18-08-2015
Salam Aleykum .Oruc tutub insan Bele halda belgemi tupurmek olarmi yoxsa gunahdirmi???Xahiw edirem tez cavab yazin..Allah razi olsun
Cavab:

Aleykum salam. Oruclu halda tüpürmək günah sayılmır. Əgər orucun pozulmasından qorxaraq tüpürürsünüzsə, buna ehtiyac yoxdur. Tüpürcəyi və ya bəlğəmi udmaq orucu pozmur.

ardını oxu
18-08-2015
salam aleykum 1 - eger namazda sehvhen secdenin birini etdinse 2 cini etmeyine subhe etdinse ve ya qalxandan sonra yadina dusduse bu zaman sehv secdesi edilir?yoxsa yeniden qilinir.2- camat namazinda subhe edirsen ki imama tesehude oturmadan qalxdi ve 3 ruketle bitirdi (bu zaman men birden oldugunda
Cavab:

Aleykum salam. Sualların ətraflı cavabını buradan oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?

Həmçinin oxuyun:

Namazı batil edən hallar

ardını oxu
18-08-2015 Subhan
Niye. Meselen subh azani 04:45 deyilir 06:10da deyilmir? Sebebin bilmek isterdim
Cavab:

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sübh namazının vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxmağa başlayana qədərdir". (Muslim; Əbu Davud; ən-Nəsai).

ardını oxu
18-08-2015 *
salam.elarasinda istixare adlandiraraq qurana baxtiribda uwaqlarini evlendirmek duzdu?mollaya Quran actirib qizla oglanin geleceyi yaxwimi pismi olar deye ve cox adam belece niwanlayir uwaqlarini. Bu ne derecede duzgundur men bilmek iserdim
Cavab:

Aleykum salam. Bu, ən böyük günahlardandır. Daha ətraflı:

Quranla istixarə etmək barədə

Quran açdırmaqla gələcəyi bilmək olarmı?

ardını oxu
18-08-2015 gwlswm
Salam əleyküm sualım budur ki axirətdə kişilər dünyadakı həyat yoldaşlarını yoxsa cənnətdəki huriləri daha çox sevəcək?axirətdə xəyanət varmı?
ardını oxu
17-08-2015 Xalidə
Salam Aleykum) Allahın salamı və mərhəməti üzərinizə olsun. Sualımı səhv başa düşmüyün... namaz hal-hazırda 2 yerə:sünnü və şiə namazlarına bölünmüşdür.Axirətdə hansı Namazı qılmısan soruşulacağmı?və bunlardan hansısa günadırmı?əvvəlcədən Sağolun)
Cavab:

Aleykum salam. Axirətdə soruşulacaq böyük günahlardan biri bidətdir. Bidət -- dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) etmədiyi yenilikləri etməyə deyilir. Namazı peyğəmbər kimi qılmamaq da bidət sayılır.

ardını oxu
17-08-2015
Salam Aleykum. Men yatmamiwdan evvel, yuxuya getmek ucun hami kimi beynimde nese fikirlewirem, xeyal qururam. Amma bir problem var.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Şəhvani xəyallar günahdırmı?

ardını oxu
17-08-2015
Salam destemazi nece almaq daha dogurdur? Ve qusul alarken hansi sozler deyilir
Cavab:

Aleykum salam. Əlbəttə, dəstəmazı Allah rəsulunun (Allahın ona salavatı və salamı olsun) buyurduğu kimi almaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
16-08-2015 Ramil
Salam aleykum zehmet olmasa tovbe ve istigfar haqqinda hedisler yazardiz texmini bele hedis var kim istigfar ederse sixintilari azalar ruzisi coxalar bu hedisi yazardiz.Allah sizi qorusun elminize bereket versin.
Cavab:

Aleykum salam. Bəli, Uca Allah buyurur: "Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". (Hud, 52).

ardını oxu
16-08-2015 Gultac
Salam Aleykum.Mende sep var uzerinde Ayetel-Kursi yazilib.Men onu hec vaxt cixarmiram boynumnan.Bilmek isterdim ayaqyoluna onunla girmek gunahdirmi?
Cavab:

Aleykum salam. Üzərində Quran ayələri, "Allah" sözü, Allahın digər adları və s. yazılan boyunbağını natəmiz yerlərə daxil olduqda çıxarıb kənara qoymaq lazımdır.

ardını oxu
16-08-2015
Usaga Hezret adi qoymaq olar?
Cavab:

Salam aleykum. Uşaqlara Həzrət adını qoymaq olar. Qeyd edək ki, "həzrət" - ərəb dilindəki "hədara" felindən törəmiş kəlmədir, "hazır olmaq", "gəlmək" və s. mənalarda istifadə olunur.

