09-11-2015 gunahkar qul
Salam bu gunumuzde meni narahat eden meselelerden biri de usaqlarin dini terbiyesidir nece etmek lazimdir ki usaq nece yasindan baslayaraq islam exlaqi ile boyusun kamillesib emelisaleh ovlad olsun evvelden tesekur edirem sag olun Allah razi olsun
Cavab:

Və aleykum Salam. Uşağın imanlı və təqvalı olması üçün ilk növbədə valideynlər özləri Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək ona nümunə olmalı, ona Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi tərbiyə verməlidirlər.

ardını oxu
05-11-2015 resad
"Dilleriyle insanlari kiranlari ibadetleri trmizleyemez" Hz. Muhammed a.s bele bir hedis varmi? bu sozler kimindi?
Cavab:

Salam aleykum. Səhih olan belə bir hədislə qarşılaşmamışıq. Lakin, insan günahlara əsasən dilinə görə girir. Muaz (Allah ondan razı olsun) demişdir: "Ey Allahın Rəsulu! Doğrudan da biz danışdıq­larımıza görə cəzalandırılacağıq?" O bu­yur­du: "Anan səni itirsin, ey Muaz!

ardını oxu
05-11-2015 feride
salam.azan ve iqame arasi ne vaxtdir?
Cavab:

Va aleykumus-Sələm.  Azan - namazın vaxtı girdikdə müsəlmanları namaza çağırmaq üçün oxunur. İqamə isə azan verildikdən bir müddət sonra məsciddə və ya digər yerdə yığışan müsəlmanların birlikdə camaat namazına başlamaları üçün deyilən sözlərdir.

ardını oxu
05-11-2015 aynur
salamun aleykum namaz qilan insan 1 il yada 1 il yarim namazi qilib sonra onu dayandirirsa o insana gunah deyilmi ve gunahi neder zehmet olmasa vavablandirasiz evvelceden cox sag olun allah rasi olsun
Cavab:
Va aleykumus-Sələm. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Bu cavabları oxuyun:

Namaz qılmasam, Cənnətə girə bilərəm?
ardını oxu
05-11-2015 sema
salamun aleykum namaz qilan insan spirtle bankalana biler xais edirem cavablandirasiz evvelceden tesekkurler
Cavab:
Va aleykumus-Sələm. Spirtlə banka qoymaq olar. Bədənə spirtin dəyməsi dəstəmazı və ya qüslu batil etmir.
ardını oxu
05-11-2015 Xeqani
Salam, namazın ancaq ferzlerini qılmaq dogrudurmu?
Cavab:

Va aleykumus-Sələm. Bəli, yalnız fərz namazları qılmaq doğrudur, çünki, Uca Allah bizə beş vaxt namaz qılmağı əmr edib. Digər namazlar isə könüllü namazlar sayılır. İstəyən qılar, istəməyən qılmaz. Əlavə namazları qılmamaq günah deyil, lakin, qılmaq böyük savabdır.

ardını oxu
05-11-2015
Salam Aleykum. 1) bele bir deyim var ki bu insanin pis gozu var yeni gozu deyir. O insanin ozunden asilidir? Eger insanin ozu de bilmeden gozu deyirse ve bu haldan onun ozu de pis olursa nece? Ne etmelidi ki gozu hec kese deymesin?
Cavab:
Va aleykumus-Sələm. Gözdəymə haqqında bu cavabı oxuyun:

Gözdəymə və ondan necə qorunmaq haqqında
ardını oxu
05-11-2015
salam evlendikden sonra cinsi elaqeye giririk.amma men burda oxudumku arxadan olmaq gunahdir.nie?cox adam o emele uygun olmur axi
Cavab:

Va aleykumus-Sələm. Qadınla anal yolla (arxadan) cinsi yaxınlıq etmək olmaz. Daha ətraflı:

Cinsi əlaqə hansı şəkildə olmalıdır?

