28-04-2022 Sevda
Salam. qadınlara topuğa zinət əşyası taxmaq olar?
Cavab:

Va aleykum Salam. Naməhrəmlərə göstərməmək şərti ilə qadın topuqlarına zinət əşyası taxa bilər. Həmçinin oxuyun:


Qadınlar hicab geyinərkən ayaqları da örtülü olmalıdırmı?

ardını oxu
28-04-2022 Nurlan
Salam aleykum. Oğlan evlənmək istədiyi qızı məhrəminin yanında bir dəfə hicabsız görə bilər?
Cavab:
ardını oxu
28-04-2022 Mətanət
Salam aleküm. Evdə namaz qılanda qiblə haqda namazın içində çübhəyə düşdükdə, namazı dayandırıb qibləni düz tapmaq lazımdır, yoxsa namaza davam etmək lazımdır?
Cavab:
Va aleykum Salam. Qibləyə tərəf çevrilmək namazın doğru sayılması şərtlərindən biridir. Şərtlərə isə namaza başlamamışdan əvvəl əməl etmək lazımdır. Odur ki, namaza başlamamışdan əvvəl qibləni müəyyən etməyə çalışın.
ardını oxu
28-04-2022 Nadir
as-Salamu aleykum. Sübh namazına oyandıqda görürsən ki, 5 dəqiqəyə vaxtı çıxacaq, dəstəmaz alsam gecikəcəm, təyəmmüm almaq olar elə anda?
Cavab:

Va aleykum Salam. Belə vəziyyətdə namazın vaxtı çıxmış olsa belə dəstəmaz almalısınız. Belə halda təyəmmüm etmək olmaz. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022 Mehbarə
Salam aleykum. Kəffarə verilən adamla ayrı-ayrı adamlar olmalıdır, yoxsa bir adama hər gün vermək olar?
Cavab:

Va aleykum Salam. Kəffarəni bir adama vermək icazəlidir. Məsələn, 30 gün kəffarəsi olan şəxs bir kasıbı otuz gün yedizdirməklə bu kəffarəni verə bilər.

ardını oxu
28-04-2022 Nazilə
Salam aleykum. Xəstəlik səbəbilə yatdığı yerə sidik çıxaran insan nyatdığı yerdə dua edə bilərmi? Həmin yerdə uzandığı halda namaz qıla bilər?
Cavab:
Va aleykum Salam. Əgər insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə bu halda o, hər namaz vaxtı üçün dəstəmaz alır və bundan sonra növbəti namazın vaxtı girənə qədər paltarına və ya yatağına bulaşmış sidik onun üçün üzürlü sayılır, bu halda dua edib namaz qıla bilər.
ardını oxu
28-04-2022 Namik
Salam aleykum. Ramazan bayramında qonağın fitrəsini ev yiyəsi çıxartmalıdırmı?
Cavab:

Va aleykum Salam. Əsl budur ki, hər kəs özü və himayəsində olan şəxslər üçün Fitrə zəkatı çıxarmalıdır. Əgər bir evdə qonaq ramazan ayı boyunca qalmışsa və ramazan ayı boyunca onun xərclərini ev sahibi çəkmişsə, bu halda ev sahibi qonağın razılığı ilə onun əvəzinə Fitrə zəkatı çıxara bilər.

ardını oxu
28-04-2022 Mahirə
Salam aleykum. Ramazan bayramında qəbiristanlığı ziyarət etmək düzgündürmü?
Cavab:

Va aleykum Salam. Qəbirləri ziyarət etmək müsətəhəb bir əməl olsa da bu əməl üçün hansısa bir günü xüsusiləşdirmək və ya bayramlarda qəbir ziyarət etmək bidətdir (dində yenilikdir). Ətraflı oxuyun:

ardını oxu
28-04-2022 Fazil
Salam aleykum. Bir dəfə sahur edib üç gün yemək yemədən oruc tutmaq olar? Bunun İslamda olduğunu eşitmişəm.
Cavab:

Va aleykum Salam. Sualda qeyd etdiyiniz oruca "Visal orucu" deyilir. Visal orucu - iki və daha artıq gün iftar etmədən dalbadal oruc tutmaqdır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzən "Visal orucunu" tutardı və Uca Allah ona bu orucu tutmaq üçün güc-qüvvət verərdi.

