18-12-2016 Mehman
Salam mənim dostum dəstamaz alanda həmişə arxasını yuyur. Deyir ki əgər dəstamazı qaz yolu ilə pozmusansa mütləq arxanı yumalısan. Səbəbin soruşanda deyir ki sən qaz buraxanda qazdan əlavə sənin arxan da bulaşır. Əgər məqsəd pak olmaqdısa onda bunu eləmək vacibdi.
Cavab:

Və aleykum Salam. İslam alimlərinin yekdil fətvalarına görə yel buraxılan zaman onunla yanaşı rütubət (sulu hal) çıxmazsa, bu zaman həmin yeri yumağa heç bir ehtiyac yoxdur.

ardını oxu
18-12-2016 Məryəm
Salam. bunu netice kimi siz yerlesdirmisiz. Bəs hansı firqə doğru yoldadır? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Ümmətim yetmiş üç fırqəyə ayrılacaqdır. Biri xaric olmaqla qalanları cəhnnəmdədir". Səhabələr: "Ey Allahın Rəsulu!
Cavab:

Və aleykum Salam. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediyi yol Qurani-kərim və səhih hədis kitablarında bizə bildirilmişdir. Aşağıdakı video səhih hədislərə əsasən hazırlanmışdır:

ardını oxu
18-12-2016 Məryəm
Salam Eleykum. Onceden cavaba gore teshekkur edirem. Bilmek isteyirdim destemaz alib namehremin qabagindan kecerken destemaz pozulur? Və bir sual daha - mən iş yerində namaz qila bilmiremse qezaya salmagim, axsam namaziyla birge qilmagim gunahdir?
Cavab:
Və aleykum Salam.
1. Xeyr, naməhrəmin qarşısından keçdikdə dəstəmaz pozulmur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
ardını oxu
18-12-2016 vefa
Yoldasimdan icazeciz ehtiyaci olana komek etmek olarmi.
ardını oxu
18-12-2016
Salam ezizlerim.size ne qeder tewekkur etsem azdir.Cox suab iw gorursuz.menim sualim beledir.havalar soyuq oldugu ucun men her gun cenabet qusulu ala bilmirem.tez tez suya girende xestelenirem.heftenin axirinda qusullaniram bir iki gun ele namaz qiliram.soraki gunlerde cenabetli oldugum ucun teyemmu
Cavab:
Və aleykum Salam. Təyəmmümlə namaz qılmaq icazəlidir. Təyəmmümdən qabaq dəstəmaz almaq lazım deyil. Daha ətraflı:
ardını oxu
18-12-2016 M..........A
Salam.Size teşekkürler edirem ki, bele gözel bir proqram açmısız.Allah sizden ve cümlemizden razı olsun.(İnşallah).Size sualım budur ki,menim sinifyodaşım var o bir az İslam dinine qarşıdır.Yeni demirem dini Allahı peyğemberi tanıyır.Amma deyir Allah varsa hardadır,deyir öldükden sonra o dünya olmay
Cavab:
Və aleykum Salam. Allah sizdən də razı olsun.
ardını oxu
18-12-2016 samir
salamualeykum kəniz, cariyə, qul bunlarin fərqi ərtafli izah edərdiz, birdə " Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi" ve " Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlə
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Sizdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın". (ən-Nisə, 25).

ardını oxu
12-12-2016
almaya 7 iynə batırmaq nə deməkdir
Cavab:

Salam aleykum. Ola bilsin ki, bu cadudur. Daha ətraflı:  Cadudan necə qorunmaq olar? 

ardını oxu
12-12-2016 Fafa
Assalamu aleykum. Farzul Kifayə nə deməkdi?
Cavab:

Və aleykum Salam. Bir qrup insanın şəriətdə buyurulmuş bir əməli etməsilə məsuliyyətinin digər insanların boynundan düşməsinə "Fərdul-Kifəyə" deyilir. Məsələn, ölmüş müsəlman üçün bir qrup insanın cənazə namazı qılması kifayət edir, hamının cənazə namazında iştirak etməsi vacib deyil.

