10-04-2016 Dilare
bu il ramazan ayi ne vaxt baslayir?
Cavab:

Salam aleykum. Bunu dəqiq bilmək mümkün olmasa da, 2016-cı il 7 iyunda təqvimə görə Ramazan ayı başlayır. Bir gün fərqliliyi də ola bilər. 

ardını oxu
10-04-2016 a
salam Aleykum.sizden bir meslehet almaq isteyirem men 18 yasinda bir oglanam vaxtinda cinsellikle bagli bir gunah etmisem indi bu gunahima tovbe etmisem .amma tovbe duasini ezber yox yazili suretde etmisem .Ancaq ettiyim gunaha cox pesman olmusam ve urekden tovbe etmisem ,Allah gunahimi bagislayar ?
ardını oxu
10-04-2016 Ayten ziba
Salam menim sualim olacaq. 1) teyyemmumden basqa Qusl formasi var? 2)deyilir ki corabin uzerine mesh cekmekle destnamaz almaq olur bes ayaqdan pis iy gelrsen,iylenerse destnamaz pozulur ya da sayilmir,?
Cavab:
ardını oxu
10-04-2016 Fuad A.
Assalamu Aleykum. Mənim belə bir sualım var. İslam şəriətində müsəlman qadının geyimində hicabla niqab arasındakı fərq nədən ibarətdir və saleh qadın bunlardan hansını geyinməyə üstünlük verməlidir. Öncədən Təşəkkürlər. Alloah razı olsun və elminizə bərəkə versin İnşəAllah.
Cavab:

Və aleykum Salam. Müsəlman qadının əlləri və üzü istisna olmaqla hər yeri örtülməlidir. Bu hicab adlanır. Hicab vacibdir. Üz də örtülərsə, niqab adlanır. Niqab isə sünnədir.

ardını oxu
10-04-2016
Su ilə təyəmmüm etmək olar
Cavab:
Salam aleykum. Təyəmmüm torpaqla edilir. Su varsa və xəstəlik təhlükəsi yoxdursa, dəstəmaz almaq lazımdır. Daha ətraflı:

Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
ardını oxu
10-04-2016 men
salam anam namazi ereb dilinde oyrene bilmir namazin sozlerini oz dilmzde deyib namaz qilsa olarmi?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Namazı öz dilimizdə qılmaq olarmı?

ardını oxu
10-04-2016
Mən namaz qılıram müəyyən səbəblərə görə atmaq istəyirəm bu günahdırmı
ardını oxu
10-04-2016 Məzahi rf
Salam Əleyküm.hər namazdan sonra zikr etmək vacibdirmi?
Cavab:
Və aleykum Salam. Namazdan sonrakı zikrlər yalnız vacib namazlara aiddir. Bu da gündə 5 namazdır. Lakin, zikr etməsəniz bu sizə günah olmasa da əlavə savab qazanmaqdan məhrum edir.
ardını oxu
10-04-2016 Habil
Salam.Sualım namazın vaxtı ilə bağlıdır.Əgər, məsələn, sübh namazı saat 07.20-yə kimidirsə və mən təxminın 07.00-07.05 radələrində namaz qaldımsa, bu düzgündürmü???
Cavab:

Və aleykum Salam. Bütün namaz təqvimlərində Sübh namazının vaxtının çıxması günəşin görünməsi ilə eyni vaxta düşür. Ona görə də namazın çıxdığı vaxta qədər qılınana namaz düzgün hesab olunur. Havanın işıqlı olması hələ namaz vaxtının bitməsi deyil.

ardını oxu
10-04-2016
Salam.uşagın 6yaşı var,saclari artıq uzundu körpr vaxtı maşınka ile başı qırxılıb,deyirler lezva ile qırxılmalı idi.bu doğrudu ki,körpenin başına mütleq lezva vurulmalıdı?
Cavab:

Və aleykum Salam. Körpənin başına ülgücün dəyməsi mütləq deyildir. Uşağın başını bacardığınız kimi qırxa bilərsiniz.