ardını oxu
28-04-2022
Salam aleykum Sualim beledir ki,heyvanlarin ölümden sonraki heyati necedir? Onlar cennete daxil olurlarmi?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: Heyvanlar üçün cənnət və cəhənnəm vardırmı?

ardını oxu
28-04-2022 Eliza
Salam.Terkibinde donuz eti yazilmayib ama halal sertifikatı yoxdur. Bu kolbasadan yemek olar?
Cavab:

Va aleykum Salam. Əgər üzərində donuz ətinin olduğu yazılmayıbsa, bu kolbasalar əslində halal sayılır. Lakin ehtiyat üçün halal sertifikatı olan kolbasaları almağınız məsləhətdir. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022 Abbas.
İstiğfar nədir? Və necə deyilir?
Cavab:

Əssələmu aleykum. İstiğfar sözünün mənası "Allahdan bağışlanma diləmək" deməkdir. Ətraflı bu cavaabları oxuyun:

ardını oxu
28-04-2022 Ariz
Salam aleykum. Bir insan bacardığı işi özü görə bilirsə, amma bu işi görmək üçün təmbəllik edirsə, tez-tez başqasına bu işi görməyi deyirsə, İslam dininə görə bu əməl düzgündürmü?
Cavab:

Va aleykum Salam. Özü bacardığı halda tənbəllikdən bir işi başqasına gördürmək bəyənilmir. Avf ibn Məlik əl-Əşcəi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda doqquz, yaxud səkiz, yaxud yeddi kişi idik.

ardını oxu
28-04-2022 Rasim
Salam aleykum. Xəstələndikdə dəstəmaz aldıqda əyilib ayaq yumaq çətindirsə, kişinin yoldaşı əəri dəstəmaz alanda onun ayağını yuya bilər?
Cavab:

Va aleykum salam. Bəli, həyat yoldaşı dəstəmaz almağa çətinlik çəkən şəxsin ayaqlarını yuya bilər və buna görə savab qazanır. Həmçinin, oxuyun:  Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

ardını oxu
28-04-2022 Esmira
Salam aleykum. Rəngli hicablar geyinmək olarmı?
Cavab:

Va aleykum Salam. Bəli, qadın rəngli hicablar geyinə bilər. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022 N
Salam, üzürlü sayın destemaz alarken her defe (qadın ) alt paltarı deyismeliyik? onu her defe deyişmek çetin olur.Bunun deqiq hökmü nedir?
Cavab:

Va aleykum Salam. Əgər yuyunduqdan sonra alt paltarına heç bir şey bulaşmayıbsa dəstəmazdan sonra alt paltarını dəyişməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:

ardını oxu
28-04-2022
Salam vitr namazını sonra 1 ruket qılmaq olar?
Cavab:

Va aleykum Salam. Bəli, vitr namazını bir rükət qılmaq icazəlidir və bu namazın ən aşağı sayı bir rükətdir. Həmçinin oxuyun:


Vitr namazı necə qılınır?
ardını oxu
28-04-2022 Rrr342
Salam Namazlar Hansı Vaxtlardan Sora Qeza olur yeni namazların son vaxtı saat neçeye qederdir sual içerisinde qalmışam ümid edirem cavablandırarsız
Cavab:

Va aleykum Salam. Bu cavabları oxuyun:


Namazın vaxtları

ardını oxu
28-04-2022 Məhəmməd
Salam Aleykum insan dünyasını deyişende verilen suallar nedir?
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun:


Can alan və sorğu-sual edən mələklər 

ardını oxu
28-04-2022
Salam Men namaza yeni baslamisam qila qila kagiza baxram oyrenmek ucun bu gunah s sayilmiri
Cavab:
ardını oxu
28-04-2022
Namaz qılarken uşaqların möhürü götürmesi ,manieçilik töretmesi günahdırmı?
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, möhürlə namaz qılmaq düzgün deyil. Bu barədə ətraflı oxuyun:


Namazı möhürlə qılmaq olarmı?

