Aleykum salam. Bəli, bu, halal sayılır. Belə ticarət etmək halaldır.
Aleykum salam. Yüngül minik dedikdə sahibini rahat bir şəkildə istədiyi yerə çatdıran, gözəl ev dedikdə isə hər bir şəraiti olan geniş və rahat mənzil nəzərdə tutulur.
Aleykum salam. Əlbəttə, bunun qadağan edilməsinin dəlilləri vardır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur. (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66).
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) dəstəmaz aldıqda belə edərdi. Bu məsələ ayədə deyil, hədislərdə öz təsdiqini tapmışdır. Bu barədə 40-a yaxın səhih hədis vardır. Həmin hədislərə əsasən Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) məsh çəkərdi.
Və aleykum Salam. Vacib namazlardan səsli namazlar yalnız sübh, məğrib və işa namazlarıdır. Bu namazları səsli qıla bilərsiniz. Zöhr və Əsr namazlarını isə səsli qılmayın. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bu namazları səssiz qılıb.
Aleykum salam. Namaz qılmaq vacibdir. Müsəlman namaz qılmadığına görə günah daşıyır. Namaz qılmaq günahların bağışlanması üçün ən böyük səbəbdir. Həmçinin bunu oxuyun:
Va aleykumus-Sələm. Müsafir namazı səfərə çıxan adamın qıldığı namazlara deyilir. Səfərə çıxan adam namazlarını qısaldır. Dörd rükətli namazlar (zöhr, əsr, işa) iki rükət qılınır, sübh və məğrib namazları isə olduğu kimi qalır.
Aleykum salam. İnşallah bunda ciddi bir şey yoxdur. Talaq vermə (boşanma) məsuliyyətli bir işdir. Amma bilmək lazımdır ki, istər şərtlə, istərsə də şərtsiz boşamaq, artıq boşanmaqdan sayılır.
Aleykum salam. Əgər nigahınızın şərtləri yerində olubsa, bəli keçərlidir.
Va aleykumus-sələm. Müəyyən şərtlər daxilində öləndən sonra orqan hədiyyə etmək olar. Bu barədə daha ətraflı: Öləndən sonra orqan bağışlamaq haqqında
Aleykum salam.
1) Mübah - O əməli etmək insanın ixtiyarına buraxılır və insan onu etməkdə azaddır. Onu edənə nə savab yazılar, nə də günah.
2) Məkruh - Bəyənilməyən əməl deməkdir. Onu edənə günah olmasa da, savabları azaldır.
Aleykum salam. Bu linki oxuyun: Mən daim qorxu içində oluram
Aleykum salam. Sizə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, "Ayətul-Kursi"-ni hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır.
Aleykumus-sələm va rahmətullahi va bərakətuhu. Sözsüz ki, bu cinlərlə bağlı bir xəstəlikdir. Müasir tibb elmi bu cür xəstəlikləri nə izah edə bilir, nə də müalicə edə bilirlər. İslam dinində isə bu xəstəliklər və onların müalicəsi haqqında geniş məlumat verilir.
Aleykum salam. İslamda hər hansı bir şəxsə kor-koranə təqlid etmək olmaz. İslama görə tabeçilik yalnız Allah və Onun Rəsulunadır.
Aleykum salam. Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. İnşallah bu haqda məqalə yazılacaq. Son məqalələri izləyin!
Aleykum salam. Əl ilə görüşmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan əvvəlki dövrlərdə də mövcud olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları əl ilə görüşməyə təşviq etmiş və bu əməlin insanlar arasında kin-küdurətin aradan qalxmasına yardım edəcəyini söyləmişdir.
Aleykum salam. Uca Allah cənnəti vəsf edərək belə buyurur: "(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən". (əl-İnsan, 20).
Aleykum salam. İslama görə "novruz"u bayram olaraq keçirtmək olmaz. Çünki bu qeyri islam bayramlarından sayılır. Müsəlmanların iki bayramı vardır. Ramazan bayramı və Qurban bayramı.
Aleykum salam. Bununla bağlı Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) hədisdə belə buyurur: "Qiyamət günü yeddi dəstə insanı Allah Təala öz ərşinin kölgəsi altında yerləşdirəcək.
Aleykum salam. Ailədə münaqışələrin aradan qaldırılmasına və xoşbəxtliyin bərqərar olmasına nail olmaq üçün əvvəlcə Allahın, sonra isə bir-birinin haqlarına riayət etmək, səbrli olmaq və bir-birinə güzəştə getmək lazımdır.
Aleykum salam. Qiyamətin vaxtı bəlli deyildir. Onun nə vaxt qopacağını bilən yalnız Uca Allahdır. Ümumiyyətlə bu haqda nə eşitsəniz bilin ki, bunlar yalan və yanlış məlumatdır. Bu haqda Uca Allah öz kitabında belə deyir: "İnsanlar sənə o Saat (qiyamətin vaxtı) barədə sual verir.
Aleykum salam. Xeyr, günah deyildir. Belə edə bilərsiniz.
Aleykum salam. Heyzli olan qadın Quran kitabının özündən heç bir surə oxuya bilməz. Amma əzbərdən bildiyi surələri oxuya bilər.
