18-07-2022
Salam muharibede doyuwmuw qardawim var geldi pis deyildi bir az mualice aldi,sora bir balaca fiziki davasi oldu mehlede onnan sora condu tamamile yemey yemir,daniwmir danisanda qariwiq daniwir hekime apardig travmali oldugun dedi gunde 4 packa siqaret cekir ve bu hala duwmeden bir qadin qoh
Cavab:

Va aleykum Salam. Uca Allahdan qardaşınıza şəfa diləyirik! Əgər cadu olduğundan şübhlənirsinizsə onu Quranla müalicə etmək lazımdır. Ətraflı oxuyun:

ardını oxu
18-07-2022 Əhməd
Sevdiyin insanla evlenmek ve ya evlenebilmemek qismetdirmi?
Cavab:

Əssələmu aleykum. İnsan hələ ana bətnində olarkən Uca Allah onun qismətini yazmışdır.

ardını oxu
18-07-2022
Salam Aleykum menim zöhr namazın qılıdım ama qılıb bitirdikden sonra şübhe yarandıki iqame vermemişem namazım doğru sayılır?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: İqamə oxumadan namaz qılmaq doğrudurmu? 

ardını oxu
18-07-2022 Yəhya
1)Əbədi cənnəti qazanmaq üçün nə edə bilərik? 2) Hz yusuf (ə) kimi gözəl və yaraşıqlı olmaq üçün nə etmək olar?
Cavab:

Əssələmu aleykum.

ardını oxu
18-07-2022 Zubeyr
Salam Aleykum Qardaş bir sualım var , Axireti inkar eden qohum , valideyn,ve ya dost terk olunur ? yoxsa nece
Cavab:

Va aleykum Salam. Qohumluq haqlarına görə axirəti tərk edən qohumla əlaqələri kəsmək olmaz. Dostla isə yalnız dəvət məqsədilə əlaqə saxlmaq olar. Bu cavabları oxuyun:

ardını oxu
18-07-2022
Salamu aleykum Zehmet olmasa deyerdiz 2022ilin oruclug ayi ne zaman girir ?allahin izni ile. Birde kebin kesdrmek ucun harani meslehet gorersiz
Cavab:

Va aleykum Salam.


1) Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən 2022 ci ildə Ramazan ayı aprel ayının 2-nə təsadüf edir. 


2) Kəbin kəsdirmək üçün məscidlərdən birinə yaxınlaşa bilərsiniz. Kəbin barədə ətraflı oxuyun:

ardını oxu
18-07-2022
Salam akeykum.Hicama eden adama hicama zamanı nese zerer toxuna bilermi?(ruhsal baxımdan) Men hicama ede bilirem.Amma son zamanlar özüm etmesem de yanımda kimse etse de mene sıxıntı gelir.eslinde mende evel bele problem yox idi.O vaxta qeder ki yanımda dediler ki hicamanı her adam ede bilmez.duallar
Cavab:

Va aleykum Salam. Hicama etməyin ruhla və ya cinlərlə heç bir əlaqəsi yoxdur. Odur ki, hicama edən adama mənfi enerji və ya cinlər təsir edə bilməz. Sizdə yaranan hala gəlincə, bu sadəcə vəsvəsədir. Həmçinin oxuyun:

ardını oxu
18-07-2022
Salam .Mən namaz qılıram 13 ildi .Söhbət əsnasında eltimdən qayın anama şikayətlənmişdim iananaraq o da sözümü ona demişdi və biz küsülü qaldıq məndə tövbə etdim ki heç kimin sözünü heç kimə deməyəcəm .Yenədə əsəbi vaxdımda ağzımdan bilməyərəkdən eşitdiyim sözümü dedim buna görə mən çox narahatam.mü
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
18-07-2022 ...
Qiz usaaqlarinda Meni olir mu? Ve olirsa bu qusulu pozur??
Cavab:
Əssələmu aleykum. Bəli, yetkinlik yaşına çatmış qız uşaqlarında da məni olur. Qadınlarda da kişilərdə olduğu kimi pollusiya (yuxuda spermanın şəhvətlə çıxması) halı baş verə bilər.
ardını oxu
18-07-2022
Salam Aleykum. Bəzən elə olur ki 1 damcı sperma çıxır (cinsi əlaqədə olmadan). Paltara bədənə dəymir, bu halda qüsl almaq yenedə vacibdir? Bəzən yolda olanda olur bu hal ve yaxud evdə su gəlmir çətinlik olur, bu halda yenədə qüsl almaq vacibdirmi?
Cavab:

