14-10-2016 RH
Salam, ölü insanın ruhuna dua etmək olar ?
Cavab:

Və aleykum Salam. Ölən insanın bağışlanması, qəbr əzabından, Cəhənnəm əzabından qorunması, Cənnətə daxil olması, haqq-hesabının yüngül olması və s. üçün Allaha dua etmək olar.

ardını oxu
14-10-2016
Salam Er arvadi soymesi ve doymesi ama sebebsiz yeri cehennemdir xaiw tez cvb yazin
Cavab:

Və aleykum Salam. Qiyamət günü bütün zülmə məruz qalmış insanlar (məzlumlar) onlara zülm edənlərdən öz haqlarını alacaqlar. Zülm edənin savabı varsa, savablarından götürülərək məzluma veriləcək. Savabı qalmayıbsa, məzlumun günahlarından ona yüklənəcək və o, Cəhənnəmə atılacaq.

ardını oxu
14-10-2016 E
Salamun eleykum.menim bir sualim var. Men dille edilesi duani vereqe yazmisam orada ALLAH in adi var. İndi o vereqi yandirmaq olar?
Cavab:

Və aleykum Salam. Siz o vərəqdə yazılan duanı əzbərlədikdən sonra, o kağızın itib natəmiz yerlərə düşməməsinə görə onu yandırmalısınız.

ardını oxu
14-10-2016 aysel
dedikleriniz asburtdu namaz qil cadudan azad ol deyirsiz allaha bagli insanada cadu olunub ve onu oldurub yalandan camaati qandirmayin teselli verirsiz sadece
Cavab:

Salam aleykum. Cadu insana pislik etmək üçün bir vasitədir. Uca Allah bütün pisliklərə qarşı, həmçinin caduya qarşı da qorunma üsullarını bildirmişdir. Cadunun hər kəsə təsir etdiyini demək, qılıncı olan adamın istədiyi hər kəsi öldürə biləcəyini deməyə oxşayır.

ardını oxu
14-10-2016 Rüfət
Salam, əgər bir müsəlman münafiq, kafir və müşrik deyilsə, namaz qılmırsa və Allahın bir olduğunu qəbul edirsə, Peyğəmbərimizin (s.ə.s) onun rəsulu olduğunu qəbul edirsə, Quranı qəbul edirsə o insan da əbədi cəhənnəmdə qalacaq ?
Cavab:

Və aleykum Salam. Böyük günah sahibi olan müsəlman Cəhənnəmdə cəzasını çəkdikdən sonra Cənnətə daxil olacaq. Amma buna arxayın olaraq namazı tərk etmək kimi böyük günahlar etmək kökündən səhvdir.

ardını oxu
14-10-2016
Salam,hicaba4aydi kecmiwem,indide cixmaq isteyirem,qala bilmirem sixiliram,hec cur oyrewe bilmirem,cixmaq olarmi?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:  Hicabı açmaq günahdır?

ardını oxu
11-10-2016
Qadin kisiden ayrilmissa ve eri uzaq olkeye gedib hec cure kebini geri oxutma imkani yoxdursa qadin kebinden azad olmaqcun ne etmelidir?
Cavab:

Salam aleykum. Əgər qadın kişidən qarşılıqlı və hər iki tərəfin razılığı ilə ayrılıbsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Həmin qadın və kişi bir-birindən ayrılmış sayılırlar. Kəbini geri oxutmaq kimi bir şey isə dində yoxdur. 

ardını oxu
10-10-2016 ALLAH QULU
Salam menim erim her gun eve gec gelirdi. zinakarliqla mesgul idi basqa qadinlarin yanina gedirdi. bizde kirada ele olurdu ki 3 gunle gelmirdi ve mene ve ailemin xeclerini odemirdi. her defe bu gecgelmelerden bezib evimize getdim.
Cavab:

Və aleykum Salam. Əgər keçmiş əriniz boşanmaya narazı olsa idi, məhkəmədə buna etiraz edərdi. Siz artıq boşanmış sayılırsınız.

ardını oxu
10-10-2016
Salam Aleykum.qəsdən və yaxud yaddan çıxaraq qılınmayan namazların qəzası qılınırmı?
Cavab:

Və aleykum Salam. Yaddan çıxaraq namaz qəzaya qalırsa, bu namazın kəffarəsi yada düşən kimi qılınmasıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın!

ardını oxu
10-10-2016
Salam men bir defe cenabatli halda bilmeden namàZ qildim.qildiqdan sonra yadima duşub ki men qusul vermemisem bilmiyerekdende etsəm bunun kefaresi var birde menim namazda qezalarim coxdu bunu gecikdirmek gunahdi?əgər gunorta ve ya o biri namazlarin vahtindan qabaq qəza namazimi qila bilerem?men siey
Cavab:

Və aleykum Salam.

