18-06-2021
Salam. Mənim sevdiyim insan şəhid oldu. evlənməyimizə bir iki ay qalmışdı.cənnətdə qovuvuşa bilərikmi? bunun üçün hər namazda çoxlu dua edirəm. qovuşa bilərikmi?
Cavab:
Və aleykum Salam. Əvvəla Uca Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyirik! Allah yolunda şəhid olanlar Allah qatında diridirlər, onların ruhları artıq Cənnətdə dolaşır və onlara ruzi verilir. Uca Allah buyurur:  "Allah yolunda öldürülənləri əsla ölmüş sanma.
ardını oxu
18-06-2021 Fidan
Salam Aleykum. Menim 16 yaşım var. Elhamdullilah 5 namazın hamsını vaxtında qılıram. Bezen namaz qılarken sözleri düzgün demediyimi düşünüb tezden sözleri deyirem. Bele halda men namazı kesib destemazı tezden alıb namaza tezden başlamalıyam? Ve İslamda qadınların eba geyinmeyi vaxibdirmi?
Cavab:
Va aleykum Salam. Namazın sözlərini deyərkən səhv etdikdə təkrar demək namazı batil etmir. Bu hal baş verdikdə namazdan çıxıb dəstəmaz almağa ehtiyac yoxdur. Daha ətraflı:
ardını oxu
18-06-2021
Salam. Sizden çox xahiş edirem mene kömek edin. Yoldaşım müharibededir. Men ona hansı duaları oxuyum ki Allah onu bütün xeta ve beladan qorusun? Nolar mene dua adı deyin. Ya da bir yol gösterin
Cavab:

Va aleykum Salam. Allah bütün əsgərlərimizi qorusun! Xüsusi bir dua olmasa da, siz istədiyiniz şəkildə dua edə bilərsiniz. Sadəcə duaların daha tez qəbul olan məqamları var ki, bunu da aşağıdakı linklərdən oxuya bilərsiniz. Daha ətraflı:

ardını oxu
18-06-2021 Anonim
Salam .Menim sevgilim 1 aydı əsgərliye gedib hansı duanı edibki tez sağ salamat evə qayıtsın??
Cavab:

Aleykum salam. Konkret olaraq bunun üçün sünnədə dua bildirilməsə də, öz sözlərinizlə Allaha dua edə və duaların qəbul olunması üçün yollardan istifadə edə bilərsiniz. Daha ətraflı bu cavabları oxuyun:

ardını oxu
18-06-2021 Elvin
Salam, 23 yaşım var, əfsuslar olsun ki bügünlər də qəflət yuxunsan oyanmağa cəhd edirəm, kaşki əvvəldən cəhd edərdim. Hıyatımda son baş verən hadisələr buna vəsilə oldu. Məni bir sual maraqlandırı, Rüqyə sürələrini ərəbcə oxuyuram və mənalarınada diqqət edirəm amma və lakin istər istəməz istədiy
Cavab:
Aleykum salam. Qurani-Kərimi düzgün oxumaq üçün müəllim vasitəsilə Təcvid elmini öyrənmək lazımdır. Təvcid barədə bu kitabı sizə tövsiyə edirik:
Quran və təcvid əhkamları
ardını oxu
18-06-2021 Sahib
Salam. Zovcem namaz qilacam amma hec vaxt hicab geymeyecem deyir. Bu halda ne etmeliyem?
Cavab:
Və aleykum Salam. Əvvəl həyat yoldaşınız namaza başlasın, çünki namaz daha önəmlidir. Allahın izni ilə namaz onu hicab geyinməyə sövq edəcək. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.
ardını oxu
18-06-2021
Salam. Zehmet olmasa mene yol gorsedin.Men xanimam subayam 27 yawim var.Cox cox uzr istiyirem, hec cur ere gede bilmirem. butun qohum egraba deyirki size cadu olunub. butun yollarimiz baglidi. gelmek istiyen elciler gelmemiw dala qayidirlar, adimizi cekenler sebebsiz yox olurlar.
Cavab:

Və aleykum Salam. Allaha dua edirik ki, sizə kömək olsun, dünya və axirətiniz üçün xeyirli olacaq həyat yoldaşı nəsib etsin!