ardını oxu
25-02-2022 Əfsanə
Bir sehide vurulmusam ve evlenmek istemirem cennetde ona zovce olacagimi dusunurem onu her an yanimda hiss edirem.Onu isteyirem 27 yasim var evlenmek islamda vacibdi men momineyem ve cadraliyam Rebbimin buyurdugu kimi yasayiram.Elhemdulillah yani evlenmesem ona govusacagimi dusunerek addimlasam guna
Cavab:
Əssələmu aleykum. Şəkildə gördüyünüz insanla Cənnətdə bir yerdə olacağınıza aid heç bir dəlil yoxdur. Bu, şeytanın sizə ailə qurmayaraq tək qalmanız üçün etdiyi bir vəsvəsədir.
ardını oxu
25-02-2022
Təkfir dinin nəyidir? Və dindəki yeri nədir?
Cavab:
Əssələmu aleykum. Bu cavabı oxuyun: Təkfir nədir?
ardını oxu
25-02-2022 A...
Salam.Men neçe defe namaz qılıb sonra dayandırmışam.aileliyem müəyyən sebebler olur.işim çox olur və.s kimi şeyler.Çoxmu günah edirem namazı qılmamağıma?
Cavab:

Va aleykum Salaam. Namazı tərk etmək böyük günahlardandır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).

ardını oxu
25-02-2022 Ali
Salam Aleykum menim 15yaşım var əlhəmdulillah namaz qılıram 15yaşım girəndən bir sualım olacaq.Mən eyni anda universitetə hazrlaşıram və bəzi namazlarım buna görə qəzaya gedir həmin namazları necə etməliyiəm və ya bu üzürlü səbəb sayılır?
Cavab:

Va aleykum Salam. Uca Allah sizi dini üzərində sabit etsin və sizi xeyirə müvəffəq etsin! Bu cavabı oxuyun: İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında

ardını oxu
25-02-2022 Nüşabə xanım
Salam Aleykum. Men əvvəllər şiə namazı qilirdim. Ancag yeniden başlamısam tovbe ederek, Peyğember namazına başlamışam. Ancaq çassıb qarişdiriram namazı.
Cavab:
Va aleykum Salam.
ardını oxu
25-02-2022 Günay
Salam men üçün Quranı Kerim'i açıblar ve mene alın yazımı deyibler ve menim alın yazım olan insanı men sevmirəm ve onunla bir gelecegim olmasını istemirem ve ede bilerem ve burda mene günah sayılırmı mən istemeden edibler bunları zəhmət olmasa cavab verərdiz çox sağolun
Cavab:

Va aleykum Salam. Quran Uca Allahın oxuyub əməl etmək və Onun yolu ilə getmək üçün insanlara nazil etdiyi Kitabdır. Quran öyüd-nəsihətdir.

ardını oxu
25-02-2022 Kamran
Nikah olmadan qadinla kisinin namaz qilmagi duzgundu
Cavab:

Əssələmu aleykum. Naməhrəm qadınla kişi otaqda tək olmamaq şərti ilə birlikdə namaz qıla bilərlər. Qadağan olunan naməhrəm kişi ilə qadının otaqda tək qalmasıdır. Həmçinin oxuyun:

ardını oxu
25-02-2022 UMMU AMMAR
Salamaleykum.Nisa suresi 6cı ayeye göre Allah deyir yetimleri nikah yaşına çatanda sınayın.Bildiyimize göre nikah yaşı yetkinlikdir ki,o da qızlarda heyzle bilinir.Talaq aye 4de ise deyir boşandıqda heyz görmeyen qızların gözleme müddeti 3 aydır.
Cavab:

Va aleykum Salam. Uca Allah ən-Nisa surəsində buyurur: "Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın" (ən-Nisa, 6). Mucahid (Allah ona rəhmət etsin) demişdir: "Yəni həddi-büluğa çatana qədər".

ardını oxu
25-02-2022
Salam aleykum. 1)Bir nefer var kiminse eşyasına icazesiz toxunub istifade edib (Meselen:etir) Hemin insan açıb demeye utanır, söz söhbet yaranar deye. Bunun üçün neynemelidir? 2) Esebleşib uşaqı döymek günahdırmı halallıq lazımdır bu barede?
Cavab:

Va aleykum Salam.

ardını oxu
25-02-2022 Ali
As'Salamu Aleykum. Qardaş, zövcemin illerdir narahatligi var, demek olarki lap balacaligdan sesler esidir, qorxulu yuxular gorur tez-tez, yuxuda acaib varlıqlarla danışır otaqda tek qalan kimi fiziki nese baw verir, stul terpenir ve s. Anlaya bilmirik ki bu nedir cadu ve ya bawqa bir wey.
Cavab:

Va aleykum Salam. Qeyd etdiyiniz hal sehr əlaməti ola bilər. Ətraflı bu cavabları oxuyun:


Ruqyə (Quranla müalicə) necə oxunur? 

ardını oxu
25-02-2022 Namiq
Salam Aleykum Qumar ruzinin azalmasına səbəb ola bilər? bizdə dükənda işçilər qumarın növündən olan lotoreya alıllar, onları çəkindirmək üçün islamda qumarın ruziyə təsiri bir dəlil varmı? niyə məs ruzi ilə bağlayıram - çünki ruzi haqda danışanda daha təsir olduğunu müşahidə edirəm
Cavab:

Va aleykum Salam. İslam dini qumar oynamağı qadağan edir və bu yolla əldə olunan pul haram sayılır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Ruslan Rüstəmov
ƏSSalamu Aleykum va Rahmətullahi va bərəkatuhu. Əyyub (ə) etdiyi duasının oxunuşunu yazardızda zəhmət olmasa
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Uca Allah Qurani-Kərimdə Əyyubun (ona salam olsun) duası haqda belə buyurur: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83).

ardını oxu
24-02-2022 Surxay
Salam aleykum Gece namazini Camahat sheklinde qilmaq olar? Yeni atam anamda artiq gece namazina qalxir ayri ayri qiliriq.
Cavab:

Va aleykum Salam. Bəli, gecə namazını camaat şəklində qılmaq icazəlidir. Ətraflı oxuyun: Gecə namazı necə qılınır?

ardını oxu
24-02-2022 Məhəmməd
Salam Aleykum.Robot düzəltmək ,robotdan istifadə etmək olarmı? Öncədən təşəkkürlər
Cavab:

Va aleykum Salam. Bu cavabı oxuyun: İnsana oxşar robotlar düzəltmək olarmı?

ardını oxu
24-02-2022
Salam.men hicaba kecmek isteyirem.Ama heyat yoldasim izn vermir.Deyir men xosdamiram zehlem gedir neye lazimdi filan. Deyir özün bil kec ama kecsen gözümnen düseceysen.men neyneyim????
Cavab:

Va aleykum Salam. Hicab geyinmək həddi-büluğa çatmış hər bir qadına vacibdir.

ardını oxu
24-02-2022 Oruc
Əssalamu Aleykum va rahmatullah va barakatu.Böyük şirkə hansılar aiddi? Səhv etmirəmsə 5 şey tağut,kahin, büt son ikisin unutdum. Bu haqqda məlumat verə bilərsiz? Allah Sübhana və Təala elmivizə bərəkət versin.
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabları oxuyun:


Şirkin növləri
Şirk nədir?
ardını oxu
24-02-2022
salam aleykum.kəffarə andını qecikdirmək qünahdı?
Cavab:

Va aleykum Salam. Yəqin siz "and kəffarəsini" demək istəyirsiniz. And kəffarəsi insanın üzərində olan bir borcdur və onu dərhal yerinə yetirmək lazımdır. And kəffarəsini bilərəkdən gecikdirmək haramdır və buna görə insana günah yazılır. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Ələkbər
Salam.şükr və səcdə ayəsi ücün səcdə etmək istəsəm necə ədəd səcdə etməlıyəm.yəni hər biri ücün 1 yoxsa 2 ədəd? Cox sağ olun.
Cavab:

Va aleykum Salam. Həm şükür, həm də tilavət səcdəsi üçün bir dəfə səcdə edilir. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022 Allaha umid
Salam aleykum evde 40 gunluk korpe varsa ve ana sud verirse koyneyi sudle cirklendiyi halda qusul almalidir?
Cavab:

Va aleykum Salam. Ana südü təmiz sayılır. Ana südü bulaşan paltar natəmiz olmur və buna görə qüsl etmək də lazım deyil. Ətraflı oxuyun:


Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
24-02-2022 Məhəmməd
Anamın Xalası Qızı süd anamdı Onun qızı ile evlene bilerem?
Cavab:

Əssələmu aleykum. Süd anasının qızı məhrəm sayılır və onunla evlənmək haramdır. Ətraflı oxuyun: Şəriətlə evlənməsi qadağan olan qadınlar hansılardır?

ardını oxu
24-02-2022 Yunis
Salam Aleykum.kiprik laminasiyası caizmidir?
Cavab:

Va aleykum Salam. Kipriklərin laminasiyası şəriət baxımından icazəlidir, çünki kipriklərin laminasiyası zamanı kipriklərə kənar heç bir şey qaynaq edilmir, sadəcə xüsusi reseptlərdən istifadə edilərək təbii kirpiklər uzadılır və qalınlaşdırılır.

ardını oxu
24-02-2022 Zaqatala əxi
Duada istisna etmək nədir
Cavab:

Əssələmu aleykum. Duada istisna etmək dedikdə, dua edərkən istəyini qəti şəkildə demədən Allahın istəyinə buraxmaq, dua əsnasında və ya sonunda "İn şəə Allah" (Əgər Allah istəsə) demək nəzərdə tutulur. Bu əməl duada edilən səhvlərdəndir.

ardını oxu
24-02-2022 Səbuhi
Salam aleykum.müsəlmanam deyir amma içki içir.dinimiz buna necə baxır?
Cavab:

Va aleykum Salam. Sərxoşedici içki içmək böyük günahlardan sayılır. Lakin bu əməl insanı dindən çıxrmır. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında Abdullah adlı bir kişi var idi.

ardını oxu
24-02-2022
As salamu aleykum va rahmatullahi va barakatuhu.Ərin keçmiş həyat yoldaşını xatırlaması və ya yadına salması düzgündürmü?çox xahiş edirəm cavab yazarsız Biiznilləh
Cavab:

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Kişinin öz keçmiş həyat yoldaşını xatırlamasında təfsilat var. Əgər söhbət vəfat etmiş zövcədən gedirsə, bu halda kişinin onu xatırlamasında bir qəbahət yoxdur və bu təbii bir hisdir.

ardını oxu
24-02-2022
Men qusül alanda burnumu yumaq isteyende burnuma su ala bilmedim biraz soyuq deyme olmuşdu burnum tutulmusdu ona gorede burnuma ümumiyyetle su ala bilmedim indi menim aldığım qüsl düzgün hesab olunurmu ?
Cavab:

Əssələmu aleykum. Dəstəmaz və qüsl alarkən ağıza və buruna su almaq vacibdir və bu əməl üzü yumaqdan sayılır. Buruna su alarkən suyu burunun dərinliklərə çəkmək şərt deyil.

ardını oxu
24-02-2022 Nazli
Salam aleykum menim 1ovladim var balacadi deceldi men namaz qildiqda qorxuram nese eder deye, meselen sobaya deyer ve ya yixilar,ozümde tek qaliram usaqimla herkes ishde olur.Sualim budurki nama qildiqim vaxtda eger övladima nese olsa namazdan qalxib usaqa yonelmeyim günahmidir?
Cavab:

Va aleykum Salam. Namaz əsnasında uşağa təhlükə yaranarsa, namazdan çıxmaq icazəlidir. Bunun baş verməməsi üçün uşağı qucaqda tutaraq da namaz qıla bilərsiniz. Ətraflı oxuyun:

ardını oxu
24-02-2022
Saleh uşağ böyütmək üçün nə eləməliyik? uşağları dodağlarınnan öpmək düzgündürmü?
Cavab:
ardını oxu
24-02-2022 .
Salam aleykum.erim obyektleri var iwleyir ama borclarida var. onu sebeb gosterib mene ve uwagin ehtiyacini odemir. Evime xebersiz qonag gelse onune cayin yanina vereceyim bir qend konfet bele yoxdu. mesuliyyetsizdi hekime aparmaq lazimdisa uzadir ve 1ay sora aparir.
Cavab:

Va aleykum Salam. Ərinizin borcu olsa belə ailəsinə və övladına qarşı bu cür məsuliyyətsiz yanaşması düzgün deyil. Kişi ilk növbədə ailəsinin ehtiyaclarını ödəməlidir və bu onun üzərində bir haqdır. Ailənin ehtiyaclarını təmin etmək özü də ibadətdən sayılır.

ardını oxu
24-02-2022 Axundov Əli
Salam aleykum.Nafile namazlarda salli- barik duaları oxunurmu? Allah razı olsun
Cavab:

Va aleykum Salam. Bəli, nafilə namazlarında da təşəhhüddə salavat deyilir. Nafilə namazları da fərz (vacib) namazlar kimi qılınır. Vacib namazlarının içində deyilən sözlər nafilə namazlarında da vacibdir. Ətraflı oxuyun:

ardını oxu

Pages