1. Bilməyərəkdən qüsl olmadan qılınmış namazı qüsl alandan sonra yenidən qılmaq lazımdır.

2. Bu cavabları oxuyun:

Keçmiş illərin qəza namazları qılınmalıdır?

ardını oxu
10-10-2016
Salam aleykum va rahmatullahi va barakatuh. 1. Hədis vardır ki, Quran oxuyarkən hər hərfə on savab vardır. Çətinliklə oxuduqda ikiqat. Burada oxumaq dedikdə nə nəzərdə tutuluR? Kitabdan ərəbcə oxumaq yoxsa əzbərində olan surələri oxumaq? 2. islamda göz dəymə haqqında məlumat varmı?
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Bu savab həm üzündən, həm də əzbərdən oxumağa aiddir. Lakin, üzündən oxuduqda əzbərdən deyərkən yol verilən xətalar baş vermir və ya əzbərdə etdiyiniz səhvləri düzəltmək imkanı olur.

ardını oxu
10-10-2016 Resad
Salam Aleykum necesiz sizce copcuye getmek olarmi InseAllah tez bir zamanda cavablandirarsiniz?
Cavab:
Və aleykum Salam. Əgər çöpçü boğazında nə isə qalan insanla təmas edərək, əli ilə boğazı tutaraq üfürürsə, bu xalq təbabətindəndir. Bu kimi çöpçülərin yanına getmək olar. Lakin, heç bir təmas olmadan yalnız azca üfürərək çöp çıxaran çopçülərin yanına getmək məsləhət deyil.
ardını oxu
10-10-2016 .
Salam aleykum ,men namaz qiliram,dua edirem Allaha ne qeder ki gunahlarimi bagislasin.kecmisde menim ucun cox boyuk sehvim olub.namehreme agil qosmusam mende cirkin olmusam,ama indi tovbe edirem,ve cox pesman oldugumu deyirem Allaha..meni millet icinde biyabir etmek isteyirler kecmisdeki sehvim ucun
Cavab:

Və aleykum Salam. Sizbu məsələyə hisslərlə yanaşmayın. Əgər siz səmimi qəlbdən tövbə edirsinizsə, bu günah bağışlanır. Ola bilər ki, ətrafdakı insanlar sizi sıxışdırdığına görə özününüzü belə hiss edirsiniz. Daha ətraflı:

ardını oxu
10-10-2016 muslim
Esselamu aleykum. 1.bizde hamam ve tualet ikiside bir yerdedi.ele olur ki hamama girmek mecburiyetinde qaliram.bu halda destemaz pozulurmu.eger ifrazat cixislarindan bir sey cixmasa adice tualete girib cixmaq destemazi pozurmu? 2.oruclu bir insan sacini ve ya dirnagini yeyerse orucu pozular? 3.mu
Cavab:

Və aleykum Salam.

1. Tualetə sadəcə girib çıxmaq dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər

ardını oxu
02-10-2016
Salam Subh namazini gunorta esr Namazi ile qilmaq olar onuda deyimki subhe tek durmaqdan qorxuram onuncun dura bilmirem birde duzdurki Allah uwaqlarin sesini tez ewidir xaiw edirem sualima cvb yazin onceden twt
Cavab:

Və aleykum Salam. Sübh namazını vaxtında qılmaq lazımdır. Siz qorxmayın, çünki Allaha sığınsanız, Allah sizi qoruyar. Namazın sözlərini oxuduqda artıq bu qorxu Allahın izni ilə keçib gedəcək. Gənc vaxtı ibadət etmək savabı ən çox olan əməllərdəndir.

