16-03-2016 Melek
Salam Aleykum. Sevdiyim Insanla Evlenmek Ucun Niyet Etdimki Onunla Evlene Bilim Namaz Qilmaqa Baslayacam Ve 1 Ayda Niyet Orucu Tutacam. Menim Sevdiyimle Evlene Bilmek Ucun Tutdugum Niyet Gunah Sayilirmi?
Cavab:
Və aleykum Salam. Namaz qılmaq kimi fərz əməlləri hansısa niyyətin həyata keçəcəyi təqdirdə etməyi düşünmək doğru deyil. Uca Allah namaz qılmağı hamıya vacib buyurmuşdur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).
ardını oxu
16-03-2016 ALLAH qulunnan cavab
cavab qurani yaxwi oxuyun ibrahimin meqami ALLAH buyuruki ibrahimin meqaminda dur namaz qil heccin sertlerinnendir.ikinci delil kef suresi aye21 iki qovm dalasdilar kafiller dedilerki olarin sayini bilen ALLAHDIR olarin qebrinde uca mertebeli ev tikin ama qelebeni muslumanlar caldi olarin qebri usdu
Cavab:
Salam aleykum.

1. İbrahim məqamında qəbir yoxdur. İbrahim məqamı İbrahimin (Allahın ona salamı olsun) durduğu yerdir. Uca Allah İbrahimi üstün tutduğu üçün bunu həccin sünnələrindən edib.
ardını oxu
16-03-2016
Salam.men ehd etdimki oglum olsun 1 ay Allah yolunda oruc tutacam.indi ise o orucu tuta bilmirem.evezinde ne etmeliyemki boynumda qeza orucu qalmasin.cox xais edirem komek edin.1 gun oruc tutdum amma cox pis oldum.
Cavab:
Və aleykum Salam. Belə niyyət etmək düzgün deyil. Lakin, əgər oruc tutacağınıza söz vermisinizsa, bu orucu tutmalısınız. Oruc tutmaq mümkün olmasa hər günə bir kasıbı yedizdirməlisiniz.
ardını oxu
16-03-2016
salam size bir nece sualim var 1.eger valideynler 2 gencin evliliyine raziliq veribse o gencler bir birine halal sayilirlar? 2.eger 1ci kebin mueyyen sebeblere gore yeni velinin raziliqini almadan edilibse batil sayilirsa 2vi defe kebin kesdirilmelidi? 3.kebin kesilende kebin kaqizi verilmesi mut
Cavab:
Və aleykum Salam.

1. Valideynlərin razılığı hələ kəbin deyildir. Ona görə kəbin kəsənə və toy edənə qədər onlar bir-birinə halal sayılmırlar. 
ardını oxu
15-03-2016 Yegane
Salam. qible terefde otaq yoldasim yatir .mende subh namazin qila bilmirem.cunki qarsida biri olmamalidir.namazdaqqarsimda biri olsa namaz sehihdir.sualin cavabi tecili lazimdir
Cavab:

Və aleykum Salam.

ardını oxu
15-03-2016
Salam akeykum menim 3 usagim var amma hec birine sedeqe verilmeyib biz gunahmi qazanmisiq indi ne etmeliyik meslehet vererdizde zehmet olmasa allah razi olsun
ardını oxu
15-03-2016
Salam aleykum men namaz qilarken esneyirem bu ne ile elaqedardir nece edimki esnemeyim ve namaz vaxti esnemek gunah sayilmirki qeyd edimki yuxulu olmuram amma esnemek gelir
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Namaz əsnasında əsnəmək günahdırmı?
ardını oxu
15-03-2016 Vəfa
Salam. Mənim təzəlikcə 8 aylıq qızım dünyasını dəyişib. Necə edim nə edimki, ürəyim rahatlıq tapsın ağlayıb özümü öldürməyim. Ümumiyyətlə onunçün nə edə bilərəmki ruhu şad olsun. Bir də onun geyimlərini sağlamağım düzgündü ya yox
Cavab:
Və aleykum Salam. Allah sizə səbr versin! Siz Allahın qədərinə səbr edərək, Ona üsyan etmədən namaz qılın, xeyirli əməlləri çox edərək Cənnəti qazanmağa çalışın. Cənnətə daxil olacağınız təqdirdə Allahın izni ilə həmin körpəyə qovuşacaqsınız. Bu cavabları oxuyun: 
ardını oxu
15-03-2016 elvin
Namaz qilmaga mohur tapilmasa ve namazin vaxti yaxinlassa ne etmeli
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Möhürlə namaz qılmaq olarmı?