ardını oxu
12-12-2016 Emıl
Salamualeykum.xais edirem mene cavab verin siz sunnusunuz yoxsa şie uzr istiyirem.siz dedinizki dua etdikde elleri qaldirmaq baresinde delil yoxdu amma bu fikir memce sehfdi
Cavab:
Və aleykum Salam. Əksinə, dua etdikdə əlləri qaldırmağa dəlil var, sadəcə duadan sonra əlləri üzə sürtməyə dəlil yoxdur.
ardını oxu
12-12-2016 Ilkin
Salam aleykum cox xais edirem ki sualma cavab yazasiz .deyrem meselen su var amma qusul almaq mumkun deyil orda bir is yeridi dukandi qusul pozlub su var amma orda cimeye yer yoxdu onda teyennum almaq olar
Cavab:

Və aleykum Salam. Əgər həmin yerdə qüsl almağa şərait yoxdursa, namazları vaxtında qılmaq üçün təyəmmüm almaq lazımdır.

ardını oxu
12-12-2016 Abbas
Allahin salami olsun size menim sualim beledir : Aya baxanda salavat getirmek savabdi?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Aya baxıb salavat çəkmək doğrudurmu?

ardını oxu
12-12-2016 vüsal
salam Aleykum Siqarete tövbə edib pozmuşam birde arağa Yeniden tövbə edsem ALLAH BAğışlayarmı ?
Cavab:

Və aleykum Salam. Bəli, hər dəfə pozduqda yenidən tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı:

Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?

ardını oxu
12-12-2016
Salamu alekum rus musalman dinini neca qabul etsin
Cavab:

Va aleykum Salam.

ardını oxu
12-12-2016
korpe uwaqlara gozmuncugu taxmaq duzgindurmu
Cavab:

Salam aleykum. Bu cavabları oxuyun: 


Gözmuncuğu asmaq düzgündürmü?

ardını oxu
12-12-2016 samaya
Dogru salam nece alinmali ?
Cavab:

Salam aleykum. Dinimizə görə salamlaşmanın ən üstün və dolğun forması bu şəkildə olur. "əs-Sələmu aleykum". (Allahın əmin-amanlığı sizin üzərinizə olsun). Cavab da belə olmalıdır: "Va aleykumus-Sələmu". (Allahın əmin-amanlığı sizin də üzərinizə olsun).

ardını oxu
12-12-2016 deniz
Salam,17 yasinda imam nigahi yani kebin etmek olarmi?
Cavab:
Və aleykum Salam. Yaşadığınız yerin qanunlarına görə icazə verilən yaş həddində nikah bağlaya bilərsiniz. Ümumiyyətlə isə yetkinlik yaşına çatan hər kəs nikah bağlaya bilər. Daha ətraflı: 
ardını oxu
12-12-2016 seyid
Salameleykum! Allah teala meleklerin bilmediyi nesoz idiki Adem peyqembere oyretmiwdi?xah edir cavablandirin
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "...O (Allah) dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”(Allah) Adəmə bütün (şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”.

ardını oxu
12-12-2016
Salam. Qardaşım oğlu üçün qurban demişdir. Ailəsi ilə boşandılar. Bu səbəbdən də acığa düşüb qurbanı kəsmədi. Nə etməlidir? Bu günahmıdır?
Cavab:

Və aleykum Salam. Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın”. (əl-Buxari, 6696). Ona görə də, boşanmaya baxmayaraq qurbanı kəsmək lazımdır.

ardını oxu
11-12-2016
Assalamu aleykum Xais edirem bu sualima cavab veresiniz cox onemlidir...men nisannimnan kebinli idim....imam kesmisdi kebinimizi ama valideynimin xeberi yox idi...atam dunyasini deyisib yeni anamin xeberi yox idi ama sahidler var idi onlarda kebinli idiler....bir mesele varki deyirlerki kebin kesen
Cavab:

Və aleykum Salam. Atanın iştirakı olmadan kəsilən kəbin batildir. Bir aydan sonra yaxınlıq olmadıqda kəbinin batil olması fikri isə düz deyil. Yəni, yaxınlıq olmasa da kəbin sayılır.

ardını oxu
09-12-2016 Cicek
Salam Aleykum men namaz qilib arad qila bilmedim yene tezden bawladim qilmaqa Allah meni bagiayacaq goresen
Cavab:

Va aleykum Salam. Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Amma Uca Allah ürəkdən tövbə edib yenidən namaza başlayanları bağışlayacağını bizə bildirmişdir.

