17-05-2014
Salam aleykum. Birde zehmet olmasa Qurani Kerimin hem erebce hemde Azerbaycanca tercumesinin elektron varianti isteyirem, eger imakndirsa. Chox sag olun!
Cavab:

Aleykum salam. Cavabı bu linkdən əldə edə bilərsiniz: 

"www.quran.az" 

ardını oxu
17-05-2014
Salam aleykum. Mene "Müsəlmanın qalası (dua və zikrlər)" kitabchasinin erebce (yeni ereb herfleriyle) -azerbaycanca elektron versiyasi lazimdir.
Cavab:

Aleykum salam. Həmin kitabçanın ərəb-azərbaycan variantını internetdə axtarış verərək tapa bilərsiniz. Bu saytda olan yalnız azərbaycan variantıdır. 

ardını oxu
17-05-2014
Salam aleykum. Quranı təcvidlə oxumaq nə deməkdir? Ümumiyyətlə təcvid sözü nə deməkdir?
Cavab:

Aleykum salam. Təcvid sözü yaxşılaşdırmaq, gözəlləşdirmək deməkdir. Təcvid - Qurani Kərimi gözəl tərzdə hər bir hərfin haqqını verərək və qaydalara düzgün şəkildə riayət edərək aramla oxumaqdır. Uca Allah buyurur: "Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)!

ardını oxu
17-05-2014
Salam aleykum. Təşəhhüddən sonra peyğəmbərə göndərilən salavat duasını yaza bilərsinizmi?
Cavab:

Aleykum salam. Sizə lazım olan cavabı buradan öyrənə bilərsiniz: "Təşəhhüddən sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) oxunan salavat"

ardını oxu
17-05-2014 Məryəm
Salam aleykum. Menim anam ibtidai sinif muellimesi ishleyir ve size sualim budur ki, insanlara bilik oyretmek ibadetdirmi? Bu sualIma cavab yazin! Allah razi olsun.
Cavab:

Aleykum salam. İnsanlara faydalı elm öyrətmək savabı çox olan əməllərdəndir. Daha ətraflı: Məktəbə getmək, elm öyrənmək haqqında

ardını oxu
17-05-2014 Əsma
Salam aleykum. Subh namazini qusl almadan qilmisham. Yeni yadimdan chixib. Qilib qurtarandan sonra yadima dushdu ki, qusul almamish qilmisham. Namazım batildirmi?
Cavab:

Aleykum salam. Əgər namazı qılıb qurtardıqdan sonra xatırlamısınızsa, dərhal qüsl alıb yenidən namaz qılmaq lazım idi. Artıq üstündən xeyli bir vaxt keçibsə, tövsiyə olunur ki, bu cür etməyi bir daha təkrarlamayasınız. İnşallah namazınız qəbul olunar, çünki bu bilərəkdən baş verməmişdir.

ardını oxu
16-05-2014
Salam aleykum. Sualima gore sizden chox uzr istiyirem. Bu menim uchun chox maraqli ve vacibdir. Zinakar kishinin ve yaxud qadinin korpesine baxmaq gunahdirmi? Allah size komek olsun! Amin!
Cavab:

Aleykum salam. Körpə uşağa baxmaq, onun qayğısına qalmaq savab əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!" 

 

ardını oxu
16-05-2014 Jalə
Salam aleykum. Bayram namazi nece qilinir?
Cavab:

Aleykum salam. Müsəlmanların iki bayramı vardır: Ramazan və Qurban bayramı. Bayram namazı camaatla qılınan iki rükətli namazdır. Birinci rükətdə ihram təkbirindən (namazda ilk açılış təkbirindən) sonra qiraətdən əvvəl 7- dəfə təkbir edilir ("Allahu Əkbər" deyilir).

ardını oxu
16-05-2014
Salam aleykum ve rahmatullah. 1) Qardash chimmek ve yatmaq orucu pozurmu?
Cavab:

Aleykum salam.

