Va aleykum salam.
Və aleykum Salam. Əlbəttə, Rəbbimiz bəndələrinə qarşı çox mərhəmətli və bağışlayandır. Odur ki, dərhal yubanmadan tövbə etmək və bir daha həmin əmələ qayıtmamağa çalışmaq lazımdır. Həmçinin, oxuyun:
Salam aleykum. İslamda Quran ilə və ya digər şeylərlə fala baxmaq, baxdırmaq, falçının yanına getmək qadağandır və ən böyük günahlardandır. Quranda bizim şəxsi həyatımız haqda bir şey yazılmayıb.
Salam aleykum. İslamda Məkkə (Kəbə, Allahın evi), Mədinə (Peyğəmbər məscidi) və Yerusalim (Məscidul-Əqsa) kimi üç mübarək məkan vardır ki, yalnız o yerləri ziyarət etməyə icazə verilir.
Və aleykum Salam. İslamda "imam ehsanı" və ya hər hansı ölən adam üçün xüsusi günlərdə ehsan olaraq Qurban kəsib paylamaq kimi bir əməl yoxdur. Uca Allaha yaxınlaşdıran bütün əməllər yalnız Allah rizası üçün və şəriətə müvafiq şəkildə olandır. Qurban kəsmək və ehsan da bu əməllərdəndir.
Va aleykum Salam. Əgər "Tanrı" dedikdə Allah nəzərdə tutulursa, demək olar. Amma tanrı dedikdə, qədim zamanlarda Allahdan başqa ibadət olunan ilahlar nəzərdə tutulursa, bu qadağandır.
1-2. Qüsulsuz adama əl dəydikdə dəstəmaz və qüsl pozulmur. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam.
1. Boşanma ciddi məsələlərdən sayıldığına görə kişi ağzından çıxan sözlərə fikir verməlidir. Bu məsələdə zarafatla deyilən söz də talaq sayıla bilər. Daha ətraflı:
Və aleykum Salam. Bunun fərqi yoxdur, istər kinayə ilə desin, istər "səni boşayıram desin" bu talaq sayılır.
Və aleykum Salam. Əksər hallarda satıcının dərman alan müştərinin niyyətindən xəbəri olmur. Bu cür dərmanlar və ya tibbi vasitələr ailəli insanlara da lazım olur. Buna görə də həmin insanın bu kimi şeyləri harama istifadə edəcəyini dəqiq bilmirsinizsə, onları satmaq icazəlidir.
Və aleykum Salam. Bu cavabı oxuyun: İslam Fiqhi: İtmiş qoyun və dəvə
Və aleykum Salam. İstedadınızı cansız əşyaların şəkillərini çəkməyə və ya dizayn sahəsinə yönəldə biləriniz. Daha ətraflı: Şəkil çəkdirmək olarmı?
Və aleykum Salam. Əlin övrət yerinə toxunması dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
Və aleykum Salam. Xeyr, hər dəfə yumağa ehtiyac yoxdur. Həmin yerin üzərinə ovucunuzla bir balaca su tökməyiniz kifayətdir. Daha ətraflı:
Məzi ifraz olunan paltarda namaz qılmaq olarmı?
Və aleykum Salam.
1. Bu cür vəsvəsələrə heç bir önəm vermədən, fikrini bununla məşğul etmədən namaza davam etmək lazımdır. Həmçinin, sizin halınız sehrlə də əlaqəli ola bilər. Daha ətraflı:
Və aleykum Salam. Qeyd edilən hal qadının ərindən intim əlaqəni kəsməsi üçün şəriətə əsaslanan üzürlü səbəb deyil. Lakin, kişi də bilməlidir ki, haqsız yerə insanların, xüsusən də zövcənin haqqına girmək olmaz.
Və aleykum Salam. Həştərxan vilayətində qiblə istiqaməti Azərbaycanda olduğu kimidir. Daha ətraflı: Qibləni necə tapmaq olar?
Namazı qəsdən qəza etməyin günahı nədir?
Və aleykum Salam. Salavat Uca Allaha yox, yalnız Peyğəmbərlərə (Onlara Allahın salamı olsun) deyilir. Peyğəmbərlərdən (Onlara Allahın salamı olsun) başqasına salavat göndərmək olmaz. Onların içərisində də ən üstün olan Peyğəmbər, Muhəmmədə (salləllahu aleyhi və səlləm) daha çox salavat deyilir.
Salam aleykum. Siz yazdığınız türk ləhcəsi ilə yazılıb. Burada da hərf fərqlilikləri olduğuna görə belə oxumaq heç bir halda icazəli deyil.
Salam aleykum. İslam alimlərinin əksəriyyətinin rəyinə görə namazların arasındakı tərtibat (ardıcıllıq) vacibdir. Buna dəlil isə səhih bir hədisdə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) Xəndək döyüşündə dörd vaxt (zöhr, əsr, məğrib, işa) namazın qəzasını ardıcıllıqla qılması rəvayətidir.
