Aleykum salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır.
Aleykum salam. Təyəmmüm həm qüsulu, həm də dəstəmazı əvəz edir. Amma istəsəniz təyəmmümdən sonra dəstəmaz ala bilərsiniz. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Aleykum salam. İstənilən vaxt dırnaq tutmaq olar, gecə vaxtı dırnaq tutmağın insana heç bir ziyanı yoxdur. Bu məqaləni oxuyun: Bəd əlamətlərə inanma!
Salam aleykum. İnşallah, gələcəkdə Peyğəmbərin (salallahu aleyhi və səlləm) nəslindən olan məhşur şəxslər haqqında məqalələr yazmağı planlaşdırırıq.
Aleykum salam. Bu cavabları oxuyun:
Böyüklər xətrimə dəyəndə özümü necə aparım ki, Allah məndən razı qalsın?
Valideynlərimlə yola getmirəm...
Aleykum salam. Əvvəlcə həkimlər uşağın düşməsinin yoxsa qalmasının hansının daha xeyirli olmasına qərar verməlidirlər. Əgər səbəbini göstərərək uşağın düşməsinin daha xeyirli olmasını desələr, bu zaman heç nə etmək lazım deyil.
Salam aleykum. Bütün bunlar şeytandan gələn vəsvəsələrdir. Gecikmədən tövbə edib namaza başlayın və şeytandan gələn vəsvəsələrə fikir verməyin. Daha ətraflı:
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
Aleykum salam. Xeyir, icazəli deyil və bu əməl bidət (dində yenilik) ayılır. Daha ətraflı: Quranı oxuyub ölüyə tapşırmaq olarmı?
Salam aleykum. Bu məqaləyə baxın: Namazın qılınma qaydası - VİDEO
Aleykum salam. Cümə namazı Zöhr namazını əvəz edir və ondan sonra Zöhr namazını qılmağa ehtiyac yoxdur. Cümə namazını qıldıqdan sonra ardınca ayrıca zöhr namazını da qılmaq dinimizdə böyük bidətlərdən (sonradan uydurulan yenilik) sayılır.
Aleykum salam. Dediyiniz paketləri istifadə etməkdə heç bir günah yoxdur. Bu bir rahatçılıqdır və dinimiz də insanlara rahatçılığı tövsiyə edir: "...Allah sizi çətinliyə salmaq istəməz...". (əl-Maidə, 6).
Aleykum salam. Bu cür xəyallar günah olmasa da günahlara aparır, çünki fikir istək yaradır, istək iradəyə çevrilir, iradə nəticəsində də əməl edilir. Həmçinin oxuyun:
Salam aleykum. Dua zamanı səmaya baxmaq daha yaxşıdır, çünki səhih hədislərdə də rəvayət olunub ki, peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dua edərkən gözlərini səmaya tərəf qaldırardı. Ancaq namazda səcdə edilən yerə baxmaq lazımdır.
Aleykum salam. Ruqeyyə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qızlarından birinin adı idi. Yoldaşınıza bunu deyərək onu razı salmağa çalışa bilərsiniz. Əgər razı olmasa, püşk atmanız daha ədalətlidir.
Aleykum salam. Əgər şərait varsa dərhal alsanız daha yaxşıdır. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Aleykum salam. Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsasən Uca Allah göylərdən yuxarıda Ərşin üzərindədir. Allah hər şeydən Ucadır və Ondan yuxarıda heç bir şey yoxdur: "Mərhəmətli Allah Ərşə ucaldı".
Aleykum salam. Allah razı olsun! Əlhəmdulilləh, yaxşıyıq. Namazda bəyənilməyən (məkruh) əməllər aşağıdakılardır:
1) Ürənyinizdə oxuduğunuza görə heç bir problem yoxdur. Əksinə Uca Allahın ayələrini oxuduğunuza görə savab qazanırsınız. Lakin bir məsələni qeyd edək ki, oxuyarkən dil və dodaqlar yavaş da olsa tərpənməlidir.
Aleykum salam. Üstündən gen köynək sallamaq şərtilə qadınlara xas olan enli, əzaları bildirməyən şalvar geyinmək olar.
Aleykum salam. İbrahim peyğəmbər (aleyhi-s-sələm) və bütün möminlər Allahın dostlarıdır. Uca Allah buyurur: "Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır).
Aleykum salam. Söyüş söymək, ailədən kənar cinsi əlaqə (zina) və s.
Aleykum salam. Allaha çoxlu dua edin ki, sizə qarşı onda inam yaransın, sizə etibar etsin və sizə qarşı pis fikirdə və sui-zəndə olmasın. Ola bilər bu sizin üçün müvəqqəti bir sınaq, imtahan olsun.
Aleykum salam. Süni mayalanma ilə bağlı islam alimlərinin fətvasında belə deyilir: Qadın və ya kişidə mövcud olan bir çatışmazlığa görə hamiləlik təbii yolla, yəni normal cinsi əlaqə yolu ilə baş tutmursa, süni mayalanma üsulundan istifadə edilə bilər.