ardını oxu
02-10-2016
Salam1.Robota dində necə baxılır.Yəni o da günahdı?2Heyvanlar namaz qılıb,oruc tuturlar?3Cinlərdə insanlar kimi namaz qılıb,oruc tutub,hicab bağlayırlar?Yəni Allahın buyurduqlarını yerinə yetirirlər?4Əsil azan necə oxunur.Buna aid video paylaşsaydız sevinərdim.5Kürəkən qayınanasına naməhrəm düşür?6Q
Cavab:

Və aleykum Salam.

ardını oxu
02-10-2016
salam. anamla sozle dalasmisam xosa gelmez sekilde sesimi qaldirmisam anama. cox pesimanam ne ede bilerem?
Cavab:

Və aleykum Salam. Ana ilə dalaşmaq və ona səsini qaldırmaq ən böyük günahlardandır, hətta haqlı olsanız da, onunla səbirli davranmaq vacibdir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

ardını oxu
02-10-2016
Salam. Mən ev işləri ilə əlaqədar namazı azan veriləndən xeyli sonra qılıram.Bu günahdır?
Cavab:

və aleykum salam. Zərurət olduqda vaxtı çıxana qədər namazı gecikdirə bilərsiniz. Amma namazı vaxtında qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır".

ardını oxu
02-10-2016 TOMORROW GLAMOUR.
Bir daha Salam.digər sualım isə odur ki, kişi qısa qol köynəkdə Namaz qılan bilər? Təşəkkürlər. Allah razı olsun.
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Mayka ilə namaz qılmaq icazəlidirmi?

ardını oxu
02-10-2016 TOMORROW GLAMOUR.
Salam.Men ALLAHDAN bir günahım görə bağışlanmagimi istəmişəm. Amma o günahı yenidən etmişəm.sizcə ALLAH məndən küsər, və mən bilirəm ki, tövbə etsəm günahlarım bağışlanar.
Cavab:

Və aleykum Salam. Allah küsüb incimək kimi insana məxsus olan sifətlərdən ucadır, nöqsansızdır, pakdır, müqədəssdir. Amma günahlar edən insana Allah qəzəblənə bilər. Ona görə də günahı tərgitməyə çalışın.

ardını oxu
02-10-2016
namaz vaxti ne etmek olmaz
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
02-10-2016 Nur
Salam aleykum. Xahiş edirem,menim suallarımı etrflı cavablandırın. Kişi haqları haqda meqale linki verib yola vermeyin. Men ölürem artıq qezebden. Nece olur ki,qızı ezabla dünyaya getiren ana ve atanın haqqı o qız üçün barmağını da terpetmeyen kişiden böyük olur?
Cavab:

Və aleykum Salam. Əgər ananız sizin ailə işlərinizə qarışaraq fitnə yaratmırsa, ərinizin sizə ananızla danışmağa qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır.

ardını oxu
02-10-2016
gunah olmayan seye toba etdim indi tobami nece geri goturum
Cavab:

Salam aleykum. Günah olmayan şeyə görə edilən tövbə sayılmır. Ona görə bu məsələdə siz azadsınız və həmin günah olmayan əməli etmək icazəlidir.

ardını oxu
02-10-2016 Nala
Salamu aleykum Nece cure vitr namazi gilmag mumkundur . Yeni sunneye uygundur ? Men sizin sayitnizdan bir novun oyrenmisem elecede edirem . Amma bezi adamlar deyir bir nece novu movcuddur . Mumkunse cavabi hedislerle birlikde gonderin xahis edirem .
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Vitr namazı necə qılınır?

ardını oxu
02-10-2016 cobanyastigi
Aleykum salam.Allah cehenneme duwen insani sonradan cennete sala bilermi?
Cavab:

Və aleykum Salam. Müsəlmanlardan günahkar olanlar Cəhənnəmdə cəzalarını çəkdikdən sonra Cənnətə daxil olacaqlar, Buna Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərindən bir çox dəlillər vardır.

ardını oxu
02-10-2016 Guler
Qaynanam her iwime qariwir.oglunu qisqanir.ama sorada deyirki men sene yacwiyam hec bir iwine qariwmiram.anamida gormek istemir.cunki o biri gelnin dediyine gore anasi bowatfirib.ele fikirlewirki menimde anam ele olar.birdeki erimide doldurur oda mene ne desemde inanmir.anasinin mene qarwi ele olmag
Cavab:
Salam aleykum. Əvvəla, ərinizin və ya qaynananızın sizin ananızla danışmanıza qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır.
ardını oxu
02-10-2016
Menim heyat yoldasin bir defe sehv edib indide tovbe etsede ona inana bilmirem ne edim? Gunahdirmi?
Cavab:

Salam aleykum. Ərinizin səmimi tövbə etməsini yalnız Allah bilir. Sizə düşən isə inanmaqdır, amma inana bilməməyiniz də günah deyil. Hər hansı bir şəxs yalandan və insanların gözündə düzgün olmaq üçün tövbə edərsə, özündən başqa heç kimi aldatmır.

ardını oxu
02-10-2016 sevinc
salam eleykum her vaxtiniz xeyir men namaz qilmaq isteyirem sozlerini bilirem namazin ustunde sehv desem ve estefurla desem allah meni bagisdiyar sual verirem
Cavab:

Və aleykum Salam. Siz namaza başlayın, namaza yeni başlayanın sözlərdə xəta etməsi labüddür. Vaxt keçdikcə Allahın izni ilə namazın sözləri dilinizə yatar. Hətta diliniz öyrəşənə qədər əlinizdə namazın sözləri olan kağızı tutub üzündən oxuyaraq namaz qıla bilərsiniz.

ardını oxu
02-10-2016 Fuad
Salam aleykum.Men namaz qilmaq isdeyirem amma bezi sebeblere gore qila bilmirem.Onda neynemeliyem.?
Cavab:

Və aleykum Salam. Bütün müsəlmanlar namaz qılmalıdırlar. Namaz qılmamaq yalnız dəlilərə, uşaqlara, heyz olan qadınlara və qeyri-müsəlmanlara aiddir. Muhəmməd Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəstə insanın necə namaz qılmasını öyrətmişdir.

ardını oxu
02-10-2016 Elçin
Salam Aleykum. 1. Allah gözəldir, gözəllikləri sevər. Bu hədis səhihdirmi? 2.Qurana zidd gələn hədisləriləri qəbul etmək olarmı ?
Cavab:

Və aleykum Salam.

ardını oxu
02-10-2016 muslim
Esselamu aleykum.qeza namazlarini gunun hansi hissesinde qilmaq olar?umumiyyetle namaz qilmaq ucun qadaga edilen zaman varmi?esr namazindan sonra basqa namaz qilmaq olar? Dini saytlar ve dini kitablar meslehet gorerdiz? Hansi heyvanlari oldurmek olar?agcaqanadi (ditdilini )oldurmeye gore gunah ya
Cavab:

və aleykum salam.

ardını oxu
02-10-2016
Salam aleykum. Bilirik ki Allah cinləri də insanlar kimi ona ibadət etmək üçün yaradıb.onlar necə namaz qılır və ya oruc tutur?
Cavab:

Və aleykum Salam. Cinlər də insanlar kimi namaz, oruc və digər ibadətlər etməkdə mükəlləfdirlər və Qiyamət günü əməlləri barədə sorğu sual olunacaqlar.

ardını oxu
02-10-2016
Salamu aleykum.«Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf ucaldacağam. Səni inkar edənlərdən uzaqlaşdırıb təmizləyəcəyəm. Və sənə tabe olanları inkar edənlərin üstündə tutacağam. Sonra sizin dönüşünüz Mənə olacaq.
Cavab:
Və aleykum Salam. Qurani-kərimdə və səhih hədislərdə İsanın (Allah ondan razı olsun) öldürülmədiyini, Allahın dərgahına qaldırıldığını və Qiyamətə yaxın yenidən yer üzünə göndəriləcəyini xəbər vermişdir.
ardını oxu
25-09-2016 Fuaf
Salam əleykim.Öncəliklə təçəkkür edirəmki bundan qabaqki suallarıma cavab vermisiz çox sagolun Allah razı olsun sizdən.Deməli sizə belə bir sualım olacaq ki əgər həddi billuğa çatmayan bir insan namaz qılmagı dayandırsa onada günah yazılır və qəza yazılır.Birdə oglan usaqlarına günah 15 yasdan basla
Cavab:

Və aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 12/78/ №: 4380).