ardını oxu
08-12-2016
Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq. Həzrət Məhəmməd (s)
Cavab:
Salam aleykum. Bəli, belə bir hədis səhihdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir ki, "Bir dəfə həddindən artıq çox yemiş bir nəfər gəyirməyə başladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm): "Gəyirmə!
ardını oxu
08-12-2016 Allah bəndəsi
Salam toyda oynamaq günahdırmı
Cavab:
Və aleykum alam. Haram məclislərə getmək və orada oynamaq günahdır. Həmçinin, oxuyun:
Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?
ardını oxu
08-12-2016 Feride
Salam.menim qardaşim 22 yaşinda ölüb.men onun adina qeza namazlarini qila bilerem?eger mümkûndúrse nece qilinir?
Cavab:

Və aleykum Salam. Dinimizdə kiminsə yerinə qəza namazlarını qılmaq kimi şəri bir hökm yoxdur. Lakin vəfat etmiş yaxının əvəzinə sədəqə vermək, oruc tutmaq, həcc etmək və s. icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
08-12-2016 meryem
adem ve hevanin usaqlari olub onlar dunyada nece olub ki insanlar artib .
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Adəmin nəsli necə törəyib-artdı?
ardını oxu
08-12-2016 Feqan
kisi oz heyat yoldasinin sunnu veya sie olmasina qarisa bilermi? eger qadin sunnuduse evlendikden sora eri ondan sie olmasini isteye bilermi?
Cavab:

Salam aleykum. Heç şübhəsiz ki, haqq yol, Quran və Sünnəyə (peyğəmbərimizin yolu) əsaslanan yoldur. Ona görə də ailə üzvləri bir-birini şirkdən (Allaha şərik qoşmaq), bidətdən (dinə sonradan salınan yeniliklər) çəkindirməli və gözəl şəkildə haqq olan yola dəvət etməlidirlər.

ardını oxu
08-12-2016 Əli
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuh. Sual: Xəstə olduğum müddətdə namazları(Əsr və zöhr, məğrib və işa) birləşdirib qıla bilərəmmi? Çoxsağolun. Allah razı olsun :)
Cavab:
Və aleykum Salam və rahmətullahi va bərakətu. Əgər siz həqiqən o xəstəliyi özünüz üçün zəruri və çıxılmaz bir hal kim hesab edirsinizsə, bu zaman qeyd etdiyiniz şəkildə qıla bilərsiniz. Lakin çalışın bu sizdə adət halına çevirilməsin.  Daha ətraflı:
ardını oxu
08-12-2016 Ferid
salam. eger kiminse malina istemeden veqf mali qarisibsa yeni veqf malindan goturduyunu bilmeden edibse bunun dindeki emri nedi? o insan ne etmelidi? Artiq onun mali ozune mexsus olmurmu ya nece?
Cavab:

Va aleykum Salam. Əgər bilmədən sədəqəlik mallardan nəsə sizin malınıza qarışıbsa, bu üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).

ardını oxu
08-12-2016
Salam destnamazi qutardikdan sonra axla pis seyler gelse nolar bu suala gore de uzur isdeyirem
Cavab:

Va aleykum Salam. Fikirlər dəstəmazı pozmur. Daha ətraflı:

ardını oxu
08-12-2016 Əfsanə
Salam.Bir neçə dəfə belə bir ifadə eşitmişəm:''ölü yerində şükür etmək olmaz.''Bu ifadə nə dərəcədə doğrudur? Çox sağolun öncədən..
Cavab:

Və aleykum Salam. Bu deyim dinlə əlaqəsi olmayan və dini biliyi olmayan insanların işlətdiyi sözlərdəndir. Müsəlman həmişə Allaha şükür etməlidir.

ardını oxu
08-12-2016
Salam aleykum. Eger namaz qilan bir insana cadu olunubsa ve o da ozunden biixtiyar ozune qesd edibse, o insan yene de cehenneme duwecek?
Cavab:

Və aleykum Salam. Kimin Cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380).