ardını oxu
05-11-2015
salam men evvelden meni ifraz edirdim.mende verdiw hali almiwdi.1 2 ay bundan qabag namaza bawlamiwam.amma bu oyrenceylik helede davam edir.herden oz ozune herdende oz elimle meni ifraz edirem bu gunahdir,?yalniz xatirladimki bulardan sonra men cenabet qusulu aliram.
ardını oxu
05-11-2015 Əli
Salam aleykum. Belə bir suala cavab istərdim. Kilsəyə getmək günahdır? Bəzi müsəlmanlar orada gedib şam yandırıllar. Bəs onlar niyə məscidə gedib Allah rızası üçün namaz qılıb Allahdan istəmillər? Həmdə Allah deyib ki, Allah bizə şah damarından daha yaxını.
Cavab:

Va aleykumus-Sələm. Özlərini islama nisbətən edən müsəlmanların bəzilərinin kilsələrə, sineqoqlara getməsi cahillikdən (dini savadsızlıqdan) irəli gəlir. İnsanlar dini məlumatsızlıq səbəbindən elə bilirlər ki, kilsə də məscid kimi Allahın evi sayılır.

ardını oxu
05-11-2015
Salam aleykum. Bele bir hedis olmalidi, onu mene yazardizde, texmini beledir:Bir gun bir nefer yerde yatirmis agzi uste, ve deyir bir nefer geldi, meni ayagi ile terpetdiki, bele yatma, men baxanda gordum o peyğəmbər sallallahu aleyhi va səlləmidi.
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məsciddə yanının üstündə bir şeyin olmadığı halda üzü üstə uzanmış adamı gördükdə onu ayağı ilə tərpətdi və dedi: "Bu, Uca Allahın ən çox qəzbləndiyi uzanma tərzidir". (İmam Əhməd, 4/388).

ardını oxu
05-11-2015 Cavid
salam mən bilmək istərdim ki kiminsə yaxını rəhmətə gedəndə niyə üzdə tük saxlanır bunun mənası nədir?
Cavab:

Va aleykumus-Sələm. İnsan dünyasını dəyişdikdə, yaxınlarının saqqal saxlamaları əsası olmayan bir əməldir. Çünki, əslən müsəlman kişi həmişə saqqal saxlamalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuş­dur: "Bığları qısaldın və saqqal buraxın!" (Muslim, 600).

ardını oxu
05-11-2015 yegane
Salam aleykum.vacib namazin vaxtindan neçe deqiqe kecdikde namaz qeza sayilir.men adeten 1 saat kecdikce qeza kimi qiliram.allah razi olsun.
Cavab:

Va aleykumus-Sələm. Bir namazın vaxtı növbəti namazın vaxtının girməsinə qədərdir. Peyğəmdər (Ona Allahın salavatı və salamı olsun) ən üstün əməlin vaxtında qılınan namaz olduğunu bəyan etmişdir. (Muslim, 252). Həmçinin, oxuyun:

ardını oxu
05-11-2015
Salam aleykum esitmisem hesr suresinin 22 24 cu ayesini oxuyub uzu ve bedene mesh cekende sehr batil olur bu duzdurmu allah razi olsun
Cavab:

Va aleykumus-Sələm. Quran ümumilikdə bütün möminlər üçün şəfadır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82).

ardını oxu
05-11-2015 hemidov edalet
salam.kisi xeylaginin ozunde eompleks yaradan nahiyede yeni iki qasinin arasindaki tukleri goturmesi dinde nece qebuldu?
Cavab:

Va aleykumus-Sələm. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Allah, bədənə döymə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin!" (əl-Buxari).

ardını oxu
05-11-2015
Salam aleykum rehmetullahi ve berekatuhu.1 bu suallari cavablandiran elm telebelerinin adini bilmey olar ?2sud veren ana heyz omursa arada ondan 1 damci qan gelerse bu heyz sayilir ?qusul alinmalidi yoxsa desdemaz alib namaz qilmaq lazimdir.3eger kef suresini besinci gun tam oxuyub qurtarmaq olmasa
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. 

ardını oxu
03-11-2015
Salam. Men bilmek isterdim ko horumceyi oldurmek gunahdimi ? Evde horumcek toru olur temizlemek meqsediyle oldurmey olarmi ? Men bele bilirem ki Peygemberimiz yezidlerin elinden horumceyin toru vasite olaraq xilas olub. Cavab verseniz sevinerem. Allah razi olsun
Cavab:

Va aleykumus-Sələm. Səbəbsiz yerə hər hansı heyvanı və ya həşəratı öldürmək qadağandır, lakin zərərverici heyvanları və həşəratları öldürməkdə günah yoxdur. Daha ətraflı: Hansı heyvanları öldürmək olar?

ardını oxu
03-11-2015 seadet
Salam. Sevdiyim oglanla tez nisanlanmaq isteyirem. O ancaq istemir ne etmek olar .cadu yolu ile ede bilerem onu komek edin mene. Ayri qala bilnerem ondan
Cavab:

Va aleykumus-Sələm. Cadu və sehr etmək ən böyük günahlardandır.

ardını oxu
03-11-2015 Elmin A
Salam. Mən tələbəyəm. Rayondanam. 3 ildi Bakıda oxuyuram.namaza başladım şükr Allaha. Deirler ki sefer namazi qilmaliyam.men sefer qılmiram.kiraye qaliram.hansi daha düzgündür ?
Cavab:

Va aleykumus-Sələm. Bu cavabı oxuyun: Tələbə səfərdə sayılırmı?

ardını oxu
03-11-2015 sema
salamun aleykum axsam destamaz alib yatib seher durub subh namazin destamaz almadan qilmaq olar zehmet olmasa cavablandiradizda evvelceden tesekkurler
Cavab:
Va aleykumus-Sələm. Dəstəmazı pozan şərtlərdən biri də yatmaq olduğuna görə, yatıb durduqdan sonra yenidən dəstəmaz alınaraq namaz qılınmalıdır. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər
ardını oxu
03-11-2015 Revan
Salam Aleykum. Bildiyime gore cenaze aparilarken cenazeye önden girib arxadan çixmaq lazimdir. Bu dogrudurmu? Umumiyyetle cenaze nece aparilmalidir? Cenazeye kimler gire biler? Bu movzuda etrafli yazardiniz. Allah Rari olsun. Bu savab isinizde size ve elminize qüvvet versin. Amin!
Cavab:

Va aleykumus-Sələm. Xeyr, qeyd etdiyiniz qaydalar Quran və səhih Sünnədə bildirilməyib. Sadəcə cənazəni apararkən tələsmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) söyləmişdir: "Cənazəni tez dəfn edin.

ardını oxu
03-11-2015
Salam aleykum.belə bir hədis varmı? لو أن رجلاً وقع على نعجة فحملت منه وولدت انساناً، وكبر هذا الانسان، وتعلم وصلى بأهل قريته صلاة عيد الأضحى، وبعد الصلاة ذبحوه وضحوا به، فانه يصح لهم ذلك، لأن حكم الولد هو حكم أمه في مثل هذه الصورة، وأمه يصح أن يضحى بها فهو كذلك. Onlardan bəziləri deyib: Əgər bir
Cavab:

Va aleykumus-Sələm. Qeyd etdiyiniz rəvayət uydurmadır və İslam dini ilə heç bir əlaqəsi yoxdur.

ardını oxu
03-11-2015
salam aleykum. Eşitdiyimə görə qaradaş cənnətdən gəlib. əvvəl ağ olub. Sonra qaralıb. Bu haqda məlumat verərdiz zəhmət olmazsa. qaradaşa yaxınlaşan insan nə etməlidir? Hansısa duanı oxumalıdır,əl vurmalıdlr,yoxsa öpməlidir. öpmək gigiyenik baxımdan düzgün deyil axı. Ama belə deyildiyini eşitdim.
ardını oxu
03-11-2015 gunahkar qul
Salam men namaz qilanda cox vaxt esneyirem bilmek isteyirem ki bu gunahdir?
Cavab:

Va aleykumus-Sələm. Xeyr, namazda əsnəmək günah deyil və bu hal namazı da batil etmir. Namazda əsnəyərkən ağzı tutmaq ədəbdəndir. Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biriniz əsnəyəcəyi zaman gücü nisbətində onu aradan qaldırmağa çalışsın.

ardını oxu
03-11-2015 Seide
Salam. Menim bibim qızı Anama şer atır kı, menim elçilerımı bıze gelmeye qoymur deyır. Hemın qızda mene deyır kı, anan mene quyu qazır. amma anam o qıza baxıb, uşağ vaxtı ikimiz bir böymüşük bır mehlede. Anam onu menden seçmeyıb, ona öz qızı kımı baxıb.
Cavab:

Va aleykumus-Sələm. Bu cavabları oxuyun: 

Böhtandan qorunmaq üçün nə etmək lazımdır? 