ardını oxu
18-06-2021 Malik
Salam Aleykum. Şehide Allah rehmet elesin demek olar?Yeni onlar Allah in özel bir qatina cixirlar.Buna baxmarayaq demek onlar. İndiden Teşekkürler
Cavab:
Va aleykum Salam. Ölən hər bir müsəlman üçün, həmçinin şəhidlər üçün Allahdan rəhmət diləmək və yaxınlarına başsağlığı vermək icazəlidir. Bu, duadır və onu deməkdə heç bir qadağa yoxdur. Həmçinin, başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır.
ardını oxu
18-06-2021
Salam Aleykum. 5 ildir namaz qılıram. Mene sadece heyz qusulu almaq oyredilmişdi ve diger qüsllar haqda xeberim olmayib. Cünub veziyetinde olduğum zamanlarda da heyz qüsulu almışam, cenabet qüsulunu yeni öyrendim ve çox narahat oldum.
Cavab:
Va aleykum Salam. Cənabət və heyz qüsllərinin alınma qaydası eynidir, sadəcə niyyətdə fərqlənirlər. Yəni heyz qüslü alarkən qəlbdə heyzdən təmizlənmə niyyət edilir, cənabət qüslü alarkən isə qəlbdə cənabəti aradan qaldırmaq niyyət edilir.
ardını oxu
18-06-2021 Anonim
Salamun Aleykum qardaş.Taha surəsinin ərəbcə yazılışını və azərbaycanca anlamlarını və fəzilətlərini yaza bilərsiniz zəhmət olmasa...Indidən çox sağolun...
Cavab:

Aleykum salam. Taha surəsinin, eləcə də Quranın digər surələrinin mənaca tərcüməsini bu linkdən oxuya bilərsiniz:

ardını oxu
21-05-2021
Salam. Cəbhədə döyüşlər gedən vaxtı insanıq bəzən özümə hakim ola bilməyib qarşı tərəfə (düşmən) ağzımdan pis söz çıxır. Sonra bağışla məni Allahım deyirəm lakin sonra yenə ağzımdan çıxır nə edim bunun üçün. Elə bilirəm etdiyim dualar qıldığım namaza xələl gəlir bunu etdikdə.
Cavab:

Va aleykum Salam. Düşmənlərimiz kafir, hiyləgər və çox qəddar, yer üzünün ən şərli insanlarıdır. Onlar tək bizə qarşı deyil, İslam dininə qarşı da düşmənçilik edirlər.

ardını oxu
21-05-2021
Salam aleykum qusulu ederken butun orqanlarimizi el ile ovalamaliyiq yoxsa sadece su deydirsek bes eder? Birde krant altinda su axaraq edek yoxsa adi qab ile su deydirek? Birde qusul da yõnumuz hara olmalidir tam etrafli basa salin da qardaw xahiw edirem
Cavab:

Va aleykum Salam.

ardını oxu
21-05-2021
Salam .Yuxuda həyat yoldaşım ilə yaxınlaşdığını gördüm lakin əlaqəyə girmədiyik. Yuxunu gördükdən 1 neçə saat sonra oyandım. Paltarımda sarı ləkə olduğunu gördüm. Qüsul almalıyammı?
ardını oxu
21-05-2021 Zeyneb
Salam men nisanliyam sevmediyim biriyle nisanlandim aileme gore mecbur ama basqa sevidiyim variydi bir birimizi cox sevirdik indide sevirik belkede gunahdi elaqemiz helede var Allaha dua edrem her gun her gece bizi qovusdursun sizde bu etdiyim dogrudurmu?Allah qqovusdurarmi bizi?.
Cavab:

Aleykum salam. Qeyd edək ki, naməhrəmlə görüşmək və ya danışmaq günahdır və buna görə tövbə etmək lazımdır. Daha ətraflı: Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?

ardını oxu
21-05-2021 Leyla
Salamun Aleykum. La ilaaha illa anta subhaan’aka inni kuntu mina’dhaali’meen Bu zikri ancaq secdece etmek lazimdir? Yoxsa normal vaxtda da etmek olar? Ve neçe defe?
Cavab:

Və aleykum Salam. Bu duanı Yunus peyğəmbər balinanın qarnında olarkən oxuyub və Allahın izni ilə oradan xilas olmuşdur. Uca Allah buyurur: "Lə iləhə illə əntə subhanəkə inni kuntu minəzzalimin - Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur.