Va aleykum Salam. Övrət yerindən az miqdarda, ehtiras olmadan gələn yapışqan maye sperma deyil, bu məzidir və buna görə qüsl alınmır. Məzi gələrkən sadəcə övrət yerini yumaq və dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

ardını oxu
18-07-2022 Ayyyyyyy
Salam. Mən bir yuxu görmüşəm. Yuxuda görürəm ki, nənəmlə birgə Bu günə qədər heç adını eşidmədiyim, tanımadığım Seyid Lazım Ağanın ziyarətinə gedirəm. Səhər oyanıb internetdə adını yazıb axtardım, ki ümumiyyətlə belə bir adam varmı? Həqiqətən də Ağdamda halhazırda onun ziyarəti varmış.
Cavab:

Va aleykum Salam. Bu, şeytanın sizə şirk etməklə bağlı etdiyi vəsvəsədir. Pirə getmək Allaha şərik qoşmaq kimi böyük günahdır, günaha təhrik edən yuxular isə şeytandandır. Bu cavabları oxuyun:

ardını oxu
18-07-2022
Salamaleykum xais edirem Ali İmran surasi 86-90 ci ayeleri etrafli izah ederdiz.hidayetden sora gunahlar edib imani geden kescun tövbe var ?
Cavab:

Va aleykum Salam. Bəli, iman gətirdikdən sonra kafir olan, daha sonra yenə tövbə edənin tövbəsi qəbul olunur. Daha ətraflı:

ardını oxu
18-07-2022 Allahin zelil bendesi
Salam.mene bir bilerzik hediye edibler uzerinde ise xristian peygenber sekilleri var ozum namaz qiliram sizce onu taxsam gunah olarmi mene?
Cavab:

Va aleykum Salam. Müsəlman üzərində başqa dinə aid şəkil və ya xaç olan zinət əşyası taxa bilməz. 

ardını oxu
12-07-2022 Kənan
Salam aleykum.Ramazan ayında qılınan 1000 rüketlik nafile namazı nece qılınır?Subh namazı kimi qılınır yoxsa nece?Bu barede melumat verseniz sevinerem.
Cavab:

Va aleykum Salam. Ramazan ayında min rükətlik namaz yoxdur. Ramazanda təravih və gecə namazları qılınır. Aişə anamız (Allah ondan razı olsun) bildirmişdir ki, "Peyğəmbər nə Ramazanda, nə də başqa vaxtlarda gecələr on bir rükətdən artıq namaz qılmazdı". (əl-Buxari və Muslim).

ardını oxu
12-07-2022
Əssələmu-aleykum Qurani-kərimi Azərbaycan dilində oxumaq səvab sayılırmı?
Cavab:

Va aleykum Salam. Quranın Azərbaycan dilinə mənaca tərcüməsini oxumaq Allahı zikr etməkdir və savab sayılır.

ardını oxu
12-07-2022 Xan
Temiz yerde ve yaxud Xalçanın üstünde, can namaz salıb namaz qılmaq ( secde etmek ) olarmı? Bidet deyil?
Cavab:

Əssələmu aleykum. Təmiz yerdə və ya xalçanın üzərində cənamaz sərib namaz qılmaq icazəlidir və bu, bidət sayılmır.

ardını oxu
12-07-2022 Muslim009
Salam əleykum. Qəsdən bir mömini öldürənin cəzası barəsində əhli sünnətin görüşünü bilmək istəyirəm
Cavab:

Va aleykum Salam. Mömini qəsdən öldürmək böyük günahdır, lakin bu əməl qatili İslamdan çıxarmır.

ardını oxu
12-07-2022 İslam
Salam Aleykum sualım budur men qardaşları Ramazan ayı münasibetile tebrik etdim aralarından biri dedi ki Ramazan ayını tebrik etmek bitedir bu düzdür?
Cavab:

Va aleykum Salam. Ramazan ayının gəlişi münasibətilə təbrik etməkdə bir qəbahət yoxdur. Çünki Ramazan ayı mübarək aydır. Bu ayın gəlişi ilə müsəlmanlar sevinirlər.

ardını oxu
12-07-2022 Xedice
Salam aleykum, oruc tutdugumuz zaman terkibinde E vitamini olan nemlendirici krem sürtmek olarmı? Men bilmeden, ellerime,qollarima ve üzüme sürtmüşem.
Cavab:

Va aleykum Salam. Növündən və tərkibindən asılı olmayaraq istənilən krem istifadəsi oruca təsir etmir. Ətraflı oxuyun:

ardını oxu
12-07-2022
Quranı Yastığın altına qoyub yatmaq günahdırmı
Cavab:

Əssələmu aleykum. Quran kitabını yastığın altına qoymaq günahdır, çünki bu əməl Quran kitabına hörmətsizlik sayılır. Əgər bunu edən şəxs Quran kitabının həmin insanı qoruduğunu etiqad edərsə, bu etiqad da batildir.

ardını oxu
12-07-2022 Lalə
Salam . Zöhr və Əsr namazı vaxtı bütün günü işdə, yollarda oluram.namaz qılmağa heç bir şərait yoxdur..Şam namazına evə çatıram...Qəzaya düşməməsi üçün namazımı vaxtında avtomobildə oturaraq qıla bilərəmmi?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Minikdə gedərkən namaz necə qılınır?

ardını oxu
12-07-2022 Adem
Salamaleykum bir işdə şübhəli qalmışam qrup açmışıq qadınlardan ibarət.orda hər kəs ikinci əl əşyaları satmaqda yardımçı oluram.və kim nə almaq istesez mən bir birinə yönləndirirem satırlar və ya alırlar sonra mənə haqq 10% verirlər ele bil 10 m -1 m bele.ancaq dinnə zidd şeyler paylaşılmır.bir iki
Cavab:

Va aleykum Salam. Əgər satılan mallar şəriətə zidd deyilsə, qeyd etdiyiniz yolla pul qazanmaq icazəlidir. Bu yolla pul qazanmaq dəllallıq adlanır.

ardını oxu
12-07-2022 Zəhra
Salam. Bu yaxinlarda menim atam rehmete gedib Ancaq men cox dusunurem. Bilmek isteyiremki quranda bele bir mocuze varmiki, geri qayida bilsin varsa da, olmasi ucun ne etmek lazimdir. Zehmet olmasa cavablandirardiniz
Cavab:

Va aleykum Salam. Uca Allah atanızın günahlarını bağışlasın və sizə səbir versin! Uca Allah dünyanı müvəqqəti sınaq yurdu yaratdığı üçün vəfat edən insanları heç vaxt bu dünyaya qaytarmayacaq, amma bir-birini sevən saleh insanlar Cənnətdə əbədi olaraq birlikdə olacaqlar.

ardını oxu
12-07-2022
Salam aleykum. Bezen insanlar Salam verdikde, salamlar deyirler. Bunu eden gunaha girir?
Cavab:

Va aleykum Salam. Salam vermək ibadətdir və bu ibadətin şəriətdə qaydaları və ədəbləri vardır. Salamlaşarkən "salamlar" deyən buna görə günah qazanmasa da, düzgün salam vermədiyinə görə savabdan da məhrum olur. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
11-07-2022
salam oruclu halda saqqal çixaran lasyondan istifade etmek olarmı ?
Cavab:

Va aleykum Salam. Tük bitirən lasyondan istifadə etmək oruca təsir etmir. Orucu batil edən şeylər barədə ətraflı oxuyun:


Ramazan orucu

ardını oxu
11-07-2022 Fidan
Salam Bu gun niyyet axsamidir derman atiram lualice ucun men ancag ehya gecelerinin orucunu tutmag isdeyirem bugunde qusl alnmalidir yeni niyyet axsamnda ? ya ehya gecesi olanda qusl almag olar?p
Cavab:

Va aleykum Salam. Ramazan ayında oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Xəstəlik və ya müalicə səbəbindən oruc tuta bilməyənlər isə digər günlərdə ramazan ayında tuta bilmədikləri günlərin sayı qədər oruc tutmalıdırlar.