ardını oxu
10-04-2016
salam.zehmet olmasa sualima cvb verin.yoldasimin valideynlerinnen uzaq yasamaq istemeyim ve onun ucun dua elemem gunahmi?
Cavab:
Və aleykum Salam. Şəriətə görə qadının kişi üzərində olan haqlarından biri də ondan ayrıca yaşayış yeri tələb edə bilməsidir. Amma kişinin maddi imkanı buna yol vermirsə, qadın mümkün olmayan şeyi istəməməlidir.
ardını oxu
10-04-2016
men size uje 2 aya yaxindirki sual vermişəm ammam hələdə sualima cavab almamişam.burdan bele qenaətə gəlmək olarki siz ancaq öz tanişdarinizin qabaqcadan hazirlanmiş suallarini cavablandirirsizda? mən bu sayta deməli əbəs yerə hörmət eliyirəmmiş.
Cavab:

Salam aleykum. Bizə iradınızı bildirdiyiniz üçün sizə təşəkkür edirik. Saytda sualların göndərilməsi tamamilə anonim olduğu üçün, sualı kimin göndərdiyini bilmirik. Bu səbəbdən siz dediyiniz şey mümkün deyil.

ardını oxu
07-04-2016 Mehriban
SALAM Hicab bağlamayın günahın o qədər yaxşı bilmirəm.Ustadım (yəni mənə QuranıKərimin oxumağı öyrədən Pəzəndə nənə)danışıb bizə dərindən öyrənmək istəyirəm . Amma biraz böyudukdən sonra bağlamaq istəyirəm
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Hicab - azadlıqdır!

Namaz qılıb hicab bağlamamaq haqqında
ardını oxu
07-04-2016 Mehriban
Allah neçə yaşa qədər uşaqlara günah yazmır ✏
Cavab:
Salam aleykum. Namaz neçə yaşda vacib olursa, o vaxtdan günahlar da qeydə alınmağa başlayır. Daha ətraflı: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
ardını oxu
07-04-2016 Elşad
Salam aleykum. Elmi məndən üstün olan qardaşdan soruşsam da cavabı məni tam qane etmədi. Allah Quranda "And olsun tövşüyə-tövşüyə qaçan atlara" deyə and verir. Bu andın mənası nədir? Biz onsuz da iman gətirmişik, nəyə görə and içilir? yoxsa bu andın mənası başqadır?
Cavab:
Və aleykum Salam. Uca Allah Qurani-Kərimdə bir çox şeylərə and içir. Uca Allah bir şeyə and içdikdə ardı ilə mühüm bir məsələnin gələcəyindən xəbər verir. Dediyiniz ayə də bu qəbildəndir. Andlardan sonra gələn ayələrə fikir verin. Həmçinin, oxuyun: 
ardını oxu
07-04-2016 Nahid
Salam aleykum. Qızla oğlan evlənməyə razıdırlarsa və onların ailələri onların ailə qurmağına qarşıdırlarsa, qızla oğlan qaça bilərmi və ya özləri məsciddə kəbin kəsdirə bilərmi?
ardını oxu
07-04-2016 Gunay
Salam menim bilmek isdeyirem ki menim kecen ilden 8gun qezam var men indi agridigima gore tuta bilmirem qanim dusub bas gicelentilerim olur yemek vaxdim kecen kimi veziyetim dahada pislesir xais edirem mene cavam yazasiz men ne etmeliyem
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?
ardını oxu
07-04-2016 Men
Salam qebirsanliqda biten gulleri qopartib getirib evde ekmek olarmi?
Cavab:

Və aleykum Salam. Buna bir qadağa yoxdur.

ardını oxu
07-04-2016 xalide
Salam bagsdayin bu suvala gore ama vermeliyem cenabat qusulu ola ola seher namazini durub qilmag olar mi ele esitmisem
Cavab:
Və aleykum Salam. Əgər cünub olsanız və qüsl almaq üçün maneələr olsa, bulaşıq yerləri təmizlədikdən sonra təyəmmüm alıb namaz qıla bilərsiniz.
ardını oxu
07-04-2016 men
burun emelyyati gunahdirmi?
Cavab:
ardını oxu
07-04-2016
Salam 2016 ci ilde haram aylar (4)hansi aylara dusur.zehmet deyilse aylar hakda melumatda vererdiz.onceden twk.
Cavab:

Və aleykum Salam. 2016 - cı il üçün: Ramazan - İyun, Zil-Qədə - Avqust, Zil-Hicə - Sentyabr, Məhərrəm - Oktyabr. Bu cavabı oxuyun: "Haram aylarda özünüzə zülm etməyin" ayəsi və Cahilləri islama dəvət etmək barədə

ardını oxu
07-04-2016 Reshad
Es Salamu Eleyke... Namaza yeni bashlamish insan qilmadigi Namazlarinin Qeza Namazlarini qilmalidirmi yeni vacibdi ?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Keçmiş illərin qəza namazları qılnmalıdır?
ardını oxu
07-04-2016 Ayla
Salam cenabet qusulu aldiqdan sonra qusl pozulsa yeniden qusl alanda sacimi bedenimi sanpunla yumaliyam yoxsa suyun altina girib quls alsam qebul olarmi?xais edirem cavab verin.
Cavab:
Və aleykum Salam. Qüsl aldıqda sabundan və ya şampundan istifadə etməyə ehtiyac yoxdur. Qüsl almaqda məqsəd hər yerə suyun dəyməsidir.

Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
07-04-2016 amin
salam aleykum...Erebce edilen dualari oz dilimizde desem olarmi? sozlerini yadimda saxlaya bilmirem sehv teleffuz edirem..cavabinizi gozleyirem insallah allah razi olsun sizlerden...
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Duanı hansı dildə oxumaq yaxşıdır?
 
ardını oxu
07-04-2016 Naile
Salam cox xais edirem suallarimi cavablandirasiniz 3 sual vermisem helede gozlurem.... Men birsey soruwmaq istirem tek göz ne demekdir?? Hz.Fatimenin eli deye bisey var kolyesi saati paltarlarda bele o isaret var.. Bew barmaqli eli anladiq bes bu goz nedir?
ardını oxu
07-04-2016
Salam. Men aileliyem. 7 8 olar yoldaşımnan meni bağlıyıblar. Her gün özümüzden aslımolmayaraq dalaşırıq. Evden çıxa bilmediyim üçün temizletdire bilmirem özümüzü. Quran oxuya bilirem. Ayetul kürsi tez tez oxuyuram ama bağlı olmağımız açılmır. Xahiş edirem mene kömey ederdiz
ardını oxu
07-04-2016
Teyemmum halda mescide getmek olar??
Cavab:
Salam aleykum. Təyəmmümlü halda namaz qılmaq icazəli olduğu üçün məscidə getmək də icazəlidir. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
ardını oxu
07-04-2016
Icki icen kiwi namaz qilirsa yenede icib namaz qilirsa gunahi nedir
Cavab:
Salam aleykum. İstər namaz qılan, istərsə də namaz qılmayan içki içdikdə böyük günahqazanır. Daha ətraflı:

İçki içməyin günahı
ardını oxu
07-04-2016
Salam menim Yoldasim men aybasi olan vaxti menle cinsi elaqede olur bunun mene gunahi var?birdeki menle arxadanda cinsi elaqede olmaq isyeyir bununda mene gunahi varmi?
Cavab:
Və aleykum Salam. Bu məsələlər günah olduğuna görə ərinizə itaət etməməlisiniz. İtaət etsəniz günah qazanacaqsınız. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
ardını oxu
07-04-2016
Salam Aleykum.Məhəmməd Peyğəmbər(s.a.s) in əli bağlı namaz qılması haqqında olan hədislər hansılardır.zəhmət olmasa yazardız.Birdə həzrət ömərin islamda nə kimi rolu olub və kim olub.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

1. Namazda əlləri necə tutmaq lazımdır? 

2. Ömər ibn Xəttab

ardını oxu
07-04-2016 A
Evvela Salam.Men tovbe bir muddet evvel etdiyim bir boyuk bir sehv ucbatindan pesman oldum ve tovbe ettim .Amma bildiyim qederi ile gizlin edilmis bir gunahin tovbesi de gizlin edilmelidir?Men tovbe ederken Tovbe Istigfar duasini ezberden yox defterden oxumusam .Bilmek isterdim ki tovbe ederken mutl
Cavab:

Və aleykum Salam. Günah gizlində və ya aşkarda olsa da günah sayılır. Bunun üçün sadəcə tövbə edilir. Hansısa duanı etmək və ya "tövbə yalnız namazdan sonra edilməlidir" kimi bir şərt yoxdur. Günahdan peşman olmaq və Allahdan bağışlanma diləmək tövbədir.