ardını oxu
15-03-2016
Salam.Men qarwiliqsiz sevirem ve Allah dua ediremki oda meni sevsin yani seve biler mene meslehet verin,birdeki menim sevdiyim insan yani qarwiliqsiz sevdim insan esgerliye gedib ama mene demiyib gozde men gozduyurem her gun dua edirem onuncun namazlarda da dua edirem bu duzdurmu mene meslehet ve
Cavab:
Və aleykum Salam. Siz Allahdan xeyirlisini istəyin. Bunun üçün istixarə namazı da qıla bilərsiniz. Daha ətraflı:

İstixarə namazı necə qılınır?
ardını oxu
14-03-2016
Salam. MƏN Ta-ha sürəsini sonuncu dəfə yəni 7- sini oxudum.( Ta-ha sürəsi 7dəfə)oxunmalıdır. Axrııncını yəni 7cini oxuyub qurtarandan sonra quranı örtdüm əlimə alıb ayaga duranda mənim aşagı hissəmdən yəni övrət yerimdən qan gəldi.
Cavab:
Və aleykum Salam. "Ta Hə" və digər surələri istədiyiniz qədər oxuya bilərsiniz. Bu haqda heç bir məhdudiyyət və ya müəyyən say yoxdur. Ona görə də həmin surəni yenidən oxumağa lüzum yoxdur. Amma Qurandan oxuduğunuz surənin qəbul olub-olmaması anlayışı dində yoxdur.
ardını oxu
14-03-2016 Amil
salam aleykum. men namaz qilmaq isteyirem.xayis edirem mene ne etmeliolduqumu deyesiz?
Cavab:

Və aleykum Salam. Allaha dua edirik ki, namaz və digər xeyirli əməllərinizin müqabilində sizi Cənnətə daxil etsin. Namaz qılmaq qaydasını buradan öyrənə bilərsiniz:

Namaz qılmaq qaydası - VİDEO

ardını oxu
14-03-2016 meryem
salam. Mene halalliq ver dedi bir nefer. Men mecbur qalaraq haqqimi halal edirem dedim. Amma mecbur qaldim. Bu halda men mene cox pislikler etmis insana halaliq vermis sayiliram? Evvelceden cavab ucun tesekkur edirem.
Cavab:

Və aleykum Salam. Əgər siz dil ilə halallıq verirsinizsə, bu halallıq sayılır.

ardını oxu
14-03-2016 Banu
Salam.kecen defeki sualima cavab yazmisdinizki skaf quruyursa artiq ordan necis ötürülmez.bes elim yas halda deyse nece?1de sizden xahis edirem cavablandirasiz necis nece ötürülür?nece merheleden ibaret ötürülme var?
Cavab:

Və aleykum salam. Bu şeytanın sizə dini çətin göstərmək üçün təlqin etdiyi vəsvəsədir. Bilməlisiniz ki, vəsvəsəyə nə qədər çox fikir versəniz, o qədər çoxalacaq. Ona görə də, vəsvəsə ilə mübarizə aparmaq yox, ona fikir verməmək lazımdır. Nəcisin ötürülmə mərhələləri anlayışı yoxdur.

ardını oxu
14-03-2016
Salam aleykum. ALLAH ilk insanlardan əvvəl cinləri yaratmışdır. Bəs Allah cinlərin arasına peyğəmbərlər göndərməyib? Axı cinlər də Allahın bəndələridir. Onlar da sorğu sual olunacaqlar.
Cavab:
Və aleykum Salam. Cinlər də insanlar kimi etdikləri əməllər barəsində sorğu sual olunacaq, Cənnətə və ya Cəhənnəmə daxil olacaqlar. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56)
ardını oxu
13-03-2016
Salam aleykum.1ci Sualim beledirki ele insanlar varki 3 ayaqli 4elli ve s. Formada dogulurlar bunlarin bir aciqlamasi varmi dine esasen? 2ci sualim bezi heyvanlarin üzərində erebce Allah yazisina rast gelirik bes bunun menasi nedir?
Cavab:

Və aleykum Salam. Uca Allah dünya həyatının müvəqqəti sınaq olması haqqında buyurur: "Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur". (Ğafir, 39).

ardını oxu
13-03-2016 Allah bendesi
Bilirem çox günahdi ancaq bir qadin kartla fala baxdi ve mene tilsim cadu etdiklərini dedi ve deki kimlərin etdiyini bildirdi ve bextimi baglamaq üçün edibler.baxdim ki sözünde heqiqet var cünki o dediyi insanlar o islerle mesqul olur.nece qurtulum cadu tilsim den?meqsed bextimi acib tez aile qurmaq
Cavab:
Salam aleykum. Falçı yanına getmək böyük günahlardandır. Daha ətraflı:

Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?

Sehr nədir?
ardını oxu
13-03-2016 nemət
Salam mən işlədiyim yerdən pul tapdim o pul marketə gələn hər hansısa müştərinin puludur mən puludur mən o pulu özümə göturə bilərəm
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Pul tapdıqda onu özümüzdə saxlaya bilərik?
ardını oxu
13-03-2016
Möhürle namaz qılanlar hansı sübutara esaslanırlar ve bu ne qeder düzgündür?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Möhürlə namaz qılmaq olarmı?
ardını oxu
13-03-2016
qebir ustunde sam yandirmaq neye gore olmaz?
Cavab:

Salam aleykum. Qeyd etdiyiniz əməl xurafatdır və İslam dini ilə heç bir əlaqəsi yoxdur. Xristianlıqdan və ya atəşpərəstlikdən bizim camaatımıza keçib. Daha ətraflı:

ardını oxu
13-03-2016 Nala
Salam aleykum ! Men guranin Azeri. dilinde menaca tercumesin 1 nece defe oxumusam , cume gunleri El kehf suresini ve axsamlar Al mulk suresini oxuyuram . Ereb dilinde oxumag naliyyetin hele elde ede bilmemisem .
Cavab:
Və aleykum Salam. Qurani Kərimin mənaca tərcüməsini oxuyaraq Uca Allahın elmi ilə tanış olmaq savab əməllərdəndir və imanın artmasına səbəbdir. Amma hər hərfə görə 10 savab qazanmaq ərəbcə oxumağa aiddir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Quran oxuyun!
ardını oxu
13-03-2016 Anonim
Salam!Tovbe etdikden sonra yeniden gunaha girmek gunahdir?
ardını oxu
13-03-2016
Men pis yolda idim amma bir oglan meni cekindirdi indi ise sevgiliyik kebinimiz yoxdu amma cinsi elaqede olurug hemde hicabliyam bu batildirmi?
Cavab:

Salam aleykum. Sizin kəbininiz olmadığına görə zina etmiş sayılırsınız. Tezliklə kəbin kəsdirərək ailə qurun. Bu cavabları oxuyun:

ardını oxu
13-03-2016 Anonim
Yalannan Qildigim namaza and icmek ne derece gubahdir?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Allahdan başqasına and içmək barədə
ardını oxu
13-03-2016 Deniz
Salam Aleykum Menim Dostum Namaz Qilir Amma Sevgilisi Var Gorusurlerde Bu Gunahdirmi? Dostum Qizdir
ardını oxu
13-03-2016 Kamram
Ilk cennete daxil olacag xanim?
Cavab:
Salam aleykum. Cənnətə ilk daxil olan Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) olacaq. Peyəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Mən Qiyamət günü Cənnət qapısının yanına gəlib onun açılmasını xahiş edəcə­yəm. Bu vaxt gözətçi: “Sən kimsən?”– deyə soruşacaq.
ardını oxu
13-03-2016 Sebuhi Selimov
Selamu aleykum csmide vaaz verildiyi zaman sonradan gelenlerin icerdekilere salam vermesi dogrudurmu? bildiyim qederiyle gunah ve ya haram oldugunu duydum bu dogrumu?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə istənilən halda məscidə girdikdə məscidə girərkən edilən duanı demək sünnədir. Sonra isə təhiyyət namazını qılmaq lazımdır.

