Və aleykum Salam. Bəli sualda qeyd etdiyiniz hədis səhihdir. Hədisi Muslim "Səhih" əsərində 1977 saylı hədisdə qeyd etmişdir.
Və aleykum Salam. Proqramı sındırılmış şəkildə istifadə etmək doğru deyil, çünki bu, sahibinin icazəsi olmadan onun haqqından istifadə etmək sayılır. Ətraflı oxuyun:
Və aleykum Salam. Bu sözün Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət olunması barədə məlumatımız yoxdur.
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, alimlər Quran ayələrini deyil, Allahın ayələrini iki qismə bölmüşlər: şəri ayələr və kövni ayələr. Şəri ayələr vəhydir. Quran ayələri və Allahın din, əmr və qadağalarıdır; insanlar bunlarla hidayət olunur.
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, namazları səbəbsiz yerə qəza etmək böyük günahdır və heç bir üzrlü səbəb olmadan qəza edilən namaz yenidən qılınmır. Bu barədə ətraflı oxuyun:
Əssələmu aleykum. Əgər su dərmana zərər verirsə və ya sağalmağı gecikdirirsə, o zaman üz hissəsini yumadan digər əzaları yuyub həmin yer üçün təyəmmüm edə bilərsiniz. Əgər zərər yoxdursa, normal şəkildə dəstəmaz almaq vacibdir. Həmçinin oxuyun:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bayram namazının hökmü barədə alimlərin müxtəlif fikirləri var.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Zəkatın vacib olduğu kəslər barədə ətraflı bu linkdən oxuyun:
Və aleykum Salam. Hədislərdən görünən budur ki, Uca Allah heyvanları insandan əvvəl yaratmışdır. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah torpağı şənbə günü yaratdı.
Və aleykum Salam. Başqa bir ölkəyə gedən müsafir sayılır. Müsafirə isə cümə namazı vacib deyil. Ətraflı oxuyun:
Əssələmu aleykum. Bədənə girən cini yalnız şəriətə uyğun ruqyə vasitəsilə, Allaha sığınmaqla və dua etməklə çıxarmaq mümkündür. Ətraflı oxuyun:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Həsən ibn Əli hicri 41-ci ildə xilafəti Müaviyə ibn Əbu Süfyana təhvil verdi və müsəlmanların birliyi üçün onunla sülh bağladı. Bu hadisə tarixdə "Birlik ili" kimi məşhurdur. Bu barədə həm şiə, həm də sünni mənbələrində məlumatlar yer almışdır.
Əssələmu aleykum. Hamilə qadın üçün xüsusi olaraq mütləq qurban kəsilməsi vacib deyil və şəriətdə belə bir hökm yoxdur. Əgər ailəsi ana bətnində olan övladın sağ-salamat dünyaya gəlməsi üçün Allaha yaxınlaşmaq məqsədilə qurbanı kəsmək istəyərsə, bu icazəlidir və bunda problem yoxdur.
Əssələmu aleykum. Qəbir əzabı qeybi bir aləm olduğu üçün bu barədə yalnız Quran və Hədislərdə olan dəlillərə görə bir söz demək olar. Quran və Hədislərə əsasən demək olar ki, Qəbr əzabı insanlar üçün eyni olmur.
Əssələmu aleykum. Əgər bu sistemin əsası həqiqi ticarət və halal xidmət yox, sadəcə pul qoyub qarşılığında zəmanətli qazanc almaqdırsa, bu məsələ harama və faizə bənzər qazanca yaxın olur. Çünki video izləmək sadəcə formal xarakter daşıyır.
Və aleykum Salam. Əti halal olan və şəriətə uyğun şəkildə kəsilmiş heyvanın qarnı və ondan hazırlanmış qutab da halal sayılır.
Və aleykum Salam. "Asiya" adı ərəb dilində "günahkar" mənasını verdiyi üçün bu adın uşağa qoyulması doğru deyil. Ətraflı bu cavabları oxuyun:
Və aleykum Salam. Bəli, heyz halında qadın dua edə bilər və bu dua məqbuldur. Ətraflı bu cavabları oxuyun:
Və aleykum Salam. İslamda bayramlar Allah və Onun Elçisinin ﷺ müəyyən etdiyi bayramlarla, yəni Ramazan və Qurban bayramları ilə məhdudlaşır. Buna görə "Analar günü"nü bayram kimi qeyd etmək doğru deyil.
Və aleykum Salam. Mömin insan itaətdə olduqda qəlbi rahatlıq tapar, çünki Allahı zikr etmək və Ona yaxın olmaq bərəkət və qəlbin rahatlığının səbəbidir. Günah etmək və ibadətdən uzaqlaşmaq isə qəlbi daraldır, insanın həyatındakı bərəkəti azaldır və sıxıntıya səbəb olur.
Əssələmu aleykum. Boynunda həm cənabət, həm də heyz olan qadın üçün bir qüsl həm heyz, həm də cənabətə kifayət edir. İstər hər ikisinə birlikdə niyyət etsin, istərsə də qüslündə yalnız birinə niyyət etsin. Ətraflı bu cavabları oxuyun:
Əssələmu aleykum. Vüsal adının əsli ərəb dilində وصل "vəsalə" feilindən gəlir. Mənası "çatmaq", yetişmək", "birləşdirmək" deməkdir.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Və aleykum salam. Yaşadığınız hal şeytanın vəsvəsəsidir və şəriətdə belə hallarda əsas qayda asanlaşdırmaq və vəsvəsəyə uymamaqdır. Dörd rükətli fərz namazın 15 dəqiqə çəkməsi normal deyil.