ardını oxu
08-12-2016 Vasif
Kişi qohumu bacisi yaxud birtaniş qadin el tutuşmaq üzden öpmek olar ???
Cavab:
Salam aleykum. İstənilən naməhrəmlə, qohum olsa belə əl-ələ tutmaq, üzündən öpmək, ümumiyyətlə hər hansı bir təmas icazəli deyil. Daha ətraflı:
ardını oxu
08-12-2016
Salam Aleykum..size bir nece sualim olacaq.Men namaz qilanda bezen fikrim basqa seylere gedir bunun ucun ne edimki ancaq Allahi fikirlesim..2-S Bezen imanim o qeder cox olurki Allahi ozume dost edinirem.Bununla gunah qazanmaramki?
Cavab:
Və aleykum Salam. 
1. Bu cavabı oxuyun: Xuşu nədir və necə əldə edilir?
ardını oxu
06-12-2016
Salam.Men defelerle tovbe edirem amma pozuram.Bilmeden sonra cox ezab cekirem. BirDe eger biri mene qarsi haqqsizliq edirse men onu yaxin bildiyim bir adama deyiremse meselen filankes mene by haqqsizliki eledi o qeybet sayilirmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
06-12-2016 Azer
Ayaq yoluna ayaq üste getmək olarmı .və ya nece getməliyem?
Cavab:
Salam aleykum. Ayaq üstə duraraq su başına çıxmaq olar. Lakin, bu hər zaman olmasa da, zəruri hallarda və ya ətraf natəmiz olduqda edilə biləcəyinə işarədir. Ayaq üstə duraraq su başına çıxmaq üçün iki şərt yerinə yetirilməlidir:
ardını oxu
06-12-2016 inare
salam size bir sualim var qeza oriclari dedikde yalniz Ramazan ayinin oruclari nezerde tutulur yoxsa Sevval erefe asura oruclarida buna daxildi xaiw edirem sualimi cavablandirin
Cavab:
Və aleykum Salam. Qəza oruclarına yalnız Ramazan ayında buraxılan qəza orucları daxildir. Çünki Şəvval, Muhərrəm və s. bu aylarda tutulan nafilə orucların qəzası olmur. Uca Allah buyurur: "Ey iman gətirənlər!
ardını oxu
06-12-2016 Yusif
Qadin eyer yoldasiyla 10 ildiki bir yerde deyiller qadina talaq etmey dusurmu ?
Cavab:

Salam aleykum. Əgər qarşılıqlı şəkildə boşanmısınızsa, bu artıq talaq sayılır. Daha ətraflı: İslam fiqhi - Talaq (boşanma) fəsli

ardını oxu
06-12-2016
Salam. Zəhmət olmasa deyərdiniz, namazın içində səcdədə azərbaycan dilində şəxsi peoblemlərin həlli üçün dua etmək olarmı? Allah Sizə kömək olsun. Hörmətlə Zaur
Cavab:

Və aleykum Salam. Bəli, namazda səcdədə istədiyiniz duaları öz dilinizdə edə bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782).

ardını oxu
06-12-2016
Salam aleykum menim yoldasim zina eliyir deyende deyir kisiye olar otur doz ailemi dagitmiraki deyir ayrilmaq isteyirem 3 usagim var ona gore qalmisam amma her gun eziyyet cekirem deyir senin yanindayam atmiramki boynuna almir amma fox deyisilib uzr isteyirem yaxinkiq ekemekden qacir Eve gec gelir
Cavab:

Və aleykum Salam. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir.