Salam aleykum. Quran və Sünnədə (səhih hədislərdə) belə bir dua növü barədə xəbər verilməyib. Həmçinin, duanı yazıb özündə və ya evdə saxlamaq yox, onu oxumaq lazımdır. Hər hansı bir məqsəd üçün dua yazdırıb üstündə gəzdirmək İslam dininə müxalif olan əməllərdəndir.
Və aleykum Salam. Əsas hər hansı məzhəbin neçə dəfə namaz qılması deyildir. Belə ki, hər kəs doğru yolu tapmaq, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qılması haqda məlumat əldə etmək və Uca Allahın qoyduğu yol ilə getmək üçün çalışmalıdır.
Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər verir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm.
Və aleykum Salam. Bu kimi şeylər əmanətə xəyanət edilmiş malı almaq misalındadır. Çünki, dərmanlar xəstəxanaya dövlət tərəfindən pulsuz verilir. Lakin, xəstəxanaya nəzarət edən bəzi adamlar o dərmanı apteklərə satırlar.
Va aleykum Salam. Kvas spirtli içkilərə aid deyil və onu içmək icazəlidir.
Va aleykum Salam. Xeyr, islamda tövbə qüslu yoxdur. Amma İslamı qəbul edən kafirin qüsl alması vacibdir. Qeys ibn Asim (Allah ondan razı olsun) deyir ki, "O, İslamı qəbul etdikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun su və sidrlə qüsl almasını əmr etdi".
Va aleykum Salam. Xeyr yemək və içmək dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Va aleykum Salam. Qeyd etdiyiniz halda buraxılan səhv namazı bitirdikdən az müddət sonra yada düşərsə, yada düşən zaman namazı yenidən təkrar qılmaq yox, sadəcə səhv səcdəsi edilir.
Salam aleykum. Musiqiyə təkcə Məhərrəm və Səfər ayında deyil, ümumiyyətlə heç bir ayda qulaq asmaq olmaz. Daha ətraflı:
Musiqiyə qulaq asmaq olarmı?
Va aleykum Salam. Ramazan ayında heyz olan qadın tutmadığı günlərin qəzasını tutmalıdır. Bu da tutmadığı hər günə bir gün oruc tutmalıdır. Həmçinin, bu qəzalar gələn Ramazan ayına qədər tutulmalıdır.
Və aleykum Salam. Bu sizdə yaranan vəsvəsə ilə bağlıdır. Vəsvəsələrin müalicəsi onlara əhəmiyyət verməməkdir. Əhəmiyyət versəniz vəsvəsələr xəstəlik halına keçib sizi bezdirəcək. O qan isə artıq quruyub və quru şeydən də nəcis keçmir. Gözünüzlə görmürsünüzsə, artıq bu şübhələr əsassızdır.
Salam aleykum. Siz səbrlə, tələsmədən xeyirli əməllərə və dualara davam edin, günahlardan isə çəkinin. Allahın sizi sevməməsi isə doğru zənn deyil, çünki Allah sevdiyi bəndələrini daha çox müsibətə düçar edir. Daha ətraflı:
Salam aleykum. Uca Allah səmimi qəlblə edilən bütün tövbələri qəbul edir. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Salam aleykum. Bəli, müsəlman heç bir zəruri (istisna, üzürlü) hal olmadan bu əməli edərsə, hər iki halda həm tövbəni pozduğuna həm də yenidən bu əmələ qayıtdığına görə günaha batmış sayılır. Daha ətraflı:
Və aleykum Salam. Bəli, qüsulsuz halda zikr etmək icazəlidir. Lakin qüsl və dəstəmaz olan halda zikr, dua etmək daha yaxşıdır və ədəblərdən sayılır.
Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Namaz qılmağa başlayan insana şeytan müxtəlif vəsvəsələr verməklə onu bu yoldan çəkindirməyə çalışır. Fikrin qarışması da belə vəsvəsələrdəndir. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə əhəmiyyət verməmək lazımdır.
Va aleykum Salam. Ümumiyyətlə boşanmaq qadınla kişinin arasında həll olan bir məsələdir. Ona görə də boşandıqda kiminsə yanında gedib talaqla bağlı hər hansı bir duanı oxumağa ehtiyac yoxdur. Quranda və səhih hədislərdə belə bir şey deyilməyib.
Va aleykum Salam. Uca Allah namazı peyğəmbər (sallallahu aleyhi və səlləm) kimi qılmağı buyurmuşdur. Namaz səhih hədislərə görə əllər sinənin üzərində bağlı halda qılınmalıdır. Daha ətraflı:
Va aleykum Salam. Bu cavabı oxuyun: Həmzada görə uşağın olmaması fikri doğrudurmu?