ardını oxu
16-08-2015
Salam. Oruc olarken normal geyimde cimerlikde oturmaq olarmi?
Cavab:

Aleykum salam. Dənizin kənarında oturub dincəlməkdə heç bir günah yoxdur, amma insanların bədənlərini açdığı, naməhrəm kişilərlə qadınların qarışdığı yerlərə getmək qadağandır. Bu cür yerlərdən kənarda otura bilərsiniz.

ardını oxu
16-08-2015 Ferman
salamaleykum qiz usagina Melek adi qoymaq olarmi?
Cavab:

Aleykum salam. Alimlər uşaqlara Mələk, Məleykə və digər adların qoyulmasının məkruh (bəyənilməyən) olduğunu demişlər. Birincisi, bu adın qoyulması insanı həddən artıq şişirtməkdir. Həmçinin bu, müşriklərin yalanlarına uymaq sayılır.

ardını oxu
15-08-2015 Omar
Əs Sələmu Aleykum və Rəhmətu Allah necesiz? Movzu nə olur olsun hədis yaza bilərsizmi? Nə qədər cox yazsaz bir o qədər yaxsi olar.İn Şə ALLAH
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Yalnız konkret mövzu barəsində suallar cavablandırılır. Hədis oxumaq istəyirsinizsə, saytımızdakı məqalələri, kitabları və ya sual-cavabı oxuya bilərsiniz.

ardını oxu
15-08-2015 Menden
Salamin Aleykum.Bu dunyadan basqa dunya olubmu.?Axiret olubmu....??cvb yazin xahis.ne qeder msj yazmisam ama hec birine.cvb yazmirsiZ
Cavab:

Aleykum salam. Başqa dünya dedikdə başqa planetlərdə həyatın olub-olmamasını nəzərdə tutursunuzsa, bu haqda şəriətdə məlumat verilməyib. Həmçinin oxuyun:

İnsan həyatının mərhələləri

ardını oxu
15-08-2015 Huseyn
Salamu Aleykum.Evvela tesekkur edirem ki bele bir gozel dini sayt acmisiz ve biz insanlarda bilmediyim iz melumatlari sizlerden aliriq.Men eslinde hec vaxt sunni ve yaxuddaki sie meselesini dilime bele getirmek istemirem cunki dini ayirmaq gunahdir duzdurmu?
Cavab:

Aleykum salam. Namazı və bütün ibadətlərimizi Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi kimi etməliyik. Daha ətraflı:

Möhürlə namaz qılmaq doğrudurmu?

ardını oxu
15-08-2015
salam aleykum evlenmeden once oglandan 2 ci qadinla evlenmeyeceyine soz almaq olar yeni soz versin ki 2ci qadinla evlenmeyecek bele bir soz almaq olar?
Cavab:

Aleykum salam. Bu cür şərt qoymağın haram olduğunu deyən alimlər olsa da, daha səhih görüşə əsasən, qadının nigah zamanı gələcək ərinə ikinci zövcə almayacağına dair şərt qoyması icazəlidir. Əgər kişi bu şərti pozarsa, günah daşıyır və qadının boşanma hüququ var.

ardını oxu
15-08-2015 Perviz
Salam. Qurd yaqini nece temizlemek olar. Xahis edirem komek edesiz
Cavab:

Aleykum salam. Suya Quran oxuyaraq həmin su ilə təmizləmək lazımdır. Həmçinin oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
09-08-2015
Salam, baqisliyin sualima gore, qadin heyizden bitdikden sonra ve qusl etdikden sonra , qeza namazi qilmalidir? Yoxsa yox? Sax olun .
Cavab:

Aleykum salam. Heyz olduğunuz günlərdə buraxdığınız namazların qəzasını qılmaq lazım deyil. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?

ardını oxu
09-08-2015
Salam. Keçmişdə olan hadisələr haqqında məlumat vermək, onun kim tərəfindən edildiyini bilmək üçün cadugərlərə müraciət olunur. Və bunlarında şeytanın vasitəsilə bildiklərini oxudum. Necə etmək olar ki, cadugər və onunla əməkdaşlıq edən şeytanlar həmin şəxs haqqında məlumat əldə edə bilməsin?
Cavab:

Aleykum salam. Bəli, falçı və ya cadugərlər bu məlumatları şeytanlar vasitəsilə alırlar. Ona görə də ətrafınızdan şeytanları qovmalısınız. Bunun üçün isə çoxlu Quran oxumaq və evdə oxunuşuna qulaq asmaq, namaz, zikr, dua və s. ibadətləri artırmaq lazımdır.

