23-03-2016
Men bes il hicab da olmusam.illerle yoldasimin xeyaneti meni dinimden ayirdi.indi her gece yuxuda namaz qiliram.amma ne qeder calisiram heyatda ede bilmirem.namaz qilanlara hicablilara hesedle baxiram amma ureyimde bir od var o.meni qoymur dinimi yasayim
Cavab:
Salam aleykum. Başınıza gələn müsibətə görə Allahdan sizə səbr diləyirik. Əriniz zina etdiyi və sizə xəyanət etdiyi üçün böyük günah qazanmışdır və sizin haqqınıza girdiyi üçün Qiyamət günü haqqınızı ondan tələb edə biləcəksiniz.
ardını oxu
23-03-2016
Salam Aleykum. Allah rəsulu (s.a.s) insanlara son nəsihətləri nece olub? Ömer İbn Xattabın peyğəmbərin sözlərini kəsərək, bizim yanımızda Allahın kitabı var, o bizə yetər deməsi doğrudurmu?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Əbu Bəkr Allah Rəsulunun sayıqladığını deyibmi?
ardını oxu
22-03-2016
Salam menim yoldasima hiss ediriy ki Cadu olunub butun her weyi elinnen ketdi indi elini hara atir bowa cixir ne etmek lazimdi hec bir cixis yolu yoxdur Allah rzasi ucun bir meslehet verin elacsiz qalmiwiq hec bir manat qazana bilmir qazanc daliycan evden cixir ziyanliq cekir gelir eve
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?
ardını oxu
22-03-2016 Anar Qasimov
Sizden insallah bit dualim var xanim Zeynebin movlud qunu hediye namazi qilmag olarmi olarsa nece
Cavab:
Salam aleykum. Dinimizdə belə bir namaz yoxdur və bu bidət sayılır. Daha ətraflı: Bidət nədir?
ardını oxu
22-03-2016 Allah bendesi
Namzada dörd şeydən sığınaraq “Allahummə inni əuzu bikə min əzəbi cəhənnəm və min əzəbil-qabri və min fitnətil-məhyə vəlməməti və min fitnətil-məsihid-dəccəl” NƏ DEMƏKDİR TƏRCÜMƏSİ?
Cavab:

Salam aleykum. Duanın tərcüməsi belədir: Allahım! Cəhənnəm əzabından, Qəbr əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!

ardını oxu
22-03-2016 ANAR
salam evde dua ederken otaqda wekil ve heyvan oyuncaqlari varsa duanin savabin azaltmaq ve duaya manecilik yaradirmi
Cavab:

Və aleykum Salam. Evdə şəkillərin və heyvan oyuncaqlarının olması duanın qəbul olmasına maneçilik törədən şərtlərdən deyildir.

ardını oxu
22-03-2016 ?
Salam men wie deyilem ama wie namazini qiliram bu duzgundurmu bilmek isdeyirem
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Hansı məzhəb düzgündür?

Namaz qılmaq qaydası
ardını oxu
22-03-2016 orxan
zikr edərkən dəstəmaz vacibdir mi?
Cavab:

Salam aleykum. Zikr edərkən dəstəmaz vacib deyildir. Qüsulsuz olsanız da zikr edə bilərsiniz.

ardını oxu
22-03-2016 TOLIK
salam aleykum. sizden cox-cox xahiw edirem mene komek edin. bie evli qadinla tanis olmusam.bu qadinin atasi sevmediyi qohumuna ere veribler.kebinleride yoxdur.28-ildirki aile qurublar.indiyene qeder hemin gadin o kisini sevmir. mende bilmeyerekden onunla zina etmiwem.
Cavab:
Və aleykum Salam. Qadının atası onun vəlisidir. Kəbinləri olmasa da bu iş qadının atasının razılığı ilə baş verdiyinə görə o kişi bu qadının əri sayılır. Ona görə də siz o qadınla kəbin kəsdirə bilməzsiniz.
ardını oxu
22-03-2016 vusal
salam eleykum qapidan ise gedende hansi dualari ve sureleri oxumaq olar
Cavab:
Və aleykum Salam. Evdən çıxarkən bu DUANI oxuya bilərsiniz.
ardını oxu
22-03-2016 Ilkane
Salam aleykum, xais edirem sualima cvb. Verin)biz heyet evine kocuruk)amma evin heyetinde it var ogru girmesin deye) men eve kocmek istemirem ibafetlerim qebul olmaz deye qorxuram amma ana atama. desemde olar qulaq asmillar sizce evin heyetinde itin olmasi menim ibadetlerime mane olacaxmi???
Cavab:
Və aleykum Salam. Həyətdə oğrulardan qorunmaq üçün itin saxlanılması haram deyidir. İtin həyətdə olmasının sizin namazların qəbul olmasına aidiyyatı yoxdur. Həmçinin, oxuyun: Nəyə görə evdə it saxlamaq olmaz?
ardını oxu
22-03-2016
energetik ickiler icmek olar,cunki onun terkibinde spirt yoxdur hell-de
Cavab:

Salam aleykum. Tərkibində spirt olan energetik içkilər haramdır. Tərkibində spirt olmayanlar isə, insan orqanizminə zərər olduğuna görə onları içməkdən çəkinmək daha yaxşıdır. 

ardını oxu
22-03-2016
salam muselman evli kisi ile xristian bosanmis qadin kebn kesdire biler?evli kisinin arvadi usaglari bilmir ve o ailesinnen cox soyuyub
ardını oxu
22-03-2016
Bir yalana ortag olmagin gunahi neqeder boyukdur
Cavab:
Salam aleykum. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzab, 70).
ardını oxu
22-03-2016
Salamun aleykum. Çox utanaraq soruşuram bu sualı. Allahın əffinə sığınıram. Hazırlıq yoldaşım zorla öpüb məni. Ama mənim həqiqətən xəbərim yox idi belə birşey olacağından. O vaxtlar Namaz qılmırdım. Sonralar qılmağa başladım. Günahı nədir bunun. ?
Cavab:
Və aleykum Salam. Əgər sizin xəbəriniz olmadan qəflətən bu hadisə baş veribsə, siz günah daşımırsınız.
ardını oxu
22-03-2016
men namaz qilmaq isteyirem ama ailem icaze vermir ne etmeliyem?
Cavab:

Salam aleykum.

ardını oxu
22-03-2016
Salam Aleykum. Mənə biraz məsləhət verməyiniz istəyirəm. Namaza başlamaq istəyirəm amma ailəm məni narahat edir. Xüsusiilə də atam sovet dövründə yaşadıqları üçün islama qarşıdırlar.
Cavab:

Və aleykum salam. Namaza başlamaq niyyətiniz münasibətilə sizi təbrik edirik və Uca Allaha dua edirik ki, sizi din üzərində sabit etsin, axirətdə namaz və digər yaxşı əməlləriniz sayəsində günahlarınızı bağışlayaraq sizi Cənnətə daxil etsin!

ardını oxu
22-03-2016 Dilber
Cehennemde yanmaq fikri dogrudurmu?
Cavab:
Salam aeykum. Axirət cəzası əsasən odladır. Uca Allah buyurur: "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir".
ardını oxu
22-03-2016
Salam Aleykum.menim bacim evlidi ve bizle qalir.yoldawi ona ve uwagina baxmadigi,ailesini saymadigi ucun bowanmag isteyir.bu gunahdirmi?Allah razi olsun
Cavab:
ardını oxu
22-03-2016 Allahin qulu
Salam.mene maraqldir suni ile shie arasinda ne qeder ferq vardir?ve Quranda hansi biri digerinden ustun tutulur?birdeki sunilerin yezidin neslinden oldugu soylenilir duzdumu?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?

ardını oxu
22-03-2016 Zehra
Salam.Ayetel kursunu yada her handisa duani qusulsuz ocumag olar?Qurana toxunmadan
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Kağızdan ayə və ya dua oxumaq olarmı?
ardını oxu
22-03-2016
Salam.menim beynimden cixmayan bir sual var.buqeder usaq ezab eziyyetle olur,,yada qadinlarimiz kisiler terefinden doyulur..bes neye gore Allah buna icaze verir?
Cavab:
Və aleykum Salam. Uca Allah dünyanı insanları sınağa çəkərək əməllərinin müqabilində Cənnətə və ya Cəhənnəmə daxil etmək üçün yaratmışdır. "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur.
ardını oxu
22-03-2016 ana
ne edimki qizim oglani sevsin.oglan olur qizim ucun.amma qizim sevmir..ne edimki qizimda sevsin
Cavab:
Salam aleykum. Bu, qəlb məsələsidir. Qızınızın kimisə sevməsi sizin əlinizdə deyil. Siz Uca Allaha dua edə bilərsiniz. Lakin, bəzi insanların etdiyi kimi cadugarların yanına gedib cadu ilə qızınıza təsir etmək ən böyük günahlardandır.
ardını oxu
22-03-2016
Mominlerin en ustunu kimdir? Peyhemberimizin dovrunde mominlerin en ustunu kim olub.hansisa bir momini hansisa mominden ustun tutmaq olarmi?
Cavab:

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Əbu Bəkr və Ömər əvvəlki və sonrakı nəsillərdən Cənnətdə sakin olacaq yaşlı­lar arasında ən hörmətli kim­sə­lər olacaqlar. Yalnız peyğəmbərlər və elçilər müstəs­nadır". (ət-Tabərani: "Mu'cəmul-Kəbir", 257).

ardını oxu
20-03-2016 Anonim
əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu.İslama yeni-yeni gəldiyim zamanlarda evlənmək niyyəti ilə bir qızı sevirdim.Sonradan isə sizin və qardaşların sayəsində naməhrələ danışmağın günah olduğunu və dinimizin buyurduğu kimi bir ailənin necə qurulmalı olduğunu və Allah Rəsulunun (sallallahu a
Cavab:
Və aleykum Salam və rahmətullahi və bərakətu. Naməhrəmlərlə danışmaq, təklikdə qalmaq və s. dinimizə görə haramdır. Lakin, bu sevdiyiniz qızdan ayrılmağa səbəb deyildir, çünki, şəriətin icazə verdiyi şəkildə görüşüb söhbət etmək olar. Evlənmək qərarına gəldikdə isə elçi göndərə bilərsiniz.
ardını oxu
20-03-2016
Salam aleykum.mekkede kebede olduqda sefer namazi qilinir yoxsa adi namaz?
Cavab:

Və aleykum Salam. İstər Məkkədə, istərsə də digər vətəndən kənar yerdə səfər namazı qılınır. Lakin, əgər siz hər hansı bir məscidin yanında olsanız və azan verilib camaat qılınsa, camaata qoşulsanız namazı bütöv qılmalısınız.

ardını oxu
20-03-2016 Naile
Salam men 2000ci ilde muellifi Ilqar Ismayilzade olan bir namaz kitabindan oyrenmisem namazi sizde gisterilen namazdan tam ferqlidir sozleri.. Duzgundurmu? Qila bilerem bu namazi
Cavab:
ardını oxu
20-03-2016 Orxan
Salam men bilmek istərdim namaz qılan adam xestedise ve ona spirtden derman kimi istifade elemeyi meslehet görülübse o adam onnan istifade eleye biler (gündə üç çay qaşığı)? Evvelceden təşəkkür.
Cavab:
ardını oxu
20-03-2016
Salam aleykum. Əl Bəqərə surəsi 63 və 93cü ayələrdə dağı başınızın üstündə qaldırdıq deyəndə nə qəsd edilir. Haqqınızı halal edin. Salam aleykum.
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: "Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!" (əl-Bəqərə, 63).

ardını oxu
20-03-2016 Asi
Namaz qilmayan cehhenneme vasil olurmu?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?
ardını oxu
20-03-2016
Namaza baslamaq istiyirem qusl nece alim?
Cavab:
ardını oxu
20-03-2016 Sema
Salam Men namaz qiliram ama evde usaq var ev sidikle murdarlanim bu namazimi batil ede biler
Cavab:

Və aleykum Salam. Dində çox dərinə getmək qadağandır. Gördüyünüz bulanmış yeri yaş əski ilə təmizləsəniz, ora artıq təmiz sayılır. Belə hallarda şübhədən qorunmaq üçün namaz xalçası üzərində namaz qılmaq daha yaxşıdır.

ardını oxu
20-03-2016 Nala
Salam aleykum ! Men vitr namazini yatmamisdan gabag gilib yatiram ! Amma bezen gece oyanib namaz gilmag isdeyirem . Bu halda vitir namazini iki defe gilmag olar ? Allah razi olsun !!
Cavab:

Və aleykum Salam. Vitr namazı gün ərzində qılınan namazların sonuncusudur. Ona görə də, gecə namazı qılmaq istəsəniz, yatmazdan qabaq vitr namazını qılmayın.