ardını oxu
21-05-2021 Ummu Omar
Müellime öz diliyle rüşfet isteyiese,ne cavab vermeliyik?
Cavab:
Salam aleykum. Rüşvət - bir insanın layiq olmadığı bir nəticəyə, vəzifəyə və ya işə pul verməklə nail olmasıdır. Rüşvət haram sayıldığına görə bacardığınız qədər rüşvət verməkdən çəkinin.
ardını oxu
21-05-2021 Seva
Salam. Qız oğlanla qoşulub gedib mecbur qalıb. Ve oğlanın ailesi kebin,nigah edib toy edibler.qızın heç bir yaxını iştirak etmeyib meclisde.bu nigah haram sayılır? Artıq 12 ildir bu aile qurulub.
Cavab:

Aleykum salam. Nikahın şəriətlə düzgün sayılması üçün qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi və halallığı mütləq olmalıdır. Qız vəlisinin izni olmadan ailə qura bilməz və qızın vəlisinin izni olmadan oğlan evinin kəsdirdiyi kəbin etibarsızdır.

ardını oxu
21-05-2021
Assalamu Alekum dəyərli qardaşlar. Sizə bir neçə sualım olacaq Allahın izni ilə. 1.Hər hansı bir hədis, rəvayət oxuyanda və ya Peyğəmbərimizin (sallallahu alehi və səlləm) adını bir yerdəoxuyanda(məs kitabdan) salavatı ürəyimizdə deməliyik?
Cavab:
Va aleykum Salam. 
1. Zikr və ya salavat dedikdə, dodaqlar az da olsa tərpənməli və insan özünün nə dediyini hiss etməlidir. 
ardını oxu
21-05-2021 Leyla
Salam men bir insani sevirem nece edim ki oda meni sevsin
ardını oxu
21-05-2021 .
Salam. 3sualim olacag 1. Xeyanetin gunahi nedi? 2.birinin goz yawina sebeb olmagin gunahi? 3. Gelb girmagin gunahi (zehmet olmasa cavablandirarsuz)
Cavab:

Aleykum salam. Bu cavabları oxuyun:

ardını oxu
21-05-2021
Salam. Haram pul yeyerek namaz qılarsaq harammı etmiş olarıx? ve menim 15 yaşım var namaz qıla bileremmi?
Cavab:

Aleykum salam. Qazancının halal və ya haram olmasından asılı olmayaraq, namaz həddi-büluğa çatmış hər bir müsəlmana vacibdir. 

ardını oxu
21-05-2021
Salam Aleykum. Sualım beledir Niyyet Oruc Etmişem 13'gün orucun evezine pul cxarmaq olarmı? Yoxsa mutleq tutulmalidir? - (olarsa ne qeder lazımdır?) Onceden Tesekkurler
Cavab:
Va aleykum Salam. Niyyət orucu, nəzir orucu deməkdir. Nəzir edilən ibadətlər niyyət edildiyi kimi yerinə yetirilməlidir. Əgər səhhətiniz sizin oruc tutmağınıza mane olmursa, bu orucları tutmaq vacibdir. Bu cavabları oxuyun: 
ardını oxu
30-04-2021
Salam. Kebin kesdirerken qadindan ne istemesi soruşulmayibsa bu kebin keçerlidirmi? Mehr kebin kagizinda qeyd olunur mu?
Cavab:
Aleykum salam. Mehr vermək kəbinin şərtlərindən olmasa da vacibdir. Kəbin kəsilərkən mehr qeyd olunmayıbsa və ya qadından soruşulmayıbsa yenə də kəbin səhih sayılır. Bu halda qadına düşən mehrin miqdarı adətən başqa qadınlara verilən mehr miqdarında olur.
ardını oxu
30-04-2021
Salam Əleyküm, qardaş bacının dizdən aşağı hissəsini görə bilər mi ? Yəni bacısı şortik geyinirsə və yaxud buna bənzər bir şey.
Cavab:

Və aleykum Salam. Qadın öz məhrəmlərinin yanında adətən evdə geyindiyi libasda gəzə bilər. Qeyd etdiyiniz məsələdə bir qadağa yoxdur. Ailə üzvləriniz olsa belə onların yanında çox açıq-saçıq geyinmək məsləhət görülmür.

