17-11-2016 samir
salamualeykum bildiyime gore destemaz alanda agizi ve burunu eyni vaxtda yumaq lazimdir, bu mene cetin gelir men 3 defe agzimi yuyandan sonra 3 defe burnumu yuyuram. burda bir problem, bidet varmi?
Cavab:

Və aleykum Salam. Bu bidət sayılmır. Hər iki üsul səhihdir. Həmçinin, oxuyun: Düzgün dəstəmaz necə alınır?

ardını oxu
17-11-2016 nuranə
Salam 1)Cavablarda vardı,qüsl alarkən ürəyində çinmək yox qüsl almaq niyyətini tututsan.Biz çimərkən sabundan və başqa təmizləyici vasitələrdən istifadə edirik.Amma qüsldə bunlardan istifadə olunmur.Onda nicə edək əvvəl qüsl alıb sonra çimək?? 2.Spirtli içki haramdır.Bes araq çəkib özü içmiyib sats
Cavab:

Və aleykum Salam.

1. Əvvəl istədiyiniz şəkildə çimin, sonra qüsl alın, çünki qüsl ibadətdir, çimmək deyil. Qüslda adi halda çimməkdən fərqli olaraq niyyət var.

ardını oxu
13-11-2016 Elbrus
Salam evvelce vereceyiniz cavab gore tewwekuredirem.sualim uzu uste yatmaq olar yeni arxani Allaha teref cevirib yatmaq olar. Men ne vaxtdi ele yatmiram. Xais cvb yazin.birde sagolun.
Cavab:

Və aleykum Salam. Bu şəkildə yatmaq qadağandır. Daha ətraflı: Üzü üstə yatmaqla bağlı hədisi tam şəkildə yaza bilərsinizmi?

ardını oxu
13-11-2016 Ümid Əkbərli
Salam mən 3-4 dəfə namazi atib icki icmişem.
Cavab:

Və aleykum Salam. Namazın qəbul olunmayacağı ilə bağlı fikirlər və qeyd etdiyiniz hallar - şeytan vəsvəsəsi ilə bağlıdır. Belə hallara fikir verməyərək namazlara davam edin və imanınızı artırın. Həmçinin oxuyun:

ardını oxu
13-11-2016 xeyal
Sunnu namazi nece yaranib hansi duzgundur sie yoxsa sunnu men sunnu namazi qilirdim sonra mescidde mene dedilerki yalnis namaz qilirsan sie namazi qilmalaisan sunnu namazini vahabiler qilir bilmek istiyorem bu ne derecede dogrudur mene desilerki bir defe peygemberimiz sehrada namaz qilarken kulek es
Cavab:
Salam aleykum. Bu cəfəngiyatdır. Bu dediklərinizin heç bir əsli yoxdur. Sizə bunları deyənlər mötəbər kitablardan dəlillər gətirməlidirlər. Əks təqdirdə onların sözü götürülmür.
ardını oxu
13-11-2016 Perviz
salam eleykum men niyet etmiwdimki iwim duzelsin qurban kesecem ama burda momin insanlar var mene deyirlerki qurban bayrami gunu niyet edilmiw qurban kesmey gunahdi,olmaz.bu ne derecede duzgundu?zehmet olmasa deyerdiz
Cavab:

Və aleykum Salam. Nəzir edilmiş qurbanı Qurban bayramında kəsilən qurbanla qarışdırmaq olmaz. Lakin, həmin gün nəzir qurbanını nəzir niyyətilə kəsmək olar. Lakin, bu qurban İsmayıl qurbanı sayılmayacaq.