Aleykum salam. Əgər torpaq olmasa, daşla, tozla və qeyd etdiyiniz şəkildə təyəmmüm ala bilərsiniz. Dəstəmazı pozan amillər təyəmmümü də pozur. Daha ətraflı:
Aleykum salam. Qaynınız sizin üçün naməhrəm olduğu üçün onun yanında hicabı açmaq olmaz. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.
Salam aleykum. Bəli, İbrahimin (Allahın ona salamı olsun) atası həm bütə sitayiş edən (bütpərəst), həm də büt düzəldən olmuşdur. O, bütləri düzəldib satardı. Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən?
Aleykum salam. İslamda ictihad bağlı deyil. İslami bir termin kimi ictihad -- bir alimin Quran və Sünnədə birbaşa dəlil olmayan bir məsələdə öz biliyindən istifadə edərək hökm çıxarmasıdır. Amma Quran və Sünnədə dəlil olan şeydə ictihad etmək haramdır.
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və alihi və səlləm) sol ovcunu sol dizinin üstünə aşıq şəkildə qoyardı. Sağ əlinin barmaqlarının hamısını bükərdi. Şəhadət barmağı ilə qibləyə işarə edər və ona baxardı. (Muslim; Əbu Uvanə; İbn Xuzeymə və digərləri. Səhih hədisdir).
Aleykum salam. Qurban bayramı günü Həcc ziyarətində olanların Mina adlanan ərazidə Camarata daş atmaları və qurban kəsmələri bir ibadətdir və bu ibadət İbrahim peyğəmbərdən (Allahın ina salamı olsun) qalmışdır. Bu ibadətləri yerinə yetirməkdə məqsəd Allahı zikr etməkdir.
Aleykum salam. Bu cavabda yazılanları edin: Sevgilimə qovuşa bilmirəm, nə edim?
Aleykum salam. Fərz namazları Uca Allahın gündə 5 dəfə qılmağı əmr etdiyi namazlardır, onları qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Nafilə namazları isə qılmamaq olar, lakin qılmaq savabdır. Bu cavabları oxuyun:
Aleykum salam. Qeyd etdiyiniz kimi, özünü digər qövmlərə oxşatmaq olmaz. Bu vəziyyətdə ya hər şeyi örtən çadra geyinmək, ya da saçı biraz kəsmək lazımdır. Əgər bu saç sizə Allahın razılığını qazanmaq üçün olan əməlləri etməyə mane olursa, onda kəsmək lazımdır.
Aleykum salam. Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır, amma Uca Allah ürəkdən tövbə edib yenidən namaza başlayanları bağışlayacağını bizə bildirmişdir.
Aleykum salam. Sizin də bayramınız mübarək, Allah sizdən də, bizdən də qəbul etsin. Namazı möhürsüz qılmaq və namaz əsnasında səcdə etdiyiniz yerinə baxmaq lazımdır.
Salam aleykum. Üzdə makiyaj olan halda namaz qılına bilər. Amma dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir.
Salam aleykum. Namaz vaxtı işıq sönəndə namaz qılmaq olar.
Aleykum salam. Cavabı buradan oxuyun: Quranı qəbirstanlıqda pulla oxutmaq günahdırmı?
Aleykum salam. Bu məqaləni oxuyun: Zül-hiccə ayının mübarək on günü
Aleykum salam. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Bunu isə həkimlər təsdiq etməlidir. Digər hallarda isə hamiləliyin neçənci həftədə olmasından asılı olmayaraq abort etmək haramdır.
Aleykum salam. Bəli, dəstəmaz alarkən yaş başa məsh çəkmək olar. Daha ətraflı: Peyğəmbər (sallallahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
Aleykum salam. Bu cavabları oxuyun:
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
İslamda təqlid varmı?
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yerə qaynar su tökərkən "Bismilləh" deməyi buyurmuşdur. Cinlərin zərərindən qorunmaq üçün oxuyun: Cadudan necə qorunmaq olar?
Aleykum salam. Tənbəllikdən Allaha sığınmaq lazımdır. Amr ibn Şueyb atasından, o da babasından (Allah onların hamısından razı olsun) peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: "Allahım! Tənbəllikdən və borclu olmaqdan Sənə sığınıram!
Aleykum salam. Bəli, düzgündür. Allaha dua etmək, Ondan bağışlanma diləmək özü bir ibadətdir.
Aleykum salam. Süd verən qadının öz əri ilə cinsi münasibətdə olması günah deyil. "Zinaətli" sözünü isə başa düşmədik.
Aleykum salam. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
Aleykum salam. Muğira ibn Şöbə belə rəvayət edir: "Bir gün peyğəmbər (sallallahu aleyhi və səlləm) bəzi ehtiyacları ilə bağlı məni Nəcran qəbiləsinə göndərdi. Mən ora çatdıqda onlar mənə dedilər ki, siz bu ayəni ("Ey Harunun bacısı..." Məryəm, 28) oxuyursunuzmu?