1) Şəriətə görə yuyunmaq və ya yatmaq orucu pozmur.

ardını oxu
16-05-2014
Salamaleykum. Övladlığa götürmək dinimizə görə icazəli sayılırmı?
Cavab:

Aleykum salam. Kimsəsiz uşaqları övladlığa götürmək və onlara yaxşılıq etmək insanı Cənnətə aparır. Uca Allah buyurur: "(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir.

ardını oxu
16-05-2014
Salam aleykum. Bu hədisi açıqlaya bilərsinizmi? Mən belə anladım ki Allah Tealaya dua edərkən ancaq resulullaha (sallallahu aleyhi ve sellem) deyerek salavat göndərmək lazımdır. Yəni bu daha yaxşıdır.
Cavab:

Aleykum salam. Bu hədisdən belə başa düşülmür ki, insan bağışlanma diləmək və ya Allahdan nəsə diləmək istədikdə yalnız salavat deməklə kifayətlənməlidir. Bunu belə başqa düşmək düzgün deyildir.

ardını oxu
15-05-2014
Salam aleykum. Falchiya getmek istiyirem, amma ona gore yox ki, əstəğfirullah Allaha, dinime sherik qoshuram. Qetiyyen ele deyil. Onun dediklerine de inanmaq fikrim yoxdur. Sadece ele-bele maraq uchun. Sizce bunu bele etmeyim dogrudurmu? Amma getmesem de ichimde hemishe qalacaq o fikir.
Cavab:

Aleykum salam.. Biz artıq bu sualınıza cavab vermişdik. Biz cavabda bunu qadağan edən hədisi qeyd etdik. Falçı və cadugərlərin yan-yörəsi şeytanlarla dolu olduğuna görə onların yanına təsadüfi belə gedənlər çox vaxt şeytanların təsirinə məruz qalaraq onların bədənlərinə girməsinə səbəb olurlar.

ardını oxu
15-05-2014
Salam aleykum. Eger biri namaz qilirsa, amma ona iyne vurub derman verirlerse ve onun bedinine spirt deyirse, o namaz qila bilermi?
Cavab:

Aleykum salam. Şəriətə görə bədənə spirtin dəyməsi dəstəmazı və ya namazı batil etmir. Bu halda namaz qıla bilərsiniz.  

ardını oxu
15-05-2014
Salam aleykum. Oruc tutan yata bilermi? Yeni uzagi 2 saat yorqunlugunu almaq uchun? Birde neyi ise iylemek orucu pozurmu?
Cavab:

Aleykum salam. Yatmaq və nəsə iyləmək orucu pozmur. Orucu yalnız bilə-bilə yemək, içmək və cinsi əlaqədə olmaq pozur. 

ardını oxu
15-05-2014
Salam aleykum. Namazı vaxtından qabaq qılmaq olarmı? Birdə zəhmət olmasa Kürsü ayəsini yaza bilərsinizmi?
Cavab:

Aleykum salam. Namazı vaxtından qabaq qılmaq olmaz. Səhih hədislərə görə vaxtından öncə qılınan namaz batildir. Yalnız xəstənin və ya müsafirin səfərdə qıldığı namazlar istisnadır. Çünki xəstə və səfərdə olana zöhr namazını əsrlə, məğrib namazını işa namazı ilə birləşdirməyə icazə verilir.

ardını oxu
15-05-2014
Salam aleykum. Zinaya, cinsi elaqeye telefonda ve ya internetde baxmaq gunahdirmi?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Əxlaqsız foto və videolara baxmaq haqqında

ardını oxu
15-05-2014 Naməlum
Salam aleykum. Cenabet quslunun deqiq alinma qaydasini deyinde! Birde chimib qutaranda almaq olar cenabet quslunu? Zehmet olmasa etrafli yazin!
Cavab:

Aleykum salam. Allah dərgahında qəbul olunan qüsl iki növdür:

1) Vacib qüsl: Başa və bütün bədənə su çatdırmaq, ağıza və buruna su çəkmək lazımdır. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.