Qul haqqı barədə

ardını oxu
03-11-2015 xedice
salam.sizden cox cox uzr isteyirem men 4 ildir aileliyem.erim cahil oldugu ucun tez tez cenabetli halda oluram.atkazda ede bilmiremki melekler lenet edecek.
Cavab:

Va aleykumus-Sələm.

ardını oxu
03-11-2015 Aydin
İmam özunun arxasında ki (ə.f) ne demekdi?
Cavab:
əs-Sələmu aleykum. Qeyd etdiyiniz hərflər "accil fəracəhum" deməkdir. Mənası budur ki, "Allahım, Mehdinin gəlişi ilə ümmətin təbəssümünü, sevincini tezləşdir".
ardını oxu
31-10-2015
salam aleykum bilmek isterdim sud qardashi nece olur ve eyer qizla oqlan sud qardash bacisidilarsa qiz onun yaninda bashini aca bilermi?
Cavab:

Va aleykumus-Sələm. Eyni qadından 5 dəfə və ya daha artıq doyunca süd əmən uşaqların hamısı süd bacı-qardaşları sayılırlar. Onlar bir-birilərinə məhrəmdirlər və evlənə bilməzlər.

ardını oxu
31-10-2015 zehra
salam men namaz qilmax isdiyirem heccur qila bilmirem. xaiş edirem komey iliyin ma cox isdiyirem namaz qilmax evelceden saqolun allah sizden razi olsun
Cavab:

Aleykum salam. Heç bir vəsvəsəyə, hisslərə və beyninizə gələn fikirlərə baxmayaraq namaza başlayın. Allaha dua edirik ki, sizə namaz qılmağı və onun razılığını qazandıran əməllər etməyi nəsib etsin, sizə dünya və axirətdə gözəl nemətlər nəsib etsin. Daha ətraflı:

ardını oxu
31-10-2015
Slm.Sualim beledir:namaz qilib qutarandan sonra duaya basladigimiz zaman destemazin pozulmasi namazi batil edermi?xahis cavablandirin
Cavab:

Va aleykumus-Sələm. Namaz vaxtı dəstamazın pozulması namazı batil edir, namazı bitirdikdən sonra dəstəmazın pozulması isə namazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar

ardını oxu
31-10-2015
Salam men tez tez depressiyaya dusurem bu hal meni cox geriye salir nece edim ki depressiya mennen birdefelik yox olsun xahis edirem tez bir zamanda cavablandirasiniz sag olun Allah razi olsun!
Cavab:
Va aleykumus-Sələm. İnsanın Allaha yaxınlaşması depressiyadan qurtulmaq üçün ən böyük səbəbdir. Bu cavabları oxuyun:

İmanı artırmaq üçün nə etmək lazımdır?
ardını oxu
31-10-2015 ayka
Salam menim uzun muddetdir ki ovladim olmur her namazimda dua edirem Nuqeddes kitabda Zekeriyye peygemberin bir duasi var ki Ilahi rebbim meni tekbasina ovladsiz buraxma subhesiz sen mirascilarin en xeyirlisisen! Bu duani men de deye bilerem? Basqa hansi dualari deye bilerem? ?
Cavab:

Va aleykumus-Sələm. Bəli, övladın olması üçün Zəkəriyyə peyğəmbərin (Allahın ona salamı olsun) duasını edə bilərsiniz. Həmçinin oxuyun:

Övlad duası olurmu?

ardını oxu
31-10-2015
salam aleykum bilmek isterdim ushaq pampersini deyishib ushaqi yuyandan sonra yeniden destemaz almaq lazimdir?yoxsa....?
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. Uşağın nəcisini təmizləmək və yumaq dəstəmazı yaxud qüslu pozmur. Sadəcə əlləri təmiz yumaq kifayətdir. Daha ətraflı:

Dəstəmazı və namazı batil edən hallar 

ardını oxu
31-10-2015 Yusufun atası
Əs Salamu Aleykum. Donuz əti dəymiş qabı necə tımizləmək olar?
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. Bunun üçün şəriətdə xüsusi bir təmizləmə qaydası yoxdur. Adi kirli qabları yuduğunuz kimi həmin qabı da eyni qaydada yuyursunuz. Lakin itin ağzı dəydiyi qabı təmizə çıxarmaq üçün şəriətdə xüsusi qayda göstərilmişdir. Daha ətraflı: 

ardını oxu
31-10-2015 Rovshan
Hezreti resulullagi yuxuda gormek uchun hansi emelleri etmek lazimdir?
Cavab:

Salam aleykum. Bunun üçün hər hansısa bir xüsusi qayda bildirilməmişdir, həmçinin buna çalışmaq da lazım deyil. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Yuxunun doğruluğu yuxu görənin səmimiyyətindən asılıdır. Ən doğru yuxu görənlər danışığında ən doğru olanlardır".

ardını oxu
31-10-2015 xedice
SALAM.men 10 gunden artiqdirki heyzliyem helede davam edir men qurtardiqdan sonra 10 gunen artiq olani qeza etmeliyem?sagolun
Cavab:

Va aleykumus-Sələm. Əgər həqiqətən həmin axan qan heyzdəndirsə, onda həmin günlərdə buraxılan namazların qəzasını qılmaq lazım deyil. Əgər həmin qan heyzdən deyilsə, onda istihazə qanıdır. İstihazəli halda isə dəstəmaz alıb namaz qılmaq lazımdır.

ardını oxu
31-10-2015 anonim
Salam men 3 gün idi namaza başlamışdım.dine çox bağlıydım.3 günden sonra yoldaşım rehmete getdi.indi namaz qıla bilmirem.her şey mene menasız gelir.sizce bu allaha qarşı inamsızlıqdı ya üreyime şeytan girib?
Cavab:

Va aleykumus-Sələm. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari,

ardını oxu
31-10-2015 Revan
Salam bildiyime gore asagidaki hallarda qusl insana vacib olur: 1. Bədəndən sperma xaric olsa (cənabət) 2. Ölən adama toxunduqda (məss-meyyit) 3. Öləndə (meyyit) 4. Qadın adəti üzrə qan görsə (heyz) 5. Qadın adətindən kənar qan görsə (istihazə) 6.
Cavab:

Va aleykumus-Sələm. Qeyd etdiyiniz halların bəzilərində qüsl almaq vacib, bəzilərində isə bəyəniləndir. Bu cavabları oxuyun:

Qüsl hansı hallarda və necə alınır?

ardını oxu
31-10-2015 *
salam!eger qiz qacirilibsa sonradan atanin raziliqi alinibsa ata ovladina xeyir dua veribse.artiq velinin raziliqi alinmiwdir demekdir?
Cavab:

Va aleykumus-Sələm. Qız qaçırtmaq icazəli deyil və belə nigah batil sayılır. Lakin bu hal bilmədən baş veribsə və sonra qızın vəlisindən (atasından) razılıq, xeyir-dua alınıbsa, bu artıq halallıq və şəri nigah sayılır. Daha ətraflı:

ardını oxu
31-10-2015 anonim
As salamu aleykum.kimedense sorusmaga utandigim ucun size yaziram.Men 1 il 5 ay birisi ile nisanli oldum.Halalca nisanlim oldu yeni ki.Kebinli...Talaqli...Sonra bir gun melum oldu ki,bu insan zinakarin boyuyu imis.Ustelik basqa isleri de varmis,sadece meni ve ailemi aldadib.Uzuyunu qaytarmisam.Ancaq
Cavab:

Va aleykumus-Sələm. Əvvəla xatırladaq ki, səbəbsiz yerə boşanma tələb etmək qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar".

ardını oxu
31-10-2015 *
salam.eger halmileyken uwaqda bir problem yaranarsa hekim onun xesta dogulacaqini deyerse abort gunahdi.ama ana ucun doguwda hec bir problem olmadiqi halda
Cavab:

Va aleykumus-Sələm. Əvvəlcə qeyd edək ki, uşağın xəstə doğulacağı hansısa zənn ilə yox, inanılmış, peşəkar həkimlərin faktlara söykənən rəyi əsasında deyilməlidir.