ardını oxu
13-11-2016 Əli
Dünyada kafirlər müsəlmanlara zülm edirlər, haqsızlıq edirlər. Biz 1 milyarddan çox müsəlman ola-ola onlara öz gücümüzü niyə göstərmirik? Yəni, necə biz kafirlərə indiki vaxtda qalib gələk?
Cavab:
Salam aleykum. Sayın çox olması hələ güclü olmaq demək deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Vaxt gələcək insanlar bir qabdan (yaxud sinidən) yemək yedikləri kimi, digər ümmətlər də sizin üzərinizdə meydan oxuyacaqlar".
ardını oxu
13-11-2016
Salam aleykum,men bir sual vermek isteyirem.men subh namazina oyaq qalsam olar? qalxa bilmirem cunki .. cox saqolun
Cavab:
Və aleykum Salam. Ümumən sübhə qədər oyaq qala bilərsiniz. Ancaq bunu davamlı şəkildə etmək həm çox çətin, həm də bir növ insanın özünə zülm etməsidir. Çünki, Uca Allah gecəni insan üçün istirahət vaxtı kimi yaradıb. Necə ki, Uca Allah buyurur: "Yuxunuzu da istirahət etdik.
ardını oxu
13-11-2016
Salamu eleykum Evli bir xanim destemaz aldiqdan sonra heyat yoldasina ve ya ona mehrem olan bir insana toxunarsa onu operse desdamaz pozularmi?birde qadindan onden cixan yel desdamaz pozarmi.Allah razi olsun .
Cavab:

Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:

Dəstəmazı pozan amillər

ardını oxu
13-11-2016
Salam, hərbi xidmətə (əsgərliyə) getməmək günahdır ?
Cavab:
Və aleykum Salam. Bəli, heç bir üzürlü və zəruri səbəb olmadan hərbi xidmətdən yayınmaq günahdır. Hərbiçilər vətəni, müsəlmanları qorumaqla savabı çox böyük olan işlərdən birini görürlər.
ardını oxu
13-11-2016 Aytac
Salam, mələklərə salam göndərməyin nə kimi bir faydası var? Və bu salam necə göndərilir?
Cavab:

Və aleykum Salam. Quran və Sünnədə mələklərə salam və ya salavat göndərmək yoxdur. Yalnız onların adı çəkiləndə onlara "əleyhis-Səlam" - "Allahın ona salamı olsun" deyilir.

ardını oxu
13-11-2016 Aytenziba
Salam aleykum. Bir yere gedende sefer namazi ne qeder muddeti qilinir. Men 5 gun qiliram rayona gedende .ama 2-3 hefte qaliram nece etmeliyem
Cavab:

Və aleykum Salam. Qaldığınız yerdən başqa yerə, məsələn, rayona gedəndə səfər namazı qılınır. Lakin, əgər siz gedəcəyiniz rayonda bir neçə ay qalacaqsınız və qayıdacağınız vaxtı bilirsinizsə, yeriniz rahatlaşandan sonra namazlarınızı tam qılmalısınız.

ardını oxu
13-11-2016 Cansu
salam baxiwliyin sizin naraxat eyliyiren men azansiz namaz gilamiram olarmi namaz gila gila azana gulax asim
Cavab:

Və aleykum Salam. Azan namazdan qabaq müsəlmanları namaza çağırmaq üçün verilir. Lakin, namaz qıla-qıla azana qulaq asmaq düzgün hal deyil. Belə ki, müsəlman namaz qıldıqda müti olmalıdır. Namazda azana qulaq asmaq isə fikri namazdan yayındırır və mütiliyə ziddiyyət təşkil edir.

ardını oxu
13-11-2016
gundelik ureyimizde ve ya filimizda Allahi nece zikr edey en feziletli sozleri yazardiniz.birde niyyetin yerine yetirmesi ucun en feziletli dualar.meslehet vererdinizde zehmet olmasa.twk.
Cavab:
Salam aleykum. Ən fəzilətli dualar - Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi dualardır. Daha ətraflı: 
Quran və Sünnədən seçilmiş dualar
ardını oxu
13-11-2016
Salam,1.eger bir insan omur boyu namaz qilib ama neyise sehv etdiyine gore namazi batil olubsa o qildigi namazlara gore hec bir savab yazilmir?axi o butun omur boyu Allah yolnda nese edib?2.soyuw soymek gnahdi seslendrmeden ureyinde kimese soyursense budagunahdi?3.tovbe ednde Allah butun gunahlri ba
Cavab:

Və aleykum Salam.

ardını oxu
13-11-2016
Salam Aleykum.Azan sesini telefondan dinlemek ve ya zumzume etmek haramdirmi?
Cavab:

Və aleykum Salam. Azan səsini telefondan dinləmək və azan oxumaqda problem yoxdur. Lakin, züm-zümə edərək musiqi oxumaq düzgün hal deyil. İbnul-Əsir (Allah ona rəhmət etsin) deyir: "Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər".

ardını oxu
13-11-2016 ABU ÖMƏR
As Salam Aleykum Ve Rahmatullahi Ve Berakatuh Evde Atam Cox Sixir Mecide Qoymur Namaza Getmeye Qoymur Vurur edir Evi Hicret Ede Bilerem?
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu. Valideynin sizi məscidə qoymaması başa düşüləndir. Çünki, valideynlər elə bilirlər ki, məscidə getsən pis insanlara qoşulacaqsan. Günümüzdə baş verən hadisələr valideynlərimizi bu addımı atmağa vadar edir.

ardını oxu
13-11-2016 Elmir
salam barmaq keslibse mohkem destemaz alandan sonra yenede qan cixirsa namaz qilmaq olarmi ve yaxud neynemek olar cox sagolun
Cavab:

Və aleykum Salam. Barmaqdan gələn qanın qarşısını tibbi vasitələrlə alın. Qanın axması isə dəstəmazı və namazı pozmur. Əgər paltarda qan ləkəsi varsa, bunu bacardığınız qədər təmizləyin. Lakin, təmizləyə bilmədiyiniz ləkələrin sizin namaza təsiri yoxdur.

ardını oxu
13-11-2016
Salam.Hicab haqqında size bezi suallarım var.Önceden teşekkur edirem.Men namaz qılıram,amma hicabsız bir xanımam.Örtünmeyi demek olar ki,her gün düşünürem.Amma nefs,vesvese menim bu işimi arxaya atır.Hemde aileme bu meseleni açsam bilirem ki,mene mane olacaqlar.Hicabsız biri olsamda geyimime diqqət
Cavab:

Və aleykum Salam. Uca Allaha görə nə edirsinizsə, hamısının mükafatı var və bu əməlləri etməyənlərdən fərqiniz var. Bütün günahların da xeyirli əməllərin də dərəcələri var.

ardını oxu
13-11-2016
Salam aleykum Peygember sas cekdiyi surme ile indi qabda satilan surmeler eynidi ? 2 cahil vaxdi geyindiymiz sekilli paltarlari oz qohumuma vermisem o paltarlar geyilende mene gunah yazilir? Esalamun aleykum rehmetullahi ve betekatuhu
Cavab:

Və aleykum Salam. Əgər təbii sürməni deyirsinizsə, bu qədimdə də indi də yerdən çıxarılan maddədən düzəldilir. Lakin, müasir dövrdə kimyəvi üsullarla da sürmə dürməyə bənzər kosmetik vasitələr düzəldilir. Hər halda kimyəvi qarışıqları olan maddələr ilə təbii sürmə eyni deyil.

ardını oxu
13-11-2016 [email protected]
Salam yoldawim meni atib qedib usaqnan bawka qizin yaniva. Komey istirem
Cavab:
Və aleykum Salam. Uca Allah sizə kömək olsun! Allaha çoxlu dua edin. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
Qul haqqı barədə 
ardını oxu
12-11-2016 Ferid
Salam. Bu sual menimcun cox vacibdir. Xais edirem tez cavablandirin. Uzerine aciq sekilde terkibinde donuz eti oldugu yazilan kolbasani yemek olarmi? Yeni onun terkibine basqa maddelerde mal eti ve basqa maddeler qatilir.
Cavab:

Və aleykum Salam. Bu məhsulların tərkibində donuz əti və piyi olduğuna görə belə məhsulları yemək haramdır. Donuz əti o məhsullarla birləşsə də öz mahiyyətini itirmir.

ardını oxu
11-11-2016 Narmin
Salamun Aleykum saytinizi cox beyenirem allah sizden razi olsun,men sizin seyanizde cox sag olun çox wey oyrenirem,sualim men namaz qilarken ele olur sizin gozel sözləriniz yadima duwurki bu bele olmadi cennet düşür yadima namazi nece qilmaq,peygemberiz yadima düşür dediyi sözlər, bu namazi batil et
Cavab:

Və aleykum Salam. Dini məlumatlar haqqında adi vaxtlarda düşünmək gözəldir. Amma namazda çalışın fikriniz yalnız namazın sözlərində olsun. Daha ətraflı:

Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
11-11-2016 Aysel
salam..men namaz mohurumun ustunde ''A'' herfi yazilib.bu ne demekdir lap xirdada deyil orta boyda.
Cavab:

Və aleykum Salam. Namaz möhürsüz qılınmalıdır,  çünki Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) namaz qıldıqda möhürdən istifadə etməyib. Ondan sonra gələn İmam Əli, Hüseyn, Həsən və digər səhabələr (Allah onlardan razı olsun) namazda möhürdən istifadə etməyiblər.

ardını oxu
11-11-2016 xeyal
Salam ayetul kursunun erebce oxunusunu yaza bilersiniz bele allahu le ilahe illa huvbel heyyul qeyyum arxasini bilmirem
Cavab:

Va aleykum Salam.

Əuuzu billəhi minə-ş-şeytaanir-raciim

Bismilləəhir-Rah'məni-r-Rahiim:

ardını oxu
11-11-2016 xeyal
Salam imam mehdi əleyhissalam zuhr edecek yoxsa dogacaq
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: İmam Mehdi necə zühur edəcək?

ardını oxu
11-11-2016
salam men bir qizi seviremse eger onun atasi qardasi(himayedarlari) cahildirse onunla nece kebin baglayib evlenmek olar?
Cavab:

Və aleykum Salam. Cahil olmaq hələ İslam dairəsindən çıxmaq demək deyil və onlar sizin sevdiyiniz qızın qanuni vəliləri - himayədarları sayılırlar. Ona görə də, onlardan halallıq alınmalıdır. Daha ətraflı:

ardını oxu
11-11-2016 DAMLA
salam sualım mənim tanidiğım biri namaza başlayacak və deyir ki namaza başladığımda mənə pislik edən insanlara qarğış tökəcəyəm mənim ona olan fikrimsə nə qədər günahsız olsan belə namazı qarğış üçün istifadə edilməməlidir siz nə düşünürsünüz birdə dediyim insan yetkin yaşlı biridir
Cavab:

Və aleykum Salam. Bəddua etmək haram olmasa da, çox bəddua etmək dində bəyənilmir. Müsəlman mülayim, rəhmli, bağışlanma yolunu tutan olmalıdır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər".

ardını oxu
11-11-2016 gunel
salam men iki ay evvel bir hadise baw verdi heyatimda ve cox ezab cekirdim hergunum aglamaqla kecirdi tez tez hacet namazi qiliraam bir gun hacet namazindan sonra dua etmak ucun ewiye cixdim goyuzunde bulutlar var idi baxaraq dua edirdim birde baxdim bu buludlar erebce allah sozunu yazdi inaninki be
Cavab:

Və aleykum Salam. Doğrusunu Allah bilir. Bu barədə heç nə deyə bilmərik, çünki bunun duaya cavab olması haqqında Quran və Sünnədə heç bir dəlil yoxdur.