ardını oxu
09-08-2015
salam aleykum tohvitden oxudumki allahdan qeyrisinden qorxmaq mes cinlerden qorxmaq boyuk sirklerdendir men axir zamanlarda olumnen cox qorxurdum mende sehir var deye cox qorxurdum men sirk etmis sayiliram? tovbe etdim bu emelime gore ama mennen asili olan bir sey deyildi.salam aleykum.
Cavab:
Aleykum salam. Ölümdən ehtiyatlanaraq qorxmaq şirk sayılmır, çünki bu təbii qorxunun növlərinindəndir. Daha ətraflı:

Ölümdən çox qorxmaq barədə 
ardını oxu
09-08-2015
Esselamu aleykum. Deyilənə görə bu şəxs seyiddir. İçərişəhər-Şirvanşahlar saray kompleksində türbəsi vardır. İnsanlar ora ibadətə gedir. Bu haqda nə deyərdiniz? Təşəkkür edirəm.
Cavab:

Aleykum salam. Həmin şəxs batil əqidələrdən olan sufi əqidəsində olmuşdur.

ardını oxu
09-08-2015 A
Salam qebirstlanligin yanindan kecende ne demek lazimdir? Shembe gunu ov etmek qadagandirmi? neye gore namaz vaxtlarini Azerbaycanda eyni vaxtda yazmirlar?saytlarda namazVaxtlari arasinda bezen 30 deq ferq olur???
Cavab:

Aleykum salam.

ardını oxu
09-08-2015
Salam aleykum. Təhrim surəsinin ilk5 ayəsinin təfsirini verin zəhmət olmazsa. Allah razı olsun çox sağ olun.
Cavab:

Aleykum salam.  Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir.

ardını oxu
09-08-2015 aytac
gündelik dualardan başqa hansı duaları oxumaq olar?
Cavab:

Salam aleykum. Ramazan ayında "hər günün duası" anlayışı yoxdur. Bu haqda nə Qurani kərimdə, nə də səhih hədislərdə və digər mənbələrdə heç bir məlumat verilməyib.

ardını oxu
09-08-2015
Salam necesiz? Peygemberimiz (səllallahu əleyhim ve səlləm) canənamazla namaz qılıbmi yoxsa sonradan dine gətirilən bidetdir? 2.peygemberimizin adini bir kimse cekdikde qiraqdakilarda salavat getirmelidirlermi.3.salavati s.a.v ; s.a.s s.ə.s kimi yazmaq olarmi?4.bütün namaz qilanlar mömin sayılırmı?
ardını oxu
07-08-2015
Yanılıb su icmək orcu pozurmu
Cavab:

Salam aleykum. Unudaraq nəsə yemək və ya içmək orucu pozmur. Daha ətraflı: Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?

ardını oxu
07-08-2015
Salam .Menim sevdiyim Moskvada oxuyur ve biz aylarla gorusmuruk. Onunla telefon veya mesaj vasitesi ile danismagim gunadirmi? (Daniwarken sehvetlendirecek hec bir sohbet etmirik )
Cavab:

Aleykum salam. Əgər arada kəbin yoxdursa, hansı niyyətlə sevməyinizdən asılı olmayaraq, bir-birinizə naməhrəmsiniz. Naməhrəmlərlə görüşmək, danışmaq və ya tək qalmaq isə günahdır. Əgər evlənmə niyyətiniz varsa, elçi göndərin. Daha ətraflı:

ardını oxu
07-08-2015 Nermin
Salam. Bjldiyimz kimi qadinlarin pak olmayan vaxtlarinda oruc tutmalari olmaz. Men onda sonra qusullanib yeniden niyyet edib oruca davam etdim ancaq seher yuxudan oyananda 1 2. Damci maye axintisi var idi . Orucum pozulmus olur ?
Cavab:

Aleykum salam. Qüsldan sonra axan qanın yəqinliklə aybaşı olduğuna əmin olsanız, oruc tutulmur, çünki heyz halında qadın oruc tutmur. Heyzdən təmizləndikdən sonra isə buraxdığı günlərin sayı qədər qəzasını tutur. Əgər aybaşıya aid olmayan axıntı olarsa, bu zaman oruc tutmaqda davam edirsiniz.

ardını oxu
07-08-2015
Salammm..Seyatinin vesveselerinden nece azad olmaq olar?
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın! ("Əuuzu billəəhi minəş-şeytaanir-raciim" sözlərini de!) Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).

ardını oxu
07-08-2015 huseyn
Orucluq vaxti pisiyi bilmeden oldurmek.gunahdir
Cavab:

Salam aleykum. Ümumiyyətlə, bilmədən edilən günahları Uca Allah bağışlayır. Daha ətraflı:

Bilmədən səhv bir əməli etmək günahdırmı?