ardını oxu
14-05-2014 Turan
Salam aleykum. Oyrenmek isterdim ki, "Əməntu billəhi va rusulihi" necə tercume olunur. Minnetdaram.
Cavab:
Aleykum salam. Bunun mənası "Allaha və Onun elçilərinə iman gətirdim" deməkdir. Bu ifadəni imanda şəkkə düşən insanın söyləməyi tövsiyyə edilir.
ardını oxu
14-05-2014
Salam aleykum. Haradakı sizə yazmishiq ki, zehmet olmasa ve ya xahish, rica olunur suallarimiza etrafli, genish, izahli ve ya tefsilatli cavab yazin, o suallara qisa konkret cavab yazirsiniz. Harada ki, sualin ozuden bashqa hec ne yazilmayib, o suallara genish cavab verirsiniz.
ardını oxu
14-05-2014 Aynura
Salam aleykum. Dörd ildir ki, bir oglan meni isteyir. Amma o elchilik meslesi gelende ishimiz bir saniyenin ichinde dagilir. Yaxin bir qohumumuz fala baxan taniyir. Sadece maraq uchun ikimize gore gedib o falchiya baxdirmisham. halbuki, men heç o falchiya inanmiram.
Cavab:

Aleykum salam.

ardını oxu
14-05-2014
Salam aleykum. Mən belə başa düşdüm ki, bu el misallarının din ilə hansısa bir əlaqəsi var? Çünki siz buradakı suallardan (Allaha və dinə qarşı qəlbimdə pis fikirlər yaranıb. Bundan necə xilas olum?
Cavab:

Aleykum salam. "İt hürər, karvan keçər" deyimində heç bir problem yoxdur. Çünki bu bir bənzətmədir və bunun mənası doğrudur. Yəni bu o deməkdir ki, insan doğru yoldadırsa, dil uzadanların ona heç bir zərəri olmaz.

ardını oxu
14-05-2014 Xudaverdi
Salam aleykum. El arasında olan bəzi deyimlərin izahını bilmək istərdim. Belə ki, adətən belə deyimlərə çox rast gəlirik.
Cavab:

Aleykum salam. Xalqımızın tarixi kökü, adət-ənənəsi, folkloru, klassik ədəbiyyatımız İslam dini ilə sıx bağlıdır. Heç təsadüfi deyildir ki, Azərbaycanın adı hədis kitablarında qeyd olunur. Həmçinin, atalar sözləri və deyimlərimizdə İslami dəyərlər öz əksini tapmışdır.

ardını oxu
14-05-2014 Ruslan
Salam aleykum. Men Belarusiyada oxuyuram. Namaz qildigima gore burada et ve et mehsullari yemirem. Burada toyuq kesildikde "bismilleh" deyilmir. Yaxud da mal eti? Bele etleri yemek olarmi? Yeni burada qaldigim muddetde men et ve et mehsullari yeye bilerem ya yox? Allah razi olsun!
Cavab:

Aleykum salam. Uca Allah Kitab əhlinin (xristian və yəhudilərin) yeməklərini müsəlmanlara halal buyurmuşdur. Allah Təala buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də kitab əhlinə halaldır". (əl-Maidə, 5).

ardını oxu
14-05-2014
Salam aleykum. Anam yuxuda görüb ki, Seyyid kishi ona deyir ki, sene iki aydan sonra elchi gelecekler. Bunun yozumu nedir? Xahish edirem ki, bu haqda etrafli melumat vererdiz.
Cavab:

Aleykum salam. Yuxu gördükdə onu mütləq yozmaq şərt deyildir. Yəni bu insanlardan tələb olunmur. Yaxşı yuxu gördükdə sevinmək və Uca Allaha həmd etmək lazımdır.

ardını oxu
14-05-2014
Salam aleykum. Ramazan ayinda Qurban kəsmək günahdır, yoxsa savabdır?
Cavab:

Aleykum salam. Hər bir vaxt Allah üçün qurban kəsmək savab əməllərdən sayılır. Ramazan ayında qurban kəsmək isə daha böyük savabdır. Ümumiyyətlə, Ramazan ayında xeyirxah işləri artırmaq lazımdır. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir: "Allahın elçisi insanların ən səxavətlisi idi.