ardını oxu
13-03-2016
Salam aleykum. Mene bir wey maraqlidi.er arvadini namus ustunde oldurubse həmin insan gunah qazanirmi? Eger oldurmek olmazsa bes namusunu nece temizlesin er.
Cavab:
Və aleykum Salam. Dinimizə görə özbaşına adam öldürmək qəti qadağandır. Şəriətə görə, bu cür hal baş verdikdə məhkəməyə müraciət olunur və hakim günahkara şəriətə uyğun cəza verir. Zina edib bunu etiraf edən insan ölüm hökmü ilə cəzalandırılır.
ardını oxu
08-03-2016
Salam. Menim destemazım tez tez pozulur. Men 1 defe destemaz alıb,zöhr namazını, sonra ise əsr namazını qılıram. (Destemazım tez pozulur deye çox vaxt zöhr namazının son deqiqlerinde qılıram ki, esr namazının vaxtı giren kimi onu da qılım deye) sizce men düz edirem? Allah sizden razı olsun.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
ardını oxu
08-03-2016
salamun aleykum.allah bizleri ve sizleri bagislasin.ne ucun qizili nisye alib satmaq olmaz.hedislerde.oz novunden danisilir.yeni qizili qizilla kecir.qizili pulla deyilmir.eger hikmetini bilirsinizse komeklik edesiniz
Cavab:
Və aleykum Salam. Qızılı nisyə alıb-satmağın qadağan olunmasının hikmətlərindən biri də budur ki, qızılın qiyməti tez-tez dəyişir və nisyə alıb-satanda müəyyən narazılıqlara səbəb olur. Ona görə də ən salamatı qızılı nəğd almaqdır. Doğrusunu Allah bilir.
ardını oxu
08-03-2016
Suni ilə şiyə evlənə bilərlər?
Cavab:

Və aleykum Salam. Sünni də, şiə də müsəlman sayıldıqlarına görə evlənə bilərlər. Amma ailə üzvləri bir-birini şirkdən, bidətdən çəkindirməli və haqqa dəvət etməlidirlər.

ardını oxu
08-03-2016 Peri
Gunah edib zina edim pemanam ve yene gunah edim yene tovbe edsem allah kecer?
ardını oxu
08-03-2016 Araz
Salam men namaza teze bawlamiwam qeza namazi nece qilinir? Evelceden tewekkuredirem
ardını oxu
08-03-2016
16 yasimda zina etmişem.Günah olduğunu bilmemisem.indi 23 yaşım var çox peşmanam.ne etmeliyem bağışlsin Allah meni
ardını oxu
08-03-2016 shahin
ezani her vaxt oxumaq olarmi?
Cavab:

Salam aleykum. Azan - müsəlmanlara namazın vaxtının girməsini xəbər vermək və camaat namazına çağırmaq üçün olan vasitədir. Ona görə azan namazın ilk vaxtlarında deyilir. Axır vaxtlarında isə azan deyilmir.

ardını oxu
08-03-2016 Gülnarə
Bətnimə düşən uşağı tələf etməyəcəyəm dəfə tövbə etdim.tövbəmi yaşayışının çətin olduğu üçün tövbəmi pozmaq məcburiyyətində qaldım.3 övladım var.günahımın bagışlanması üçün və etməliyəm.
ardını oxu
08-03-2016 Allah bendesi
Salam yalannan qurana el bassam bunun gunahi nedir? Dogrusunu bilmek isteyirem
Cavab:
ardını oxu
08-03-2016 Besti
Gelin qaynata yaninda namaz qila biler?
Cavab:

Salam aleykum. Qaynata məhrəmlərdən sayıldığına görə gəlin onun yanında namaz qıla bilər. Daha ətraflı: Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
08-03-2016
Salam Aleykum. Menim yoldasim saqqal saxliyir. Lakin anasi atasi saqqali qebul elemir. Anasi deyir qirxmasan eve gelme.ama ozu de namaz qlir.atasi da deyir mugenbilik peseni davam etmeyince haqqim halal deyil sene.
Cavab:
Va aleykum Salam. Uca Allah valideynlərə qarşı gözəl davranmağı buyurmuşdur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.
ardını oxu
07-03-2016 Muhammed
As salamu aleykum . Allah elminizə bərəkət versin. Allahdan diləyirəm ki, bizə bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi müvəffəq etsin. Amin! Exi sualim budurki tez tez and icmek baresinde qadaga var ? yeni beyenilmeyendir ?
Cavab:

Və aleykum Salam. Çoxlu and içmək yaxşı hal deyir. Çünki, çoxlu and içmək bu andın ucuzlaşmasına səbəbdir. Allaha andda ehtiram göstərmək və Allahı ucaltmaq lazımdır. Müsəlman yalnız doğru olduqda və yalnız ehtiyac olanda and içməlidir. Çoxlu and içmək andlarda səhlənkarlığa gətirib çıxarır.

ardını oxu
07-03-2016 Anonim
Caduda iynəni necə batil etmək olar?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Cadunu batil etmək üçün nə etmək lazımdır?
ardını oxu
07-03-2016 zamin
salamu eleykum in sa Allah necesiz . menim sualim budur ki sige haqqinda quranda mute deyilir? ve size burada sual verilib sigenin hallal ve haram olmasindan siz onu orda haram buyurmusiz bu nece olur ?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Nəyə görə siğə etmək olmaz?
ardını oxu
07-03-2016 Yusif
Əssələmu aleykum.Hədisdə deyildiyi kimi mələk şəkil olan evə girmir.Televizorda göstərilənlər buna aiddi?
Cavab:
Və aleykum Salam. Televizorda təsvir qalıcı olmadığına görə şəkil qisminə girmir. Lakin, televizor işləyərək namaz qılmaq bəyənilmir. Həmçinin, oxuyun:
ardını oxu
07-03-2016 Gunay
Salam.Size bir nece sualim var.Cavablandirsaniz Shad olaram.Ilk olaraq bilmek isterdim ki, pishik destamazin ustunden kecerse, namaz qilarken namaz batil ola bilermi?nivbeti sualim ise ruh bir defe cisme verikur.Yoxsa bir ruh bir nece cisme verile biler?
Cavab:
Və aleykum Salam.

1. Namaz qılanın önündən pişiyin keçməsinin namaza heç bir zərəri yoxdur. Daha ətralı: 
Dəstəmazı və namazı batil edən hallar
ardını oxu
07-03-2016 Emin
Salam aleykum.Menim sualim bele olacaq men gece yatarken seher subh namazina qalxdiqdan sonra namazimi qiliram ama sonra mende meni xaric olur ve sizden xahiw edirem ki men ne edim ki mende bu hal bas vermesin bunun ucun dua varsa dua yada bir meslehet edin.Ve bunun da deyim gece yatarken Ayetel-Kur
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinəsalavatı və salamı olsun) belə buyurmuşdur: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.

ardını oxu
03-03-2016 Nicat
Ve Selam Alekum. sualima gore uzur isteyirem bilmey isteyirem dinde hemcinsliye yeni ( homolug geyliye) gore gunah varmi?
Cavab:

Va aleykum Salam. Homoseksuallıq Allahın qəzəbinə səbəb olan ən çirkin əməllərdən biridir. Uca Allah homoseksuallıq və lesbiyanlıq edən qövmə Lut peyğəmbəri (Ona Allahın salamı olsun) onları xəbərdar etməsi üçün göndərib.

ardını oxu
03-03-2016
Salam aleykum menim sualim bele olacaq menim sinif yoldasim var ve o Allahin varligina inanmir ve sizden xahis edirem ki ona ne deyim ki o Allahin varligina inansin
Cavab:
ardını oxu
03-03-2016
Salam.1.Toylarda yəhudi və xristian adət ənənələri hansılardır?2.Evdə petminutka (hamamda suyu qızdırırmaq üçün qurğu krantdan su isti gəlir)işləməyəndə su soyuq gəlir bu zaman qüsulun yerinə təyəmmüm almaq olar.3.Mən sizin sayıtda dəstəmazın yazılışını görmüşdüm.Amma youtubedəki videoyla üst-üstə d
Cavab:
Və aleykum Salam. 

1. Bu cavabı oxuyun: İslamda nikah və toyun qaydaları necədir?
ardını oxu
03-03-2016 samxal
küfrden xilas olmaq nece olum
ardını oxu
02-03-2016
Niwanli olan oglan niwanlisini elinden tutmasi opmesi qucaqlamasi gunahdi???
Cavab:
Salam aleykum. Nişanlılar naməhrəm olduqları üçün sadaladığınız şeyləri etmələri haramdır. Daha ətraflı: Sevgililər bir-biri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?
ardını oxu

Pages