldasim basimi basglamagimi istedi men ise qebul etmedim o meni coxda mecbur etmedi men gunah qazandimmi
Cavab:

Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir, bunu etməyənlər böyük günah qazanır. Daha ətraflı: Hicab - azadlıqdır! 

ardını oxu
03-09-2016 Abdulla
salam. bu mal ve qoyunda hansi hisseler haramdi ve halaldi
Cavab:

Və aleykum salam. Əti halal olan heyvanların hansısa hissəsinin haram olması ilə bağlı heç bir dəlil yoxdur, ona görə də bu heyvanların hər yerini yemək olar.

ardını oxu

Pages