Va aleykum Salam. Məzi spermadan əvvəl gəlir və az miqdarda şirəli rəngsiz mayedir. Məzinin çıxması qüslü vacib etmir. Sperma (məni) isə qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır.
Va aleykum Salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün azan verməsi heç bir hədis yoxdur. Buna səbəb isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanların digər işləri ilə məşğul olması idi.
Va aleykum Salam. Bu cavabı oxuyun:
İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?
Va aleykum Salam. Cənnət və Cəhənnəm hal-hazırda mövcuddur, lakin heç kəs oraya girməmişdir. Cənnət və Cəhənnəmə girmək Qiyamət günü olacaqdır. Həmçinin oxuyun:
Va aleykum Salam. Tavarruk - üç və dörd rükətli fərz namazların son rükətlərindəki təşəhhüd oturuşunda sağ ayağı dik tutaraq ayaq barmaqlarını qıbləyə yönəltmək, sol ayağı sağ ayağın baldırının altına salaraq yanı yerə qoymaqdır. Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) dem
Va aleykum Salam. Quranın müəyyən ayələrini işarələmək üçün vərəqinə stiker yapışdırmaqda bir qəbahət yoxdur.
Əssələmu aleykum. Dırnağa gel çəkmək oruca xələl gətirmir. Lakin dırnaqda gelin olması dəstəmaza maneə törədir. Bu barədə ətraflı oxuyun:
Dırnağa gel-lak çəkib onunla dəstəmaz almaq olarmı?
Mənimlə evlənəcəyinə and içərək məni aldadan oğlanın cəzası nədir?
Va aleykum Salam. Müsəlman insan vəfat etdikdə ona cənazə namazı qılmaq "Fardu-Kifayə"dir, yəni əgər bir qrup insan ona cənazə namazı qılmışsa, digər müsəlmanlara vacib olmur.
Va aleykum Salam. Dördrükətli camaat namazının 2-ci rükətinə çatan imama tabe olub üç rükəti icamaatla qılır, imam salam verdikdən sonra qalxıb 4-cü rükəti tamamlayır, sonda təşəhhüd deyib salam verir, səhv səcdəsinə isə ehtiyac yoxdur. Həmçinin oxuyun:
Va aleykum Salam. Əgər marketin əsas gəliri halal malların satışından əldə olunursa, bu marketdə içki ilə əlaqəli olmayan şöbələrdə işləmək olar. Ətraflı oxuyun: Marketdə içkiyə toxunmamaq şərtilə işləmək olarmı?
Va aleykum Salam. İçki içən şəxs dərhal tövbə etməli və namazlarına davam etməlidir. Lakin əgər içki içən şəxs nə dediyini anlamayacaq dərəcədə sərxoş olarsa, sərxoşluğu keçənə qədər gözləməlidir.
Va aleykum Salam. Hər bir kişiyə vacibdir ki, himayəsində olan insanları Cəhənnəm əzabından qorusun. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Va aleykum Salam. Kişiyə öz zövcəsini maddi cəhətdən təmin etmək vacib olduğu kimi, qadında da ərinə xidmət etmək və ev işlərini etmək vacibdir. Ətraflı oxuyun:
Va aleykum Salam. Üzərində xaç olan əşyalardan istifadə etmək və ya bu əşyaları almaq qadağandır. Həmçinin bu cavabı oxuyun: Emblemində xaç olan futbol komandasına azarkeşlik etmək olarmı?
Va aleykum Salam. Bəli, həcc ziyarətini etməyən şəxs ümrə edə bilər. İkrimə ibn Xalid, həccdən öncə ümrə etmək haqqında İbn Ömərdən soruşmuş və o: "Bunda bir qəbahət yoxdur" – deyə cavab vermişdir.
Va aleykum Salam. Xeyr, bu əməl aldatmaq sayılır. Belə etməklə siz günah bir işə yardım etmiş olursunuz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749).
Va aleykum Salam. Valideynlər Allaha şərik qoşmuş olsalar belə onların haqları övladların üzərindən düşmür. Övlad valideynini bu əməldən çəkindirməli və onları tövhidə (Allahı ibadətdə təkləşdirməyə) dəvət etməlidir, Allaha dua edib onları doğru yola yönəltməsini diləməlidir.
