03-04-2016 hesen
salamlardan sonra yel cixarsa namaz batildirmi.
Cavab:

Salam aleykum. Namazı qurtaranda salam verdikdən sonra yelin çıxması namazı batil etmir. Çünki, namazdakı salamlar namazın bitməsini bildirir.

ardını oxu
03-04-2016
Salam aleyküm namazdan sonra ellerı acıb dua oxumaq bıdetdır? Axı ferz namazlarından sonra edılen dua qebul olunur bırdekı duanın ne Zaman ıstesen etmek olar da? ALLAHdan ne Zaman ıstesen bır şey ısteye bılersen hemcını.
Cavab:

Və aleykum Salam. Hədisdə deyilən "namazın sonunda", yəni təşəhhüddən sonra salamlardan qabaq edilən dua qəsd olunur. Lakin, namazdan sonra, yəni salamları verdikdən sonra əlləri qaldırıb dua etmək haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) heç nə deməyib.

ardını oxu
03-04-2016
Desdemazdan sonra yemek olar?
Cavab:

Salam aleykum. Dəstəmaz alandan sonra yemək yemək, su içmək, ümumiyyətlə dəstəmazı pozmayan hər bir şeyi etmək olar. Daha ətraflı: Dəstəmazı pozan amillər

ardını oxu
03-04-2016 Yegane
Axsaminiz xeir. Namaz qilarken ana cagirirsa cavab vermek namazi pozur?yaxud gunahdir?
Cavab:

Salam aleykum. Vacib namazları qılarkən ana, ata və ya başqa birisi çağırsa, namazdan çıxmaq və ya cavab vermək olmaz.

ardını oxu
03-04-2016 Aytən
Üzə salavat çəkdikdə iki əl ilə çəkmək olar?
ardını oxu
03-04-2016
salam eleykum sizlərə sualımı cavblandırsanız sevinərdim.mən son vaxtlar gözə görünməz varlıqlardan çox qorxuram.eLə bilirəmki yanımda şeytanmı cinmi ruhmu yəni hər nəysə var və buna görə çox qorxuram.mən nə edə bilərəm ki bu belə olmasın və sizcə bu nə üçün belə olur?Mənə cavab verin xahiş edirəm c
Cavab:
Və aleykum Salam. Bu, şeytanın vəsvəsəsidir. Siz heç nədən qorxmayın və Allaha arxayın olun. Quran ayələrini oxuyun və Quranın səsli oxunuşunu dinləyin. Həmçinin, oxuyun: 

Cadudan necə qorunmaq olar?
ardını oxu
03-04-2016
Mən ailəli qadınam.Uşaqım var.Erimə zina etdim.Erim de bilib.Peşman olmuşam tövbə etdim.Namaza başladım.Ne edim ki Allah meni bağışlasın.Hansı duaları oxuyum ki erim qayitsın ailesine.
Cavab:

Salam aleykum. Ərin ailəyə qayıtması üçün xüsusi dua yoxdur. Siz Allahdan bağışlanma istəyin, ərinizin ailəsinə qayıtması üçün dua edin. Daha ətraflı:

Dualarım qəbul olmur, nə edim?

ardını oxu
03-04-2016
Subay Oglanin bowanmis kadinla 2 usaqi olan bir kadinla aile kurmaqi gunahmi?
Cavab:

Salam aleykum. Bəli, subay kişinin ərindən boşanmış uşaqlı qadınla evlənməsi icazəlidir. Bu haqda heç bir qadağa yoxdur. 

ardını oxu
03-04-2016
Salam Alleykum.Destemaz alan zaman agiz yaxalanir?.Birde elleri sira ile yumaq lazimdi yoxsa 1-1?.Dirsekten awagi
Cavab:

Və aleykum Salam. Dəstəmaz alarkən ağız yaxalanır, buruna da su çəkilir. Yuyulan əzalar isə ardıcıllıqla yuyulur. Məsələn, sağ qol 3 dəfə yuyulur, sonra sol qol 3 dəfə yuyulur. Dəstəmaz alarkən əzaları 1, 2 və ya 3 dəfə yuya bilərsiniz. Daha ətraflı:

ardını oxu
03-04-2016
Salam men oruc tutmamisam ve tuta bilmirem oruc tutmadan qedr gecesi dua ede,dilek tuta bileremmi?
Cavab:
Və aleykum Salam. Oruc tuta bilməsəniz də Qədr gecəsində olunacaq ibadəti, dua etmək fürsətini əldən vermək olmaz. Həmçinin oxuyun: "Qədr gecəsi" surəsinin izahı
ardını oxu
03-04-2016 Emil(muhammad)
Asalamu Aleykum ve rahmatulahi ve bereketuhu.1 sualim var.Alhamdulillah Namaza qeldim 1 ildi.Bu 1il erzinde cox is tapmaga tapmisam ama Namaz qilmaga iceze mudur vermiyib ona gore isden cixdim.Men neyneim.Bilirem qardaslar mene deib Seni Allah siniyir.in sa Allah her cumeden sonra dua edende iw tapi
Cavab:

Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Sizə iş təklif edəndə namazın qılınmasına icazə verəcəkləri barədə sual verməyin, çünki namaz Uca Allahın haqqıdır. Çalışın ki, namaz qıldığınızı başqalarına hiss etdirməyəsiniz.

ardını oxu
03-04-2016
Salamu Aleykum.men yuxuda qorxuram ve oyana bilmirem sebeb ne ola bilər?
ardını oxu
03-04-2016 Əli
Qulaq deşdirmək ağrılı bir prosessdir. Allah da ozünə ziyan vurmağı xoşlamır. Bəs bu indi icazəlidir? 2) Cash back haqqında yazını oxudum, amma tam başa düşmədim. Mən onlayn alış veriş edəndə istəyirəm odədiyimin 7% və ya daha çox və ya az hissəsi geri qayıtsın.
Cavab:

Salam aleykum.

1. Şəriətdə qadınların qulaqlarını deşdirmək barəsində qadağa yoxdur.

2. Bu cavabı oxuyun: "Cashback" servisi halaldırmı?

ardını oxu
03-04-2016 fidan
allahin melkleri necenci gun yerə enir ve onlari gormek mumkundur
Cavab:
Salam aleykum.
ardını oxu
03-04-2016
Nəyəsə görə qurban deyibdə kəstirməmək günahdır?
Cavab:

Salam aleykum. Şərt ilə nəzir etmək düzgün deyil. Əgər qurban kəsməyinizi nəzir etmisinizsə, həmin iş alınsa qurbanı kəsməlisiniz. Kəsməməyiniz günahdır. Alınmasa kəsməli deyilsiniz.

ardını oxu
03-04-2016 Ceyran
Əvvəla Salam. Bir sual verəcəkdim sizə. Amma çox xaiş edirəm ki bunu tez bir müddətdə cavablandırasız. Mənim 14 yaşım var. Və ALLAHın izniylə Namaza başlamaq istəyirəm. Valideynimdə yəni Anamda namaz qılır. Lakin mənə icazə verilmir. Bu halda nə etməliyəm? Indidən çox sağolun. ALLAH razı olsun.
Cavab:
Və aleykum Salam. Siz yetkinlik yaşına çatmısınızsa namaz sizə vacibdir və heç kəs sizə namaz qılmağı qadağan etmək hüququna malik deyildir. Daha ətraflı:

Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
ardını oxu
03-04-2016 Gulnare
Men namaz qilmaq isteyirem ama qorxuram ne edim?deqiq insan oldugumcun sehf elemekden qorxuram
Cavab:
Salam aleykum. Allah sizə kömək olsun. Namaz qılmamaq özü ən böyük səhvdir. Ona görə də siz səhv eləməkdən qorxmayaraq tezliklə namaza başlayın. Namaz qılmağın insana yalnız xeyri var. Namazın sözlərini əzbərləyənə qədər kağıza baxaraq da oxuya bilərsiniz. Daha ətraflı: 
ardını oxu
03-04-2016 Malik
Ebedilik be demekdir
Cavab:

Salam aleykum. Əbədi sözünün mənası - heç vaxt ölməyən, bitməyən, qurtarmayan deməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: “Ey Cən­nət əhli!”– deyə çağıracaq.

ardını oxu
03-04-2016
Salam, mən son zamanlar sıxıntı içərisindəyəm kədərlənirəm, tez-tez özümdən çıxıram işlərim yolunda getmir hər şeyə həvəzsiz yanaşıram. Bilmək istərdim ki, Allah bununla məni imtahan edir yoxsa cəzalandırır ?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mulk, 2). Bu dünya bütünlüklə imtahandır. Ona görə səbr edin.
ardını oxu
03-04-2016
Salamun əleykum Hz Muhəmməd peygəmbəri (s) yuxuda görmək istəyirəm nə eməliyəm Bunun üçün hansısa bir dua və ya bir zikr varmıdır
Cavab:
Və aleykum Salam. Bu barədə hər hansı xüsusi bir dua və ya zikr yoxdur. Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yuxuda görməmişdən qabaq müsəlman çalışmalıdır ki, günahlardan çəkinsin və əməlisaleh insanlardan olsun.
ardını oxu
03-04-2016
Salam Aleykum. Saç əktirmək harmdırmı?
Cavab:

Və aleykum Salam. Əgər başın müəyyən yeri tökülübsə və bu hal psixoloji gərginliyə səbəb olursa, bu halda şəriətə görə saç əkdirmək qadağan deyildir. Rəvayət edilir ki, cahiliyyət dövründə bir döyüşdə burnu qopan Arfəcə adlı səhabə (Allah ondan razı olsun) gümüşdən burun düzəltdirmişdi.

ardını oxu
03-04-2016
Salam.Mənim bir sinif yoldaşım var.O mənə söyüş söymüşdü deyə onunla küsmüşdüm.1 ildiki küsülüyük.O məni danışdırmır.məndə onu.Bu yaxınlarda barışmaq istədim facebook"una yazdım ki gəl barışaq söyüş sydü və tərk etdi.Mən nə edim? namazqılanam.
Cavab:
Və aleykum Salam. Çalışın barışasınız. Lakin, barışmaq üçün etdiyiniz cəhdlərdən sonra yenə sizi təhqir edib barışmaqdan imtina edərsə, onda həmin adamdan uzaqlaşın. Daha ətraflı: Küsmək barəsində
ardını oxu
03-04-2016
ALLAHIN SALAMI OLSUN PEYGEMBER VE EHLIBEYTI SEVENLERE.SON DURUMDA HARAM IWDE IWLEMEYIN ISDISNAI HALI VARMI
Cavab:

Və aleykum Salam. Son durum ölüm təhlükəsi nəzərdə tutulur. Uca Allah buyurur: "O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz.

ardını oxu
03-04-2016 nara
Mən bilmek isteyeremki biz öldükde öz ölən qohumlarımızı göreceyikmi?Onlarla bir yerde olacayiq?Anami atami qardaşımı filan?
Cavab:
Salam aleykum. Bu məsələ ruhlarla bağlıdır və Allah bu haqda bizə az məlumat verib. Uca Allah buyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir".
ardını oxu
31-03-2016 Samir
Tovbe eden şexs gunah edib tovbesin pozursa o vaxta qeder qildigi Namaz batildirmi?
Cavab:
Salam aleykum. Böyük günahdan edilən tövbəni pozanın əvvəlki namazları batil olmur. Lakin, savabını azaldır. Tövbəni pozduqda yenidən tövbə etmək və günahlardan çəkinmək lazımdır. Həmçinin, oxuyun:
ardını oxu
31-03-2016 Hkl
Salam cinsi elaqede olmaliyam toy gecesine qeder bashqa qadinla?
Cavab:
Və aleykum Salam. Nə toydanqabaq, nə də sonra halalın olmayan bir qadınla cinsi əlaqədə olmaq olmaz. Bu zina sayılır. Nişanlı isə yalnız toydan sonra sizin halal həyat yoldaşınız sayılır.
ardını oxu
31-03-2016
salam aleykum. VAlideyin rehmete gedennen sonra övladi neçə müdəttən sonra ailə hıyati qura bilər? dinimizə uygun olaraq?
Cavab:

Və aleykum Salam. Bu haqda bir məhdudiyyət yoxdur. Çünki, İslam qaydaları ilə olan toy çalıb-oynamaqla keçmir. Dəfndən bir müddət keçdikdən sonra evlənmək daha yaxşı olar. Çünki, valideyn itgisi ağır haldır.

ardını oxu
31-03-2016 Elçin
Salam Aleykum. Allah rəsulu sallahu eyehi və səlləmin Mədinənin məşhur güləşçisi Rukhanə İbni Yezid ilə güləşib onu yixması hədisi səhihdirmi bu nə dərəcədə doğrudur və birdə uydurma hədisləri necə bilməliyik. Bu hakkda daha ətraflı izah edərdiniz?
Cavab:
Və aleykum Salam. Bu hədis yaxşı (həsən) hədislərdən sayılır və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) möcüzələrindəndir. (Bax; İrvaul-Ğalil, 5/329).
ardını oxu
31-03-2016 Gulnare
Salam.men bes deyil,hazir oldugum vaxt yeni en az gunde bir ruket namaz qilsam bu gunah sayilar?
Cavab:
ardını oxu
31-03-2016 fidan
ilk insan kim olub
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: İlk yaranan insan kimdir?
ardını oxu
31-03-2016
Menim nisanlimi menden donderibler. deyirki qaytariram. sebebse deyirki bilmirem. Temiz deyisilib. menlede gorusmur. uzumu gormey istemir. onu nece qoruyum cadudan?
Cavab:
ardını oxu
31-03-2016 Uxti
Batil bayramlarda elecede novruz bayraminda cahiller qebir ziyaretine geirler. Bu isleri haramdi buna dair delil ne olar?
Cavab:

Salam aleykum. İslam bayramları Ramazan və Qurban bayramlarıdır. Qeyri-İslam bayramlarını xüsusiləşdirib qəbristanlığı ziyarət etmək olmaz. Bu onlara oxşamağa gətirib çıxarır.

ardını oxu
31-03-2016
Essalamualeykum ve rehmetullahi ve bereketuhu.
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Sualda qeyri-müəyyənlik var. Çünki, şəhadət kəlməsini deyən hər bir insan müsəlmandır. Əgər sizin ailəniz özünü müsəlman sayırsa və ananız da özünü müsəlman sayırdısa, lakin namaz qılmırdısa, o yenə də müsəlman sayılır.

ardını oxu
31-03-2016
Salam aleykum.Müsalman bir kişinin Müşrik olan bir qadini evlenmek niyyetiyle sevmesi düzgündürmü?amma bilirem ki,Allah müşrik qadinlarla evlenmeyi haram buyurub.Allaha ona hidayet versin deye dua etmek olarmi?Eger bu düzgün deyilse,bu derdden nece qurtulmaq olar?Evvelceden teşekkür edirem.
Cavab:
Və aleykum Salam. Əvvəlcə müşrik deyərkən kimin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Əgər həmin qadın özünə müsəlman deyir, lakin bilməyərəkdən şirk əməllər edirsə, o zaman o, cahil və avam müsəlmanlardan sayılır. Onu evlənmək niyyəti ilə sevmək olar.
ardını oxu
31-03-2016 Kerbelayi ELBRUS
Salam.Insan ayagi kesildikden sonra ona qusl kefen etmek vacibdirmi?
Cavab:

Və aleykum Salam. İnsanın hansısa əzası kəsildikdə, onu ağ bir parçaya büküb qəbristanlıqda basdırmaq kifayətdir. Onu qüsl etməyə ehtiyac yoxdur.