ardını oxu
06-12-2016 ;-(
Salam. Kumeyl duası nə üçün oxunur? Bu dua mütləq ərəbcə oxunmalıdır? ALLAH sizdən razı olsun
Cavab:
Va aleykum Salam. Quran və Sünnədə "kumeyl" adlı dua yoxdur. Həmçinin oxuyun: 
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
ardını oxu
03-12-2016 Ayten
Salaam men namaza 6 aydiki bawlamiwam amma salamda bir sozu sehf demiwem meselem eleyha sozunu aleyka demiwem qildiqim namaz batil olub yoxsa yox
Cavab:
Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043). Ona görə sizin namazınız bu səhvə görə batil olmur. Həmçinin, oxuyun: 
ardını oxu
03-12-2016
Salam Alekum mənim 17 yaşım var mən baş ağrısı bel ağrısı və qızdırma səbəbi ilə namaz qıla bilmədim və birazda müalicə aldım namaz xəstəliy səbəbindən namazı buraxmağımda heç bir qüsur yoxdur ki?
Cavab:
ardını oxu
03-12-2016 Abdullah
Assalamu aleykum. Sübh namazını təyəmmüm alıb qılmışam, zöhrü də dəstamaz aldım, amma ayığımı yumağı unutdum, ayağıma məsh çəkib qıldım, sonra yadıma düşdü ki, ayaqlarımı yumadan qılmışam. İndi nə edim, təkrar qılım?
Cavab:
Və aleykum Salam. Əgər namazı qılıb qurtardıqdan sonra xatırlamısınızsa, bu zaman düzgün şəkildə dərhal dəstəmaz alıb yenidən həmin namazı qılmaq lazım idi.
ardını oxu
03-12-2016 Asif Heyderov
Salam men sizden cox xaiw edirem mene cvb yazin men qeza edirem namazlari her deqiqe cime bilmirem hamile oldugum ucun qaynanam icaze vermir cimmeye ve cinsi elaqeye girdikden sonra namazlarim qeza olur xaiw edirem mene yol gosterin sizden cox xaiw edirem cvb yazin
Cavab:
Və aleykum Salam. Heç bir halda namazları qəza etmək olmaz. Qüsl almağa imkan olmadıqda təyəmmüm edib namaz qılmaq lazımdır. Daha ətraflı:
Tez-tez qüsl ala bilməyəndə nə etmək lazımdır?
ardını oxu
03-12-2016 valide
esalamun aleykum oxudumki azan ve iqame cume ve ferznamazdari ucun verilir bu duzgunmu
Cavab:

Və aleykum Salam. Bəli, azan və iqamə yalnız fərz və Cümə namazları üçün verilir. Daha ətraflı: Namazdan əvvəl azan və iqamə oxumaq vacibdirmi?

ardını oxu
03-12-2016 ;-(
Salam. 3 dəfə tövbəni pozduqdan sonra yenə t övbə etsəm qəbul olar? Bütün tövbələrimi tuturam amma birindən başqa hər dəfə çox peşman oluram nənəmin üstünə qışqırmamağa çalışıram amma bacarmıram.(siz mənim 1 sualıma cavab vermişdiz ALLAH sizdən razı olsun) birdə kumeyl duası nə üçün oxunur
Cavab:
Və aleykum Salam.
1. Hər bir günahdan sonra tövbə etmək lazımdır: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Daha ətarflı:
ardını oxu
03-12-2016 Elçin
Salam aleykum. Kişi arvadına, boşanma niyyeti ile Ailenin yanına get deyerse, bu talaq bain olur? Yeni, iddet muddetınde qaytara bilmir nigahı? Ancaq iddet bitdikden sonra kebinmi kesdirir tekrar? 2. İddet muddetı ne qederdır? 3 aymı? Yoxsa qadın 3 heyz halı gordukdemı?
Cavab:
Va aleykum Salam. Kişi qadına "səni boşadım" və ya boşamaq niyyəti ilə "ailənin yanına get" kimi sözlər desə, artıq onu boşamış sayılır. Boşanmış qadın başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir.
ardını oxu
03-12-2016
Essalmu aleykum. barak allahu fik.Cume namazina hansisa bir sebebe gore getmemek boyuk gunah sayilirmi. Allah elminize bereket versin
Cavab:

Və aleykum Salam. Allah sizə də bərəkət versin! Ciddi üzürlü bir səbəb olmadan cümə namazını tərk etmək böyük günahlardan sayılır. Daha ətraflı:

Cümə namazına gedə bilmədim, nə edim?

ardını oxu
03-12-2016 ilqar
salam. 1 ci sual .Peygəmbərlərın sayı ilə baglı hədisdə deyilr ki yer üzünə 124min nəbi 313 rəsul göndərilmişdir. Nəbi və rəsul sözlərinin fərqi nədir.
Cavab:

Və aleykum Salam.

ardını oxu
03-12-2016 jaja
Teyemmulu temiz torpaqla alin deyirsiz. Bayirdakilar cirklidi. Evde men nece temiz torpaq tapim ? Ele olurki Her gun qusl almaq mecburiyyetinde qaliram olmur. Cox cetin olur qusl alana qeder qezalar yigisir. İkinci sualimida vermek isterdim. Hamile qadin 3 defe namaz qilsa olarmi ?
Cavab:

Salam aleykum.

ardını oxu

Pages