 

ardını oxu
06-08-2015
Salam aleykum. mən namazda axrıncı rukət ,axrlncı səcdədə Allaha öz sözlərimlə dualar edirəm. duamın birində deyirəm ki, ay Allah mənim ruzimi yetir.mənə həm bu dünyada,həm də axirətdə ruzimi ver.Əmin. By cür dua eləmək olar.yoxsa ruzini ancaq axirət üçün istəmək olar? ALLAH razı olsun sizdən.
Cavab:

Aleykum salam. Bu cür dua etməyinizdə heç bir qəbahət yoxdur. Daha yaxşı olar ki, bu cür deyəsiniz: "Allahım, Mənim ruzimi yetir! Mənə həm bu dünyada, həm də axirətdə halal ruzi ver və bunu mənim üçün xeyirli et!"

Allahdan ruzi istəmək üçün sünnədə gələn bəzi dualar:

ardını oxu
06-08-2015
Kolposkopiya (müxtəlif kimyəvi maddələrlə uşaqlıq yolu və uşaqlıq boynunun müayinəsi) orucu pozarmı? Müayinə sırasında bir qədər qan ola bilər.
Cavab:

Salam aleykum. Xeyr, bu müayinə orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər

ardını oxu
06-08-2015 Aysel
Salam aleykum. Fitr sədəqəsini hansı məhsullardan vermək olar? Məsələn : makaron, mərci, bulgur, düyü. Bunlardan vermək olar?
Cavab:

Aleykum salam. Bəli, qeyd etdiyiniz məhsullardan fitrə zəkatı vermək icazəlidir. Ümumən fitrə zəkatı Ramazan ayı bitmədən təqribən müsəlmanın çıxartdığı 2,5 kq, yaxud 3 kq yeməkdir.

ardını oxu
06-08-2015
Salam. Bele bir sualim olacag ki, islam dininden olmayanlarin yeri hara olacag cennet ya cehennem. Ele bilirem ki axi onlar Peyğemberlerimizi tanimir onlar haqqinda bilmirler.
Cavab:

Aleykum salam. İslama dəvət gəlib çatmış insanlardan qəlbən inanıb inkar edənlər cəhənnəmlikdir. Uca Allah buyurur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali İmran, 85).

ardını oxu
06-08-2015
Salam. Sualim bele olacaq eger bir kes bu dunyada gunahi coxdursa ve rehmete gedirse qohumlari veya basqalari ona rehmet oxusa o cennete dusermi? Birde valideyinin ovladina qargisi tutarmi? O dunyada bunun yeri varmi ?
Cavab:

Aleykum salam.

ardını oxu
06-08-2015
Esselamu aleykum ve rahmətullahi ve beraketuhu. İlk öncə də sual ilə müraciət etmişdim. Yəqin ad dəyişikliyinə görə məlumat sahibi olmadığınızı bildirdiniz. Hares dedikdə, bu səhabəni nəzərdə tutmuşdum. İstərdim ki, bu səhabə haqqında dəqiq və öz dilimizdə məlumat sahibi olum.
Cavab:

Aleykum salam. Zeyd ibn Harisə haqqında Səhabələrin həyatı kitabından oxuya bilərsiniz.

ardını oxu
06-08-2015 Allah bendesinden
Salam.niye yaxsi insanlar tez olur pis insanlar cox yasayir..Bir insan var inaninki gunah olan.butun islerle.mesgul olub vaxti ile.indide insanlara zulum.verir.insanlara dedikde oz ailesine...qiraq insanlarala cox mehribandi..bir dene hormet eden oz ailesi oz heyat yoldasi oz balalaridi.olarlada yol
ardını oxu
06-08-2015 sevil
Sizden xais edirem cavablaysiz. Sualim budur ki, eger bir kes neyise niyyet edib nezir vereceyini ve ya xeyir iw goreceyini deyirse. O niyyet yerine yetdikden sonra nezir vereceyini unudursa bunhn gunahi varmi ?
Cavab:

Salam aleykum. Əvvəla bilməlisiniz ki, hansısa işin həyata keçməsini gözləyərək nəziri yerinə yetirmək bəyənilmir, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu "paxılın nəziri" adlandırmışdır.

ardını oxu
05-08-2015
Birinin haqqina qirmisem, cox boyuk gunah isletiyimi bilirem, nefsimi saxlaya bilmedim,ozum namaz qiliram, bele bir sey yol verilmezdi,men bu acinacaqli veziyyetimde ne ede bilerem.Elediyime prsmanam cox....
Cavab:

Salam aleykum. Bu cavabları oxuyun:

Halallıq nə zaman alınır?