ardını oxu
30-04-2021 Qasım
Salam. İslamda emi arvadı, dayı arvadı, ögey bacı, emi qardaşı oğlunun arvadıle, dayı bacıoğlunun arvadıle, ögey xala, ögey bibiyle evlenmek olar ?
Cavab:
ardını oxu
28-04-2021 Leyla
Salam Atasi rehmete geden ve atadan yeteri qeder mal mulk qalan bir usaqin ( onun bu pula ehtiyaci yoxdu deyib)varinin mieyyen hissesini (usaqin raziliqi olmadan) yeyen insanlar yetim haqqi yemis olurlarmi ve yemis olurlarsa bunun cezasi nedir.Onceden tesekkur edirem zehmetiniz ucun
Cavab:

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, yalnız həddi-büluğa çatmamış yaşda ikən atası ölən uşaq yetim sayılır.

ardını oxu
28-04-2021
Salam.Bizim hec bir isimiz duz getmir sanki dasdan cıxır bilmirik niye.hansi duaları oxusaq yaxsidi
Cavab:

Va aleykum Salam. Dua etmək dünya və Axirətdə xoşbəxtliyə nail olmaq üçün əsas səbəblərdən biridir. Yaxşı olar ki, Quran və hədislərdə varid olan duaları edəsiniz, çünki bu duaların mənaları bütün dünya və Axirət nemətlərini istəməyi, hər cür şərdən sığınmağı özündə əhatə etmişdir.

ardını oxu
28-04-2021
Salam. Mene cox agir cadular olunub ve menim bextimi taleyimi baglayiblar. Cadu ile qismeti baglaya bilerlermi.cadu ile allahdan gelen ovlad payini qismetimnen sile bilerlermi ? Cox sagolun
Cavab:
Va aleykum salam. Cadu insana müəyyən zərər verə bilsə də, Uca Allahın insana yazdığı qismət, ruzi və ya övlad payını silə bilməz. Sadəcə cadudan qorunmaq üçün şəriətin buyurduğu düzgün səbəblərdən tutunmaq lazımdır.
ardını oxu
28-04-2021 elvira
salam men destemaz aldim sonra namaza bashlayanda sanki hiss eledimki gaz chixib ama ama goxu ses hiss etmedim.namazimi gildim.indi shubhe icindeyem namazim batildir yoxsa yox
Cavab:
Və aleykum Salam. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Peyğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun
ardını oxu
28-04-2021
Salam. Namaz qilmaq isteyirem qilmaq isteyende sozlerini deyende daxilden gulmek gelir ve ozumu saxlaya bilmire bu neye gore bele olur ne etmeliyem?
Cavab:
Va aleykum Salam. Namaz qılan Uca Allahın qarşısında dayandığını hiss etməli, Allahın onu gördüyünü və eşitdiyini  düşünməlidir. Uca Allah buyurur: "Qüdrətli və Rəhmli ola­n Allaha tə­vək­kül et!
ardını oxu
27-04-2021
Göz deyme nefsden bednezerden insan dünyasını deyise biler? Salam son zamanlar ireli getmek istedikce cekinirem ve bize yaxin bir qohum var onun nefsden qorxuram ele bilirem bir balaca ireli getsem mene nezer eder ve mene nese olar bu düşünceler yalnişdir??
Cavab:
Va aleykum salam. Gözdəymədən qorxaraq sizə fayda verəcək əməlləri tərk etmək düzgün düşüncə deyil. Belə fikirləşmək vəsvəsədən irəli gəlir. İnsan gərək Uca Allaha təvəkkül edib həm dünya, həm də Axirət işlərində irəliyə getməyə can atsın.
ardını oxu
27-04-2021
Salam Aleykum.Men Allahin izni ile namaza başlamaq isteyirem.Ve başlayacam inşallah.Sualim budur ki, qadın namazı mece qılmalı nece geyinmeli. Ve gündelik heyatda nece geyinmeli, davranmali?
Cavab:

Va aleykum Salam. Qadınla kişinin qıldığı namaz formasında heç bir fərq yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (Səhih əl-Buxari, 631).