ardını oxu
14-05-2014
Salam aleykum. Quranda qadinin mehremleri bir-bir sadalanir. Amma emi ve dayi yoxdu. Ve bezen insanlardan eminin de dayinin da mehrem olmasini eshidirem. Yeni bu duzgundurmu? Buna aid sehih hedisler varmi?
Cavab:

Aleykum salam. Əmi və dayı qadın üçün məhrəmdir və onların yanında hicabı aça bilər. Daha ətraflı: Kimlərin yanında hicabsız gəzmək olar?

ardını oxu
14-05-2014 Aysu
Salam aleykum. Shukur secdesi varmi? Nece olur, namazdan sonra, yoxsa namazin axirinci secdesinde? Zehmet olmasa bu haqda etrafli, izahli ve genish melumat vererdiz. Bu menim uchun chox vacibdir.
Cavab:

Aleykum salam. Şükür səcdəsi haqqında rəvayət edilir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu se­vindirən yaxud sevindirici bir hadisə baş ve­rəndə xeyirxah və uca Allaha şükür əlaməti olaraq səcdə edərdi".

ardını oxu
14-05-2014 Günay
Salam aleykum. Men bir neche defe yalandan and ichmek mecburiyyetinde qalmisham. Amma istemeden mecbur. Buna gore gunah qazanmishammi? Bele olan halda tovbe namazi qilsam gunahim bagishlanarmi? Özum namaz qilanam. Bir defe men sizden sorushmushdum zikr ancaq sag elle edilmelidir?
Cavab:

Aleykum salam. Məcburiyyət qarşısında and içmək barədə buradan oxuyun: Məcburiyyət anında and içmək

ardını oxu
14-05-2014
Salam aleykum. Menim anam hicab baglamaqima raziliq vermir. Men ne ede bilerem?
Cavab:
ardını oxu
14-05-2014 İsa Rüfət
Salam aleykum. Destamazin fezileti haqda melumat ve destamaz alarken, destamaz ezalarinin yuyulmasinin esas mahiyyeti nedir?
Cavab:

Aleykum salam. Dəstəmazın fəziləti haqqında bir çox hədislər rəvayət olunmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demiş­dir: "Müsəlman bir bəndə dəstəmaz aldığı zaman üzünü yu­duq­da, gözləri ilə gördüyü hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bəra­bər üzün­dən çıxar.

ardını oxu
14-05-2014 Əsma
Salam aleykum. Size teshekkurumu bildirirem ki, suallarima deqiq cavab verirsiz. Amma, xahish edirem ki, gece namazini mene basha salin. Oxudum, amma basha dushmedim. 2 ruket-2 ruket dedikde yeni nece qilinmalidir? Vitr namazi nedir?
Cavab:

Aleykum salam. İki-iki rükət dedikdə sübh namazı kimi iki rükət qılıb salam vermək, sonra istəsəniz bir daha iki rükət qıla bilərsiniz. Beləcə, on iki rükətə qədər qılmaq olar, axırda isə bir rükət vitr namazı qılınır.

ardını oxu
14-05-2014
Salam aleykum. Menim bu yaxnlarda bashima bele bir hadise gelib. Men hicab baglamaq isteyirem. Size bir defe sual vermishdim ki, anam raziliq vermir. Bir defe qonshumuz bizde idi. Men hicab baglamaq istediyimi deyende, mene dedi ki, sen vehhabisen? Mene chox pis tesir etdi.
Cavab:

Aleykum salam. Sizin buna görə hirslənməyiniz yaxşıdır və Allaha xoş gedir. Dili qorumaq şərti ilə bu cür hirslənmək bəyənilən əməllərə daxildir.

ardını oxu
14-05-2014
Salam aleykum. Burdaki suallari cavablandiranlar sunnidiler yoxsa şiə? Men mohurle namaz qiliram ve bilirem ki, dogrudur. Men peygemberimizin yolu ile gedirem. Chox adam beledir. Yeni men gunde 3 defe namaz qiliram!
Cavab:

Aleykum salam. Bu sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır.

ardını oxu
13-05-2014 İsa Rüfət
Salam aleykum. Dabbe nedir? Bu haqda melumatiniz varsa, genish melumat vererdiniz!
Cavab:

Aleykum salam. Əslində ona dəbbətu-l-ard deyirlər. Bu sözün mənası yer heyvanı və ya yerdən çıxan heyvan deməkdir. Qiyamətin 10 böyük əlamətlərindən biridir.

ardını oxu
13-05-2014 Hüseyn
Salam aleykum. Zəhmət olmasa ərəb hərflərinin həm orginalını həm də transkripsiyasını yaza bilərsinizmi? Allah razı olsun!
Cavab:
Aleykum salam.
1. (أ - Əlif),

2. (ب - Bə),

3. (ت - Tə),

4. (ث - Sə - Dilin ucu üst və alt damağ dişlərinin arasına girərək pəltəkvari səslənir),
ardını oxu
13-05-2014 İsa Rüfət
Salam aleykum. Göz zinasina neler aiddir? Yeni gözün zinaligi nedir ve onun töretdiyi menfi fesatlar?
Cavab:

Aleykum salam. Göz zinası kişinin yad qadına, qadının da yad kişiyə tamaşa etməsidir. Allah Təala buyurur: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar.

ardını oxu
13-05-2014 Məryəm
Salam aleykum. Ereb herflerini tercumesi ile yaza bilersiz? Allah Subhanehu ve Teala sizden razi olsun.
Cavab:

Aleykum salam. 

ardını oxu
12-05-2014 İsa Rüfət
Salam aleykum. Eger bir gün bir shexs bize bele bir sual ünvanlasa ki, insan dünyaya ne üchün gelib, ilk olaraq hemen shexse gözel shekilde ve islam exlaqina uygun olaraq nece ve ya ne cavab vere bilerik? Hörmet ve salam ve dualarimla.
Cavab:

Aleykum salam. Allah Təala insanları onu tanıyıb ona ibadət etməsi üçün yaradıb. İnsanın dünyaya gəlişinin məqsədi tək olan Allaha ibadət etməkdir.

ardını oxu
12-05-2014 Aynur
Salam aleykum. Eger destemazimiz bilmeden pozulsa, yeni bilmeden her hansi bir yerimizden irin-zad gelerse, destemaz pozulmush sayilirmi? Eger namaz arasinda bilmeden her hansi yerden irin gelerse ve biz bunu bilmesek destemaz pozulmush sayilirmi?
Cavab:

Aleykum salam. Dinimizə görə bədəndən çıxan irin dəstəmazı və namazı pozmur. Dəstəmazı isə yalnız ön və arxa məxrəclərdən çıxanlar, həmçinin yuxuya getmək və ya huşu itirmək pozur.    

ardını oxu
12-05-2014
Salam aleykum. Men oruc tutmaq isteyirem, amma menden her gun meni xaric olur. Yeni bu bir qadin xesteliyidir. Her gun videleni (axinti) gelir. Men oruc tuta bilmeremmi? Yeni o maye shehvet hissi ile gelmir. Sadece her defe gelir. Sualima gore de chox uzr isteyirem.
Cavab:

Aleykum salam. Oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyildir. Cənabət halında oruc tutmaq olar. 

ardını oxu
12-05-2014
Salam aleykum. ''Allahummə salli alə seyyidinə Muhəmmədin, nəbiyyi-l-ummiyi va alə əlihi va sahbihi və səllim'' ne demekdir? Sami Yusufun ifasinda eshitmishem.
Cavab:

Aleykum salam. Bunun tərcüməsi: Allahım, seyyidimiz, yəni rəhbərimiz Muhəmmədə, yazıb-oxumaq bilməyən peyğəmbərə və onun əshabələrinə salavat və salam yetir. 