Və aleykum Salam. Bu qorxuların bir hissəsi şeytanın vəsvəsəsidir. Şeytan evliliyi çətinlik kimi göstərib sizi xeyirdən uzaqlaşdırmaq istəyir. Peyğəmbərimiz ﷺ evliliyə təşviq etmiş və onda həm dinin qorunması, həm də qəlbin rahatlığı üçün xeyir olduğunu bildirmişdir. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Namazı və dəstəmazı düzgün yerinə yetirə bilən uşağın imam olması icazəlidir. Əgər uşaq namazı yaxşı yerinə yetirirsə, sözlərini düzgün deyirsə, həddi-büluğa çatmasa belə, o, imamlıq edə bilər.
Əssələmu aleykum. Hədis alimləri sualda qeyd etdiyiniz hədisin sənəd və mətn baxımından zəif olduğunu bildirmişlər. (Bax: Daif Əbu Davud, 4223). Odur ki bu mətn üzərində qəti hökm qurmaq doğru deyil. Səhih dəlillərlə sabit olan isə budur ki, dinimizdə kişilərə qızıl haram, gümüş isə icazəlidir.
Və aleykum salam. Dediyiniz "kukuşka", yəni ququ quşu ilə ömür təyin etmək kimi inanc batildir və İslamda bunun heç bir əsası yoxdur. Bu cür şeylərə inanmaq cahiliyyət əlamətlərindəndir.
Və aleykum Salam. Allahı zikr etmək ibadət olduğu üçün onları Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə öyrətdiyi kimi yerinə yetirmək lazımdır. Çünki ibadətin qəbul olması üçün iki şərtə əməl olunmalıdır.
Əssələmu aleykum. Sadəcə yuyunmaq və duş almaq dəstəmazı əvəz etmir. Duş qəbul etdikdən sonra namaz üçün dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun:
Və aleykum Salam. Hər hansı bir orijinal malın saxtasını (təqlidini) satmaq bir şərtlə icazəlidir ki, satan şəxs bu malın orijinal olmadığını, saxta olduğunu satıcıya bildirsin. Əgər satıcı malın orijinal olmadığını bildirərsə və alıcı bunu qəbul edərsə, bu halda satmaq icazəlidir.
Və aleykum Salam. Müsəlmana yaraşan odur ki, Allahı gözəl şəkildə zikr etsin ki, zikrin bəhrəsini görsün. Bu isə zikri həm dillə, həm də qəlblə etməklə olur. Zikr edən şəxs təkcə dili və dodaqları hərəkət etdirməklə kifayətlənməməlidir.
Və aleykum Salam. Gecə namazı və vitr müstəhəb ibadətlərdəndir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu namazları davamlı şəkildə qılmışdır. Aişə anamız (Allah ondan arzı olsun) bildirmişdir ki, "Peyğəmbər nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı.
Və aleykum Salam. Bu hal vəsvəsədir və şeytandandır. Bu vəsvəsələri rədd edin, ona tabe olmayın və nəfsinizi cilovlamağa çalışın.
Və aleykum Salam. Namazın vaxtı daxil olubsa, onu gecikdirmək doğru deyil. Çünki ən fəzilətli əməl namazı vaxtında qılmaqdır.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Məsh çəkərkən məhs çəkilən əzanın hamısının yaş olması şərt deyil. Qulağa məsh çəkərkən şəhadət barmaqları qulaqların içinə salınıb, baş barmaqlarla qulaqların ardı sürtülməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qulaqlar da başa aiddir".
Və aleykum Salam. Sualda təsvir etdiyiniz hal günah sayılmır. Başqalarının danışığını eşitmək namazı batil etmir. Əsas odur ki, insan namazda qəlbən xüşunu qorumağa çalışasın. Həmçinin oxuyun:
Və aleykum Salam. İqamə (iqamə gətirmək) namaz üçün şəriətdə təyin olunmuş xüsusi bir ibadətdir və onun özünəməxsus sözləri var. Onun yerinə “Subhanəllah, əlhəmdulillah, lə iləhə illəllah, Allahu əkbər” demək doğru deyil. Peyğəmbər ﷺ necə öyrədibsə, ibadətlər o şəkildə yerinə yetirilməlidir.
Və aleykum Salam. Bu hal çox vaxt şeytanın vəsvəsəsi və qorxutması olur. Yatmazdan əvvəl Ayətul-kürsünü və əl-Bəqərə surəsinin son iki ayələrini oxuyun, dəstəmazlı yatın və yatarkən zikrləri tərk etməyin. Həmçinin oxuyun:
Əssələmu aleykum. Bu cavabı oxuyun:
Səhlənkarlıqdan namazı çoxlu qəza edən və qəzaların sayını bilməyən nə etməlidir?
Və aleykum Salam. Əgər məscidin imamı özü icazə verərsə, onun yerinə başqa birinin namaz qıldırması icazəlidir və bunda heç bir problem yoxdur. Lakin önə keçən şəxsin namazı düzgün qıldıracaq elmə və Quran oxunuşuna sahib olması vacibdir. Həmçinin oxuyun:
Və aleykym Salam. Qəza oruclarını tamamlamadan Şəvval orucuna keçmək doğru deyil və ayrıca niyyət etmədiyiniz günlər Şəvval orucu sayılmaz. Əmin olmadığınız 7-ci günü də qəza kimi yenidən tutmaq daha ehtiyatlıdır.
Və aleykum Salam. Ər və arvadın bir-birini düşünməsi icazəlidir.
Və aleykum Salam. Allahdan bir insanı halal şəkildə qismət olması üçün istəmək icazəlidir və bu, Allahın qəzəbinə səbəb olmaz. Lakin istək belə olmalıdır: "Allahım! Əgər bu mənim üçün xeyirlidirsə, onu mənə nəsib et!", çünki insan hansı işin onun üçün xeyirli olacağını bilməz.