Qul haqqı barədə

ardını oxu
05-08-2015
Salam aleykum. Namaz qılan zaman dəstəmaz pozulsa namazı axıra çatdırıb yenidən dəstəmaz alıb başlamaq,yoxsa namazı yarımçıq qoyub dəstəmaz almaq lazımdır?
Cavab:

Aleykum salam. Rəsulullah (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Namaz qılarkən kimin dəstəmazı pozulacaq olarsa, dərhal namazdan çıxsın!

ardını oxu
05-08-2015 .....
Istixare ederken quranla surenin evvelinin gelmesi ne demekdir? Birdeki hansi sureler istixare zamani daha xeyirlidir
Cavab:

Salam aleykum. Quranla istixarə olunmur. Bu dinimizdə sonradan meydana gələn məşhur bidətlərdəndir və fala baxmağın bir növüdür.

ardını oxu
05-08-2015 ALLAHVERDIYEVA NIGAR
salam bilmirem beysiz ya xanim sualim beledirki men oz yatdigim yatagdan cadu tapmiwam icde sac telerim 5dene 6dende dugun atilib ereb heriflerle yazilib icde birde qifil wekildi icdede kres wekili cekilib icde xayiw edirem komey edin men ne edim ereb dilde tercume etdim ruzudu corekdi birde turme
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Cadunu batil etmək üçün nə etmək lazımdır?

ardını oxu
05-08-2015
Menim saq terefimi cadu ile qurudublar. Xais edirem mumkunse komek edin
Cavab:

Salam aleykum. Burada yazılanlara əməl edin: Cadudan necə qorunmaq olar?

ardını oxu
05-08-2015 Yaşar
Assalamu aleykum Sizin məqalələrin çoxsu səhih məlumatlara əsaslanır. Lakin bu məqalələrdən ürəklə istifadə edə bilmirik. Çünkü məsələn bir məqalə "Allahın "ər-Rəbb" adının mənası". Burdakı ayə və hədisləri kim cəm edib, məqaləni kim təlif edib, azərbaycan dilindəki şərh
Cavab:

Aleykum salam. Məqalələrdə istifadə olunan hədislər səhihdir, məqalələr özləri isə mötəbər alimlərdən qısaldılmış tərcümələrdir. Bizim saytdakı materiallar dinlə yeni maraqlananlar üçün sadələşdirilir, buna görə də şəriət terminlərindən və şəxs adlarından mümkün qədər az istifadə olunur.

ardını oxu
05-08-2015 f
oruc zamani dodagin derisini udmaq orucu pozur ?
Cavab:

Salam aleykum. Qeyd etdiyiniz hal orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər

ardını oxu
05-08-2015 murad
salamun eleykum.menim iki sualim var.1.mezarin basinda danisilani olu esidirmi?.2.dondurma haramdir?
Cavab:
Aleykum salam.


Xeyr, ölülər bizi eşitmir. Daha ətraflı: Ölülər bizi eşidirlərmi?

ardını oxu
05-08-2015
Salam aleykum. Fəth surəsi 29cu ayəsində başa düşdüyümə görə möminlərin üzlərində səcdə izi olduğu yazılıb. Bunu zəhmət olmazsa başa salardınız.yəni səcdə izi nə deməkdir? Adətən səcdə izinin möhürlə namaz qılanlarfa görürəm. Mən isə möhürsüz qılıram.
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir.

ardını oxu
05-08-2015
salam aleykum "Qulun Rəbbinə ən yaxın olduğu vaxt, səcdədə olduğu andır. (Ona görə də) duanı çoxaldın". (Muslim və Əbu Dəvud) burda deyilen secde namazdaki secdedir yoxsa namaz qurtarandan sonra secde edib dua etmek nezerde tutulur?namazdan sonra secdede dua etmek olar?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hədsidə nəzərdə tutulan səcdə, namazda olan səcdədir. Ancaq ümumən adət halına salmadan namazdan kənar səcdələrdə də dua etmək qəbahət deyil.

ardını oxu
05-08-2015
salam aleykum . Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Hansı dua daha çox eşidiləndir” – deyə soruşduqda O: «Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua» – deyə cavab vermişdir.
Cavab:
Və aleykum Salam. Əbu Uməmə əl-Bəhili (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərdən (Allahın ona və ailəsinə salavat və salamı olsun) "Hansı dua daha çox eşidiləndir" – deyə soruşduqda O, (salləllahu aleyhi və səlləm): "Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua" – dey
ardını oxu

Pages