Aleykum salam. Qadın yalnız öz əri üçün bəzənməlidir. Əgər subaydırsa, özü üçün də bəzənə bilər. Sadəcə qadın başqalarına naməhrəm olduğu üçün şəriət qadınların yad nəzərdən qorunması üçün örtülməsini əmr edir.
Aleykum salam. Burnu təmizləmək dəstəmazı pozmur.
Aleykum salam. Şeir söyləmək günah deyildir. Lakin şeir deyən insan diqqətli olmalıdır ki, dediyi şeirdə yalan, böhtan və ya asilik kimi sözlər olmasın. Daha ətraflı: Şeir haqqında
Aleykum salam. Sədəqə ehtiyacı olan miskin insanlara verilir və bunun üçün müəyyən vaxt yoxdur, istədiyiniz vaxt sədəqə verə bilərsiniz. Sədəqəni əsasən imkanı olan verir. Zəkat isə ildə bir dəfə verilir. Zəkat hər gün verə bilmərsiniz.
Aleykum salam. Yaxşı olar ki, rükuda dirsəklər qatlanmasın.
Aleykum salam. Bunların hər ikisini etmək düzgündür. Lakin əlləri əvvəl qoymaq daha üstündür.
Aleykum salam. İslam dininə görə qadına, qadın müəllimə, kişiyə də kişi müəllim öyrətməlidir. Bir halda öyrənə bilərsiniz ki, o da əgər kişi sizin məhrəminiz olsun. Məsələn, qardaşınız, əminiz, dayınız və s. Amma naməhrəm olan kişi sizə Quran öyrədə bilməz.
Və aleykum salam. Bu cavabı oxuyun: Evdən cadu tapıldıqda nə etmək lazımdır?
Aleykum salam. İslama görə müvəqqəti kəbin qeyri-qanuni, haram hesab olunur. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?
Aleykuma salam. Namaz qılmaq hər bir müsəlmana vacibdir. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır. Namazı əvəz edə biləcək bir əməl yoxdur. Həmçinin bu məqaləni oxuyun: Namaz ən fəilətli ibadətdir
Aleykum salam. Yuxu və yuxu yozumu haqda ətraflı məlumat almaq üçün Yuxu haqqında məqaləsini oxuyun.
Aleykum salam. Əlbəttə, müalicə ala bilər. Çünki, bunun qadağan olunması ilə bağlı şəriətdə heç bir dəlil yoxdur.
Və aleykum Salam. Şəriətimizə görə valideynin icazəsi olmadan kəbin kəsdirmək haramdır. Çünki kəbinin elə əsas və vacib şərtlərindən biri valideynlərin razılığıdır. Siz onunla günaha batmadan yaşamaq üçün mütləq dinimizə müvafiq şəkildə nikah bağlamalısınız.
Aleykum salam. Əgər vəziyyət dediyiniz kimidirsə, bu halda qibləyə tərəf yönəlmədən namaz qılmağa icazə verilir. Həmçnin oxuyun:
Minikdə olarkən fikirdən keçirərək namaz qılmaq olar?
Aleykum salam. Əgər namaz qılmaq üçün başqa bir yer tapa bilmirsinizsə, qıla bilərsiniz. Həmçinin, əgər şəkilin üzərinə bir şey çəkib örtə bilirsinizsə, bu daha yaxşıdır.
Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan əvvəl silinməlidir. İslam dini asan dindir.
Aleykum salam. Suallarınızın cavablarını buradan oxuya bilərsiz:
1. Neçə il qəza namazlarım var
Keçmiş illərin qəza namazları qılnmalıdır?
Aleykum salam. Uca Allah bütün xeyir duaları qəbul edir. Yəni günah olmayan istənilən hər hansı bir neməti Allahdan diləmək olar.
Aleykum salam. Bəli, düzgündür. Eyni qan qrupundan olan cütlüklər ailə qura bilərlər. Çünki, dinimizdə bununla bağlı heç bir qadağa yoxdur.
Aleykum salam. Hər bir insanın cini vardır. Belə ki, insan doğulduqda onunla bərabər şeytanı da doğulur. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Hər bir insan doğulduqda onun şeytanı da doğular və insana pislikləri əmr edər.
Aleykum salam. O insan sizi sevirsə, sizin yolunuzu azmağınızı və əzab çəkməyinizi istəməz. Çünki namazı tərk etmək insanı axirətdə əzab çəkməsinə səbəb ola bilər. İstər kişi, istər qadın üçün namaz qılmaq Allahı razı salan və Onun əbədi səadət diyarı olan Cənnətini qazandıran ən böyük səbəbdir.
Aleykum salam. Bu barədə Qurani Kərimdə kifayət qədər ayələr vardır. Məsələn; "əş-Şura surəsi, 20", "əl-Bəqərə surəsi, 200-201", "Ali İmran surəsi, 145, 148, 152", "ən-Nisa surəsi, 74" və digər ayələri misal göstərmək olar.
Aleykum salam. Ömər İbn Xəttab haqqında ətraflı məlumat almaq üçün "Ömər ibn Xəttab" adlı məqaləni oxuya bilərsiniz.