Və aleykum Salam. Bu cavabları oxuyun:
Qəza namazı fərz namazından əvvəl, yoxsa sonra qılınır?
Və aleykum Salam. Heç bir yerdə yazılmayıb ki, "qadınlar şeytandır". Bunun heç bir əsası yoxdur.
Salam aleykum. Salavat Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründən var. Salavatın bir neçə forması var. Həmçinin, salavatın fəziləti haqda bir sıra hədislər mövcuddur. Lakin, nə vaxt nazil olması bilinmir. Salavatın qısa və kamil formaları bunlardır:
Və aleykum Salam. Bəli, lotareya qumar sayıldığı üçün haramdır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?
Va aleykum Salam. Oxuyun:
Tövbəni necə etmək lazımdır?
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Və aleykum Salam. Tövhid əqidəsi və namaz Uca Allahın razılığını və cənnəti qazanmaq, dünya həyatında isə qəlb rahatlığı və xoşbəxtlik əldə etmək yolunda ən böyük addımdır. Allaha dua edirik ki, sizi bu yolda sabit etsin, sizi və ailənizi şeytanın şərindən qorusun.
Və aleykum Salam. Əbu Qaqa adlı səhabənin (Allah ondan razı olsun) adını türklər Ebu Kaka yazırlar. Onun əsl adı əl-Qaqa ibn Amr ibn Malik ət-Təmimidir. Məşhur sərkərdə olub. Bir çox döyüşlərdə iştirak edib və zəfər qazanıb.
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Salam aleykum. Bəli, Allahın qoruduğu insana cadu təsir edə bilməz. Lakin, səbəblərdən düzgün tutduqdan sonra Allahın gücünə, qüdrətinə bel bağlaya bilərsiniz. Şəkk yoxdur ki, insanı soyuqdan qoruyan Allahdır. Amma, biz səbəb kimi isti paltar geyinirik. Sözsüz ki, şəfa verən Allahdır.
Səhv səcdəsi necə yerinə yetirilir?
Salam aleykum. Namaz qılanda səcdədə olarkən və namazın sonunda, salamlardan əvvəl öz dilində dua və şükr etmək olar. Daha ətraflı: Namazda dua etmək barədə
Və aleykum Salam.
Namazın rüknları bunlardır:
Salam aleykum. Uca Allah buyurur: "Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir" (əş-Şura, 11).
Va aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhaqi, 7/366).
Və aleykum Salam. Kövsər surəsinin ikinci ayəsində deyilir: "Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!" Bəzi təfsirlərdə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunur ki, bu ayə namazda əlləri bağlamağa dəlildir.
Və aleykum Salam. Əgər şübhə dəstəmaz alarkən niyyət məsləsində gəlirsə ki, "niyyəti düz etmədin" və ya "niyyət etmədin", bilin ki, sizin dəstəmaz almağı bilməyiniz kifayətdir. Onu dil ilə deməyə, ürəkdən keçirtməyə ehtiyac yoxdur.
Salam aleykum. Gipsdən azad olana qədər qüsl aldıqda yalnız bacardığınız yeri yumağınız kifayətdir. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
Təyəmmüm necə alınır?
Və aleykum Salam. Qabda olan suya cadudan, gözdəymədən qorunmaq üçün Quran ayələrini oxuyub üfürmək, sonra da o suyu içmək olar. Daha ətraflı: Quran ayələrini suya oxuyub ətrafa çiləmək
Tələbə səfərdə sayılırmı?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Məhərrəm ayında yas saxlamaq olarmı?
Səcdə ayələri hansılardır, bu ayələrə çatanda mütləq səcdə edilirmi?
Salam aleykum. Qardaşınızın sizin namaz qılmağınızı tənqid etməyə haqqı yoxdur, çünki namaz Uca Allahın hamıya olan əmridir. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56).
Va aleykum Salam. Həddi-buluğa çatmayan oğlan uşaqlarının yanında qadının başını açması günah deyil. Lakin, nəzərə almaq lazımdır ki, indiki uşaqlarda şəhvət hisslərinin formalaşması daha tez baş verir.
Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?
İstərdim yoldaşım məni çox sevsin, bunun üçün bir dua varmı?
Dualarım qəbul olmur, nə edim?
Salam aleykum. Məhərrəmlik adında deyil, Məhərrəm adında ay var və hər bir ayda olduğu kimi Məhərrəm ayında da kəbin etmək olar. Bunun üçün heç bir qadağa yoxdur. Daha ətraflı: Məhərrəm ayında yas saxlamaq olarmı?
Və aleykum Salam. Aişənin (Allah ondan razı olsun) fəziləti və onun əliaçıqlığı barəsində bir çox səhih rəvayətlər var, lakin sədəqə verdiyi pulları ətirləyib verməsi haqqında rəvayətə heç bir səhih mənbədə rast gəlinmir.
Və aleykum Salam və rahmətullahi və bərakətu.
Bir insanın digər bir insanda nəfsi qala bilərmi?
Gözdəymə varmı?
Və aleykum Salam. Hər bir müsəlman Uca Allahın Kitabını oxumalıdır. Bilməlidir ki, Uca Allah insanlara nə əmr edir. Həmçinin oxuyun: Quran oxumağın savabı haqqında
Və aleykum Salam. Namazın üçüncü və dördüncü rükətlərində Fatihə surəsindən sonra heç bir surə deyilmir. Lakin, hərdən son iki rükətdə Fatihə surəsindən sonra əlavə başqa bir surə oxumaq olar.