ardını oxu
07-04-2016 qadin
Salam.Məsələn zöhr namazınnan sonra 4 rükə tekrar namaz qılmaq olar ya yox?Ferz namazı qılanda niyyeti necə etmək lazımdır?
ardını oxu
07-04-2016 Xanim
Salam! Evden dord eded yumru xemir sheklinde,salafan baglamada,tualete,sabunqabi altina qoyulan cadu ne demekdir? Ailede dord neferik,bizim adimiza qoyulub. Terkibini bilmedim,sadece sidikle murdarladim,dogrudurmu? Ne demekdir bu xemir kimi yumshaq,agimtil-boz rengli ford eded kurecik?
Cavab:
Və aleykum Salam. Cadu özü murdar olduğu üçün onu murdarlamaq təsirini daha da artırırı. Həmçinin, oxuyun:

Cadudan necə qorunmaq olar?
ardını oxu
07-04-2016 Allahin qulu
Salam aleykum sizden cox xais edirem menim sualima tez cavab yazasiz sizden cox xais edirem .Allah razi olsun sizden.
Cavab:

Və aleykum Salam. Siz yenə də ruhdan düşməyin və atanızın kefi yaxşı olduğu vaxtlarda onu hikmətlə dəvət etməyə davam edin. İçki içməyin böyük günah olması və onun Cəhənnəmdəki cəzası barədə ayə və hədisləri ona xatırladın. Həmçinin, atanız evdə olarkən Quranı azərbaycan dilində ona dinlədin.

ardını oxu
07-04-2016
Evde dava olanda qurandan hansi ayeni oxumaq lazimdi
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Evlərinizdə "əl-Bəqərə" surəsini oxuyun! Şübhəsiz ki, şeytan "əl-Bəqərə" surəsi oxunan evə daxil olmaz". (əl-Hakim, 2062). Daha ətraflı:
ardını oxu
07-04-2016 Azer
Salam Aleykum,yoldashim cox acidil insandi,men bilmirem ne edim,mene meslehet verin
Cavab:
Və aleykum Salam. Acıdil olmağın səbəblərindən biri də qəzəbli olmaqdır. Səbr edin və Allaha çoxlu dua edin ki, həyat yoldaşınız düzəlsin. Onun acıdil olması özünə zərəlidir. Yoldaşınızın kefi yaxşı olduğu vaxtlarda bu linklərdə verilən hədisləri ona xatırladın. Həmçinin, oxuyun: 
ardını oxu
04-04-2016 Anar
Salam aleykum namaz qilmaq isteyirem ama qila bilmirem
Cavab:
Və aleykum Salam. Əgər namazın sözlərini əzbərləyə bilmirsinizsə, namazın sözləri olan kağızı yanınıza qoyub ora baxa-baxa namazınızı qıla bilərsiniz. Belə etsəniz Allahın izni ilə bir müddətdən sonra namazın sözləri yadınızda qalacaq. Həmçinin, oxuyun:
ardını oxu
04-04-2016
Salamu Aleykum.İnsanı ruh tuta bilərmi?
Cavab:
Və aleykum Salam. Bu şeytan və cinlərlə əlaqəli bir şeydir. İnsan cinli ola bilər. Amma ruhların tutması mümkün deyildir. Belə ki, insan öldükdə onun ruhu bərzəx aləminə aparılır və bu dünya ilə heç bir əlaqəsi olmur.
ardını oxu
04-04-2016
Essalamu eleykum.heyat yoldasimla aramizda teztez mubahiseler yasanir eslinde adi birseyin ustunde birbirimize cox alcaldici sozler deyirik.yoldasim cox kobud sozler deyir mene mense cox caresiz qaliram hetta ozumu oldurmek heddine catiram.ama ilk once Allahcun sonrada balamcun dayaniram.ama bele co
Cavab:

Və aleykum Salam. İlk növbədə ərinizlə mübahisələrdən çəkinin, ərinizə itaəti artırın, ərin hər sözünə etiraz etməyin. Həmçinin, yoldaşınız evdə olmayanda Qurani-Kərimdən ayələri, xüsusən də Bəqərə surəsini səsləndirin. Çünki, mübahisə şeytandandır.