ardını oxu
11-07-2022 İslam
Assalumu aleykum əmin ecmein nə demekdir etrafli yazardiz zehmet olmasa
Cavab:

Va aleykum Salam. "Əmin" sözünün mənası "Allahım qəbul et!" deməkdir. "Əcməin" isə "hamımızı, cümləmizi" deməkdir. Yəni, etdiyin dua hamımıza aid olsun!

ardını oxu
11-07-2022 Aitaj
Salam. Ailənin namaz qılmağına icazə verməsi üçün yalan danışmaq olarmı? Yola gətirmək üçün? (Məsələn yuxumda görmüşəmki dəvət edirlər və s.)
Cavab:

Va aleykum Salam. Görmədiyi bir yuxunu yalandan danışmaq böyük günahdır. Çalışın ailənizə İslamda namazın hər kəsə vacib bir ibadət olduğunu Quran və hədislərlə izah edəsiniz. Ətraflı oxuyun:

ardını oxu
11-07-2022 Vüsalə
Salam.men Ramazan'a qeder bu 3aylarda oruc tutmaq isteyirem. İmsakın-iftarın vaxtını hardan öyrenim?
Cavab:

Va aleykum Salam. İmsak vaxtı Sübh namazının girdiyi vaxt, İftar vaxtı isə Məğrib namazının girdiyi vaxtdır. Namazın vaxtlarını saytımızın ana səhifəsində yerləşən "Namaz Vaxtları" bölməsindən öyrənə bilərsiniz. 

ardını oxu
11-07-2022
Sevgili ile bir yol getmek haramdır mı?
Cavab:

Əssələmu aleykum. Şəriətə görə kəbin olmadan evlənmək məqsədi ilə bir qadının məhrəminin iştirakı olmadan sevdiyi oğlanla görüşməsi və ya onunla səfərə çıxması qadağandır.

ardını oxu
11-07-2022
Salam menim 6 yaşında oğlum var yataq xesdesidi bir qızım da var ama normaldı indide hamileyem 1 aylıq ve xesde oğlumla hamileliyimi çıx ağır kecirirem onu qaldırıb yuyub edende ağrılarım olur komeyimde yoxdur usaqin xesde olmaqima gorede menim hamileliyim riskli qurupa aiddi mən usaqi saldirsam gün
Cavab:

Va aleykum Salam. Şəriətimizə görə yalnız qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, bu halda abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək günahdır.

ardını oxu
11-07-2022 Səbuhi
SALAM.subh namazina oyana bilmeyende vduran kimi gedib su icib sonra derhal namazi qilmaliyiq.yoxsa hec bir sey elemek olmaz?
Cavab:
Va aleykum Salam. Sübh namazına gecikdikdə yuxudan oyanan kimi su içmək kimi şərt yoxdur. Sadəcə dəstəmaz alıb sübh namazını qılmaq lazımdır. Bu cavabları oxuyun:
ardını oxu
11-07-2022 Faiq
Səlam Aleykum və rəhmətullah.Yeni doğulmuş körpələrin gülməyi ilə bağlı sünnətdə nə varid olmuşdur?həqiqətəndə mələk görürlər yoxsa bu xurafatdır?
Cavab:

Va aleykum Salam. Mələklər aləmi qeyb olduğu üçün bu barədə yalnız dəlil olduğu halda bir şey demək olar. Quran və hədislərdə yeni doğulmuş uşağın mələkləri görməsi barədə heç bir dəlil yoxdur. 

ardını oxu
11-07-2022 Maryam
As salamu aleykum varahmatullahi va barakatuhu Rebbim butun muselmanlardan sizlerden Razi olsun Allahummə Əmin.Menim coxlu sixintilarim var bu sixintilarin sebebi insanlara ne qeder yaxsiliq etsemde deyer versemde qarsiliqinda pislik edirler haqqima girirler bu fikirler meni cox sixir olar ucun cek
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İnsanlara etdiyiniz yaxşılıqların cavabsız qalmasına görə məyus olmayın. Əgər bu yaxşılıqları Allaha xatir etmisinizsə, Allah sizi həm bu dünyada, həm də Axirətdə artıqlaması ilə mükafatlandıracaq. Bu cavabları oxuyun:

ardını oxu
11-07-2022
Həyat yoldaşımı paltarsız görməy haramdırmı
Cavab:

Əssələmu aleykum. Ər-arvadın bir-birlərini çılpaq görməyində bir qəbahət yoxdur.

ardını oxu
11-07-2022
Mənim 25 yaşım var evlənmək istiyirəm amma ailəmin xurafatlara inanan insanlardı yasa görə uzadırlar amma mənim taqətim qalmıyıb gözləməyə qorxuram günaha düşəm ailəmnən danışmışam xahiş etmişəm deyir yası gözləməliyik mən bu hissi boğa bilmirəm mənə məsləhət verin zəhmət olmasa indidən çox sağolun
Cavab:

Əssələmu aleykum. Şəriətə görə ölən insan üçün üç gündən artıq yas saxlamaq qadağandır. Yalnız əri ölmüş qadın dörd ay on gün yas saxlayır. Əgər harama düşmək təhlükəsi varsa, bu halda evlənmək istədiyiniz qızla kəbin kəsin.

ardını oxu
11-07-2022 Sərvər
Salam Aleykum sübh azanın verilmesi ile diger azanların verilmesinde bir söz ve ya cümle ferqi yoxdur?
Cavab:

Va aleykum Salam. Sübh namazının azanı ilə digər namazların azanı arasında fərq budur ki, Sübh namazının azanında  "Həyyə aləl-fələh" (xilas olmağa tələsin!) cümləsindən sonra iki dəfə "Əssalətu xayrun minən-nəum" (namaz yatmaqdan daha xeyirlidir) cümləsini demək müstəhəbdir.

ardını oxu
11-07-2022
Meni tokulen paltarla subh namazi qilmag olarmi? Eger yuyunmag yeni yuyunmaga serait olmassa
Cavab:
Əssələmu aleykum. Məni (sperma) özü-özlüyündə nəcis (murdar) sayılmır, lakin natəmizlik sayıldığına görə yaş olarsa dəydiyi yeri yumaq daha yaxşıdır. Əgər məni düşən paltarı yumağa şərairt olmazsa, ən azından məni dəyən yeri su ilə yaxalamaq lazımdır.
ardını oxu
11-07-2022
Salam. Men namaz qiliram ama istimna gunahindan ne etsemde qurtula bilmirem Allaha umud olub tovbe edirem her defe yene İstimna etdikden sonra pesman olmusam gunah etdiyime gore ve evde utaniram yene qusul almaga ama tovbeni gecikdirmey istemirem teyemmum edib tovbe namazi qila bilerem?
Cavab:

Va aleykum Salam. İstimna günah əməldir və bu günahdan tövbə etmək lazımdır. Ətraflı oxuyun:


İstimna etməyi necə tərgidim?



ardını oxu
11-07-2022
Salam menim 1 övladım var 2ci defe aile qurmuşam yoldaşımında 2 övladı var ancaq qaynanam uşağımız olmağına icaze vermir yoldaşımda onun sözü ile qoymur uşağ olsun ancaq men çox isteyirem ki 1 övladımız olsun bu günah sayılırmı??
Cavab:

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, övlad istəmək həm kişi, həm də qadının haqqıdır və yalnız hər ikisinin razılığı olduğu halda belə bir qərar vermək olar.

ardını oxu
11-07-2022 Sadiq
Salam. Həyatda ən yaxın adam dünyasını dəyişirsə, bu qədərdi, bəladı, yoxsa Allahın imtahanıdı?
Cavab:

Va aleykum Salam. Dünyadan köçən hər bir insan Uca Allahın qədəri ilə vəfat edir. Həyatda insanın başına gələn bütün müsibətlər bir imtahandır. İnsanın həyatda başına gələn müsibətlərlə Uca Allah onun günahlarını yuyur, dərəcəsini qaldırır və savabını artırır.

ardını oxu
11-07-2022 Cavidan
Salam. İşdə mənim istismarıma verilən kompyuterin istismar müddəti bitib. Mühasibatdan da deyiblər ki, istəyirsən götür. Mən bu kompyuteri götürə bilərəmmi?
Cavab:

Va aleykum Salam. Əgər müdriyyət icazə verirsə, qeyd etdiyiniz istismar müddəti bitmiş kompüteri götürə bilərsiniz. 

ardını oxu
11-07-2022 Türkan
Salam. Kapron şəffaf qadın corabının üstündən məsh çəkib sonra qalın corab geyinib namaz qılmaq olarmı?
Cavab:

Va aleykum Salam. Əgər corab şəffafdırsa və ayağın dərisi görünürsə, bu coraba məsh çəkmək olmaz. Həmçinin oxuyun:

ardını oxu
11-07-2022 Arif
Salam. Səfərdə namazları birləşdirmək daha fəzilətlidir, yoxsa hər birini öz vaxtında qılmaq?
Cavab:

Va aleykum Salam. Əgər çətinlik yoxdursa, səfərdə namazları öz vaxtında amma qısaldılmış şəkildə (dörd rükətli namazları iki rükət) qılmaq daha yaxşıdır.

ardını oxu
11-07-2022 Nazli..
Salam. 1) dua ederken her iki eli qaldırmaq lazımdır?
Cavab:

Va aleykum Salam. 

ardını oxu
11-07-2022 Azər
Selam aleyküm. Bir qadın yerini isladırsa, həmin bacı yerində islanmış halda dua edə bilərmi?
Cavab:

Va aleykum Salam. Əgər insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə bu halda o, hər namaz vaxtı üçün dəstəmaz alır və bundan sonra növbəti namazın vaxtı girənə qədər paltarına və ya yatağına bulaşmış sidik onun üçün üzürlü sayılır, bu halda dua edib namaz qıla bilər. Həmçinin oxuyun:

ardını oxu
11-07-2022 Muslim
Salam. Men bilmek isteyirem ki nikahda velinin "verdim", evlenen adamin "qebul etdim" demesi nikahin sertidir? Yeni nikahda mehr teyin olunub sertler aciqlanib tekce bu iqrar olunmayibsa nikah batil olar?
Cavab:

Va aleykum Salam. Nikah bağlanarkən qızın vəlisinin, evlənən oğlanın və iki şahidin məclisdə iştirak etməsi vəlinin və evlənən oğlanın razılığına dəlalət edir. Doğru olan rəyə görə, vəlinin "verdim", evlənən oğlanın isə "qəbul etdim" deməsi şərt deyil.

ardını oxu
11-07-2022 .
Salam Aleyküm.Her vaxdiniz xeyir.size 2 sualim var.birinci sualim.- mende Azerbaycanca Quran kitabı var.cox vaxd destamazsiz ve başı aciq oxuyuram.
Cavab:

Va aleykum Salam.

ardını oxu
11-07-2022
As salamu aleykuma rahmatullah bir sualim olacaq men nişanimi pozmamq üçün yalandan and icdim ve Etdiyim emeli Allah şhadir etmemişem deye and içdim başqa carem yox idi ya etdiyim emeli demeliyidim buda etdiyim nişani geri qaytaramq ve her seyin zay olmasina gelib cixirdi ve bizim aile gurmagimiza a
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Allaha yalandan and içmək böyük günahdır və kəffarəsi yoxdur. Buna görə səmimi tövbə etmək və xeyirli əməlləri çoxaltmaq lazımdır. Hansısa işi edəcəyinə and içib sonra onu edə bilməyən isə kəffarə verməlidir. Daha ətraflı:

ardını oxu
11-07-2022
Salamun aleykum.Satışda "Nur zavod çöreyi" adında çörek satılır. Nur ALLAH-ın adlarındandır. Bu çöreyin kagizini istifade etmek olarmı? Çöreyin kağızda "Nur zavod çöreyi"yazılıb. Bu kağızları atmaq olar?
Cavab:

Va aleykum Salam. Alimlər "ən-Nur" adının Uca Allahın adlarından biri olub-olmaması məsələsində fikir ayrılığındadırlar, lakin doğru olan budur ki, ən-Nur Uca Allahın adlarından deyil, sifətlərindəndir. Uca Allah buyurur: "Allah göylərin və yerin nu­rudur.

ardını oxu

Pages