ardını oxu
11-11-2016 gunay
salam Aleykum. atam sevdigim oglanla tanis olmaq istemir. ele bilir issiz adamdi.soz demeye de qoymur ele qisqirir. ailenin senin sozunu dinlemesi ucun dil agiz baglama duasi ve tilsimi var.tilsim boyuk gunahdi.bes o duani nece edim? saytlarda curbecur fikirler deyirler. mene komek edin nolar.
Cavab:

Və aleykum Salam. Tilsim, sehr, ağız bağlamaq və s. bu kimi şeylər cadudan sayılır və böyük günahdır. Siz Allaha dua edin ki, sizin atanızı islah etsin, onun qəlbini yumşaltsın, çünki qəlblər Allahın əlindədir. Duaların qəbul olunması üçün çox çalışın. Daha ətraflı:

ardını oxu
11-11-2016
Namaz qilan sexs falci yanina gede bilermi?
Cavab:

Salam aleykum. Dinimizə görə fala baxmaq və ya baxdırmaq küfr əməllərdən hesab edilir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da, içki də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir.

ardını oxu
11-11-2016
Salam.Əvvəlcə sualıma görə üzr istəyirəm.Bu sualı əvvəldə vermişdim ama tam şəkildə yazmamışdım.Atamla anamın 1 uşağı olub.Ondan sora anam 2-ci uşağa hamilə qalanda atam zornan abort elətdirib.Sora anam mənə hamilə qalanda mənidə abort elətmək istəyib ama anam zor güc ilə eləmiyib.Atamda indi mənə
Cavab:

Və aleykum Salam. Atanız sizin haqqınıza girirsə, buna görə günah qazanır. Qiyamət günü hər kəs ona zülm edəndən öz haqqını alacaq. Amma siz günah qazanmamaq üçün onunla mübahisə etməyin və Allah üçün, savabını Allahdan istəyərək səbirli olun. Daha ətraflı:

ardını oxu
11-11-2016 Aygün
Salam,yoldawim iki ilden artiqdir ki cixib gedib,burda olanda daim dava salib,xeyanet edirdi,bize indi ne zeng vurur ne de maddi yardim edir.isteyirem kebinimi pozduram,amma onunla elaqe qurub soruwa bilmirem,cunki mutleq tehqir edecek,deyirdi ki men cixib gedenden sonra sen pis yola duweceksen.Kiwi
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?

ardını oxu
11-11-2016 Allah Bebdesi
Salam aleyku men ailendeki oroblemlerden yazacm size evvel narmal yawayirduq indi ise ailede uwaq valdeyne qulaq asmir ve iwlediklerin eve vermirki ozlerine gun aqlasinlar Bu cadudan ireli gelir ya nece? Yalvariram kommeklik edin bizue.
Cavab:

Və aleykum Salam. Hər şeyi cadu ilə əlaqələndirmək düzgün deyil. Övladın valideynə qulaq asmaması onu özbaşına nəzarətsiz buraxmaq, uşağın pis insanlarla yoldaşlıq etməsi, valideynlərin uşaqla maraqlanmadığına görə onun öz fikirlərinə daha çox diqqət edən digər adamlara yönəlməsi və s.

ardını oxu
11-11-2016 RAUF
Assalamu aleykum.Bir sual vermek isdiyirem.Meni ifraz olunursa qüsl pozulur.Eger bir oğlanda meni ifraz olursa eger buda qüslu pozursa bu oğlanda bilmir ve yeni qüsl almır.Bu adamda namaz qılan olur.Ve yeni qüsl almadan (bilmiyerekden) Namazı bele qılır.O qıldığı namazlarda qezaya gedir?
Cavab:

Və aleykum Salam. Əgər bu adam qüsl pozulanda qüsl almağın vacib olduğunu bilmirdisə, qüsl alıb növbəti namazlarını qılmalı və qəza etməməlidir, çünki həmin adam bilmədiyinə görə üzrlüdür, yalnız bildiyi günün qəzalarını qılır.