ardını oxu
27-04-2021 Leyla
Salam men rusiyada yasayiram namaz qiliram,sualim budur ki men yalniz halal et yemeliyemmi,adi maqazinlerde satilan eti Toyugu yesem menim namazlarim batil olurmu?
Cavab:
Va aleykum salam. Bu cavabı oxuyun: Rusiyada dükandan alınmış əti yemək olarmı?
ardını oxu
27-04-2021
Salam.dul qadın özü üçün kebin oxuya bilermi.ve bilerse bu heyz halında mümkünmü?
Cavab:
Va aleykum Salam. Bakirə və ya dul olmasından asılı olmayaraq qadın vəlisinin (ata, yoxdursa qardaş, yoxdursa əmi, yoxdursa baba və s.) icazəsi olmadan kəbin kəsdirə bilməz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur.
ardını oxu
27-04-2021 Allah qulu
Salam Aleykume.Necesiz?Bağışlayın narahat edirem .Herşeye göre sağolun inşeAllah cavablandırarsız sualı çox sevinerem.Esgerliyi pulla saxlayıb getmemek qul haqqımıdır??
Cavab:
Va aleykum Salam. Heç bir üzürlü və ya əsaslı səbəb olmadan hərbi xidmətdən, vətənin keşiyində durmaqdan, vətəni qorumaqdan yayınmaq günahdır. Rüşvət verməklə əsgərlikdən yayınan isə əlavə olaraq rüşvət verdiyinə görə də günah qazanır.
ardını oxu
27-04-2021 Zuzu
Salam aleykum. Uzerinde heyvan resmi olan geyim geyinmek olarmı? Heyvanın gözleri yoxdursa veya gözü noqteden ibaretdirse bes nece?
Cavab:
Və aleykum Salam. Üzərində heyvan və ya insan şəkli olan paltarları geyinmək olmaz. Bu qadağa həm kişilərə, həm qadınlara, həm də uşaqlara aiddir. Əgər paltarın üzərindəki şəkilin gözləri yoxdursa və ya üz surəti tam deyilsə, bu şəkil sayılmır.
ardını oxu
27-04-2021
Salam Aleykum, Allah rizasi ucun sizden oyud-nesihet isteyirem.Men nece illerdirki porno aludecisiyem ve son iller bundan qurtulmaq ucun mubarizs apariram.Lakin ne qeder tovbe etsemde sehvet aninda dayana bilmirem yeniden bu gunaha donurem.Artiq o qeder cox etmisemki bu gunahi seytab mene Allahin re
Cavab:

Va aleykum Salam. Günahların hətta sayını unutsanız belə, Allahın rəhmətindən ümidinizi üzməyərək hər dəfə tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı:

ardını oxu
27-04-2021 Aygun
Salam kebinin pozulmasi ucun kiwi telefon vasitesile seni bowayiram deyib bu zaman Kebin pozulmuw sayılırım ve yaxud Kevin kimse terefinden pozula bilermi kişinin icazesi var bowamaq isteyir
Cavab:
Və aleykum Salam. Kəbini pozmaq səlahiyyəti kişiyə aid olduğu üçün kəbini yalnız o poza bilər. Bunun üçün kişi, zövcəsini boşadığını bildirməlidir. Fərq etməz istər sözlə ifadə etsin, istər yazıyla. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
27-04-2021
Salam Qüsl aldiqdan sonra qurulanarken el cinsi orqana deyerse yeniden destemaz alinmalidirmi?
Cavab:
Va aleykum Salam. Cinsiyyət üzvünə bilavasitə, şəhvət hissi olmadan toxunmaq dəstəmazı pozmur.
ardını oxu
27-04-2021 Xanm
Salam aleykum haci qardasim nisani qaytarib qiZin anasi qaytalarinan paltari hamsi kesp goturub cadu edibmi? caduyu gore ne oxuyum edim?
Cavab:

Va aleykum Salam. Ola bilsin qız tərəf bunu sadəcə qəzəbləndiyi üçün edib ki, gələcəkdə istifadə etmək olmasın. Hər bir halda siz, cadudan qorunmaq üçün şəriətin buyurduğu düzgün səbəblərdən istifadə edin.

ardını oxu
23-04-2021 Allah bendesinen
Va aleykum Salam. Dinimiz iti yalnız üç məqsəddən biri üçün saxlamağı icazə verir: 1. Həyəti, bağı və s. qorumaq məqsədilə; 2. Ov məqsədilə; 3. Mal-qara otarmaq məqsədilə besh bu it gedib ovu agziyla getirede ov murdar sayilmiyacaqki????
Cavab:

Və aleykum Salam. Qeyd edək ki, itin ağız suyu nəcis (murdar) sayılır və onun ağız suyu dəyən yeri birində torpaq (və ya yuyucu vasitə) istifadə etməklə yeddi dəfə yumaq lazımdır.

ardını oxu
23-04-2021 Rövşən
Salam qardaş necəsiz mən şairdən yararlanırlar Allah sizlərdən razı olsun qardaş mən fiqhi məsələləri hansı kitabdan öyrəndim yaxşı olar birde vaciblə farz arasında fərq varmı?
Cavab:
Va aleykum Salam. Bəzi məzhəb alimləri fərzlə vacib arasında fərq olduğunu desələr də, əksər alimlərə görə vacib ilə fərz arasında heç bir fərq yoxdur. Həm fərz, həm də vacib əməlləri Allah üçün yerinə yetirənə savab yazılır, tərk edənə isə günah yazılır.
ardını oxu
23-04-2021 Rüstem
Salam Aleykum.Kişi Qadınla Kebin Etmezden Evvel Onu Hicabsız Saçı açıq şekilde göre biler? , ve başqa bir yerini de göre biler?
Cavab:
ardını oxu
23-04-2021 sebuhi
salam aleykum.qardas kendimizde tikilen evlerin coxu qibleyedi.bu mutleqdimi?
Cavab:
Va aleykum Salam. Evlərin qibləyə doğru tikilməsi vacib deyil. Evi istədiyiniz tərəfə tikə bilərsiniz. Lakin, evlərdə olan ayaqyolunu üzü və ya arxası qibləyə tərəf tikmək bəyənilmir.
ardını oxu
23-04-2021 seyyid
gunahlarim var cox pesmanam neyleyim bagislanmasini istirem
Cavab:

Salam aleykum. Günahlardan təmizlənmək üçün tövbə etmək lazımdır. Peşmançılıq hissi keçirmək tövbənin əlamətlərindəndir. Həmçinin, namaz başda olmaqla xeyirli əməllər günahların bağışlanmasına səbəbdir. Daha ətraflı: 

ardını oxu
23-04-2021 Aynur
Salam men 16 yasimnana namaz qiliram sadece derse gedib gelirdim ve ozumu coxxx yorgun hiss etdiyim.ucun namaz qilmirdimsanki namaz qilmaq vaxdi gelen kimi usdume yorgunluq cokur ve buna gorede gunah qazandigimi dusundum ve atmagi isdemefim cunki o daha cox gunahdir ve namazi saxladim ozumu tam haz
Cavab:

Va aleykum Salam. Namazı vaxtlı-vaxtında qılmamaq günahdır, lakin namazı təmamilə dayandırmaq daha böyük günahdır. İslam dininin namaz qılanlar üçün qoyduğu rüsxətlərdən istifadə edərək özününzü çətinliyə salmadan namaz qılmağa davam edin.

ardını oxu
23-04-2021 ----
Salam size bir sualım olacaq xahiş edirem tez cavab veresiz men bir oğlanı sevdim ancaq valideyinlerim razı olmadı ve men direşdim yene razı olmadılar her ikimiz direşdikden sonra atam razılıq verdi 1 ildi nişanlıyam ancaq atam razılıq vermeyine baxmayaraq içinde helede razı deyil ve mene çox esebid
Cavab:
Aleykum salam. Könül xoşluğu ilə olmasa da əgər atanız razılıq vermişsə, buna görə günah qazanmırsınız. Həmçinin bilin ki, gələcəkdə nikahınızın düzgün olması üçün atanızın nikah üçün də izni və halallığı mütləq olmalıdır, çünki atanın izni olmadan kəsilən nikah Allah qatında düzgün sayılmır.
ardını oxu
23-04-2021
Cənnətdə texnologiya olacaq??
Cavab:

Əssələmu aleykum. Quran ayələrinə və hədislərə diqqət etsək görərik ki, Cənnətdə insanın istədiyi hər bir nemət olacaq. Bu nemətlər bizim dünyada gördüyümüz texnologiyadan qat-qat üstündür. Bu xüsusda Uca Allah buyurur: "Onlar üçün qızıl sinilər və piya­lələr dolandırılacaq.

ardını oxu

Pages