ardını oxu
20-03-2016
salam men qurana el basmiwam ki cinsi elaqede olmayaca ozumde bilmeden and icdim andi possam ne olar ve poza bileremi
Cavab:
Və aleykum Salam. Ailədən kənar başqa qadınlarla cinsi yaxınlıq etsəniz insanı həlak edən zina günahına batmış olacaqsınız. Zina edənləri dünyada rüsvay olmaq, axirətdə isə Cəhənnəm əzabı çəkmək təhlükəsi gözləyir.
ardını oxu
20-03-2016 Suleyman
Salam Aleykum. Menim size bir sualim var xais edirem tez bir zamanada cavablandirasiniz Insallah. Bilmek isteyiremki saqqal saxlamaq gunahdi? Axi neye gore saqqalli adam goren kimi onu tez Vehhabi adlandiririq?
Cavab:
Və aleykum Salam. Saqqal saxlamaq peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vacib buyurduğu əmrləri yerinə yetirəndə savab, etmədikdə isə günah qazanırıq.
ardını oxu
20-03-2016 anonim
bir qiz var ve sevdiyi var 6 ildir sevirler qiz ozu namaz qilir dindardir,duzdir sevdiyi oglan namaz qilmir ama qizin dine qarwi olan sevgisini destekleyir ve hormet edir.ancaq ki qizin atasi qiz oglana vermirler cunki tebeqe ferqi var arada.oglan ve qiz her ikisi cox aci cekir,ve qiz indiye qeder g
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qul haqqı barədə
ardını oxu
20-03-2016 Qurbani Terane
salam.menim yoldasim hecce gedib.amma allaha and olsun men heyatida sennen basqasini sevmiyecem ve tanimiyacam.elini qurani kerime basdiki seni incitmeyece.cox kecmedi basqa birisinin yanina getdi ve meni terk etdi.mende namaz qilana.yoldasim deyilen sexs sunnu namaz qilirdi.menne sieliyi qebul etme
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

Qul haqqı barədə

Hansı məzhəb düzgündür?

ardını oxu
18-03-2016 Terane
Salam Aleykum. Men aylarla illerle qadinini tek qoyub Ruzu dalinca getmek meqsedi ile uzaga gedenler haqqinda bilmek isteyirem ki bu haqqda dini hedisler varmi... eyer varsa bu muddet ne qeder olmalidir... Xahiş edirem etrafli cavablandirasiniz.Qabaqcadan teşekkur edirem..
Cavab:
Və aleykum Salam. Əgər qadın ərinin onu qoyub uzun müddətə başqa ölkəyə ruzi dalınca getməsinə razıdırsa, bunda kişi günah daşımır. Həmçinin, razı deyilsə, lakin dolanışıq yoxdur və yalnız başqa yerə gedib ruzi qazanmaq mümkündürsə, bu halda da kişi günah qazanmır.
ardını oxu
18-03-2016
Salam meni cox oglan agladib ALLAHA hevale elemisem cezalarin cekerler?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30). Allah naməhrəmlə danışmağı qadağan etmişdir.
ardını oxu
18-03-2016 Gulnar
Salam, ovladliga usaq goturmek isdeyirik yoldasimla anam atam raziliq vermir ne ede bilerik? Bide kebin oxutdurmaqla namehremlik aradan qalxir ewitmiwem , bu dogrudurmu? Onceden tewekkur edirem.
Cavab:
Və aleykum Salam. Siz uşaq evindən uşaq götürə bilərsiniz. Lakin, böyüdükdən sonra o uşağa atasının və anasının kim olmasını bildirməlisiniz. Kəbin oxutdurmaqla naməhrəmlik aradan qalxmır. Daha ətraflı:
ardını oxu
18-03-2016
Assalamu alek xayiş sualma cavab vern men Rusyada yaşayram Namaz vaxtni bir praqram kocrmsem kaqda Namaz adli orada Azan oxunan kimi baslayb namazmi qiliram sub 6 33 de Zöhür 12 58 de Samda 16 58 dedi onuda deyimki bizde axsam tez düsür ama menim ureyimde qara qalirki goresen düzgün vaxtla qiliram
Cavab:
Va aleykum Salam. Əgər proqramın namaz vaxtlarını düz göstərdiyinə əmin deyilsinizsə, internet saytlarında şəhər adları üzrə axtarış verib namazın vaxtlarını tapa bilərsiniz. Tanıdığınız namaz qılan insanlardan və ya yaxınlıqdakı məscidlərdən namazın vaxtlarını öyrənə bilərsiniz.
ardını oxu
18-03-2016 muselmanka91
Salam aleykum. Siz de yeqinki eşitmiş olarsız. El arasında bele deyirler: "Allah seni çox görməsin". belə demək olarmı yoxsa olmaz günahdı?
Cavab:

Və aleykum Salam. "Allah səni çox görməsin" demək dua mənasındadır. Yəni, o insanın ömrünün uzanması üçün edilir. Ona görə də belə deməkdə problem yoxdur.

ardını oxu
18-03-2016 Naməlum
Sheytanin neler edeceyini hevva ile yoldan chixaacagini bilirdi de niye bile bile o cur shey etdi insanlar uchun o sayede cehennem yarandi beni adem sehv etmese bizde indi cennetde idik bile bile niye ezab verdi bendelerine ezab verecekdise niye yaratdi bizi
Cavab:
Salam aleykum. Uca Allahın insanların yaradılış səbəbini Qurani-Kərimdə bildirir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56).
ardını oxu
17-03-2016 Namiq
Evlenmeye gucu catmayanlar oruc tutsunlar sualim beledir oruc dedikde nafile oruc 1ve 4 cu gun nezerde tutulur yoxsa her gun tutaq salam aleykum ve rahmatullah.
Cavab:

Salam aleykum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.

ardını oxu
17-03-2016 Omar
Əs Sələmu Aleykum və rahmətullahi və barakathu sualım belədir :Men Namaz qilirdim bir neçə ay di qilmiram imanim zəiflədi tam yøx oldu Allahdan qorxum azaldı həyatımda Namehrrmler oldu ona görə də tam çıxdım yolumdan namaz qilmadim zina etdim bütün günah olan şeyləri eləmisem ama indi çox peşmanam d
Cavab:
Və aleykum Salam və rahmətullahi və bərakətu. Bu cavabları oxuyun:

İmanı artırmaq üçün nə etməliyik?

Tövbə etsəm, Allah bağışlayarmı?
ardını oxu
17-03-2016
Salam aleykum Allah elminizi artirssin sizden xaiwim el beqere suresinde olan mulku suleymen ayesini yazardizda allah razi olsun
Cavab:

Və aleykum Salam. Siz ərəb əlifbasını öyrənsəniz daha yaxşıdır, çünki, nə qədər dəqiq yazılsa da ərəbcə səslənən hərflərin yazılışını düzgün yazmaq mümkün deyil.

ardını oxu
17-03-2016 Nergiz
salam aleykum, men yoldasımla qucaqlasanda, bezen o meni öpende, mende sulanma baş verir. Yoldaşımla elaqeye girmirik, sadece qucaqlasıb öpüşende mende cinsel organımda sulanma baş verir. Axıntı gelir. Bu da zevk suyudur men bılen?? Bu qüslu pozur? Allah razı olsun.
Cavab:
Və aleykum Salam. Dediyiniz hal baş verdikdə dəstəmaz pozulur. Qüsl isə cinsi əlaqə zamanı pozulur. Daha ətraflı:

Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
16-03-2016 Əli
Salam aleykum. Cənnətin ən yüksək yerinə hansı əməllər ilə çataq? Bütün möminlər Peyğəmbərləri görəcək mi?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Fir­dovs cən­nətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mər­təbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi yerləşir.

ardını oxu
16-03-2016
Cadu qohumun qebirinin ayag terefinde birde agacin dibinde olunub amma biz onu hec cure cixarda bilmirik ele bil elimiz qolumuz baglanib.Anamin qolu sindi.veziyyetimiz getdikce pisleshir.Evde her gun qanqaraciliq olur.Bize bir yol deyin.
Cavab:
Salam aleykum. Əgər doğrudan da cadu dediyiniz yerdə basdırılıbsa, cadunu oradan çıxarıb məhv etmək lazımdır. Lakin, bu məsələdə cadugara, falçıya, sehrbaza müraciət etmək haramdır.
ardını oxu
16-03-2016
El aradsında qaraçuxa kəlməsi tez tez işlədilir o nədir mələkmi ruhmu o necə varlıqdır. ?
Cavab:
Salam aleykum. Bəzi insanlar yuxuda gördükləri nurani ağsaqqal kişiyə Qaraçuxa deyirlər. Bəzən yuxuda gələcəkdə baş verəcək şeylər haqda danışır və ya nəyisə etməyi məsləhət görür. Adətən bu yuxular şeytandandır. Belə hallardan qorunmaq üçün yatmazdan qabaq zikrlər oxumaq lazımdır.
ardını oxu

Pages