ardını oxu
04-04-2016 Meftuneden
Retina zehra zanimin as gununde hansi. Duani oxuyum
Cavab:
Salam aleykum. Fatimə xanımın (Allah ondan razı olsun) ad gününün dəqiq olaraq hansı gün olduğu bilinmir və həmin gün üçün müəyyən bir dua da yoxdur. Ümumiyyətlə, İslamda ad gününü qeyd etmək yoxdur.
ardını oxu
04-04-2016
evvela salam men bilmek isterdim ki tovbe istigfar duasini mutleq namaz qilandan sonra oxumaliyam yoxsa yox?.Men namaz qilmiram Istigfar duasini her sabah ve her gece 3 defe oxuyuram .sizce nece olmalidi .Bir de tovbe etdiyim seye bir daha geri donmerem ancaq gozumun onunde geceler yatmaga hazirlasa
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ey insanlar! Allaha tövbə edin! Mən ona gündə yüz dəfə tövbə edirəm!" (Səhih Muslim, 4/2076).
ardını oxu
03-04-2016
Berber iwleyen wexsin yanina her gun ve yaxudda teztez spirtli icki qebul eden muwteriler gelir ve onlar enenevi olaraq berberle el verib salamlawirlar.O zaman berber her defe qsul vermelidirmi ve yaxud ne vaxt qsul vermelidir?
Cavab:
Salam aleykum. İçkili, sərxoş insanla əl ilə görüşmək qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
03-04-2016
Salam dinimizde sunnet toyu etmek olarml?
Cavab:

Və aleykum Salam. Şəriətdə oğlan uşağının sünnət olunması münasibətilə toy etmək yoxdur. Şəriətə görə oğlan uşağı anadan olduqda əqiq qurbanı kəsilir və sünnət edilir. Lakin, sünnət toyu etmək yoxdur.

ardını oxu
03-04-2016 Elnare
Qebirsanliqa tez tez getmek olarmi? Hayatda olan insanlar ucun bunun ziyani varmi?
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qəbirləri tez-tez ziyarət edən qadınları lənətləyib. (İmam Əhməd, 2/337). Həmçinin oxuyun:
ardını oxu
03-04-2016 amin
Salam eleykum...Lizing haramdirmi?
Cavab:

Və aleykum Salam. Əgər lizinqdə ödəmə gecikəndə cərimə olaraq əlavə pul ödəməlisinizsə, bu sələm sayılır və şəriətə görə haramdır. Həmçinin, oxuyun:

Kredit götürmək hansı hallarda günah deyil?

ardını oxu
03-04-2016 gunay
salam.men namaz qilmaq isteyirem atam icaze vermir. men namazi gizlin qila bilerem?
Cavab:
Və aleykum Salam. Əgər mümkün deyilsə, namazları heç kəsin görmədiyi otaqda qıla bilərsiniz. Allah kömək olsun. Həmçinin oxuyun: Qaynanam namaz qılmağa qoymur
ardını oxu
03-04-2016 İ
Salamu aleykum.Bəziləri deyir ki salavat sözü yardım etmək mənasında işlənir.Qurandakı ayə də o deməkdir ki Allah və mələkləri peyğəmbərə yardım edirlər.ey iman gətirənlər siz də peyğəmbərə yardım edin.yardım etmək də yəni Allahın dinini yaymaqda yaşamaqda nəzərdə tutulur.bu doğrudurmu?
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər!

ardını oxu
03-04-2016 vusal
SAlam eyer evde veyaxutda bir insana cadu edilibse o ne etmelidir
Cavab:
ardını oxu
03-04-2016
Salam...Men bir suall vermek istiyirem eyer bilmeden yeni nefsinin ucbatinan gunah edisen ve indi cox pewman olusan ve deyisen " kas o sefi etmezdim vaxti geiye qaytarmak olsaydi " ve tobe edib Uca Yaradanan gunahlarini bagiwdamagini istesen onda Yaradan bagiwdayar
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Tövbə etsəm, Allah bağışlayarmı?
ardını oxu
03-04-2016
Gunahlarin efv olunmasi ucun ne etmek lazimdir?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu

Pages