ardını oxu
25-09-2016
Tovbe etmekden qorxub amma gunahi yavas yavas tergidmek olar?
Cavab:

Salam aleykum. Tövbə etməkdən qorxmaq lazım deyil, çünki tövbə etdikdə günah bağışlanır.

ardını oxu
25-09-2016
Salam uşağım günüz və gecə fərq etmir çox qorxur hərzaman yanında bir nəfərin olmasını isdəyir tək evdə qala bilmir nə etmək olar.
Cavab:

Və aleykum Salam. Qorxu şeytanın vəsvəsəsi nəticəsində ola bilər. Evdə uşağın da eşidəcəyi səslə Quran səsləndirin (maqnitofon və ya digər cihazda) və hər gün yarım saat əlinizi uşağın başına qoyaraq Qurandan bildiyiniz surələri bərkdən oxuyun.

ardını oxu
25-09-2016 Fatime
Namaz qildigi halda qelb qiran göz yawi töken insan genete gedermi.
Cavab:

Salam aleykum. Kimin Cənnətə girəcəyini yalnız Allah bilir, amma başqalarının haqqına girən hər bir kəs Qiyamət günü zülm etdiyi adamların haqqını verəcək. Daha ətraflı:

Qul haqqı barədə

ardını oxu
25-09-2016 Gulya
Olmekden qorxuram cox qorxuram. Bilendeki nevaxtsa olecem torpagin altindan qorxuram. Elebiliremki orda men bogulacam meni ilanlar qurtlar yeyecek. Namaz da qiliram calisiram olumu yada salmayim. Neyneyimki o qorxu icimnen getsin?
Cavab:

Salam aleykum. Ölümdən qorxmaq yox, çoxlu xeyirli əməllər edərək ölümə hazırlaşmaq lazımdır. Səhabələr və onlardan sonra gələnlər Allah rizasını qazanmaq üçün ölümü gözə alaraq Allah yolunda cihad etmişlər.

ardını oxu
25-09-2016 anonim
salam aleykum naməhrəmə salam vermək günahdir?
Cavab:

Və aleykum Salam. Fitnə və şeytanın vəsvəsəsindən uzaq olacağınız təqdirdə naməhrəmə salam vermək olar. Məsələn, kişinin yaşlı qadına və ya qadının yaşlı kişiyə salam verməsi, həmçinin üç və daha çox insanın salamlaşması icazəlidir.

ardını oxu
25-09-2016
Salamu aleykum.Kora günah gəlməz,çolağa günah gəlməz,bir də xəstəyə günah gəlməz.Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində,yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində,yaxud əmilərinizin evlərində,yaxud bibilərinizin evlərində,yaxud
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəstəyə günah gəlməz.

ardını oxu
25-09-2016 Fatime
Allahin salami olsun. Qusulu olanda Quran oxuya bilmirem ve bu meni çox narahat edir. Qusulumu tokduyden sonrada leke deyir 2-3 gun bele olan halda men paxil quslu tökub Quran oxumaliam yoxsa o lekeye fikir vermiyib Qurana davam etmeliyem.
Cavab:

Salam aleykum. Qadınlar heyz qanını rənginə, iyinə və digər şeylərə görə fərqləndirə bilirlər. Əgər heyz qurtardıqdan sonra heyzdən sayılmayan qan ləkəsi gəlsə, həmin hissəni təmizləmək kifayətdir, qüsl almağa ehtiyac yoxdur və Quranı ələ götürüb oxumaq olar.

ardını oxu
25-09-2016 Leyla
Salam.Menim size heç bir sualim yoxdu,ve bundan sonra olmuyacaq.Çünki beynime ele fikirler girirki,sanki siz vahabisiz ve bu saytda vahabilere mexsusdu.Bilirem soruwacaqsiz niye?Çünki,burda biri size möhür haqqinda sual verdiki "Men Namaz qilanda qardawim uwaqi möhürü göturür qaçir" ve siz
Cavab:

Və aleykum Salam. Biz suallara cavabda şəxsi fikirlərimizi yox, Allahın ayələrini və Onun Rəsulunun (sallallahu aleyhi və səlləm) səhih hədislərini və ya onlara əsaslanan fikirlərimizi yazırıq, çünki bunlara əsaslanmayan cavablar batildir və yalandır.