 

ardını oxu
12-05-2014
Salam aleykum. Men bir az evvel yuxu gordum. Sinif yoldashlarim dunen ekskursiyaya gedibler. Getdikleri yer Xidirzinda piri ve Bucovre idi. Men pire inanmiram, ona gore de getmedim. Amma getmemeyimin sebebini hech kime demedim. Chunki, pire inanmayanlara vehhabi deyirler.
Cavab:

Aleykum salam. Bu yuxuda sizə ora getməyin haram olduğunu söylədilər. Bu yuxu elə olduğu kimi yozulur. 

ardını oxu
12-05-2014 Günay
Salam aleykum. Namaz qilirken secdede olanda dirsekler yere deymelidir, yoxsa qollar arali tutulub dirsekler yuxarida olmalidir? Birde dabanlar birleshledirlimelidi? Men birlsehdirmirem. Dabanim ve dirseyim yere deyir. Chunki evvelden bele oyrenmishem.
Cavab:

Aleykum salam. Namazda dirsəklər yerə dəyməməlidir və dabanlar birləşdirilməlidir. Təşəhhüddə isə sol ayağın üzərində oturulur, sağ ayaq isə dediyiniz kimi şaquli vəziyyətqə qalaraq barmaqların ucları qibləyə tərəf əyilir. Həmçinin, hər bir fərz namazdan sonra zikr etmək yaxşıdır.

ardını oxu
12-05-2014 Mustafa
Salam aleykum. Mən belə başa düşdüm ki, ancaq bu aylarda 1-ci və 4-cü günləri oruc tutulur. Amma mən artıq 5-ci ildir ki, hər həftənin 1-ci və 4-cü günləri otuc tuturam. Bu barədə nə deyə bilərsiniz?
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hər həftənin 1-ci və 4-cü günləri oruc tutardı.

Daha ətraflı: Hədisdə deyilən "evlənməyə gücü çatmayanlar" hansı günlər oruc tutmalıdırlar?
ardını oxu
12-05-2014 İsazadə Rüfət
Salam aleykum. Namazin 5 vaxt olmasina dair delil olaraq aye ve sehih hedisler deye bilersinizmi? Sizden chox-chox xahish edirem.
Cavab:

Aleykum salam. Bu barədə bir çox ayə və hədislər var. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

ardını oxu
12-05-2014
Salamu aleykum. Bilmek isteyirem ki, namazda sehv edende yeni sozlerinin hansinisa sehv deyende namaz batil olurmu? Yeni namazdan chixmaliyam, yoxsa davam etmeliyem? Davamli olmur, amm arada olur.
Cavab:
Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra oxunan surələrdə səhv etdikdə səhv səcdəsi edilmir. Çünki Fatihədən başqa oxunan Quran surələri müstəhəbdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra edilə bilər.
ardını oxu
11-05-2014 Məryəm
Salam aleykum. İlani oldurmek heqiqetende savabdirmi?
Cavab:

Aleykum salam. İlanı öldürmək mübah əməllərdən sayılır. Mübah isə o əmələ deyilir ki, ona görə insan nə savab, nə də günah əldə edir.    

ardını oxu
11-05-2014
Salam aleykum. Ramazan ayinda heyz oldugum muddetde tutmadigim oruclari sonradan tutmaliyammi? Birde ki, men Ramazan ayinda xeste oldugum uchun (xroniki bronxit) oruc tutmadim. Amma keffaresini odeyirem. Cemi 5 gunum qalib. Men 30 gun, yoxsa 25 gun tutmaliyam?
Cavab:

Aleykum salam. Daha ətraflı buradan oxuyun: Ramazan ayının orucu

ardını oxu
11-05-2014
Salam aleykum. Peyğəmbərimizin (s.a.s) tez-tez oruc tutduğu və ya oruc tutulmasını tövsiyə etdiyi fəzilətli günlər hansılardır?
Cavab:

Aleykum salam. Bu haqda daha ətraflı məlumat almaq üçün bu məqaləni oxuyun: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) orucu

ardını oxu
11-05-2014 Məryəm
Salam aleykum. Eshitdiyime gore kechmish zamanelerde Mekkenin yerinde deve oturub ve devenin oturdugu yerden Allahin evini tikibler. Yeni Mekke tikibler. Siz deqiq ve etrafli shekilde melumat vererdizde. Mekke nece oldu yarandi? Baxin, bu barede melumat yazin! Allah sizden razi olsun!
Cavab:

Aleykum salam. Daha ətraflı buradan oxuyun: "Allahın Evi burada olacaq"

ardını oxu

Pages