Va aleykum Salam. Homoseksuallıq böyük günahlardan biridir. Bu günah barədə ətraflı oxuyun:
Va aleykum Salam. Bu haramdır və fal hökmünə girir. Daha ətraflı:
Va aleykum Salam. Uca Allahın istəyi ilə bu baş verə bilər, çünki Uca Allah Quranda Cənnətə düşmüş mömin bir bəndənin belə dediyin xatırladır: “Onlardan biri deyəcək: “Mənim bir tanışım var idi.
Va aleykum Salam. Müalicə, tədris və iş məqsədilə qeyri-müsəlman ölkələrinə getmək icazəlidir. Həmçinin oxuyun:
Va aleykum Salam. Əvvəla bilmək lazımdır ki, səhvsiz insan yoxdur. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir".
Va aleykum Salam. Məkruh - bəyənilməyən əməl deməkdir. Məkruh əməli edən günah qazanmır. Lakin Allah rizası üçün məkruh əməli tərk edən şəxs buna görə savab qazanmış olur.
Va aleykum Salam. "Qurandan ən çox bilən namazda imam durmağa ən çox layiqdir" dedikdə, Quranı əzbər bilən nəzərdə tutulur.
Va aleykum Salam. Bu cavabı oxuyun:
"Həzrəti Hüseynin Yezidə qarşı çıxması rəhbərə qarşı çıxmağa dəlildir" şübhəsi
Va aleykum Salam. Üzürlü səbəbdən oturaraq namaz qılan imamın arxasında namaz qılmaq icazəlidir və bu daha əfzəldir.
Va aleykum salam. Dinimiz qadınlara şəriət qanunları çərçivəsində ailə qurmaq sayında bir məhdudiyyət qoymamışdır. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Va aleykum Salam. Əgər mağaza kreditlə mal alan müştəri ödənişi gecikdirdiyi təqdirdə malın dəyərinin üzərinə əlavə faiz gəlirsə, bu artıq haramdır və bu şərtlərlə mal almaq qadağandır.
Va aleykum Salam. Sədəqə - müsəlmanın könüllü olaraq verdiyi puldur və bu əməl vacib sayılmır. Sədəqə imkana görə verilir. Allah rizası üçün istəyən hər kəsə sədəqə verməyiniz vacib deyil. Həmçinin oxuyun:
Va aleykum Salam. Namazın Allah qatında məqbul sayılması üçün tələb olunan şərtlərdən biri də namaz qılınan yerin murdar şeylərdən pak olmasıdır. Çalışın yoldaşınıza və qayınananıza bunu gözəl şəkildə izah edəsiniz. Ətraflı bu cavabları oxuyun:
Va aleykum Salam. İt saxlanılan evə getmək qadağan olmasa da, müsəlman özünü itin ağız suyuna bulaşmaqdan qorumalıdır. Namaza gəlincə əgər namaz qıldığınız yerə itin nəcisi, sidiyi və ya ağız suyu dəyməyibsə, bu yerdə namaz qıla bilərsiniz.
Va aleykum Salam. Ümumiyyətlə insanın ağlına gələn, lakin dilinə gətirmədiyi pis və küfr fikirlərə görə ona günah yazılmır.
Va aleykum Salam. Qurban kəsdirən şəxsin kəsdirdiyi qurbanın yanında oması şərt deyil. Həmçinin oxuyun:
Va aleykum Salam. Əgər əriniz sizə ümumi ailə işləri üçün xərcləməyə pul verirsə bu puldan yalnız ərinizin icazəsi ilə sədəqə verə bilərsiniz. Əgər əriniz şəxsən sizin özünüzə pul verirsə, bu puldan onun xəbəri olmadan da sədəqə verə bilərsiniz.
Va aleykum Salam. Təyəmmüm aldıqdan sonra əlləri və üzü yumaq icazəlidir.
Əssələmu aleykum. Allah üçün sevmək dedikdə, bir insanı Allaha itaətinə görə, Allahın onu sevməyi buyurduğuna görə sevməkdir. Bu sevgi həm qadınlara, həm də kişilərə aiddir.
Va aleykum Salam. Ümumiyyətlə vəzifə başında olan şəxslərə, istər həkim olsun, istər müəllim, istərsə də hər hansı məsul şəxs, nə bayram günlərində, nə də adi günlərdə hədiyyə vermək qadağandır. İşdən kənarda rüşvət və digər haram niyyət olmadan hədiyyə vermək isə icazəlidir.