ardını oxu
11-11-2016 samir
salamu alaykum ureyinde gelecek heyat yoldasimla bagli xeyallar qurmaq gunahdirmi?
Cavab:

Va aleykum Salam. Gələcək ailə həyatınız haqqında düşünüb götür-qoy etmək, planlar qurmaq qadağan deyil. Amma mənasız xəyallardan çəkinmək lazımdır. Daha ətraflı:

Uzun-uzadı ümidlərə qapılmaq olarmı?

ardını oxu
11-11-2016
allahmizin resulunu sas salavat gonderende eli uze cekilmelidi.birde peygembere sas dua edende salavat gonderilir duani nece edey bir numune yazardiniz yeni nece duani deyek axirdada salavat gonderilir.twk.
Cavab:
Salam aleykum. Salavat dillə deyilir, bu zaman əli üzə çəkmək isə dinimizdə yoxdur. Bu cavabları oxuyun: 
Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?
ardını oxu
06-11-2016 Abdullah
Assalamu Aleykum. Bir neçə sualım olacaq 1. Mən Cərrah işləyirəm. Qadınları əməliyyat etmək düzgündürmü? 2. Naməhrəm qadınları ruqya edə bilərəmmi? 3. Mən islamdan əvvəl çox yalan danışan olmuşam. Islama gəldikdən sonra bu vərdiş halına çevrilib. Nə qədər yalan Quran oxuyuram.
Cavab:

Və aleykum Salam.
1. Zərurət hallarında qadınları əməliyyat etmək icazəlidir.
2. Birbaşa toxunmamaq və məhrəminin yanında olması şərtilə naməhrəm qadınlara ruqyə etmək olar. Dəsmal üzərindən əlinizi başınıza qoya bilərsiniz.

ardını oxu
06-11-2016 nergiz
Salam aleykum.bir qadin olaraq idman etmeyim duzgundur?kureyimde eyrilik de var deye mecburam.cox sagolun
Cavab:

Və aleykum Salam. Sağlamlıq və ya müalicə məqsədilə qadınların idman etməsinə heç bir qadağa yoxdur. Siz amma naməhrəm kişilərin görmədiyi, yalnız qadınlar olan idman salonuna gedə bilərsiniz. Qadınların arasında olsanız belə onların yanında çox açıq-saçıq olmaq yaxşı hal deyil.

ardını oxu
06-11-2016
dua ile sevdiyine qovusmaq olarmi
Cavab:

Salam aleykum. Bəli, daha ətraflı: Dualarım qəbul olmur, nə edim?

ardını oxu
06-11-2016
Salam Verdiyimiz sualları cavablandırdığınız üçün Allah sizdən razı olsun 1 zikr necə edilir təsbehlə onun video -sun çəkərdiz (Fatimeyi zəhra zikri) Xahiş edirəm 2 deyirlər Həcc ziyarətində sünni namazı qılınır?
Cavab:

Və aleykum Salam. 

ardını oxu
06-11-2016 peri
Salam aleykum. Quran satmag gunahdir?
Cavab:

Və aleykum Salam. Quran kitabını pulla satmaq icazəlidir, bunun qadağan olması ilə bağlı heç bir dəlil yoxdur. Bu, həmçinin Quranın yayılması vasitələrindən biridir. Əgər Quran yalnız hədiyyə kimi verilsəydi, onda daha az yayılardı.

ardını oxu
06-11-2016 mehriban
Salam aleykum.Mənim sualım bir az mürəkkəbdir....ərim mənə fikir vermir mənə baxmır...aylarca mənə toxunmur..günlərlə evə gəlmir....mən boşanmaq qərara qəldim.bir kişi ilə danışmağa başladım..və o məni qucağlayıb öpdü....bunu ərimdən gözləyirdim.həmin kişi mənə cinsi əlagədə olmağı təklif etdi..təkl
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah zina­dan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır.