ardını oxu
25-09-2016
Salam menim 6 gun oruc qezam var men indi o qezalarimi tuturam eger hansisa bir sebebden orucum pozularsa men yene hemin gune gore oruc tutmaliyam yoxsa hemin gunun qezasi ustumden getmis sayilir ve men qalan qezalarimi tutmaliyam?xahis edirem biraz tez cavablandirin evvelceden tesekkur edirem
Cavab:

Və aleykum Salam. Qəza oruclarını adi oruc qaydası kimi axıra qədər tutmaq lazımdır. Qəza orucu tutduğunuz zaman oruc pozularsa, o, batil olmuş sayılır və siz həmin günün orucunu yenidən tutmalısınız.

ardını oxu
25-09-2016 Selcan
can uste olan birini canbeser etmek gunahdirmi? 7 gun evvel anam butun gun can vererek rehmete getdi. o menim qollarimda canini tapwiran aninda men onu willeleyerek ayiltdim, yeniki canbeser etdim. onda anam iri acilmiw gozlerile mene baxaraq qiwqirdiki willeleme meni. onda qorxdum.
Cavab:

Salam aleykum. Əcəl dedikdə nəzər tutulan Ölüm mələyidir və mələklərin ölüm anında ölən adamın daxilinə girib bizə cavab verməsi mümkün deyil. Çünki, ölüm mələyi can verənin içinə girmir, yalnız onun ruhunu bədənindən çıxarır.

ardını oxu
22-09-2016 *
kebinde qizin atasi ve oqlan istirak edirse oqlanin valideynlerinini bilib bilmemesi vacibdirmi bilmesede olar?????
Cavab:

Salam aleykum. Kəbində kişinin valideynlərinin razılığı vacib şərt olmasa da, onların bilməsi məsləhət görülür, çünki sonra olan narazılıq nəticə etibarı ilə valideynləri ilə arasının soyumasına səbəb ola bilər.

ardını oxu
22-09-2016
salam heyz zamani ayetel kursini telefondan oxumaq olar?
Cavab:

Və aleykum Salam. Heyz zamanı Quran kitabına əl vurmaq olmaz, amma əzbərdən və ya telefondan oxumaq, həmçinin tərcüməni oxumaq olar. Daha ətraflı:  Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı? 

ardını oxu
22-09-2016
Salam.Bilmek isterdim ki,Hemzad ne demekdir? Deyirler hemzada dusmusem,2 ildi ovladim olmur.Teze gelin kocmusdum,hele 40-im cixmamisdi refiqemin toyuna getdim,indi ne onun ne de menim ovladim yoxdu.Hemzada dusmeyim dogru ola bilermi? Dogrudursa,bundan nece cixa bilerem? Tesekkur.
Cavab:
Və aleykum Salam. Toydan 40 gün keçməmiş evdən çıxmağa görə uşağın olmaması kimi fikirlər xurafatdır, dinlə əlaqəsi yoxdur və belə şeylərə inanmaq günahdır. Daha ətraflı: Bəd əlamətlərə inanma! 
ardını oxu
22-09-2016
Salam aleykum Allahın adı cekilmeyen eti yemək haramdi indi bele cixirki marketden toyuq eti aliriq indi bilmirikde kesilende allahin adi cekilir ya yox indi bizim ele et yemeyimiz haramdi?
ardını oxu
22-09-2016 gulay
salam menim qardasim 9 yasi var namaz qilir amma subh namazi dura bilmir subh namazi qilmasa gunah sayilmirki evvelceden tesekkurler
Cavab:

Və aleykum Salam. Uşaqlar həddi-buluğa çatana qədər onlara günah yazılmır. Daha ətraflı: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

ardını oxu
22-09-2016 Ferid
Salam Aleykum ve Rehmetullahu ve Berektuhu. Deyirler sulu qelyana alkoqol yaxud narkotik kimi maddeler qatilarsa bu haramdir. Amma yalniz tutun ve etirli meyveler qataraq istifade etsen bu halaldir. Bu duzgun fikirdir???
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu. Bu fikir düzgün deyil. Sulu qəlyana başqa maddələr qatışdırılmasa da, haram hökmündədir. Son tibbi araşdırmalar göstərir ki, sulu qəlyan adi siqaretdən daha zərərlidir.

ardını oxu

Pages