ardını oxu
31-10-2015
Esselemualeykum sizde meni bagisliyin qadin sioral vastesi ile hamilelikden qoruna bilermi icazelidirmi...menim iki ovladim var ikiside balacadir ve problemlidirler her birinde ayri problem var vede ailemizdede problemler coxdur amma yoldasim icaze vermir spiral qoydurmaga..bu ne derecede dogrudur..
Cavab:

Va aleykumus-Sələm. Ümumən, hamiləlikdən qorunmaq üçün ərin razılığı olmalıdır. Amma qeyd etdiyiniz kimi sağlamlığınızda problem varsa, bu halda hamiləlikdən qoruna bilərsiniz, çünki dinimizdə insanın özünə və başqalarına ziyan vurması haramdır.

ardını oxu
29-10-2015 Rafael
Əssələmu aleykum, sualım belədir ki,məndə cadu yaxud gözdəymə olduğunu bilmək üçün falçı yanına gedə bilərəm?Heç bir şey etdirmədən, sadəcə öyrənmək üçün. ALLAH RAZI OLSUN.
Cavab:

Va aleykumus-Sələm. Heç bir halda falçıya getmək olmaz. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar.

ardını oxu
29-10-2015 Resad
Salam aleykum zehmet olmasa diyerdiniz yeni dogulmus usagin qulagina ne oxunmalidir?
Cavab:

Va aleykum Salam. Yeni doğulmuş körpənin sağ qulağına azan oxumaq lazımdır. Daha ətraflı: Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər

ardını oxu
29-10-2015
Salam aleykum men namazi qilib sonra seytana uyub uzaqlasdim hal hazirda hec bir isim duz getmir ne is tapa bilirem nede yol pulum olmurki hansisa is dalinca gedem acdigim her qapi uzume baglidi hemde tez tez gunah isledirem bilmek isdeyirem ki bu namazi qilmamagima goredi yoxsa basqa sebebde var?
Cavab:

Va aleykumus-Sələm. Bəla və müsibətlərin səbəblərindən biri də günahlar və Allaha asi olmaqdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30)

ardını oxu
29-10-2015 Revan
Salamun Aleykum ve Rehmetullah ve Bereketuhu. Eger alilede valideynler haram islerle meguldursa ve bele emeller edirlerse hemin ailedeki usaqlar namaz qila bilermi? Onlarin qildigi namaz qebuldurmu?
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
28-10-2015
salam aleykum bilmek isterdim mayka ile namaz qilmaq olarmi?
Cavab:

Va aleykumus-Sələm. Mayka ilə namaz qılmaq olmaz. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən biriniz çiyinləri olmayan bir paltarda namaz qılmasın!" (əl-Buxari, 359; Muslim, 516). Çiyni örtən qısaqol köynəklərdə isə namaz qılmaq olar.

ardını oxu
28-10-2015
iki qardaw ayriliqda iki bacini almasi gunahdir ya yox
Cavab:

Salam aleykum. İki qardaş ayrılıqda iki bacı ilə evlənə bilər. Amma bir kişinin eyni vaxtda iki bacını alması haramdır.

ardını oxu
28-10-2015
Salam aleykum.bilmek isterdim.bir derman var mede ucun terkibinde spirt var ondan istifade ede bileremmi.tez sagalmasi ucun o dermani meslehet gorubler.ice bileremmi.2bezi dermanlarinda terkibinde spirt var onlardanda istifade ede bilerikmi?xaiw edirem cavab yazarsiz.
Cavab:
Və aleykum Salam. Əgər spirt olduğu kimi dərmana qatışdırılıbsa və sərxoşedici təsir göstərirsə, bu halda həmin dərmanı qəbul etmək haramdır və həkimdən başqa dərmanın təyin olunmasını xahiş etmək lazımdır.
ardını oxu
28-10-2015 agdam
salam men tovbe etdim amma sonra onu pozdum ne etmeliyem mene komek edin
Cavab:

Va aleykum Salam. Rəbbimiz bəndələrinə qarşı çox mehriban və bağışlayandır. Tövbəni pozduqdan sonra yenə tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu

Pages