ardını oxu
31-03-2016
Essalamualeykum ve rehmetullahi ve bereketuhu.
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Bu çox ciddi məsələdir. Ona görə çalışın atanızla barışasınız. Həmçinin, oxuyun: Qoşulub qaçmaq barədə

ardını oxu
31-03-2016
salam qusl alandan sonra gozun altina yayilan karandas qalibsa destemaz tezden alinmalildirmi?yeni gozunde karandas ola ola qusl almaq olar?
Cavab:
Və aleykum Salam. Əgər göz altı üçün olan sadə qələm su keçirməzlik qabiliyyətinə malikdirsə, həmin rəng təmizlənməlidir. Yox, sadəcə rəngdirsə və altındakı dərinin islanmasına maneçlik törətmirsə, dəstəmaz və ya qüsla zərəri yoxdur.
ardını oxu
31-03-2016 aygun
salam aleykum qedim quran kitabi nece mine satmaq olar ve onunla satib basqa sey yeni esya ev masin almaq olarmi deyilene gore deyirler ki qurani satmaq olmaz pis olar ole bilersiz hemde qurandan acib baxdiriblar ki quran kitabinda qara gorsenir yeni ole bilersiz xahis sualimiza cavab versez seviner
Cavab:

Və aleykum Salam. Qurani-Kərim kitabını satmaq qadağan deyil.

ardını oxu
31-03-2016 Murad
Salam.yuxda cinsiyetden maye cixarsa qusul pozulurmu nekimi halda pozulur qusul..oyandiqdan sora paltarda ag lekelern olmasi qusulu pozurmu..
Cavab:
Və aleykum Salam. Yuxuda gələn maye çox miqdarda çıxıbsa, məni (sperma) sayılır və qüslu pozur. Bu cavabı oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
31-03-2016
Salam.Bilmek isteyerdim Bakida sheri hakim kimi kime muraciet ede bilerem.Ozum shieyem mutleqdirmiki hakimde eyni mezhebden olsun?
Cavab:
Və aleykum Salam. Bakıda İslam hədlərini yerinə yetirmək üçün şəri hakim yoxdur. Lakin, siz dini yaxşı bilənlərdən məsləhət ala bilərsiniz. Bu insandan Allahın və Onun Elçisinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qoyduğu qaydaları öyrənə bilərsiniz.
ardını oxu
28-03-2016 Zamin
Namazda ikinci rəkətində rəkətinsayına şəkk edirəm daha doğrusu vəsvəsə olunuram. Amma üstündən heç saniyələr keçməmiş yəqinə çatıram. Mənim namazım batilmidir?
Cavab:

Salam aleykum. Namazda rükətlərin sayında şübhə edən insanın namazı batil olmur. Namazda artıq və ya az qılmaqda yəqin olsanız səhv səcdəsi etmək lazımdır. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?

ardını oxu
28-03-2016
Salam.menim iki qiz ovladim var ikinci qiz maqazin yemeyile doyuzdururam.aile budcemiz asaqi olduqundan cetinlik cekirik.men usaqa yemek pulu ala bileremmi
Cavab:

Və aleykum Salam. Əgər dövlət aztəminatlı ailələrdə uşaqlar üçün yemək pulu verirsə, bunu almaqda heç bir problem yoxdur.

ardını oxu
28-03-2016 Raya
Cenabet quslu olan qadin dua oxuya bilermi?
Cavab:
Salam aleykum. Qüsl almadan dua oxumaq icazəlidir. Həmçinin, oxuyun: Qadın heyzli halda dua edə bilər?
ardını oxu
28-03-2016 Aaa
Salam. Gece yatarken hansi terefe dogru yatmag lazimdir? sag golunun yoxsa sol? yaxud fergi yoxdur?
Cavab:
Və aleykum Salam. Hansı tərəfin yatması sizə rahatdırsa, o tərəfə dönüb yata bilərsiniz. Yalnız üzü üstə yatmaq qadağandır. Daha ətraflı: Üzü üstə yatmaqla bağlı
ardını oxu
28-03-2016 Nala
Salam aleykum , hokumetden haggini teleb etmek olar ? Ve ya onun pis rehber olmasini demek olar ?
Cavab:

Və aleykum Salam.

ardını oxu
27-03-2016
Rehmete getmiw ata ve ananin evezine nece namaz qilmaq olar?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Ölən adamın qəza namazları necə olacaq?
ardını oxu

Pages