ardını oxu
06-11-2016 aysel
salam menim 15 yasim var men hicabdayam iki ildiki menim boynumda hicab taxanan lekeler cixib ve bu leke uzume cixma etimali var mene hekim dediki hicabi acmaliyam boynum gun gormelidir bu gunahdi
Cavab:

Və aleykum Salam. Bununla bağlı islam alimlərinin fətvalarından birində deyilir: "Bu hal tam zərurət həddinə çatmadıqca birbaşa həkimin məsləhətilə hicabı açmaq doğru deyil.

ardını oxu
03-11-2016
NAMAZ GILMAG GAYDALARI GURANDA GÔSTERILIB?
Cavab:

Salam aleykum. Quranda namaz qılmaq qaydaları barədə məlumat verilməyib. Quranda sadəcə namazın vacibliyinə, gündə neçə vaxt qılınmasına və namazda rükünun, səcdənin olmasına dair dəlalət edən bəzi ayələr var.

ardını oxu
02-11-2016 Nala
Bezi adamlar deyirler ki, namaz gilarken alin secde ucun acig olmalidir . Yeni hicab sac baslayan yerden geyinilmelidir . Menim alinim balaca oldugundan bu Mende mumkun deyil . Yuxari cekirem cacim gorsenir , asagi cekirem alinim yox hicab deyir xalcaya . Bilmek isdeyerdim bunun hansi duzgundur ?
Cavab:

Salam aleykum. Alnın yerə dəyməsi daha yaxşıdır. Lakin, müəyyən manelər varsa, hicabın alnı örtməsi icazəlidir. Hicablı şəkildə səcdə etməyin namaza zərəri yoxdur. Əsas saçın görsənməməsidir.

ardını oxu
02-11-2016 mahire
Eselam elykum men namza baslmsam 2aydir Allah her kese qismet etsin namzin birnci ruketinde fatihe ixlas nas ve feleq suresin oxyuram bu yol baglligin acirmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
01-11-2016 Telman
Salam.bir sualim var.Zehmet olmazsa cavablandirardiniz.Men otelde adminstrator ishleyirem.Gorurem ki, zinaya sherait yaradiram.kIshi ve qadin nomre isteyende veririk.Mudir tapshirib ki sened istemeyim.Isteyirem ishden chixam.Ona gore ki haramdir.Siz nece meslehet gorerdiniz?Evvelceden teshekkurumu b
Cavab:

Aleykum salam. Əgər dediyiniz kimidirsə, belə yerdə işləməklə siz də haramlara yardım etmiş sayılırsınız. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun!

ardını oxu
01-11-2016 ♡♡♡♡
Salam olsun bütün müsəlman bacı və qardaşlarımıza.Mənim sualım Tövbə namazına aiddi.İki rükətli tövbə namazı necə qılınır hansı sürələr oxunur və qurtardıqdan sonra hansı dua oxunurAybaşı təmizliyində aldığımız qüsulla tövbə etmək olarmı?
Cavab:

Və aleykum Salam. Tövbə namazı üçün xüsusi bir dua və namazda oxunacaq seçilmiş bir surə yoxdur. Hər hansı bir günahdan tövbə etmək üçün qüsl lazım deyil. Qüslu pozan hal olduqda qüsl alınır. Yalnız qeyri-müsəlman tövbə edib İslama girdikdə qüsl alır.

ardını oxu
01-11-2016
salam. menim coxlu qeza namazim var ,qeza namazimi tez vaxta qurtarmaq ucun mustehep emeli etmeden namazi qila bileremmi. ve ede bileremse nece edim. evvelcede cox sagolun.
Cavab:

Və aleykum Salam. Bəli, əlavə namazları qılmadan yalnız fərz namazları və qəza namazlarını qıla bilərsiniz. Lakin, əgər siz namaza başlamamışdan qabaq qılınmayan namazları qəsd edirsinizsə, bunları qılmağa ehtiyac yoxdur.

ardını oxu

Pages